GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 3 milyardlıq böhranda “batan” banklar: Hökumət kömək əlini uzadacaq?

3 milyardlıq böhranda “batan” banklar: Hökumət kömək əlini uzadacaq?

Tarix: 16-07-2017, 18:56 Bölmə :İqtisadiyyat Baxış: 442
3 milyardlıq böhranda “batan” banklar: Hökumət kömək əlini uzadacaq?


Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra kommersiya bankları maliyyə çatışmazlığı ilə üzləşdi. Bu gün demək olar ki, bankların əksəriyyəti maliyyə problemləri ilə üz-üzədir

Kreditləşmə azalıb, əmanətlər geri çəkilir və banklar iflas həddinə çatıb. Digər MDB ölkələrində də vəziyyət təxminən eynidir. Ancaq vəziyyətdən çıxış yolu tapanlar da var.

Qazaxıstan hökuməti bankların maliyyə çatışmazlığını aradan qaldırmaq üçün kommersiya banklarına güzəştli maliyyə dəstəyinə qərar verib. Belə ki, Qazaxıstan bankları dövlətdən 500 milyard təngə (1,5 milyard dollar) məbləğində dəstək alacaq. Bu barədə Qazaxıstan Milli Bankının sədr müavini Oleq Smolyakov bildirib. Onun sözlərinə görə, banklar cari ilin avqust-sentyabr aylarından etibarən dövlət dəstəyindən yararlana biləcəklər.

Sədr müavini həmçinin dövlət dəstəyinin bütün banklara şamil olunmayacağını deyib: "Bütün banklar iştirak edə bilməyəcək. Əsas parametrlərdən biri 45 milyard təngə məbləğində kapitalın olmasıdır. Biz fərdi qaydada bütün sifarişləri nəzərdən keçirəcəyik. Dövlət dəstəyi 15 ili əhatə edir. Lakin əsas dövr kimi ilk 5 il götürülüb".

Qeyd etdiyimiz kimi Azərbaycanda da banklar acınacaqlı durumdadır. Bəs Azərbaycan bankları necə, böhrandan çıxmaq üçün dövlətdən kredit alırlarmı? Ümumiyyətlə, Azərbaycanda belə bir mexanizm varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda kommersiya banklarına birbaşa dövlət dəstəyinin olmadığını deyib. Onun sözlərinə görə, dövlətin banklara dəstək vermək niyyəti yoxdur:

“Ancaq Azərbaycan Beynəlxalq Bankı dövlətə məxsus olduğu üçün onun həm daxili, həm də xarici borclarını öz üzərinə götürdü. Yeyinti və korrupsiyanın çox olduğunu nəzərə alsaq, bu, kifayət qədər böyük məbləğ idi. Artıq Beynəlxalq Bankın 10 milyard dollarlıq daxili borcu silinib. Bu ilin sonuna qədər daha 4 milyard dolların silinməsi nəzərdə tutulub. Xarici kreditorlarla 3.3 dollarlıq borcla bağlı danışıqlar artıq bitmək üzrədir. Bu borcu da dövlət öz üzərinə götürüb. Yəni, dövlət birbaşa olaraq Beynəlxalq Banka dəstək göstərdi. Bu, çox böyük itkilər hesabına başa gəldi. Digər bankların heç birinə bu günə qədər heç bir dəstək proqramı olmayıb. Ümumiyyətlə, iki devalvasiyadan sonra bankların çox ağır duruma düşəcəyi öncədən bəlli idi. Bununla bağlı dəfələrlə hökuməti mətbuat vasitəsilə xəbardar etmişdik. Amma çox təəssüf ki, qabaqlayıcı tədbirlər görülmədi və bu gün artıq bank sistemi iflic vəziyyətindədir.

Son açıqlanan rəsmi statistikalar da göstərir ki, həm problemli kreditlərin həcmi artıb, həm kreditləşmə ötən ilin anoloji dövrünə nisbətən 1.6 milyard manat azdır. Digər tərəfdən, depozitlərdə 700 milyon manat azalma var. Yəni, insanlar banklara güvənmir və əmanətlərini geri çəkir. Nəticədə isə bank sektorunda çox ciddi problem yaşanır. Dövlət isə bununla bağlı heç bir dəstək proqramı açıqlamayıb. Ümumiyyətlə, belə bir niyyətinin olduğu da bilinmir. Sadəcə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi çərçivəsində kredit verə bilir. Son zamanlar bu kreditlərdə də çox ciddi azalmalar müşahidə olunur. Azərbaycanda uçot dərəcəsinin çox yüksək, 12 faiz olduğunu nəzərə alaraq bankların da Mərkəzi Bankdan kredit almaq marağı azalıb.

Mərkəzi Bankdan kredit götürən kommersiya bankları da bu faizin üzərinə əməliyyat, bankın saxlama xərclərini gələrək əhaliyə və biznes çevrəsinə çox yüksək faizlə kredit təklif edirlər. Bu çevrələrdə isə yüksək faiz olduğu üçün kreditə maraq yoxdur. Ona görə də son zamanlar kreditləşmə ciddi şəkildə, 1.6 milyard manat azalıb. Bu, ciddi rəqəmdir. Dövlətin dəstəyi olmadığı üçün bankların durumu ağırlığını qoruyur. Banklar nə qədər ağır durumda olacaqsa, iqtisadiyyatda hərəkətsilik o qədər çox davam edəcək. Çünki obrazlı desək, banklar iqtisadiyyatın qan-damar sistemidir. Hal-hazırda bu sistemdə qan dövranı, yəni pul dövranı azalıb və taqətdən düşüb. İndi Azərbaycan məhz bu sindromu yaşayır”.

Ekspert vəziyyətdən çıxmaq üçün təkliflərini də verib. N.Cəfərli bankların xilası üçün ilk yolun sağlamlaşdırılma prosesinin sürətlə tamamından getdiyini deyib:

“Yəni, Azərbaycan hökuməti Mərkəzi Bank və yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bu məsələni çox uzatdı. Prosesi yarımçıq saxladılar. Sağlamlaşdırma başa çatmalıdır, “çürük” banklar bağlanmalı və ya birləşdirilməlidir. Sağlam, ayaqda dura bilən banklar isə dövlət dəstəyi olmadan vəziyyətdən çıxa bilməyəcəklər. Bu, açıq şəkildə görünür. Kommersiya banklarının təxminən 3 milyard dollara yaxın xarici öhdəlikləri var. Bu borcların geri qaytarılmasında böyük problemlər olacaq. Bunun yolu isə Beynəlxalq Bankda olduğu kimi borcların dövlət tərəfindən təmizlənməsi və bankların sağlamlaşdıqdan sonra yenidən kreditləşməyə açılmasıdır. Yaxud da Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalı və ya çox aşağı, 2-3 faizlə ən az 3-5 illik müddətə kredit verməlidir ki, heç olmasa kommersiya bankları düşdükləri vəziyyəti özləri idarə edə bilsinlər. Amma sağlamlaşma daha aqressiv getməlidir və tezliklə sistemində olan bütün problemli banklar, təşkilatlar ya bağlanmalı, ya da birləşdirilməlidir. Bunun başqa çarəsi yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kabus geri qayıdır

    Kabus geri qayıdır ...

    26-07-2014, 20:06

  • 
  • Ziyad Səmədzadə bankları faiz dərəcələrini azaltmağa çağırdı

    Ziyad Səmədzadə bankları faiz dərəcələrini ...

    7-02-2014, 12:09

  • 
  • Qazaxıstan iqtisadi vəziyyətinin getdikcə pisləşdiyini deyir

    Qazaxıstan iqtisadi vəziyyətinin getdikcə ...

    25-02-2016, 17:10

  • 
  • Kredit faizləri niyə aşağı salınmır?

    Kredit faizləri niyə aşağı salınmır? ...

    11-06-2013, 12:15

  • 
  • Kreditlər niyə ucuzlaşmır? (VİDEO)

    Kreditlər niyə ucuzlaşmır? (VİDEO) ...

    13-01-2014, 03:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu