GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bütün Avrasiyanın biznes elitası İstanbula toplaşır

Bütün Avrasiyanın biznes elitası İstanbula toplaşır

Tarix: 28-11-2013, 15:11 Bölmə :İqtisadiyyat Baxış: 794
Bütün Avrasiyanın biznes elitası İstanbula toplaşır

Hikmət Ərən: “30 ölkədən 300 iş adamını Qəbzədə qarşılayacağıq”

Avrasiya İqtisadi Əlaqələr Assosiasiyası (EkoAvrasiya) və Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD) Avrasiya məkanından olan iş adamlarını bu il dekabrın 12-15-i aralığında Türkiyənin sənaye şəhəri olan Qəbzədə qarşılamağa hazırlaşır.

Virtualaz.org saytının xəbərinə görə, bu forumla bağlı EkoAvrasiya İdarə Heyətinin rəhbəri Hikmət Ərən məlumat verib.

H.Ərənin sözlərinə görə, 22 milyon kvadratmetrlik bir coğrafiyanı əhatə edən və 1 trilyon dollardan artıq rəsmi gəliri olan Avrasiya bölgəsi ilə Türkiyə arasında ticarət və iqtisadi əlaqələrin artırılması üçün xüsusilə son illərdə önəmli işlər həyata keçirilir. Həmin bölgədən bir çox iş adamları və firma sahiblərinin təmsilçiləri ölkəmizə investisiya yatırmaqla yanaşı mühüm ticarət müqavilələri də imzalayırlar.

“Hər sahədə ölkəmizlə Avrasiya dövlətləri arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdırılması, ölkəmizin beynəlxalq arenada layiq olduğu yerə görə qiymətləndirilməsi Avrasiya İqtisadi Əlaqələr Assosiasiyasının əsas vizyonudur” - deyən Hikmət Ərən dərnəklərinin bu vizyona çatmaq üçün üzərinə götürdüyü missiyanı da açıqlayıb.

“Məqsədimiz dünya üzərində əhəmiyyəti getdikcə artan və çəkisini hər sahədə hiss etdirməyə başlayan Avrasiya ölkələri ilə digər dünya dövlətləri arasında yaşanan bu hərəkətliliyi Türkiyə baxımından da iqtisadi və sosial sahələrdə bir sıçrayışa çevirmək və Avrasiya ölkələri ilə Türkiyə arasında güclü, dinamik və daimi əlaqələrin qurulmasına töhfə verməkdir” - deyə EkoAvrasiya İdarə Heyətinin rəhbəri bildirib.

H.Ərən ticarət sektorunda son illərə aid statistik rəqəmlərin, Avrasiya ölkələri ilə Türkiyənin əhəmiyyətli nisbətdə açıq verdiyinə diqqət çəkib: “5 milyard dollarlıq ixracata qarşı 17 milyard dollarlıq idxal reallaşır ki, burada da ağırlığı neft və təbii qaz təşkil edir. Türkiyə xarici ticarətinin 47 faizini Rusiya ilə aparır. Ümumi idxalımızın 75 faizi də yenə bu ölkəyə aiddir”.

Avrasiya bölgəsindən ən çox hansı sahələrdən tələb gəldiyinə dair suala H.Ərənin cavabı belə olub: “İstehsalatla bağlı olan sahələrə ciddi tələbat var. Tekstil, qida istehsalı, kənd təsərrüfatına əsaslanan müəssisələr, avtomobil hissələrinin istehsalı sənayesı, soyuducu və mexaniki sahələr əsas tələb görən ən vacib sektorlardır. Türk inşaat firmaları bölgədə olduqca aktiv vəziyyətdədir. Mövcud potensialı ilə Avrasiya bölgəsi Türkiyə üçün əhəmiyyətli bir bazardır”.



Türkiyənin sənaye mərkəzi olan Qəbzədə TÜKSİAD ilə birlikdə böyük bir foruma imza atacaqlarını dilə gətirən H.Ərən deyib ki, bu layihə çox əhəmiyyətlidir: “İstanbul yolu üzərində yerləşən Qəbzədə sənaye sürətlə inkişaf edir. Türkiyənin ən böyük 500 fabrikinin təxminən 10 faizi burada yerləşir. Forumun ən böyük dəstəkçiləri Qəbzə şəhərinin meriyası, Qəbzə şəhərinin Ticarət Palatası və MARKA-dır (Mərmərə dənizinin şərq regionunun İnkişaf Agentliyi). Hər birinə indidən dərin təşəkkürümü bildirirəm”.

Bu forum vasitəsilə Türkiyənin sənaye mərkəzi olan Qəbzədə Avrasiyanın 30 ölkəsindən 300 iş adamını qonaq etməkdən böyük qürur duyacaqlarını dilə gətirən H.Ərən bildirib ki, həyata keçiriləcək layihə “Türkiyənin inkişafına okeanda bir damla da olsa fayda verəcəksə, bu, bizi çox sevindirmiş olacaq”.

Xatırladaq ki, Avrasiya Biznes Forumuna Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya Federasiyası (Başqırdıstan, Dağıstan, Tatarıstan), Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Türkiyədən iş adamları, Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal, Makedoniyanın dövlət naziri Hadi Nezir, Kosovo dövlət idarəetməsi naziri Mahir Yağcılar, Şimali Kiprin baş nazirinin müavini Serdar Denktaş, Kosovo sənaye və ticarət nazirinin müavini Cüneyt Ustaibo, senatorlar, millət vəkilləri, səfirlər, Ticarət Palatası rəhbərləri və sektor nümayəndələri qatılacaq.

Layihə çərçivəsində Qəbzəyə gələn iş adamları birinci gün biznes və iqtisadi fəaliyyətlər, investisiya imkanları, bölgədə sərmayə subsidiyaları məsələlərinin müzakirə olunacağı foruma qatılacaqlar. Forum türk, ingilis və rus dillərində səsləndiriləcək. İkitərəfli əməkdaşlığın həyata keçiriləcəyi ikinci gün istehsal müəssisələri, fabrik və sənaye bölgələrinə səfərlər təşkil olunacaq. Proqramın son günü isə iş adamları üçün Qəbzə və ətrafındakı tarixi, mədəni yerlərə gəzinti nəzərdə tutulur.

Forumla bağlı əlavə məlumatı bu saytdan əldə edə bilərsiniz. Sonda onu da vurğulayaq ki, biznes-forumun informasiya dəstəyi haqqin.az və virtualaz.org saytları tərəfindən veriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ABŞ-a Ələtdə azad ticarət zonasının təşkili istiqamətində əməkdaşlıq təklif edib

    Azərbaycan ABŞ-a Ələtdə azad ticarət zonasının ...

    15-04-2016, 00:34

  • 
  • Putindən Azərbaycana mesaj "Gəlin bir mərkəzə çevirək"

    Putindən Azərbaycana mesaj "Gəlin bir ...

    23-12-2014, 22:40

  • 
  • Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası MDB sammiti ilə eyni günə salındı

    Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası ...

    21-10-2013, 13:43

  • 
  • Nazarbayevdən Putinə inanılmaz zərbə

    Nazarbayevdən Putinə inanılmaz zərbə ...

    5-09-2014, 23:39

  • 
  • Putinin müşaviri Azərbaycan pomidorları haqda

    Putinin müşaviri Azərbaycan pomidorları haqda ...

    4-02-2016, 22:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu