Redaksiyamıza İmişli rayon Çaxırlı kənd sakini Həsənov Əmir Dəmir oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. Müraciət edən sakin qəzetimiz vasitəsilə qarşıladığı problemlə əlaqədar dövlət başçısından imdad diləyir. Şikayətçi yazır: «Bu məktubdakı şikayətlərim Fövqaladə Hallar Nazirliyi və “Azərsun” şirkətinin İmişli Şəkər Zavodunun rəhbərliyinin hüquqlarımı pozması olduğundan mən şikayətimi onlara ünvanladım. Artıq neçə illərdir ki, Fövqaladə Hallar Nazirliyi Konstitusiyanın mənə verdiyi hüquqlardan istifadə edərək əldə etdiyim məhkəmə qərarlarının mövcud olduğu və icraya yönəldilmiş qərarları icra etməkdən imtina edir. Mən bununla əlaqədar nazirdən başqa bütün generalların qəbulunda olsam da dəfələrlə təhqir olunub, qovulmuşam. Məhkəmə qərarına əsasən, Fövqaladə Hallar Nazirliyi mənə 7000 manat dəymiş ziyana görə pul ödəməli idi. Məhkəmə qərarlarına əsasən, mənə pulun qismən ödənilməsi nəzərdə tutulmuş və bu günədək ödənilməmişdir. “Azərsun” şirkətinin İmişli Şəkər zavodu isə məndən xərclənmiş pulu geri tələb etməsi isə dilənçidən pul tələbinə bənzəyir. Məhkəmələrin mənim əkdiyim çuğundur sahəni də Fövqaladə Hallar Nazirliyinin günahı ucbatından Araz çayının məcrası dəyişilərkən subasma nəticəsində məhv edilməsi barədə qərarını Apellyasiya məhkəməsində qəsdən ləğv etdirilməsi mənə qarşı haqsızlıqdır. Mən Azərsun prezidentinin 1-ci müavini yanında olarkən də qərara alındı ki, mənə dəyən zərər ödənilsin. Amma bu günədək ödənilməmişdir. Beləliklə mən 75 yaşında güclü təzyiqə məruz qaldım, əmlakım dağıdıldı. Odur ki, sizlərdən xahiş edirəm ki, mənə köməklik edəsiniz. Məktubumun hörmətli prezidentə çatmasına yardımcı olasınız». Qeyd edək ki, yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. ELXAN
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?