Naxçıvan MR hökuməti fevralın 1-də əcnəbilərin 2013-cü il üçün əmək miqrasiyası kvоtası haqda qərar qəbul edib. Nazirlər Kabinetinin qərarı ilə ayrı-ayrı iqtisadi sahələr üzrə əmək miqrasiyası kvоtası müəyyən edilib. Rəsmi məlumata görə, 2004-cü ildə burda 50 min yeni iş yeri yaradılıb. Bu il Naxçıvanda fəaliyyət göstərən şirkətlər 1045 əmək miqrantı qəbul etmək imkanı əldə ediblər. Onların əsas hissəsi tikinti (550) və emal sənayesi (250) üzrə olacaq. Kvotalar iqtisadi fəaliyyətin bütün sahələri, o cümlədən təhsil (40 nəfər) və səhiyyə (20) üzrə tətbiq edilir.. Statistik məlumatlara əsasən, Naxçıvan MR-da 400 min nəfər yaşayır. Ordakı müxalif strukturlar bildirir ki, iqtisadi aktiv əhalinin böyük hissəsi iş üçün Bakı və Türkiyəyə üz tutub. Azərbaycandakı mərkəzi hakimiyyət hələlik 2013-cü il üçün əmək miqrasiyası kvоtası haqda qərar qəbul etməyib. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsi 8 708 əmək miqrantına icazə verib. Kvota 9 815 nəfər olub. 2010-cu ildə kvota 10,7 min nəfər təşkil edib.
Sorğu
Yeni dizaynımız necədir?