GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Nəqliyyat sektoru və üç oliqarx

Nəqliyyat sektoru və üç oliqarx

Tarix: 18-12-2012, 13:15 Bölmə :İqtisadiyyat Baxış: 991
Nəqliyyat sektoru və üç oliqarx

Ziya Məmmədov, Arif Əsgərov və Musa Pənahovun keçmişinin gizlinləri «Gündəm Xəbər»də

gundemxeber.az Azərbaycanda ən çox narazılıq yaşanan, ətrafında ən çox söz-söhbət olan idarələrdən biri Azərbaycan Dövlət Dəmiryolu İdarəsidir (ADDİ). Mətbuatı mütəmadi olaraq izləyən şəxslər yaxşı bilər ki, bu idarədən demək olar, hər ay müxtəlif tipli şikayətlər yazılır. İşçilərin maaşlarının aylarla verilməməsindən tutmuş, dəmiryolları relslərinin qanunsuz satışlarına qədər bir çox mövzuda qalmaqalların yaşandığı bu idarə, həmçinin, dövlətin ən strateji qurumlarından biri hesab edilir. ADDİ haqqında mətbuatda yazılan bu cür şikayətlər, xüsusən İdarənin rəisi Arif Əsgərovla bağlıdır. A.Əsgərov bu quruma rəis təyin edildiyi gündən bu yana onun adı mətbuatda müxtəlif korrupsiya və qanunsuzluqlarla birgə hallanıb. Bəs, kimdir bu Arif Əsgərov? Onun ADDİ kimi strateji dövlət qurumuna rəis təyin edilməsi necə baş verib? Ümumiyyətlə, A.Əsgərovun ADDİ-yə rəis təyin edilməsinin qanuni tərəfləri varmı?

90-cı illərdən başlayan karyera

A.Əsgərovun karyerasının ilk illərindən vəzifə pilləkənlərinin ən yüksək mərtəbəsinə qədər gəldiyi yolu araşdırdıq. Araşdırmalarımız nəticəsində bir çox maraqlı fakt və detallara rastladıq. Arif Əsgərovun Dövlət Dəmiryolu İdarəsində karyeraya başlaması 1990-cı illərin əvvələrinə təsadüf edir. O zaman bu idarənin rəisi Elbrus Fərmanov adlı şəxs idi. Onun müavini isə dünyasını dəyişmiş Şaiq Rüstəmov adlı biri idi. Dəmiryolu İdarəsinin nizamnaməsinə əsasən, peşəsi hərəkətçi olmayanlar idarə rəisinin birinci müavini təyin oluna bilməzdilər. Başqa sözlə, həmin dövrə qədər nizamnaməyə əsasən, peşəsi lokomotiv üzrə olan dəmiryolçular hissə rəisindən yuxarı vəzifələrə təyin olunmurdular.

Üç məmurun 20 illik işbirliyi

Ziya Məmmədovla bağlı kiçik haşiyə: Qeyd edək ki, 90-cı illərədək Dövlət Dəmiryolu İdarəsi üç hissədən ibarət idi: Bakı, Gəncə və Naxçıvan. Sonradan indiki nəqliyyyat naziri Ziya Məmmədov Dəmiryolu İdarəsinə rəis təyin edildikdə, hələ ötən əsrin 70-ci illərindən tətbiq edilən bu bölgünü ləğv etdi. Onu da bildirək ki, indi Ziya Məmmədovun müavini olan Musa Pənahov elə o vaxtdan nəqliyyat naziri ilə birgə işləyir. Z.Məmmədov Dəmiryolu İdarəsində Lokomotiv xidmətinin rəisi olan dövrdə Musa Pənahov həmin idarənin maliyyə xidmətinin rəisi, idarənin indiki rəisi Arif Əsgərov isə onun müavini idi. Yəni, indi də çiyin-çiyinə işləyən bu üç şəxsin sirli əməkdaşlığının 20 ildən artıq tarixi var.

AXC hakimiyyətindən bəhrələnmə

Qeyd edək ki, Arif Əsgərov Rostov Dəmiryolu İnstitutunun məzunudur. Onun tələbəlik illəri ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, Arif Əsgərov 30 nəfərlik qrupun içində yeganə oğlan tələbə olub. Onun digər bütün qrup yoldaşları qızlardan ibarət olub. Elə, dəmiryolu idarəsinin maliyyə xidmətinin kadrları da tarix boyu xanımlardan təşkil edilib. Həmçinin, bu indi də belədir. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında yeni bir dövr başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla həm qohum idi, həm də həmyerli. E.İsmayılovun idarə rəisi kimi imzaladığı ilk əmrlərdən biri Musa Pənahovu dəmiryolu idarəsinin maliyyə xidmətinin rəisi vəzifəsindən azad edərək, onu iqtisadi məsələlər üzrə müavin, indiki nazir Ziya Məmmədovu lokomotiv xidmətinin rəisi vəzifəsindən, lokomotiv, vaqon və energetika üzrə idarənin rəis müavini, Arif Əsgərovu isə maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin etməsi olub. Beləliklə, qohumluq bağları Arif Əsgərova yaramış, o rəis müavinliyindən, rəisliyə yüksəlmişdi. Yeri gəlmişkən, qeyd edək ki, Arif Əsgərovun keçmiş rəisi, onu vəzifə pillələrində irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətləri davam edir.

Arif Əsgərovun «qara günləri»

Eldar İsmayovun idarə rəisi olmağı uzun çəkmədi. Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca dövlət dəmiryolu idarəsinə Vahid Məmmədov Nadirli rəis təyin edildi. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edildi və Raya Abbasova adlı bir xanımla əvəzləndi. Bunun ardınca isə Arif Əsgərov üçün çox ağır bir dövr başladı. 1993-1995-ci illər demək olar ki, onun həyatının ən ağrılı illəri olub. Dəmiryolu idarəsinin indiki rəisinin əlinin hər yerdən üzüldüyü bir anda, Bəhrəm Yaradanquliyev adlı bir şəxs dəmiryolu idarəsinin nəzdində «Azerreyl» adlı şirkət yaratdı. Arif Əsgərov isə həmin şirkətə müavin təyin olundu.

Ziya Məmmədov yeni rəisə «xod» tapa bilir

Onu da bildirək ki, 1993-1995-ci illər, həmçinin, indiki nazir və onun müavini Musa Pənahov üçün də çətin dövlərdən sayıla bilər. Onlar həmin dövrdə tutduqları vəzifələrdə qalsalar da, vəzifələrinin icrasını demək olar ki, həyata keçirə bilmirdilər. Ancaq sonradan idarə rəisi Ziya Məmmədov və Musa Pənahova etimad göstərməyə başladı. Onun göstərdiyi bu etimadı doğruldan ikili isə idarə rəisinin gözündə yüksəldi. Hətta V.Əhmədovun idarə rəisliyinin son aylarında onun bir çox səlahiyyətlərinin Ziya Məmmədov həyata keçirirmiş. Bu barədə bizə məlumat verən mənbəmizin bildirdiyinə görə, rəisin yoxluğunda idarənin axşam iclaslarını aparmaq, həmçinin, rəis müavini və digər xırda idarə rəislərinə icazə vermək səlahiyyətləri Ziya Məmmədovda imiş. Araşdırmalarımız zamanı Ziya Məmmədovla bağlı əldə etdiyimiz daha bir maraqlı fakt isə ondan ibarətdir ki, onun dəmiryolu idarəsinin rəisi təyin olunması zamanı adı heç namizədlər arasında belə yox imiş.

Cavid Qurbanov necə parlayıb?

Deyilənə görə, o vaxtlar dəmiryolu idarəsinin Fərhad adlı bir xidmət rəisi axşam xəbərlərini gözləməyərək, idarənin koridorunda rastlaşdığı Z.Məmmədova rəisliyə namizədlərin adını bir-bir çəkib. Ancaq Ziya Məmmədovun adını çəkməyərək, ona «stavka» etmədiyini büruzə verib. Bu isə onun sonu olub. Z.Məmmədov ona bildirib ki, tələsməsin və kimin rəis təyin olunacağını axşam saat 8 xəbərlərində izləsin. Axşam xəbərlərinə qulaq asdıqdan sonra nə böyük səhv etdiyini anlayan Fərhad adlı həmin xidmət rəisi Z.Məmmədovun rəis təyin olunmasının səhəri günü tutduğu vəzifədən azad edilib. Onun yerinə isə indilərdə adı bizə çox tanış olan, deputat, «Azəryolservis»in rəhbəri Cavid Qurbanov dəmiryolu idarəsində ilk vəzifəsinə təyin edilib.

Dəmiryol sistemində kadr təyinatlırının prinsipləri

Z.Məmmədovun dəmiryolu idarəsinə rəis təyin olunması ilə birlikdə Arif Əsgərovun karyerası yenidən yüksəlməyə başladı. O, Məmmədovun əmrilə yenidən keçmiş vəzifəsinə qayıdaraq, raya Abbasovanı əvəz etməyə başlayır. Burada bir nüansı qeyd etmək yerinə düşər. Arif Əsgərov dəmiryolu idarəsi tarixinin yeganə maliyyəçi rəisidir. Bu səbəbdən də onun nə vaxtsa bu idarəyə rəis təyin olunacağına ümid etdiyini düşünmək yersiz olardı. Ancaq tale elə gətirib ki, bir maliyyəçi dəmiryolu idarəsinə rəis təyin olunub. Tarixən bu idarədə rəis vəzifəsinə təyin edilmək üçün ən azı lokomotiv üzrə mütəxəssis olmalı idin. Bəlkə də Arif Əsgərovun rəisliyi dövründə idarədən bu qədər narazılıq olmasının səbəbi onun işin mütəxəssisi deyil, maliyyəçi olmasıdır. Qeyd edək ki, hazırda Arif Əsgərovun baş məsləhətçisi də dəmiryolçu deyil, bankirdir. Belə ki, A.Əsgərovun baş məsləhətçiliyini həyata keçirən İlqar Məmmmədovun ixtisasça dəmiryolçuluğa heç bir aidiyyatı olmasa da, tovuzlu olması və Arif Əsgərovla həmyerlillik bağı onun bu vəzifəyə təyinatının yolunu açıb. Bu faktın özü onun göstərir ki, Arif Əsgərov dəmiryolu idarəsində kadr seçimlərini hansı kriteriyalara əsasən həyata keçirir. Əslində, elə Arif Əsgərovun və ona yaxın kadrların ixtisasına baxaraq, dəmiryolu idarəsi işçilərinin niyə bu qədər aşağı maaşlı işlədiklərinin, onların rəislərindən niyə bu qədər narazı olduqlarının kökündə dayanan səbəbləri görmək mümkündür.

«Gündəm Xəbər»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Əsgərovun korrupsiya dünyası

    Arif Əsgərovun korrupsiya dünyası ...

    4-06-2013, 12:21

  • 
  • Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal yaşanır

    Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal ...

    7-05-2014, 09:48

  • 
  • Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis təyin olundu

    Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis ...

    30-01-2014, 16:24

  • 
  • Arif Əsgərovun qardaşı adam güllələdi

    Arif Əsgərovun qardaşı adam güllələdi ...

    2-08-2013, 22:49

  • 
  • Arif Əsgərovun qardaşından daha bir ilginc addım

    Arif Əsgərovun qardaşından daha bir ilginc addım ...

    20-08-2013, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu