GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ziya Məmmədovun yeni qazanc üsulu

Ziya Məmmədovun yeni qazanc üsulu

Tarix: 9-12-2012, 12:00 Bölmə :İqtisadiyyat Baxış: 722
Ziya Məmmədovun yeni qazanc üsulu

Nəqliyyat Nazirliyi yol qəzaları zamanı baş verən ölüm hallarından necə qazanır?

Nəqliyyat Nazirliyi və bu nazirliyin tabeçiliyində olan qurumların əməkdaşlarının vətəndaşlarla münasibətdə sərgilədiyi kobudluq hər kəsə bəllidir. Nazirlik qoçularının hər ay bir neçə sürücünü döyməsi, onları haqlı-haqsız cərimələrə məruz qoyması ölkə mətbuatının daim gündəmə gətirdiyi problemlərdəndir. Bu günlərdə redaksiyamıza müraciət edən etibarlı mənbə bu dəfə Nəqliyyat Nazirliyi yetkililərinin yeni “çörək pulu” üsulu haqda açıqlama verib. Mənbənin məlumatına görə, nazirlik artıq avtobus qəzaları nəticəsində baş verən ölüm hallarından da öz cibini doldurmaq məqsədilə faydalanmaqdadır. Bu prosesin necə, hansı şəkildə baş verdiyinə gəlincə, mənbə bunun üçün tələb olunan bütün incəliklərin nazirlik tərəfindən ölçülüb-biçildiyinə diqqət çəkdi.

Nazirlikdən marşrut sahiblərinə xəbərdarlıq

Məlumata görə, bütün marşrut sahiblərinə müraciət edən nazirlik avtobus qəzaları nəticəsində baş verən ölüm halları müqabilində həmin xəttin bağlanacağını bəyan edib: “Nəqliyyat Nazirliyi bundan bir müddət öncə bütün xətt sahiblərinə müraciət edərək bildirib ki, əgər hansı xətdə avtobus qəzası nəticəsində ölüm hadisəsi baş versə, o zaman həmin xətt dərhal bağlanacaq. Həmin xətdə olan eyni saylı avtobusların fəaliyyəti isə qadağan olunacaq. Əlbəttə, ilk baxışdan belə düşünmək olar ki, nazirlik tərəfindən sahibkarlara edilən bu tip xəbərdarlıq onları daha diqqətli olmağa sövq edəcək. Lakin xəbərdarlıqda yer alan cəza mexanizminin absurdluğu da Azərbaycansayağı orijinallığı ilə diqqət çəkir. Məlumat üçün qeyd edək ki, dünyanın heç bir ölkəsində bu cür cəza mexanizmi mövcud deyil. Heç bir ölkədə avtobus qəzası nəticəsində ölüm faktı baş verəndə həmin xətt və ya həmin xətt üzrə işləyən eyni nömrəli marşrutların fəaliyyəti yasaqlanmır. Çünki bu zaman qəzaya yol verən şəxslə yanaşı baş verənlərdə heç bir suçu olmayan daha onlarla şəxs də haqsız yerə iş yerini itirə bilər ki, bu da nə hüquqi, nə də vicdani baxımdan ədalətli deyil. Bu baxımdan nazirliyin məlum cəza mexanizminin yetərincə qüsurlu və anormal olduğu ortadadır. Lakin əcaibliyi göz qabağında olan bir qaydanın Nəqliyyat Nazirliyi tərəfindən israrla müdafiəsi məlum cəza mexanizminin arxasında əslində tamam başqa maraqların dayandığını göstərir”.

Sahibkarların qarət olunmasının astar üzü

Nazirliyin öz təxəyyül məhsulu olan məlum qaydadan istifadə edərək sahibkarları sözün həqiqi mənasında qarət etməyə hazırlaşdığını deyən mənbə, sözügedən cəza sisteminin məmurların maraqları baxımından faydalı tərəflərinə diqqət çəkdi: “Məlum qayda ilk baxışdan ölümlə nəticələnən qəza hallarının qarşısının alınmasına yönələn xəbərdarlıq kimi görünsə də, əslində Nəqliyyat Nazirliyinin bu addımı sahibkarların soyulmasına xidmət edir. Belə ki, hansısa avtobus sürücüsü qəza nəticəsində piyadanın ölümünə səbəb olan kimi dərhal Nəqliyyat Nazirliyinə çağırılan sahibkara bildirirlər ki, onun tabeçiliyində çalışan şəxs bu qaydanı pozduğuna görə artıq həmin xəttə sahiblik edə bilməz. Şübhəsiz, məsələnin belə qoyuluşu sahibkarın təşvişinə səbəb olur. Qanuni ödənişlərdən başqa külli miqdarda “şapka” hesabına əldə etdiyi xəttin bir andaca əlindən alınmasını həzm edə bilməyən sahibkar sahib olduğu xətti qoruyub saxlamaq üçün nazirlik əməkdşaları ilə razılığa gəlməyə məcbur olur. Bu razılaşma isə xətt sahibinə böyük maliyyə itkisi hesabına başa gəlir. Daha dəqiq desək, sahibkar istifadə etdiyi xətti yenidən almalı olur”.
Mənbənin sözlərinə görə, məlum situasiya ilə üzləşən sahibkarların nazirlik əməkdaşları ilə anlaşmasını zəruri edən amillərdən biri də yeni xətlərin əldə edilməsinin daha baha başa gəlməsi ilə bağlıdır: “Sahibkarlar yaxşı bilir ki, əgər sahib olduqları xətti əllərində saxlaya bilməsələr, o zaman yeni bir xətt almaq məcburiyyətində qalacaqlar ki, bu da çox ciddi maliyyə tələb edir. Xətt almaqdan imtina etmək isə sahibkarın sərəncamında olan onlarla avtobusun fəaliyyətsiz qalması demək olacaq ki, bu da iş adamının iflas olması anlamına gəlir. Buna görə də, sahibkarlar bütün hallarda Nəqliyyat Nazirliyi yetkililərinin istəklərini qarşılamaq məcburiyyəti qarşısında qalırlar”.

Xətt sahibləri üçün daha bir tələ

Xətt sahiblərinin üzləşdiyi digər bir prolem isə onların aldıqları xəttə başqa marşrutların buraxılması ilə bağlıdır. Mənbə deyir ki, hər hansı bir sahibkar xətt alarkən nazirlikdən buraya digər marşrutların buraxılmaması ilə bağlı razılıq alır. Çünki belə bir razılıq sahibkarın öz qoyduğu sərmayəni çıxartması baxımından olduqca zəruridir. Lakin bəlli bir müddətdən sonra həmin xəttə başqa bir marşrut daxil edən nazirlik bununla da sahibkarla əldə edilən razılaşmanı birtərəfli şəkildə pozmuş olur: “Sözsüz ki, xəttinə ikinci bir marşrut buraxılan sahibkar bu zaman nazirliyə müraciət edir. Nazirlikdə isə onu inandırmağa çalışırlar ki, əmr “böyük yerdəndir” və onların həmin marşrtu xətdən çıxartmaq səlahiyyətləri yoxdur. Lakin əgər sahibkar baş verənlərdən bu qədər narahatdırsa, onda rəhbərlikdən bununla bağlı xahiş etmək olar. Bu məqmda sahibkara düşən yeganə iş isə bu xahişin maddi ekvivalentini təqdim etmək olur. Bundan sonra xəttə yeni salınan marşrutun hərəkət qrafikində müəyyən dəyişikliklər etməklə yeni bir xətt formalaşdırılır və beləliklə də bütün narazılıqlar ortadan qaldırılır”.

Sahibkarlar özlərini nazirliyin hücumlarından necə sığortalayır?

Mənbənin sözlərinə görə, Nəqliyyat Nazirliyinin hər gün bir ideya ilə çıxış etməsi, sahibkarları müxtəlif yollarla talaması marşrut sahiblərini özlərini sığortalamaq üçün müxtəlif addımlar atmağa vadar edir. Bunlardan biri özlərinə yüksək çinli himayədar tapmaq cəhdi ilə bağlıdır. Sahibkarların əksəriyyəti hesab edir ki, hər həftə, hər ay nazirliyə müxtəlif adlar altında külli miqdarda pul ödəməkdənsə, bir nəfər sözükeçən himayədarla təmas qurub ona “hörmət” eləmək daha əlverişlidir: “Bu gün paytaxtın avtomobil xətlərinə nəzarət edən sahibkarların hamısı üçün güclü himayədar amili olduqca mühüm və həlledici amildir. Çünki onların məhz bu himayədarlar sayəsində Nəqliyyat Nazirliyinin bitib-tükənməyən tələbləri qarşısında davam gətirməsi mümkündür. Buna görə də bəzən sahibkarlar özü münasib bildikləri yüksək vəzifəli dövlət rəsmilərinə müraciət edir, onları öz gəlirlərinin bəlli bir hissəsinə ortaq etməklə nazirliyin hücumları qarşısında öz himayədarlarının köməyi sayəsində davam gətirirlər. Xətt sahiblərinin ən çox himayədar axtardıqları məkan isə Prezident Administrasiyasıdır. Bu gün paytaxt yollarındakı bir çox xətlərin məhz Prezident Administyrasiyasında çalışan yetkililər tərəfindən himayə edilməsi gerçəyi, himayədarsız sahibkarlığın mümkünsüzlüyünü ortaya qoyur. Arxasında yüksək çinli siyasi və ya güc yetkilisi dayanmayan sahibkar qısa müddətdən sonra iflas etdirilərək sıradan çıxarılır ki, bu da digər sahibkarları himayədar axtarışlarını davam etdirməyə sövq edir”.

Ziya Məmmədov idarəetmə üsulunu sərtləşdirir

Mənbə onu da bildirdi ki, nəqliyyat sektoruna himayədar qismində bir çox dövlət məmurunun daxil olması nazirliyin gəlir mənbələrinin əvvəlki dövrlərlə müqayisədə azalmasına gətirib çıxardıb ki, bu da Ziya Məmmədovun qəzəbinə səbəb olub. Kənar şəxslərin onun fəaliyyətinə müdaxiləsini məhdudlaşdırmaq üçün nəqliyyat sektorunun idarəedilmə üsulunu xeyli dərəcədə sərtləşdirən nazir, daha çox güzəştə getməmək siyasəti yürütməyə çalışır: “Aydındır ki, nəqliyyat sektorunda güclü himayədar bolluğu Ziya Məmmədovu razı sala bilməzdi və bu səbəbdən də nazir nəzarət etdiyi sektorun idarəedilməsini günbəgün sərtləşdirməkdədir. Ziya Məmmədov hesab edir ki, hansısa məmurun öz madddi marağı səbəbilə onun sektoruna müdaxilə etməsi, hansısa xətt sahibinin himayədarı rolunda çıxış etməsi qəbuledilməzdir. Bu baxımdan nazirin xətt və marşrut sahibləri üzərində nəzarət və təzyiqi gücləndirəcəyi ehtimal ediləndir. Sahibkarlara yönəlik basqının onların himayədarları tərəfindən də narazılıqla qarşılanacağını nəzərə alsaq, o zaman yaxın gələcəkdə Ziya Məmmədovun düşmənlərinin sayının əhəmiyyətli dərəcədə artacağını qaçılmaz hesab etmək olar”.

Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Günahkar müfəttiş işdən çıxarılacaq – Nəqliyyat Nazirliyi

    Günahkar müfəttiş işdən çıxarılacaq – Nəqliyyat ...

    13-01-2014, 14:07

  • 
  • Ziya Məmmədovun nazirliyi də bahalaşma anonsu yaydı

    Ziya Məmmədovun nazirliyi də bahalaşma anonsu ...

    4-12-2013, 18:12

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Ziya Məmmədovun «kart oyunu»

    Ziya Məmmədovun «kart oyunu» ...

    6-12-2012, 12:26


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu