GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan üçün demokratiya qaçılmazlığı

Azərbaycan üçün demokratiya qaçılmazlığı

Tarix: 9-01-2013, 09:57 Bölmə :Maraqlı Baxış: 872
Azərbaycan üçün demokratiya qaçılmazlığı

Avtoritarizm üçün heç bir halda bəraət yoxdur

Azərbaycana hansı model daha uyğundur? Bu sual on beş – iyirmi il bundan əvvəl daha çox aktual idi. Amma o indi də özünün aktuallığını saxlayır, çünki ölkədə iqtisadi münasibətlər qismən dəyişsə də, əsl siyasi islahatlar istiqamətində demək olar ki, ciddi addım atılmayıb. Təsadüfi deyil ki, bu gün də ölkə üçün bu və ya digər modellər və inkişaf istiqamətləri təklif edənlər var.
Müstəqillik tarixi eyni olan Gürcüstan növbəti ildən başlayaraq öz siyasi sistemində ciddi islahatlar aparmaq niyyətindədir. Nəzərə alsaq ki, belə proseslər Türkiyə kimi böyük dövlətçilik tarixi olan ölkələrdə də gedir, onda məsələnin bir o qədər də əhəmiyyətsiz olmadığı qənaətinə gələrik. Bəri başdan deyək ki, bu məsələ ilə bağlı rəsmi səviyyədə hələ ki hər hansı təklif səsləndirilməyib və güman etmirik ki, yaxın vaxtlarda belə təkliflər gündəmə gələcək, çünki ölkə rəsmiləri hazırkı siyasi sistemi nəinki mükəmməl hesab edirlər, hətta dünyanın inkişaf etmiş ölkələrini də ondan öyrənməyə çağırırlar.
Amma görürsən ki, arabir müstəqil deputatlar, ayrı – ayrı politoloqlar ölkənin siyasi transformasiyası haqda fikir yürüdürlər. Fəqət, bu fikir və təkliflərdə ölkəni daha demokratik görmək arzusu deyil, əksinə onun bir qədər də avtoritarlaşması ideyası ifadə olunur. Hətta bu yaxınlarda bir müstəqil deputat belə bir fikir demişdi ki, Azərbaycan öz inkişafında Çin modelinə üstünlük verməlidir. Amma gəlin baxaq, görək, Çin modeli nədir? Bu, adi avtoritar, tək partiyalı siyasi sistem modelidir. İqtisadiyyatda nisbətən sərbəstlik var, amma siyasi sfera tamamilə bir partiyanın şəriksiz nəzarətindədir. Əslində Azərbaycan bir neçə ildir ki, bu yolla gedir. Ölkədə faktiki olaraq bir partiyalı sistem bərqərar olub, digər partiyalar yalnız simvolik status və məzmun kəsb edirlər. Təbii ki, bir çox parametrlə – korrupsiyanın vəziyyəti və inhisarçılığın səviyyəsi ilə bağlı Çin ilə müqayisədə fərqlər tapmaq mümkündür. Amma bu daha çox ənənə məsələsidir.
Sistemlər demək olar ki, identikdir. Belə olduğu təqdirdə günün bu çağında nədən bəziləri avtoritar Çin modelinə bu qədər maraq göstərirlər? Bunun yozumu sadədir. Hakimiyyətdə olanlar və yaxud da hakimiyyətə yaxın olanlar mövcud status-kvonun dəyişməsini istəmir, indiki bölgünün və həmçinin münasibətlərin qalmasını arzulayırlar. Əslində həqiqi keçidin istiqaməti bəllidir və bu, belə bir ardıcıllıqla baş verməlidir – diktatura – avtoritar rejim – demokratik quruluş. Azərbaycan bu sıranın ikinci həlqəsindədir.
Bundan sonra yol demokratiyanındır. Təbii, keçid həmişə bir istiqamətli olmur, bəzən geri çəkilmələr də baş verir. Məsələn, indiki vəziyyətə nəzər salsaq, demokratiya istiqamətində birmənalı addımlar atılmır, əksinə bir az da geriyə – totalitar quruluşun elementlərinin bərpası istiqamətində addım atmağa cəhd edilir. Belə bir vəziyyətdə məqsəd aydınlığı çox mühüm məsələdir. Məqsəd aydınlığı isə ölkənin müxtəlif təbəqələrinə aid olan insanların çıxışlarında, fikirlərində öz ifadəsini tapmalıdır. Amma baxıb görürsən ki, vəziyyət düşünüləndən də bir qədər qəlizdir. Bəzi insanlar hələ də belə hesab edir ki, avtoritar siyasi sistem özünün bütün imkanlarını tükəndirməyib. Onlar hələ də belə hesab edirlər ki, ölkədə baş verən proseslər avtoritarizmin qüsurları nəticəsində deyil, əsl «güclü əl»in, sərt quruluşun, «həqiqi diktatura»nın bərqərar olmamasının nəticəsidir.
Avtoritarizm üçün əslində bəraət yoxdur. Amma bəzən çox ciddi iqtisadi keçid dövrlərində «vintlər»in bir qədər bərkidilməsini tövsiyə edirlər. Bunun özü bir qədər mübahisəli məsələdir, amma etiraf edirik ki, dünya praktikasında buna təsadüf olunur. Amma konkret olaraq Azərbaycana gəldikdə isə artıq rəsmi şəkildə elan edilib ki, iqtisadi keçid dövrü bitib.
İqtisadi keçid üçün dövlətlərə maksimum on - on beş il lazım gəlir. Amma Azərbaycan artıq 21 ildir ki, müstəqildir. Bura dövlətçilik təcrübəsi üçün ayrılan vaxtı da əlavə etmək olar. Amma limit artıq bitib. Daha ölkədə avtoritar sistemin qalmasını əsaslandırmaq üçün gətirilən bütün dəlil və arqumentlər tükənib. Tədricən demokratiyaya keçmək lazımdır. İnsanların demokratiya təcrübəsinin və mədəniyyətinin azlığına gəldikdə isə, heç kim bunu onlara hazır şəkildə gətirib verməyəcək, onlar bunu təcrübədə öyrənməlidir. Bəzən deyirlər ki, demokratiya siyasi demoqoqiyaya gətirib çıxarır. Amma belə deyil. A. Smit deyirdi ki, bazarın «gizli əli» hər şeyi özü nizamlayacaq. Demokratiya da belədir. İnsanlara inanmaq lazımdır, o yerdə ki, insana inam yoxdur, orada humanist quruluş bərqərar ola bilməz.
Əslində bu mövzu böyük konfransların predmeti olmalıdır, çünki çoxdandır bu ölkədə « Biz haradayıq? Hara gedirik?» kimi suallar verilmir. Avtoritar idarəçilik müəyyən nəticələr verdi – sabitlik yarandı, pis-yaxşı dövlət institutları formalaşdı, iqtisadiyyat «ölü nöqtə»dən çıxdı, bazar münasibətləri formalaşdı… Amma o, artıq özünü tükəndirib, indi böhran və staqnasiya dövrü başlayıb. Daha bir neçə il də avtoritarizmdə qalmaq əldə olunmuş azacıq nəticələri də itirmək demək olacaq…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • «Azərbaycanda açıq-aşkar avtoritarizm hökm sürür»

    «Azərbaycanda açıq-aşkar avtoritarizm hökm sürür» ...

    21-11-2013, 13:56

  • 
  • İldə bir dəfə yada düşən Qarabağ

    İldə bir dəfə yada düşən Qarabağ ...

    22-12-2012, 12:24

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Kremlin yeni imperiya planları

    Kremlin yeni imperiya planları ...

    20-12-2012, 13:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu