«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı qəza ilə adam güllələyib.
Bu barədə musavat.com-a Tovuzdakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, 31 iyul 2013-cü ildə, axşam çağı Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tufəngi alaraq atəş açıb. Məlumatda iddia olunur ki, o, atəş etdiyi zaman sərxoş vəziyyətdə olub. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib. Lakin xoşbəxtlikdən onun aldığı yara öldürücü olmayıb. Əli Əsgərov isə polis tərəfindən saxlanılmayıb.
Mənbəmiz bildirir ki, hadisə Tovuz rayonunun Qovlar qəsəbəsində, dəmiryol vağzalınin önündə olub.
Məlumatı gec saatlarda aldığımız üçün dəqiqləşdirmə apara bilmədik. Bu səbəbdən mövzunu 3 avqustda davam etdirəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?