GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sürücülər üçün sığorta tələsi

Sürücülər üçün sığorta tələsi

Tarix: 16-12-2012, 12:37 Bölmə :İqtisadiyyat Baxış: 840
Sürücülər üçün sığorta tələsi
Sığorta şirkətlərinin avtomobil sahiblərinə fırıldaq gəlməsinin sirləri “Gündəm xəbər”də

gundemxeber.az Sürücülərin çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına bir növ biyar kimi baxırlar və nə vaxtsa işlərinə yarayacağına inanmırlar. Azərbaycanda əksər sürücülər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına ildə təxminən 50 manatdan 250 manatadək dəyişən izafi xərc kimi baxırlar. Çünki sığorta halı yaranan zaman ödədikləri illik sığorta haqqının qarşılığında heç bir yardıma ümid etmirlər. Bunu 2012-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığılmış sığorta haqları ilə sığorta halları üzrə ödənişlər arasında yaranmış fərq də göstərir. Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, ilin ilk doqquz ayı ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplam sığorta yığımı təxminən 53 milyon 425 min manat olub. Halbuki həmin müddətdə sığorta şirkətləri bu sığorta növü üzrə 3 milyon 349 min manatdan azacıq çox, yəni təxminən 6,2% ödəniş ediblər. Bu, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı sığorta şirkətlərinin sığorta halları üzrə gerçəkləşdirdiyi orta ödəniş səviyyəsindən təxminən 10 dəfəyə qədər aşağıdır. Bu ölkələrdə əhali yığdıqları vəsaitin 60 faizinə qədərini sığorta halları üzrə ödənişlərə yönəltməyən şirkətlərə etibar etmir.
Apardığımız araşdırmaya görə, Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin səviyyəsinin bu qədər aşağı olmasının kökündə sığorta şirkətlərinin Dövlət Yol Polisi (DYP) tərəfindən tərtib edilmiş protokolları qəbul etməməsi dayanır. Sığorta şirkətləri müştəridən qəza halları zamanı avtomobilləri yerindən tərpətməməyi tələb edirlər və sonra özləri gələrək, ölçü-biçi işləri aparırlar. Adətən bu, DYP təmsilçiləri tərəfindən qəbul edilmir, onlar adətən nizamnaməyə uğun olaraq, öz ölçmələrindən sonra yol-nəqliyyat hadisəsi iştirakçılarından yolun hərəkət hissəsini azad etməyi tələb edirlər və bu, məntiqlidir. Tıxac problemi yaşayan şəhərin küçələrini hansısa sığorta şirkətlərinin kaprizləri ilə idarə etmək dünyanın heç bir yerində qəbul olunan praktika deyil. Mentalitetcə bizə çox yaxın olan qonşu Rusiyada belə sığorta şirkətləri DYP-nin protokolu əsasında qərar verirlər, Azərbaycanda isə absurd praktika ifrata varır: sığorta agenti həm də yol hərəkəti qaydaları üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Rusiyada sığorta agentləri yalnız avtomobilin zədəsinin qiymətləndirilməsində özləri iştirak edirlər və avtomobil sahibləri vuruqların çoxunun bilərəkdən göstərilməməsindən şikayətçidirlər. Yəni qəzadan sonra avtomobildə yaranmış hər hansı bir cızıq sığorta agentinin tanışı olan avtomobil eksperti tərəfindən bilərəkdən köhnə kimi göstərilir və onun təmiri üçün vəsait hesablanmır. Maşınların detallarının işlənmiş olması da nəzərə alınır və onların təzələrinin qiymətindən amortizasiya əmsalı çıxılır. Halbuki, Rusiya Nazirlər Kabinetinin qərarı ilə avtomobillərin bir sıra detalları təmir edilərkən yalnız təzələri ilə əvəzlənməlidir. Ona görə də təmir emalatxanaları təzə detallar qoyurlar və bu zaman sığorta şirkətinin verdiyi məbləğ görülən işlər üçün yetmir. Yəni göründüyü kimi, şimal qonşumuzun avtomobil sahibləri yetərincə imtiyazlı durumdadır. Bundan başqa, “İcbari sığortalar haqqında” qanunda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında bildirilir ki, hadisənin baş verməsi hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlarla əlaqədar olduqda da sığorta ödənişi verilmir. Yəni burada avtonəqliyyat vasitəsi sahibinin günahsız olması aydın ola-ola bilərəkdən sığorta ödənişi bazası daraldılır.
Maraqlıdır ki, bəzən sığorta şirkətinin sığorta halı üzrə ödənişləri həqiqi zərərçəkmişlərə yox, dələduzlara çatır. Bu barədə sığorta şirkətləri tərəfindən dəstəklənən internet resurslarında yetərincə material var. Adətən bu işdə ayrı-ayrı sığorta agentlərinin də əli olur. Yəni dəstə yaranır və bunlar dələduzluqla müxtəlif variantlar işlədirlər. Məsələn, park vəziyyətində olan avtomobillərin əzilməsi ilə bağlı sui-istifadələr geniş yayılıb. Yəni yük maşını ilə hər hansı minik maşını vurulur və adətən yük maşını bundan zərər görmür. Daha sonra hər iki avtomobilin sahibi və sığorta agenti sövdələşərək sığorta şirkətindən ödəniş alırlar.
Sığorta agentləri bəzən şirkət rəhbərliyindən xəbəri olmadan da yol-hərəkət qaydalarının iştirakçılarından qanundankənar pullar tələb edirlər. Məsələn, sığorta agenti müştərisi olan maşını vurmuş avtomobilin sahibindən sığorta ödənişi kimi verdikləri pulu tələb edir, bunun tam qanuni olduğunu deyərək, onu inandıra bilir. Günahkar avtomobillərin sahibləri belə halların 90%-də özlərini günahkar bilərək həmin sığorta agentinə pul ödəyirlər. Halbuki, bu zaman sığorta agentinin qanundankənar reket fəaliyyəti ilə məşğul olduğu göz qabağındadır.
Əslində isə sığorta şirkəti ilə onun müştərisinin avtomobilini vurmuş nəqliyyat vasitəsinin yiyəsi arasında hər hansı bir öhdəlik müqaviləsi olmadığından heç bir ödənişdən söhbət gedə bilməz. Sığorta şirkətləri avtomobil sahiblərinin bu sahədə savadsız olmasından sui-istifadə edirlər. Bu, bir növ aldatmadır. Yol hərəkət hadisələri zamanı sığorta agentlərinin iştirakı da olmadan keçinməyi, yəni DYP təmsilçilərinin protokolu ilə keçinməsi mümkündür. Bunun üçün avtomobil yiyəsi bağladığı sığorta müqaviləsinə xüsusi bənd salmağı tələb etməlidir. Bizdə müqavilə bağlananda, sürücünü birinci maraqlandıran məsələ ödəyəcəyi məbləğdir, heç kim müqavilə şərtləri ilə maraqlanmır. Sığorta halı olanda isə müqavilə ortaya çıxır və sürücü fakt qarşısında qalır. Halbuki, sığorta şirkəti elə bəri başdan müqavilə bağlanarkən ödənişdən yayınmağın qeydinə qalırlar.
İB rəhbərinin fikrincə, bu məsələdə sürücülərin maraqlarının qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən standart müqavilə formasının hazırlanması mümkündür: “Bu məsələdə sürücülərlə sığorta şirkətləri arasında münaqişələr yarandıqca, bu problem mütləq gündəmə gələcək və dövlət bu məsələyə qarışmalı olacaq”.

Çingiz Rüstəmov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda özəl sığorta bazarı

    Qazaxda özəl sığorta bazarı ...

    22-06-2015, 18:56

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Sığortaçılar niyə özlərinə qapanır? – Təhlil

    Sığortaçılar niyə özlərinə qapanır? – Təhlil ...

    11-09-2013, 11:50

  • 
  • İşsizlərə sığorta pulu veriləcək

    İşsizlərə sığorta pulu veriləcək ...

    17-11-2015, 13:47

  • 
  • Şəhid ailələri piket keçirəcək

    Şəhid ailələri piket keçirəcək ...

    3-12-2013, 08:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu