Zərgərimizin bu əməliyyatı keçirməsi isə hələ aldığınız qızılın tam əyarı uyğun olub olmaması demək deyil. Çünki elə əyar palatasının keçirdiyi son reydlər də göstərir ki, qiymətli metallar bazarında saxta məhsullara rast gəlmək mümkündür.
Maliyyə Nazirliyinin açıqladığı məlumatına görə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanuna uyğun olaraq 2013-cü ildə sahibkarlıq müəssisələrində 48 yoxlama aparılıb və ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulat yoxlanılıb. Həmin məmulatların üzərində saxta ad və əyyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə isə 43 qərar çıxarılıb. Ümumilikdə 36 min 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Saxta qızıl və əyarı düzgün qeyd olunmayan qızıl məmulatlarının isə daha çox kiçik sahibkarlıq subyektlərində aşkarlandığı deyilir. Vətəndaşlar isə saxta qızıldan sığortalanmaq üçün şəxsi tanışlığa üstünlük verirlər.
Zərgərlər və qızıl yoxlanışını həyata keçirənlər isə tanış və ya digər şəxsdən qızıl əşya almağı daha riskli hesab edir. Zərgərlik məmulatlarının satışını həyata keçirən iri dükanların nümayəndələri isə qızıl əşyaların Əyarlar Palatasında yoxlandıqdan sonra alıcılara təqdim olunduğunu deyirlər.
Ticarət mərkəzinin əyar üzrə mütəxəssisi Azad Rəşidov: “Əyar palatasına gedir mallar. Orda Azərbaycanın əyar damğası ilə vurulur, ondan sonra satışa qoyuruq. Zərgər mallarında ola bilər saxta mallar çıxar, amma onu kəsib qaytarırlar”.
Millət vəkili Əli Məsimli isə ölkəyə saxta zərgərlik məmulatlarının gətirilməsinin qarşısını almaq üçün qanundan çıxış edərək nəzarəti gücləndirməyi vacib sayır
Millət vəkili Əli Məsimli: “Qanunun icra mexanizminə baxıb yenidən işləmək lazımdır. Nəzarət mexanizminin effektivliyini artırmaq lazımdır. Azərbaycan özünün qızıl istehsalını bərpa etməlidir ki, həm saxta yararsız malların qarşısı alınsın, həm də yeni iş yerləri olar”.
Yeri gəlmişkən, “İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında” qanuna görə saxta qızıl məmulatını almış vətəndaşların zərəri sahibkar tərəfindən geri ödənilməlidir. Lakin qanunun işləməməsi istehlakçıların hüququnun qorunmasında da problemləri qaçılmaz edir. [youtube=Zərgərimizin%20bu%20əməliyyatı%20keçirməsi%20isə%20hələ%20aldığınız%20qızılın%20tam%20əyarı%20uyğun%20olub%20olmaması%20demək%20deyil.%20Çünki%20elə%20əyar%20palatasının%20keçirdiyi%20son%20reydlər%20də%20göstərir%20ki,%20qiymətli%20metallar%20bazarında%20saxta%20məhsullara%20rast%20gəlmək%20mümkündür.Maliyyə%20Nazirliyinin%20açıqladığı%20məlumatına%20görə,%20Qiymətli%20Metallara%20və%20Qiymətli%20Daşlara%20Nəzarət%20Dövlət%20Xidməti%20tərəfindən%20“Qiymətli%20metallar%20və%20qiymətli%20daşlar%20haqqında”%20Qanuna%20uyğun%20olaraq%202013-cü%20ildə%20sahibkarlıq%20müəssisələrində%2048%20yoxlama%20aparılıb%20və%20ekspertiza,%20analiz,%20əyarlanma%20və%20damğalanma%20məqsədilə%2026994%20ədəd%20məmulat%20yoxlanılıb.%20Həmin%20məmulatların%20üzərində%20saxta%20ad%20və%20əyyar%20damğalarının%20izləri%20təmizlənib%20və%20onlar%20əyarlarına%20uyğun%20dövlət%20əyar%20damğası%20ilə%20damğalanıb.%20Qanun%20pozuntusu%20aşkar%20edilmiş%20sahibkarlar%20barədə%20isə%2043%20qərar%20çıxarılıb.%20Ümumilikdə%2036%20min%20600%20manat%20məbləğində%20inzibati%20cərimə%20tətbiq%20edilib.Saxta%20qızıl%20və%20əyarı%20düzgün%20qeyd%20olunmayan%20qızıl%20məmulatlarının%20isə%20daha%20çox%20kiçik%20sahibkarlıq%20subyektlərində%20aşkarlandığı%20deyilir.%20Vətəndaşlar%20isə%20saxta%20qızıldan%20sığortalanmaq%20üçün%20şəxsi%20tanışlığa%20üstünlük%20verirlər.Zərgərlər%20və%20qızıl%20yoxlanışını%20həyata%20keçirənlər%20isə%20tanış%20və%20ya%20digər%20şəxsdən%20qızıl%20əşya%20almağı%20daha%20riskli%20hesab%20edir.%20Zərgərlik%20məmulatlarının%20satışını%20həyata%20keçirən%20iri%20dükanların%20nümayəndələri%20isə%20qızıl%20əşyaların%20Əyarlar%20Palatasında%20yoxlandıqdan%20sonra%20alıcılara%20təqdim%20olunduğunu%20deyirlər.Ticarət%20mərkəzinin%20əyar%20üzrə%20mütəxəssisi%20Azad%20Rəşidov:%20“Əyar%20palatasına%20gedir%20mallar.%20Orda%20Azərbaycanın%20əyar%20damğası%20ilə%20vurulur,%20ondan%20sonra%20satışa%20qoyuruq.%20Zərgər%20mallarında%20ola%20bilər%20saxta%20mallar%20çıxar,%20amma%20onu%20kəsib%20qaytarırlar”.%20Millət%20vəkili%20Əli%20Məsimli%20isə%20ölkəyə%20saxta%20zərgərlik%20məmulatlarının%20gətirilməsinin%20qarşısını%20almaq%20üçün%20qanundan%20çıxış%20edərək%20nəzarəti%20gücləndirməyi%20vacib%20sayır%20Millət%20vəkili%20Əli%20Məsimli:%20“Qanunun%20icra%20mexanizminə%20baxıb%20yenidən%20işləmək%20lazımdır.%20Nəzarət%20mexanizminin%20effektivliyini%20artırmaq%20lazımdır.%20Azərbaycan%20özünün%20qızıl%20istehsalını%20bərpa%20etməlidir%20ki,%20həm%20saxta%20yararsız%20malların%20qarşısı%20alınsın,%20həm%20də%20yeni%20iş%20yerləri%20olar”.%20Yeri%20gəlmişkən,%20“İstehlakçı%20Hüquqlarının%20Müdafiəsi%20Haqqında”%20qanuna%20görə%20saxta%20qızıl%20məmulatını%20almış%20vətəndaşların%20zərəri%20sahibkar%20tərəfindən%20geri%20ödənilməlidir.%20Lakin%20qanunun%20işləməməsi%20istehlakçıların%20hüququnun%20qorunmasında%20da%20problemləri%20qaçılmaz%20edir.]
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?