Gundemxeber.az » İqtisadiyyat » Azərikard-da problemlərin olduğunu Mərkəzi Bank təsdiqləyib
Nəhayət ki, səlahiyyətli qurumlardan birinin münasibəti açıqlandı.
Mərkəzi Bank Azərikard-ın 7 saat müddətində "çökməsi" ilə bağlı araşdırma aparıb və nöqsanlar tapıb.
Lakin bu çatışmazlıqların nədən ibarət olması, hansı göstərişlərin verildiyi açıqlanmayıb
Məlum olduğu kimi, cari ayın əvvəli Azərikard-da ciddi texnoloji problem yaranmışdı.
Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı.
Ehtimal olunurdu ki, buna səbəb Azərikard-ın istifadə etdiyi texnologiyalarla, daha dəqiq desək HPE texnologiyası və supportla bağlı olub.
Bu texnologiya üzərində "oturan" Backup sistemi də işləməmişdi.
HPE nümayəndəliyi ölkəmizdə bağlandığından Azərikard sisteminin də kimin tərəfindən , hansı qurum tərəfindən bərpa edilməsi qaranlıq qalmışdı.
Qanunvericiliyə görə kritik qurumların kibertəhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilə, xarici müdaxilə qadağandır.
Düşünmək olar ki Mərkəzi Bank əlaqəli qurumlarla birgə Azərikard sistemini İT audit edib, ciddi problemlər aşkarlayıb və onun texnoloji mühitinin tamamilə yenidən qurulması haqqında göstəriş verib.
Mərkəzi Bankın bu addımları təqdirəlayiqdir.
Amma daha yaxşı olardı ki, bu tip addımlar zamanında atılsın və təkrarlanmaması üçün tədbirlər görülsün.
17-11-2017, 23:36
16-12-2014, 23:02
6-05-2014, 09:46
8-12-2020, 15:00
20-10-2016, 23:45
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?