GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bankların iki sirri

Bankların iki sirri

Tarix: 19-12-2012, 13:11 Bölmə :İqtisadiyyat Baxış: 1 239
Bankların iki sirri
Vətəndaşlar üçün aşağı faizlərə qadağa qoyan maliyyə qurumları deputatlara nədən güzəşt edir?

gundemxeber.az Azərbaycanın bank sektoru elə də qəliz deyil. 40-dan artıq bankın fəaliyyəti sayəsində formalaşmış bu sektorda olanların hamısı ailə bankları kimi diqqəti çəkir. Son iki-üç il ərzində cəmiyyətə açılan və bununla da fəaliyyət göstərdikləri banklarımz hələ də tam açılmış vəziyyətdə deyil. Çünki onlar yalnız konkret tapşırıq əsasında fəaliyyət göstərirlər.
Qeyd edək ki, Azərbaycanda bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 26 faizdən az deyil. Amma burada tərs mütənasib olan bir məqam var ki, bankların qəbul etdiyi ən yüksək əmanət 20 faizdən çox deyil. Halbuki ölkə bankirləri istəsələr, bu dərəcələri də artıra bilərlər. Ancaq istəmirlər. Ona görə ki, əhali varlana bilər.
Azərbaycanda kreditlərin aşağı faizlə verilməsi mümkündür. Lakin qəti bir tapşırıq mövcuddur ki, bu rəqəm 20 faizə enməməlidir. Bunun hansı səbəbdən edildiyi dəqiq deyil. Təbii ki, banklar bu göstərişləri əsaslandırmaq zorundadırlar. Amma onların əsaslandırmaları heç də reallığı əks etdirmir. Belə ki, banklar bildirir ki, son dövrlər ölkədə infliyasiyanın yüksək olması, daxili bazarın oturuşmuş vəziyyətə gəlməsi nizamnamə kapitalını artırmaq üçün geniş imkanlar açmır. Ona görə də, həmin kapitalı artırmaq məqsədi ilə kreditlərin verilməsi zamanı yüksək faizlər tətbiq olunur. Əslində, bu ağılsız bir arqumentdir və heç bir əsası yoxdur. O zaman Qərb və ya Türkiyə bankları gərək çoxdan iflasa uğrayadılar. Digər bir arqument isə ondan ibarətdir ki, belə kreditlər verilən zaman risq dərəcəyi yüksək olur və ona görə də, faiz dərəcələri artırılır ki, bununla dəyə biləcək zərərin qarşısı alınsın. Yəni, hər nə olursa olsun, təki banka ziyan gəlməsin və ya dəyən ziyan əhalinin boğazından çıxarılsın.
Amma Azərbaycanda aşağı faizlə kredit vermək istəyən banklar da fəaliyyət göstərmək istəyiblər. Bizdə olan məlumatlara görə, ərəb varlıları ölkəmizdə fəaliyyət göstərməyə çalışıblar. İslami qaydalarla idarə olunacaq həmin bankın əsas niyyəti ölkəmizdə əhaliyə 7 faizlə kredit verilməsini təmin etmək və bununla da böyük müştəri kontingenti toplayaraq, onların əliylə varlanmaq olub. Hətta bankın açılması istiqamətində Milli Bankla belə danışıqlar aparılıb. İş kredit faizinə gəlib çatdıqda danışıqlar dayandırılıb. Çünki Milli Bankın əsas tələbi həmin faiz dərəcələrinin ən azı 20 faiz olmasından ibarət olub ki, ərəb varlıları da bununla razılaşmayıblar.
Bankların kredit faizi ilə bağlı xüsusilə maraq doğuran məqam aşağı faizlə kredit götürmək qadağasının ancaq sıravi vətəndaşlara aid edilməsidir. Belə ki, deputatlar və güclü nazirlərin başçılıq etdiyi qurumların işçiləri belə şansdan yararlana bilər.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda deputatlara illik 7 faiz olmaq şərti ilə 5 milyon dollara qədər kredit verilir. Həmin kredit seçdirilmiş deputatların maddi rifahının yaxşılaşdırılması məqsədi ilə verilir. Araşdırma nəticəsində o da məlum olub ki, bu pulların hesabı yuxarılar tərəfindən vaxtında aparılır. Yəni, deputatlar xərclədiyi hər qəpiyin sonda hesabatını verməlidirlər. Bu araşdırmamız zamanı onu da öyrəndik ki, son üç il ərzində əksər deputatlara illik 7 faiz olmaqla kreditlər verilib. Amma onların bəziləri bu pullardan biznes sahəsində istifadə etməkdən qorxaraq, onu başqa bir banka yatıraraq, illik faizlərini almaqla qazanc əldə edə bilirlər. Daha geniş izah versək belə alınar ki, bacarıqsız deputat bir bankdan aldığı pulu başqa banka əmanət kimi yatırır və oradan gələn faizlər sayəsində güzaran qurmağa çalışır. Bu da təqribən hər il 700 min dollar deməkdir ki, 5 il ərzində də həmin rəqəm 3,5 milyon dollara çatır.
Deputatlardan başqa ayrı-ayrı nazirliklərdə çalışan işçilər də güzəştli kredit ala bilərlər. Bu zaman onların işlədiyi nazirliyin rəhbərinin şəxsi göstərişi olmalıdır ki, bunu da hər işçi əldə edə bilmir. Amma bütün bunlara rəğmən, onlar üçün nəzərdə tutulmuş limit 80 min manatdır. İllik faiz dərəcəsi isə bu adamlar üçün 12 faiz nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda belə kreditlərin verilməsi ilə əsasən bir-neçə bank məşğul olur. Daha doğrusu, proses yalnız onlara həvalə olunub. Bu sırada «Texnika Bank», «Azərdəmiryol» Bank və «Azəriqaz» Bank var. Digər banklar isə istisna hallarda belə proseslərə qatılır. Həmin istisna hal isə kredit istəyənlərin sayının çoxluğu yarananda mümkünləşir.

“İqtisadiyyat şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bankların iki sirri

    Bankların iki sirri ...

    18-12-2012, 12:17

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15

  • 
  • Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, digərindən yüksək faizlə geri alınır

    Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, ...

    21-11-2013, 01:36

  • 
  • Baş bankirdən mesaj: "Azərbaycanda kedit faizləri enməyəcək"

    Baş bankirdən mesaj: "Azərbaycanda kedit ...

    27-01-2015, 21:59

  • 
  • Ən yüksək faizli kreditlərdən Azərbaycan vətəndaşları istifadə edir (VİDEO)

    Ən yüksək faizli kreditlərdən Azərbaycan ...

    14-08-2013, 00:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu