GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “DəmirBank”da müdhiş fırıldağın sirri

“DəmirBank”da müdhiş fırıldağın sirri

Tarix: 6-07-2016, 13:44 Bölmə :İqtisadiyyat Baxış: 1 226
“DəmirBank”da müdhiş fırıldağın sirri

Bank müştərilərini məhkəmə ilə hədələyir

“DəmirBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) iki müştərisi ilə bağlı məhkəməyə müraciət edib. Bank Gəncə şəhəri Nizami rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində Nurlana Əmirova və Ramil Səfərovun banka olan borclarının ödənilməsi tələb olunub.

İddia ərizəsində qeyd olunub ki, Nurlana Əmirovanın əsas borc 3713 ABŞ dolları, 3713 ABŞ dolları faiz borcu, Ramil Səfərovun isə 1237 ABŞ dolları dəyərində banka borcları var. Məhkəmə müştərilərin banka olan borclarının ödənilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərardan həm Nurlan Əmirova, həm də Ramil Səfərov apelyasiya şikayəti veriblər. Onların şikayətləri Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb.

Nurlana Əmirovanın nümayəndəsi Rəfiqə Əliyeva bildirib ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır: “İş üzrə cavabdeh Nuralana Rusiya Federasiyasındadır. Kredit müqaviləsində göstərilən şərtlərə “DəmirBank” ASC-nin əməl etməməsini göstərməyib”.

O, qeyd edib ki, Nurlana Əmirovanın nümayəndəsi olaraq 4 noyabr 2008-ci ildə Gəncə şəhərində “DəmirBank”a girov qoyaraq 3000 ABŞ dolları götürüb: “Müəyyən olunmuş cədvəllə 1400 ABŞ dolları ödəmişəm və iki aydan sonra qalan borcu, yəni 1600 ABŞ dolları ödəmək üçün banka gedərək girov qoyduğum qızıl-zinnət əşyalarının istəmişəm. Lakin müdir xəstə olduğunu və bir həftə ərzində işə gələcəyini bildiriblər. Elə o tarixdəndə hər gün banka

gedib qızıl-zinnət əşyalarını tələb etmişəm.Təzə təyin edilmiş müdir Fəridin həbs olunmasını bəhanə edərək bildirib ki, Nurlana Əmirovanın adının və girov qoyduğu predmetin, yəni qızıl-zinət əşyalarının olmamasını bildirib. Bir müddət keçdikdən sonra məktub göndərilərək Nurlana Əmirovanın plastik kartdan pul çıxartmasını göstəriblər. Bir sözlə iştirakımız məhkəmədə təmin edilməyib. Ona görə də, apelyasiya şikayətimin təmin edilməsini və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş edirik”.

İddaçı “DəmirBank”ın nümayəndəsi Fuad İsgəndərov apelyasiya şikayətinə etiraz edib. O, bildirib ki, “DəmirBank” ASC ilə cavabdeh Nurlana Əmirovanın bank arasında 4 noyabr 2008-ci ildə kredit müqaviləsi bağlanıb: “Həmin müqavəliyə əsasən 18 ay müddətinə Nurlana Əmirova illik 30 faizlə 3000 ABŞ dolları kredit götürüb. Nurlana Əmirova ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməyib. Nəticədə 15 fevral 2013-cü il tarixə Nurlana Əmirovanın 2095 ABŞ dolları əsas, 3713 ABŞ dolları faiz borcu yaranıb. Bundan əlavə bank tərəfindən iddia müddəti ötürülməyib. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirik”.

Məhkəmə yekunda qərar elan edib. Qərara görə, cavabdehin apelyasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib.

Məhkəmə iddiaçı “DəmirBank” ASC-nin cavabdehlər Əmirova Nurlana Məhərrəm qızı və Səfərov Ramil Nizami oğluna qarşı borc tələbinə dair iddiası rədd edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, işdə adı keçən Fərid Qurbanov “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləyib. O, bir müddət əvvəl Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib.

“Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham olunub.

Qeyd edək ki, “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının 2008-ci il yanvarın 1-dən 2009-cu il iyulun 7-dək olan dövr ərzində fəaliyyəti bankın kredit və daxili audit departamentinin auditorları tərəfindən yoxlanılarkən plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilib.

Müəyyən edilib ki, “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov 2006-cı ildə dostu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynov ilə qabaqcadan cinayət əlaqəsinə girib.

Fərid Qurbanov Malik Hüseynovun icarəyə götürüb işlətdiyi çoxsaylı mağaza və iaşə obyektlərinə işə götürdüyü, eləcə də qohumluq və tanışlıq münasibətində olduqları şəxslərin, yaxud əvvəllər filialın xidmətlərindən istifadə etmiş şəxslərin adlarına

2006-2009-cu illərdə kredit verilməsinə dair saxta müqavilələr və digər rəsmi sənədlər tərtib edib.

Bundan əlavə, vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirib və bununla da “Dəmirbank” ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində külli miqdarda nağd pul vəsaitini talayıblar.

Cinayətdə adı keçən şəxslərin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bir müddət əvvəl hökm elan edilib.

**

Ömürlük məhkum yaxınları Mehriban Əliyevaya müraciət etdi

“Xeyirxah və mərhəmətinizə arxalanaraq sizdən kömək istəyirik”

Qobustan həbsxanasında cəza çəkən bir qrup ömürlük məhkumun yaxınları Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib. 18 nəfərin imzası olan müraciəti bir nüsxəsini də redaksiyamıza göndəriblər.

Müraciətdə qeyd olunub ki, uzun illərdir faciəli həyat yaşayan sadə Azərbaycan vətəndaşları Mehriban Əliyevaya müraciət edir: “Sizə üzümüzü tuturuq. Sizin də bir ana, bacı olaraq, xeyirxah və mərhəmətinizə arxalanaraq sizdən kömək istəyirik. Azərbaycanda ən ağır, ömürlük cəzaya məhkum olunmuş məhbus yaxınları sizin sonuncu amnistiya təşəbbüsü nəticəsində on minlərlə məhbus ana-bacılarına bəxş etdiyiniz sevincə qoşuluruq.

Hörmətli Mehriban xanım, Respublika günü münasibətilə yüksək mərhəmət hissindən irəli gələn xeyirxah, insanpərvərliyiniz sayəsində növbəti dəfə amnistiya təşəbbüsü ilə parlamentə

müraciət edibsiniz. Artıq 4-cü dəfədir ki, amnistiya aktının təşəbbüskarısınız. Bu amnistiya təşəbbüsü sizin yüksək mərhəmət hissinizdən irəli gəlir”.

Müraciətdə daha sonra bildirilir ki, Qobustan həbsxanasında ağır şəraitdə ömürlük cəza çəkən məhbusların heç də hamısı qəddar retsidivis və cəmiyyətdə təhlükə yarada biləcək insanlar deyil: “Həmin məhbusların arasında məhkəmələr tərəfindən kobud qanun pozuntuları ilə ağır cəzaya məhkum olunmuş, bir nəfərin ölümü ilə ömürlük cəza almış, iştirakçısı olmadığı ağır cinayətdə “iştirakı” zorla boynuna qoyularaq belə ağır cəza almış məhbuslar da, kobud qanun pozuntuları ilə belə ağır cəzaya məhkum olunmuş məhbuslar da az deyil.

1.Məmməd Məmmədov 1 adamı öldürmək ittihamı ilə ömürlük həbs cəzası alıb, artıq 14 ildir ki, həbsdədir. O, bir qrup gənclə silahlı dəstə yaradıb, cəbhə xəttini keçərək ermənilərə qarşı partizan müharibəsinə başlamaq istəyirdi. 2003-cü ildə onları həbs edərkən polis əməkdaşları ilə atışma olub, atışmada 1 polis əməkdaşı ölüb. Heç bir ciddi sübut olmadan həmin ölüm hadisəsini Məmməd Məmmədovun üstünə atıblar və bu 20 yaşlı gəncə ömürlük həbs cəzası veriblər.

2.Əli Quliyevə bir nəfərin ölümünə görə ömürlük cəza veriblər, 27 ildir ki, həbsdədir.

3.Çingiz Paşayev 26 ildir ki, həbsdədir, vərəm xəstəsidir.

4.Elçin Əmiraslanov 20 ildir ki, həbsdədir, ağır xəstədir. Qarabağ müharibəsində ciddi xidmətləri olub.

5.Namik Vəliyev 20 ildir ki, həbsdədir, 19 yaşında həbs olunub, o vaxtlar məsul vəzifədə çalışan Eldar Namazovun yaxın qohumunun ölümü zorla onun boynuna qoyulub.

6. Şakir Rzaxanov 20 ildir ki, həbsdədir, o da o vaxtlar məsul vəzifədə çalışan Eldar Namazovun saxta ittihamları ilə həbsə atılıb.

7.Dəyanət Kərimov, Rauf Eyvazov, Arif Kazımov, Səfa Poladov, Mahir İsmayılov, Vüqar Əliyev, Rafiq Bayramov, Bəxtiyar Cəfərov, Ceyhun Qəribov, Yaşar Pənahpur, Daşqın Quliyev, Hüseynağa Əmirullayev, Natiq Mirzəyev, Anar İsmayılov, Səbuhi Məmmədvəliyev, Rahib Məsimov, Yeganə Baxşəliyev, Afiq Xaspoladov, Əli Quliyev Qəhrəman oğlu, Anar Həsənov, Maqsud Hüseynov cəmisi 1 nəfərin ölümünə görə ömürlük cəza alıblar və 20 ildən çoxdur ki həbsdədirlər”.

Qeyd olunur ki, 1998-ci ildə “ölüm” hökmü ləğv edilən zaman olan 128 məhbusdan hazırda 70 nəfər sağ qalıb: “128 nəfərə ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşdur. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi onların ömürlük məhkum olunduğuna dair nə bir müvafiq qanun, nə də bir

məhkəmə qərarı var. Həmçinin Milli Məclisin o vaxtkı sədri Murtuz Ələsgərov “Ədalət” qəzetinə verdiyi müsahibəsində bildirib ki, ölüm hökmü alanların cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənəcək, çünki ömürlük azadlıqdan məhrumetmə yeni cəza növü olduğundan indi onu ən ağır cəza alanlara aid etmək olmaz. AŞPA-nın da 16 aprel 2007-ci il tarixli 1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.

Məhkum yaxınları daha sonra müraciətində qeyd ediblər ki, Azərbaycanda ölüm cəzası ləğv edildiyi zaman “Cinayət qanununun zamana görə qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub: “Həmin hüquqi prinsipə əsasən, 128 nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq hər birinə 15 il azadlıqdan məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa Konvensiyasına tamamilə ziddir”.

Müraciətdə qeyd olunub ki, bu günə kimi 128 məhkumdan yalnız 70 nəfəri sağ qalıb: “Ölüm cəzasından qat-qat ağır olan ömürlük

cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstə və cəzalarını 20 ildən çox çəkmişlərdir. Bu yaxınlarda cənab prezident İlham Əliyev qeyd edirdi ki, ədalətsiz qərar ədalətə qarşı ədalətsizlikdir.

Sizdən xahiş edirik bu zavallı insanların taleyinə diqqət yetirəsiniz, onlara ümid verəsiniz, onların yenidən həyata qayıtması üçün mərhəmətinizi əsirgəməyəsiniz. Biz anlayırıq ki, ömürlük həbsdə olanlar cinayət törədiblər, cəzalarını çəkməlidirlər.

Amma onların da mərhəmətə ehtiyacı var, 15-20 ildən çox həbsdə olanlar artıq kifayət qədər cəzalarını çəkiblər. Onların bəzilərinə haqsız olaraq həddindən artıq çox cəza verilib. Biz istəyirik ki, Sizin mərhəmətli nəzəriniz başqaları kimi onların da üzərində olsun. Hər dəfə amnistiya, əfvlə bağlı fərman və ya qanun olanda hamıya, bütün kateqoriyalara şamil olunur. Amma hər dəfə ömürlük həbsdə olanlar yaddan çıxır. Axı onlar da insandırlar, onların da əfv olunmağa, heç olmasa vəziyyətlərinin bir qədər dəyişdirilməsinə haqları var. Sizdən xahişimiz odur ki, ehtiyacı olan hər kəsə göstərdiyiniz qayğıdan, humanizmdən bir az da pay bizim balalarımıza, yaxınlarımıza ayırasınız. Onların Sizin mərhəmətinizə çox ehtiyacı var”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Banklar niyə müştəriləri ilə məhkəmədə çəkişir?

    Banklar niyə müştəriləri ilə məhkəmədə çəkişir? ...

    23-11-2015, 17:19

  • 
  • Bank VTB qadının avtomobilini əlindən almaq istəyir

    Bank VTB qadının avtomobilini əlindən almaq ...

    1-12-2015, 18:28

  • 
  • Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam edir

    Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam ...

    7-12-2015, 14:18

  • 
  • “Unibank” müştərilərini məhkəməyə verdi

    “Unibank” müştərilərini məhkəməyə verdi ...

    6-06-2016, 17:20

  • 
  • “AG Bank” Sumqayıt sakinin avtomobilini məhkəmə yolu ilə əlindən aldı

    “AG Bank” Sumqayıt sakinin avtomobilini məhkəmə ...

    9-09-2015, 22:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu