“Rəsmi Bakı Rusiyaya TAP layihəsində iştirak etməyi təklif edib”. bu sensasion bəyanatla Türkiyənin “Yeni Asya” qəzeti çıxıb. Qəzet yazır ki, rəsmi Bakı Rusiyanın Azərbaycanın Qərblə gerçəkləşdirdiyi müştərək enerji layihələri ilə bağlı narahatlığını azaltmaq üçün bu addımı atıb və Moskvaya Transadriatik qaz kəməri layihəsində (TAP) iştirak etməyi təklif edib. “Rusiyanın “Rosneft” şirkətinin rəhbəri İqor Seçin Bakıya səfəri zamanı Azərbaycan tərəfdən belə bir təklif alıb. Bütövlükdə götürəndə Aəzrbaycanın indiki mövqeyi Rusiyanı “sakitləşdirməyə” yönələn konsepsiyadan irəli gəlir” - deyə “Yeni Asya” yazır.
Qeyd edək ki, TAP layihəsi Xəzər dənizi hövzəsindən çıxarılacaq qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini həyata keçirməlidir. Nəql olunacaq qazın əsasən Azərbaycana məxsus “Şahdəniz-2” yatağından hasil olunacağı nəzərdə tutulur. “Şahdəniz” yatağının işlənməsinə dair tərəfdaş şirkətlər isə bunlardır: BP, ARDNŞ və “Total”. Bu üç şirkət TAP layihəsində üst-üstə 50 faiz paya malikdirlər (BP və ARDNŞ-in hərəsi 20, “Total” 10 faiz olmaqla). TAP layihəsinin səhmdarları isə hazırda İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” şirkətləridir (15%).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?