Gundemxeber.az » İqtisadiyyat » Avrozonada inflyasiya 2,8 faizə düşüb
2024-cü ilin yanvar ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2,8 faiz artıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının statistika idarəsi açıqlayıb.
Məlumata görə, bu, dekabrdakı 2,9 faizdən 0,1 faiz bəndi aşağıdır.
Yekun qiymətləndirmə "Trading Economics" analitiklərinin ilkin və konsensus proqnozları ilə üst-üstə düşür.
Avrozonada enerji qiymətlərinin artım tempi dekabrda 6,7 faizdən yanvarda 6,1 faizə enib, xidmət sektorunda inflyasiya isə 4 faizdə qalıb. Ərzaq, alkoqol və tütün məmulatlarının dəyərinin artım tempi 6,1 faizdən 5,6 faizə, sənaye məhsullarının dəyərinin artım tempi 2,5 faizdən 2 faizə düşüb.
Yanvar ayında ərzaq və enerji xərcləri istisna olmaqla qiymət artımı (CPI Core index) 2022-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə enib - bir ay əvvəlki 3,4 faizdən 3,3 faizə. Bu məlumatlar da ekspertlərin ilkin qiymətləndirməsi və proqnozları ilə üst-üstə düşüb.
Avrozonada istehlak qiymətləri yanvarda dekabrdakı 0,2 faiz artıma qarşı 0,4 faiz azalıb.
Gundemxeber.az
7-08-2017, 18:33
9-10-2014, 12:59
13-05-2019, 15:30
14-12-2016, 22:13
13-12-2019, 14:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?