Türkiyədə müəmmalı şəkildə ölən ya da öldürülən Sevinc Babayeva ilk qurbandı, terror davam edəcəkmi?
Hamıya məlumdur ki, Azərbaycanda hakimiyyət üstündə böyük qovğa gedir. Elşad Abdullayevin yayımladığı videolar da bu qovğanın tərkib hissəsidir. Ola bilər ki, Elşad Abdullayevin qardaşı ilə bağlı əndişəsi var, o qardaşının qatilini tapmaq istəyir. Lakin görünən budur ki, bu videolar qrupların birinin xeyrinə işləyir. Bu videolar əvvəl- əvvəl işarə ilə Ramiz Mehdiyevi göstərsədə sonra gür səslə onun cinayətkar olduğunu bağırmağa başladı. İş o yerə çatdı ki, hətta Ramiz Mehdiyevin postunu tərk etməsi tələbi qoyuldu. Bütün bunlar Fransadan yayımlansa da axır vaxtlar Azərbaycan izi hiss edilməkdə idi. Hədəfdə prezident admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. Bu videolarla paralel əsası Moskvada qoyulmuş “ Milyarderlər ittifaqı” adlanan qurum yaradıldı və üzdə olmasa da Mehdiyev qrupunu duyuq sala biləcək qədər ehtiyatsiz hərəkətləri ilə özünün məqsədini biruzə verdi. Rüstəm İbrahimbəyova qarşı olan aşırı aqressivlik buna bir nümunədir. Bu ittifaqa qarşı prezident administrasiyasının təsiri dairəsində olan bütün mediya səfərbər oldu. Aparatın nəzarətində olan dövlət qurumları bəyanatlar verdi. Hətta qudası təmsil olunan bu quruma prezident belə neqativ yanaşdığını biruzə verdi. Bu hay- küydə cinayət videosunun iştirakçılarından biri hamının gözü qarşısında ölkəni tərk etdi. Özü də ya vəlvələdən ya zəlzələdən videoda bəhs edilən cinayət əməlinin bir başa üzvü və bu cinayətin açar ismi. Sevinc Babayeva. Qos – qoca dövlətin bütün güc strukturlarından bir səs çıxmadı. Sonra isə ancaq suallar meydana gəldi və heç biri cavablandırılmadı. Sevinc Babayeva necə və kim tərəfindən xaricə ötürüldü. Lakin onun ölümünə gələcəyik. Bizim fikrimizçə onun ölümünə səbəb aşağıdakı hadisələr oldu. Nə qədər ki, mübarizə aparan tərəflər status kvonu qəbul etmişdilər heç bir qorxu yox idi. Lakin Moskvadan gələn Vahid Əliyev ( Lukoylun prezidenti) prezidentlə görüşür. Arxasınca bu qədər vaxtdır prezidentin qəbuluna düşə bilməyən Abbas Abbasov prezidentin qəbulunda olur. Oradan razı çıxan A.Abbasov ANS- də intervyu belə verir. Bu arada video qalmaqalının qəhrəmanlarından olan eks deputat qaçmağa çəhd göstərir və bunun qarşısı alınır. ( Çox qəribə bir qaçış və və ondan da az qəribə olmayan tutulma) Arxasınca Sevinc Babayevanın ölüm xəbəri. Bu üzdə və bizə məlum olan faktlardır. Əslində bu boks rinqində boksçuların bir birinə vurduğu zərbələrə bənzəyir. Qruplar bir birinə zərbələr endirirlər. Ancaq heyif ki, bu idman deyil və bu zərbələr artıq bir nəfərin canını aldı. Birinci qan axıdıldı. Belə görünür ki, bu mübarizə çox ağır olacaq. Ramiz Mehdiyevə qarşı aparılan kompaniyada ( videoda olan cinayət) Sevinc Babayeva açar fiqur idi. Onsuz isə bu iddiaların heç bir hüquqi əsası yoxdur. Deməli bir qrup o birinin zərbələrinə cavb verdi və özünün təhlükəsizliyini bir müddət təmin etdi. Hər halda məlum ittifaqın sədrini prezident qəbul edəndən sonra diaspor nazirimizin bu təçkilatla bağlı səsləndirdiyi neqativ fikirlər buna sübutdur.
Nə isə hər halda bu mübarizədə artıq birinci qan töküldü. Sevinc Babayevanın ölümü siyasi qətldir. Ola bilər hətta Türkiyədəki ekspertiza belə onun ürək çatışmamazlığından öldüyünü təsdiq edər. Lakin çavan qadının, heç zaman ürəyindən şikayət etməyən bir qadının ürək çatışmamazlığından Türkiyənin hospitalında ölməsini heç kim adı ölüm kimi sırıya bilməz. Azər Talıbov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?