Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayı azalıb. Bu, oktyabrın 1-nə olan məlumatdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalaraq 2 mln. 533.1 min baş olub. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.
Maraqlıdır, bu amil ətin qiymətini bahalaşdıra bilər?
İqtisadçı Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, ətin qiyməti yenidən bahalaşacaq:
"5-6 ildir ki həyəcan təbili çalırıq ki, Azərbaycanda iri və xırda buynuzlu heyvanların sayı ilbəil azalır. Bu azalma da ətin qiymətinin bahalaşmasına gətirib çıxardır. 7-8 il bundan qabaq ətin qiyməti 7-9 manat arası dəyişirdi, indi az qala 20 manata yaxınlaşır. Hər il yay aylarında ucuzlaşan ət, bu il əksinə, yenə bahalaşdı. Bu o deməkdir ki, xırda və iri buynuzlu heyvanların sayı kritik həddə azalmağa başlayır. Bu amil qarşıdakı aylarda ətin qiymətinin bahalaşmasına özünü göstərəcək. Növbəti ildə də ətin qiyməti əlbəttə ki bahalaşacaq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?