GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda ətin qiyməti niyə BAHALAŞIR?

Azərbaycanda ətin qiyməti niyə BAHALAŞIR?

Tarix: 21-09-2017, 22:05 Bölmə :Cəmiyyət Baxış: 495
Azərbaycanda ətin qiyməti niyə BAHALAŞIR?


Ölkədə ət və ət məhsullarının qiyməti ifrat həddə bahalaşıb, eyni zamanda bu məhsulların idxalında kəskin artım başlayıb.c

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə çəki ifadəsində 67 faizədək, dəyər ifadəsində isə 2 dəfədən çox artıb. Əgər ötən ilin yanvar-avqustunda xaricdən 16,9 min ton ət gətirib buna 20,4 milyon dollar xərcləmişdiksə, bu il 28,2 min ton ət alıb, 43 milyon dollara yaxın vəsait sərf etmişik.

Ətin qiyməti niyə artır?

Qiymət artımının bir neçə mühüm səbəbini qeyd etmək olar. Bunlardan birincisi, heyvanların qidalanmasında əsas yer tutan ot və ot bağlamalarının bahalaşmasıdır. Belə ki, builki hədsiz quraqlıq şəraitində heyvandarlar əvvəlkindən xeyli az ot və yonca əldə edə biliblər. Bu azlığın digər səbəbi son illərdə biçənək sahələrinin böyük bir hissəsinin əkin altına salınmasıdır.

Qeyd edim ki, əhalinin bütün əsas növ ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin olunması son illərdə ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. İqtisadiyyatın qeyri-neft sektorunda ixracyönümlü aqrar istehsalın inkişafı da həmçinin... Çox təəssüflər olsun ki, bir çox məmurlar, xüsusilə də sahəyə məsul qurumların rəhbərləri bu prioritetlərdən birincinin arxa plana keçirilməsi hesabına ikinciyə daha çox diqqət ayırmaq yolunu tutublar: rayonlarda əsas biçənək, otlaq əraziləri, qışlaqların yerləşdiyi sahələr ucdantutma əkin altına salınır. Halbuki dövlət başçısının çıxışlarında aqrar istehsalda yüksəlişə ekstensiv – əkin sahələrinin genişləndirilməsi deyil, intensiv – yəni məhsuldarlığı artırmaq yolu ilə nail olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Eyni zamanda şoranlaşmış, yaxud bataqlığa çevrilmiş ərazilərin əkinə yararlı vəziyyətə gətirilməsinin vacibliyi qeyd olunub.

Lakin xüsusilə yerli məmurlar bu çağırışları görməzdən gələrək, bütün gücü əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına genişləndirilməsinə yönəldiblər. Heyvandarlıqla məşğul olan fermerlərin etirazları hələlik heç bir fayda vermir.

Nəticə heç də ürəkaçan deyil – hələ payız başlamayıb yonca bağlamasının biri 4-5 manat arasında dəyişir. Bu qiymətə bağlama alıb heyvana yedirdənlər, aydın məsələdir ki, heyvandan əldə etdiyi bütün məhsulları - əti, südü, yunu, pendiri və s. baha satmağa çalışacaq. Düzdür, taxıldan istehsal edilən heyvan yeminin qiymətində cüzi də olsa ucuzlaşma var, lakin bu, otun qiymətindəki bahalaşmanı kompensasiya etmək imkanında deyil.

Yerli istehsalın azalması, yaxud qiymətlərin bahalaşması istər-istəməz xaricdən idxalı stimullaşdırır. Bu isə irihəcmli vəsaitlərin xaricə axması, həm də yerli istehsalın tənəzzülə doğru getməsi ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, bizim ət idxal etdiyimiz ölkələrin əksəriyyətində qiymətlər xeyli ucuzdur. Məsələn, Ukraynada əla növ mal ətinin kiloqramı 3,4 dollara, şaqqalanmış halda kiloqramı 2,4 dollara təklif olunur. Dondurulmuş halda qiymətlər bundan təxminən 15-20 faiz aşağıdır. Aşağı qiymətə alınıb gətirilən xarici məhsul isə bahalı yerli istehsalı bazardan rahatlıqla sıxışdırıb çıxara bilir.

Əti haradan alırıq?

Hazırda bizim iribuynuzlu heyvan əti idxalımızın 90 faizə yaxını Ukraynanın payına düşür. Halbuki ötən ilədək bu məhsulu əsasən Hindistandan idxal etmişik. Məsələn, 2015-ci ildə cəmi 5 min ton təşkil edən ümumi idxalımızın 2647,7 tonu bu ölkənin payına düşüb. Bu zaman ətin kiloqramını təxminən 1,6 dollara almışıq. Həmin il Ukraynadan 2004,9 ton iribuynuzlu heyvan əti almışıq – kilosu 2,5 dollara...

2016-cı ildə isə Hindistandan idxa l 2 dəfədən də çox azalıb - bu ölkədən cəmi 286,96 ton ət almışıq – 564,47 min dollara (kilosu1,96 dollar).

Ötən il xarici ölkələrdən ümumilikdə 5235,5 ton iribuynuzlu heyvan əti idxal etmişik. Bunun 87 faizdən çoxu – yəni 4565,47 tonu Ukraynadan alınıb (təzə, soyudulmuş, sümüklü, sümüksüz dondurulmuş və sair). Bu zaman ümumi idxala 13 milyon 615,41 min dollar, o cümlədən Ukraynadan idxala 10 milyon 650,95 dollar sərf etmişik. Beləliklə, ümumi idxal üzrə orta qiymət 2,6 dollar, Ukraynadan idxal üzrə isə 2,3 dollar təşkil edib.

Onu da qeyd edim ki, bu, ətin növləri üzrə orta qiymətdir. Belə ki, ötən il təzə və ya soyudulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta idxal qiyməti 2,3 dollar, dondurulmuşu isə 2,56 dollar təşkil edib. Qoyun və keçinin təzə, soyudulmuş və ya dondurulmuş əti isə 1,9 dollara idxal olunub.

İdxal belə sürətlə artmaqda davam edərsə, bu, Azərbaycanda heyvandarlıq sahəsində böyük problemlər yarada bilər: ucuz idxal əti yerli istehsalı rentabelsiz edəcək. Otlaq, biçənək və qışlaq sahələrinin əkin altına salınması bu prosesi daha da sürətləndirə, ölkəmiz isə indiyədək özünü yerli istehsal hesabına tam təmin etdiyi ət və ət məhsulları üzrə idxaldan asılı vəziyyətə düşə bilər.

Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumların məsələyə daha adekvat yanaşması, yaranmış problemlərin həllində heyvandarlıqla məşğul olan fermerlərə zəruri dəstəyi təmin etməsi vacibdir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı gözlənilir

    Xaricdən ət idxalının üç səbəbi: qiymət artımı ...

    15-09-2017, 10:40

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Neftdənkənar ixracat 30 milyon dollar azalıb

    Neftdənkənar ixracat 30 milyon dollar azalıb ...

    16-02-2017, 22:09

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • İnflyasiya 14 faizə çatıb

    İnflyasiya 14 faizə çatıb ...

    7-08-2017, 18:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu