"Transneft" Bakı-Novorossiyskini mühafizə etməyi dayandırmağa hazırdır"
İqtisadiyyat "Transneft", Bakı-Novorossiyski neft kəmərinin bir hissəsini mühafizə edir". ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə nəqliyyat inhisarçılığının rəsmi nümayəndəsi İqor Demin açıqlama verib.
İ.Demin Azərbaycanı neftlə bağlı müqaviləni uzatmaqda itttiham edib. Onun sözlərinə görə, Azərbaycan neftinin Rusiya ərazisindən keçməsi barədə hər iki ölkə arasında razılığın əldə edilməsinə baxmayaraq, Azərbaycan tərəfi rəsmi danışıqlara bağlamağı gecikdirir.
O, qeyd edib ki, Transneft Bakı-Novorossiyski neft boru kəmərinin Rusiyadan keçən hissəsini mühafizə etməyi dayandırmağa hazırdır: "SOCAR Azərbaycan neftinin Rusiya ərazisindən keçməsi barədə razlığa uyğun olaraq danışıqlara başlamadı."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?