GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “CƏRİMƏ İQTİSADİYYATI” VƏ BAHALAŞMA İLƏ HARA GEDİRİK? - Dövlət qurumları qiymət artımı və cərimə yarışına girib, vətəndaş isə...

“CƏRİMƏ İQTİSADİYYATI” VƏ BAHALAŞMA İLƏ HARA GEDİRİK? - Dövlət qurumları qiymət artımı və cərimə yarışına girib, vətəndaş isə...

Tarix: 5-06-2025, 10:56 Bölmə :İqtisadiyyat Baxış: 254

Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiyməti artır, əhalinin gəlirləri isə bahalaşma faizləri ilə ayaqlaşa bilmir.

2025-ci ildə hökumətin və Mərkəzi Bankın 5.8 faizlik inflyasiya gözləntisi mövcud qiymət artımlarının kölgəsində qalıb. Bu ilin əvvəlində maaşlar və pensiyalar 10 faiz civarında artırılsa da, əhalinin aztəminatlı hissəsi hələ də gözlənti içərisindədir. Çünki müavinətlərin və digər sosial ödənişlərin artırılması barədə qərar hələ də verilməyib. Bununla bağlı Nazirlər Kabinetinə verilən 3 aylıq müddət martın 20-də başa çatıb. Gözlənilirdi ki, Milli Məclisin yaz sessiyasının sonunda hökumət büdcəyə yenidən baxacaq, artımlarla bağlı qərar da o zaman veriləcək. Amma sessiya bitdi, qərardan isə səs-soraq yoxdur.

Maraqlıdır, digər dövlət qurumları sanki ölkədə bahalaşmanı, hökumətin artımlarla bağlı qərarları çətinliklə verdiyini görmək istəmir. Bir ucdan yeni tarifləri, cərimələri vətəndaşların onsuz da boş olan kisəsinə yükləməyə çalışır.

Ötən il Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi internetin qiymətini 40 faiz bahalaşdırdı, nəticədə əhalinin xüsusi ilə aztəminatlı hissəsinin sosial durumu nəzərə alınmadı. Medianın yazdıqlarına, ekspertlərin narazılığına əhəmiyyət verilmədi. Antiinhisar qurumları isə həmişə olduğu kimi inhisarçı qurumun tərəfini tutaraq bu qərarı mübahisələndirmədi.



Bu günlərdə Dövlət Vergi Xidməti vətəndaşlara alış-verişdən qaytarılan ƏDV-lərin qarşısını kəsmək üçün qanunda nəzərdə tutulmayan qayda tətbiq etdi. Bundan sonra hər vətəndaş yalnız özünün aldığı malların ƏDV-sini geri ala biləcək. İldə 10 milyard manatdan çox vergi toplayan xidmətin vətəndaşın cibinə gedən beş-on qəpiyə göz dikib, onu da dartıb əlindən almağa çalışması heyrət və təəssüf doğurur...

Hazırda sosial şəbəkələrdə vətəndaşlar mobil rabitə və internet qiymətlərinin bahalaşdırılmasından narazılıq edirlər. Amma vəziyyət dəyişməyib, həmişə olduğu kimi vətəndaşların mənafeyini düşünən, narazılığını bölüşən qurum tapılmır.

Bu zaman haqlı sual çıxır: əgər ölkədə dövlət qurumları, inhisarçı şirkətlər daim öz maraqlarından çıxış edərək qiymətləri, tarifləri, cərimələri artırırsa, buna nəzarət etməli olan qurumlarsa ya susursa, ya da açıq şəkildə bu qərarlara haqq qazandırısa, vətəndaşın mənafeyini kim qorumalıdır?

Əlbəttə, sual ritorikdir, Azərbaycanda 3 hakimiyyət qolundan ikisinin vəzifəsi həm də icra hakimiyyətinə nəzarəti təmin etməkdir ki, bu da Konstitusiyada təsbit olunub. Təəssüf ki, biz əksini görürük: adətən cərimələrin əksəriyyəti məhz qanunverici hakimiyyətin vasitəsi ilə tətbiq olunur. Deputatların mütləq əksəriyyəti vətəndaşların sosial vəziyyətini pisləşdirən qanunlara, qərarlara səs verirlər. Əslində, xalq tərəfindən seçilən deputatlar hökumət qurumlarının təkliflərini sorğulamalı, araşdırmalı, yalnız hansısa qurumların maraqlarını ifadə edən məsələləri rədd etməlidir. Amma Milli Məclisdə nadir hallarda bir-iki deputat tərəfindən narazılıq ifadə olunur, onu da öz həmkarları susdurub həmin qurumunun istəyini təmin edirlər. Bu, tamamilə anormaldır.


Məhkəmlərə gəlidkdə, bu instituta cəmiyyətdə inam lazımi səviyyədə olmadığından, hansısa dövlət qurumunun qərarını məhkəmədə sorğulamaq vətəndaşın ağlına da gəlmir. Məsələn, internet tariflərinin bahalaşdırılması. Bu sahəyə nəzarət edən qurumların birləşdirilərək, antiinhisar qanunvericiliyinə zidd olaraq dövlət monopoliyasının yaradılması bilavasitə məhkəmə predmetidir. Hansısa vətəndaş, ictimai təşkilat məhkəməyə baş vura bilər. Amma Azərbaycanda belə perspektivsiz işə heç kim baş qoşmağa həvəs göstərmir.



Ümumiyyətlə, vətəndaş öz mənafeyinə zidd hesab etdiyi istənilən qanunla, qərarla bağlı məhkəməyə üz tutmaq hüququna malikdir. Lakin Azərbaycan məhkəmələrinin mövcud vəziyyətinə görə kimsə o instansiyalarda haqqa, ədalətə çatacağına inanmır.

Beləliklə, mənzərə ürəkaçan deyil. İnhisarçı dövlət qurumları, monopolist şirkətlər hüquqi meydanı, necə deyərlər, “ələ keçirərək” at oynadırlar. Onların qılıncının dalı da, qabağı da kəsir.

Bu gedişat ölkə iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir: qiymətlərin sürətli bahalaşması, idxaldan asılılığın artması, neft gəlirlərinin azalması hökumət qurumlarını düşündürməlidir. Əhalinin hesabına ayaqda durmaq, varlanmaq dövrünü qapadıb vətəndaşı ayaq üstə saxlamaq haqqında düşünmək lazımdır. Çünki bu dövlətin dayağı, azad, hüquqlu, işgüzar vətəndaşdır./azpolitika.info


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda bahalaşma davam edir

    Ermənistanda bahalaşma davam edir ...

    11-09-2018, 10:30

  • 
  • Marketlərdə qiymət artımı başladı - Siyahı

    Marketlərdə qiymət artımı başladı - Siyahı ...

    15-02-2021, 17:27

  • 
  • Oqtay Əsədovdan İqbal Ağazadəyə ETİRAZ: “Heç bir bahalaşma olmayacaq”

    Oqtay Əsədovdan İqbal Ağazadəyə ETİRAZ: “Heç bir ...

    13-11-2013, 12:51

  • 
  • Artur Rasizadə hesabat verəcək

    Artur Rasizadə hesabat verəcək ...

    11-03-2013, 09:54

  • 
  • MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur

    MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün ...

    3-12-2017, 20:09


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (298)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu