GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Arif Əsgərovun korrupsiya dünyası

Arif Əsgərovun korrupsiya dünyası

Tarix: 4-06-2013, 12:21 Bölmə :Manşet Baxış: 1 109
Arif Əsgərovun korrupsiya dünyası
«Azərbaycan Dəmir Yolları» QSC-nin binasında baş verən yanğın təsadüfdirmi?
Məlumdur ki, Azərbaycanda ən çox narazılıq yaşanan, ətrafında ən çox söz-söhbət olan idarələrdən biri Dəmiryolu İdarəsidir .Mətbuatı mütəmadi olaraq izləyən şəxslər yaxşı bilər ki, bu idarədən demək olar, hər ay müxtəlif tipli şikayətlər yazılır. İşçilərin maaşlarının aylarla verilməməsindən tutmuş, dəmiryolları relslərinin qanunsuz satışlarına qədər bir çox mövzuda qalmaqalların yaşandığı bu idarə, həmçinin, dövlətin ən strateji qurumlarından biri hesab edilir.
Xatırladaq ki, Arif Əsgərovun Dövlət Dəmiryolu İdarəsində karyeraya başlaması 1990-cı illərin əvvələrinə təsadüf edir. Dəmiryolu İdarəsinin nizamnaməsinə əsasən, peşəsi hərəkətçi olmayanlar idarə rəisinin birinci müavini təyin oluna bilməzdilər. Başqa sözlə, həmin dövrə qədər nizamnaməyə əsasən, peşəsi lokomotiv üzrə olan dəmiryolçular hissə rəisindən yuxarı vəzifələrə təyin olunmurdular. Sonradan indiki nəqliyyyat naziri Ziya Məmmədov Dəmiryolu İdarəsinə rəis təyin edildikdə, hələ ötən əsrin 70-ci illərindən tətbiq edilən bu bölgünü ləğv etdi.
Z.Məmmədov Dəmiryolu İdarəsində Lokomotiv xidmətinin rəisi olan dövrdə Musa Pənahov həmin idarənin maliyyə xidmətinin rəisi, idarənin indiki rəisi Arif Əsgərov isə onun müavini idi. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla həm qohum idi, həm də həmyerli. E.İsmayılovun idarə rəisi kimi imzaladığı ilk əmrlərdən biri iqtisadi məsələlər üzrə müavin vəzifəsinə Musa Pənahov,indiki nazir Ziya Məmmədovu lokomotiv, vaqon və energetika üzrə idarənin rəis müavini, Arif Əsgərovu isə maliyyə xidmətinin rəisi vəzifəsinə təyin etməsi olub. Beləliklə, qohumluq bağları Arif Əsgərova yaramış, o rəis müavinliyindən, rəisliyə yüksəlmişdi...
Ancaq cəmi 6 ay sonra mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca dövlət dəmiryolu idarəsinə Vahid Məmmədov Nadirli rəis təyin edildi. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edildi . 1993-1995-ci illər demək olar ki, onun həyatının ən ağrılı illəri olub. Onu da bildirək ki, 1993-1995-ci illər, həmçinin, indiki nazir və onun müavini Ziya Məmmədov və Musa Pənahov üçün də çətin dövlərdən sayıla bilər. Onlar həmin dövrdə tutduqları vəzifələrdə qalsalar da, vəzifələrinin icrasını demək olar ki, həyata keçirə bilmirdilər. Ancaq sonradan idarə rəisi Vahid Məmmədov Ziya Məmmədova və Musa Pənahova etimad göstərməyə başladı
Hətta V.Məmmədovun idarə rəisliyinin son aylarında onun bir çox səlahiyyətlərini Ziya Məmmədov həyata keçirirmiş. Z.Məmmədovun dəmiryolu idarəsinə rəis təyin olunması ilə birlikdə Arif Əsgərovun karyerası yenidən yüksəlməyə başladı. Arif Əsgərov dəmiryolu idarəsi tarixinin yeganə maliyyəçi rəisidir.Tarixən bu idarədə rəis vəzifəsinə təyin edilmək üçün ən azı lokomotiv üzrə mütəxəssis olmalı idin”. Onu da bildirək ki, bu yazıdan sonra da biz mövzu ilə bağlı araşdırmalarımızı davam etdirmişik və həmin idarədə maxinasiyalarla bağlı bir çox sənədlərin nüsxələrini əldə etmişik. Belə faktların arasında hətta Dəmiryolu İdarəsinin Maliyyə Xidmətinin Gəlirlər Sektorunun keçmiş rəisi, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun imzasının saxtalaşdırıldığı sənəd belə var. Həmin sənədlərin vasitəsilə bəzi şirkət rəhbərləri hətta Dəmiryolu İdarəsində böyük maxinasiyalar etməyə belə müvəffəq olublar.
Məsələn, həmin sənədlərin birində Azərbaycan Dövlət Dəmiryolunun Zaqatala stansiyasının yük xəzinədarlarının böyük məbləğdə pul vəsaitini yük xəzinəsində saxlayaraq hesabatdan gizlədilməsindən bəhs edilir. Bildirilir ki,yük xəzinədarları məsul şəxslər kimi onlara etibar edilmiş maliyyə vəsaitlərindən şəxsi mənafeyləri uçun istifadə edərək həmin vəsaiti mənimsəmişdirlər. Həmin pulların Dəmiryolu İdarəsinin hesabına ödənilməsi isə təmin edilməmişdir.Həmin sənəddə maraqlı və şübhəli məqamlardan biri qanunu pozan,cinayət törədən məmurların çox yüngül şəkildə cəzalandırılmalarıdır.Məsələn, Azərbaycan Dövlət Dəmir Yolu Maliyyə xidmətinin 24.01.2006-cı il tarixli NFN-06 saylı tapşırığı əsasında Zaqatala stansiyasında aparılmış təhlil nəticəsində bir çox qanunsuzluqlar aşkar edilmişdir.Elə Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun Daşıma Prorseslərini İdarəetmə Birliyinin rəisi İ.Kərimova etdiyi əmrin bir hissəsindən də aydın görmək olar ki,idarədə kifayət qədər ciddi qanun pozuntuları baş verib.
Məsələn ,sənəddə qeyd olunur ki,vəzifə səlahiyyətlərinin sui -istifadə edərək Zaqatala stansiyasının yük xəzinədarları G.Vəkilova və Ə.Əliyev onlara etibar edilmiş 32.506.783 ( 6501AZN )manat vəsaiti hesabatdan gizlədiblər.Yol rəisinin teleqraf göstərişlərinə və SF-3504 nömrəli təlimatın tələblərinə zidd olaraq vaqonları 42.776.812 (8555 AZN) manat yol xərci alınmadan göndəriblər. Ancaq buna görə verilən cəzalara fikir verin:
“... yol verdiklərinə görə Zaqatala stansiyasının yük xəzinədarları G.Vəkilovanın və Ə.Əliyevin işdə qalıb-qalmaması məsələsinə baxılsın...
1.1. Təhlil zamanı aşkar edilmiş 32.506.780 manat (6501 AZN) pul kəsirinin 10 gün müddətində yük xəzinədarları Ə.Əliyev və G.Vəkilova tərəfindən ödənilməsi təmin edilsin.
1.2.Göstərilən müddətdə pul vəsaiti ödənilməzsə ,materiallar tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin”
1.3.Qeyd edilən 42.776.812 manat (8555 AZN)yol xərcinin müvafiq müəssisələr tərəfindən 10 gün müddətində ödənilməsi stansiya rəisi tərəfindən təmin edilsin.
2.Tabeçiliyində olan işçilər üzərində nəzarəti zəiflətdiyinə və yol xərci alınmadan vaqonların stansiyadan göndərilməsinə yol verdiyinə görə Zaqatala stansiyasının rəisi S.Şixəmirova şiddətli töhmət elan edilsin.
3. Daşıma Proseslərini İdarəetmə Birliyinin rəisi İ.Kərimov Zaqatala və digər stansiyaları üzrə dəmir yoluna ödənilməli pul vəsaitlərinin göstərilən müddətdə ödənilməsi üçün tədbirlər görməklə nəzarəti gücləndirilsin....”
Bu sənəddə öz əksini tapmış qanunsuzluqların yalnız cüzi bir hissəsidir.Belə faktlar isə «Azərbaycan Dəmir Yolları» QSC-də saysız-hesabsızdır. İşlərində ciddi nöqsanlara,bir çox hallarda isə ciddi qanun pozuntularına,maliyyə yeyintisinə yol verən, küllü miqdrada dövlət vəsaitini mənimsəyən məmurlar cinayət məsuliyyətinə cəlb olunmaq əvəzinə şiddətli töhmət alırlar,onlara təklif olunur ki,mənimsədikləri pulları geri qaytarsınlar,bəzilərinin isə yalnız işdən-çıxıb-cıxmamaq məsələsinə baxılır.Halbuki qanunu bu şəkildə pozan məmurlara qanunvericilikdə nəzərdə tutulan daha sərt tədbirlər görülməli idi.
Qeyd etdiyimiz kimi adıçəkilən idarədə bu kimi hallar heç də istisna deyil,dəfələrlə və çox sayda baş verib və əgər sənəddə öz əksini tapan qanunsuzluqlar bu qədərdisə reallıqda baş verən yeyintilərin miqyasını təsəvvür etmək çətin deyildir. «Azərbaycan Dəmir Yolları» QSC—də vəziyyətin belə açınacaqlı olduğu halda istər-istəməz sual yaranır:məgər öz idarəsində qanunlara nəzərat olunmasına məsul şəxs Dəmiryolu İdarəsinin rəhbəri vəzifə başına dövlət vəsaitinin çalınıb-çapılmasına göz yumulmasına görə qoyulub?
Əgər bu idarə kommersiya,şəxsi firma olsa idi bu cür reaksiyanı,qanunsuzluqlara qarşı sənəddə göstərildiyi kimi yumşaq tədbirləri yenə başa düşmək olardı və bu rəisin şəxsi işi sayıla bilərdi.Ancaq yaddan çıxartmaq lazım deyil ki, burada söhbət böyük,ölkənin əhəmiyyətli dövlət idarələrinin birindən və kiməsə etimad göstərilən,həvalə olunan dövlət vəzifəsindən gedir... Hər halda bu barədə düşünməyə dəyər.
Yəqin ki,bu yazıdan sonra hüquq -mühafizə orqanları lazımı tədbir görəcəklər. Bizi izləyin, gələn yazımızda,həmİn şirkət rəhbəri ilə hansı məmurların əlbir olması haqda apardığımız araşdırmanı və həmin məmurların adlarını açıqlayacacağıq. Sonda mövzuya aid olan bir hadisəni də qeyd edək . Bildiyiniz kimi mayın 22-də əməkdaşının verdiyi xəbərə görə Bakıda Nəsimi rayonunda yerləşən \"Azərbaycan Dəmir Yolları\" QSC-nin Baş İdarəsində yanğın baş vermişdir.. \"Azərbaycan Dəmir Yolları\" QSC-nin mətbuat xidmətinin məlumatına görə yanğın binanın zirzəmisində baş verib. Şahidlərin bildirdiyinə görə yanğın əsasən Dəmiryolu İdarəsinin maliyyə şöbəsinin arxivini əhatə edib. Yanğın nəticəsində qurumun bir sıra vacib sənədlərinin yanaraq, sıradan çıxdığı bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi isə araşdırılır. JAM.AZ bildirir ki, ilkin versiya kimi qısaqapanma göstərilir.
Amma gələn xəbərlərə görə vəziyyət bir qədər başqadır. Daxil olan məlumata görə, Dəmiryolu İdarəsinin arxivində baş vermiş yanğın nəticəsində indiyə qədər mövcud olan maliyyə sənədlərinin böyük bir qismi yanaraq, məhv olub. Mənbə iddia edir ki, yanğın qəsdən törədilib və məqsəd sənədləri sıradan çıxarmaq olub. Bunun da vacib tərəflərinin olduğunu bildirən mənbə qeyd edib ki, son bir neçə ay içində idarəyə məxsus vacib maliyyə sənədləri mətbuat nümayəndələrinin əlinə keçib. Hətta həmin sənədlərin içində kifayət qədər böyük rəqəmlərlə ifadə olunan yeyinti faktlarının da olduğu qeyd olunur.
Eyni zamanda deyilir ki, bu yanğının törənməsinin bir başqa səbəbi də həmin yeyinti hallarını gizlətmək olub. Bu olay bir daha «Azərbaycan Dəmir Yolları» QSC –də baş verən şübhəli məqamların və qanunsuzluqların həqiqətdən heç də uzaq olmamasını təsdiq edir.Yazinin sonunda biz adıçəkilən, Dəmiryolu İdarəsinin Maliyyə Xidmətinin Gəlirlər Sektorunun keçmiş rəisi, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun imzasının saxtalaşdırıldığı sənədin nüsxəsini oxuculara təqdim edirik.Nəzərinizə çatdıraq ki, araşdırmalarımız nəticəsində biz 10-larla belə sənəd əldə etmişik. Bizi izləyin,dəmir yolu ilə əlaqədar silsilə yazılarımız gəlir.
Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəqliyyat sektoru və üç oliqarx

    Nəqliyyat sektoru və üç oliqarx ...

    18-12-2012, 13:15

  • 
  • Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal yaşanır

    Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal ...

    7-05-2014, 09:48

  • 
  • Ziya Məmmədovun çökdürdüyü dəmiryolu

    Ziya Məmmədovun çökdürdüyü dəmiryolu ...

    23-05-2014, 09:42

  • 
  • Arif Əsgərovun oğlunun həbs olundu

    Arif Əsgərovun oğlunun həbs olundu ...

    7-11-2013, 10:26

  • 
  • Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur

    Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən ...

    7-11-2014, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu