Azərbaycan iqtidarının siyasi taleyi Türkiyədə həll olunur
Ukrayna hadisələri fonunda politoloqların verdiyi proqnozlarda, siyasətçilərin ritorikalarında Azərbaycanla bağlı siyasi proseslərin məhz Ukraynadakı vəziyyətdən aslı olacağı bildirilir. Avropanın bir parçası olduqlarını sübut etməyə çalışan ukraynalılar, məhz Rusiya xüsusi xidmət orqanlarının yaratdığı stiuasiya nəticəsində, artıq bir neçə ildir ki, cərəyan edən hadisələr fonunda dünyanı şoka salan ərəb ölkələrinə çevrilmə təhlükəsini yaşayırlar. Ukraynada son dörd gündə baş verən hadisələrin adı məhz vətəndaş müharibəsidir. Kimsə etiraf etməsə belə bu belədir. Bəs bu hadisələrin Azərbaycana təsiri olacaqmı? Dünyanın siyasi mənzərəsi onu idarə edənlər tərəfindən elə qurulub ki, hətta Cibutidə belə bir hadisə olsa, onun təsiri aztəkanla digər, ən azından aid olduğu regionda hiss ediləcəkdir. Ukraynada da vəziyyət belədir. Biz bu ölkə ilə eyni coğrafiyanı paylaşmasaq da, uzun illər eyni sistemin içərsində yer almış ölkəyik. Keçmiş SSRİ məkanında baş verən bütün olayların bir-birinə bu və ya digər formada təsiri şübhəsizdir. O cümlədən də Ukraynadakı son vətəndaş – iqtidar qarşıdurmasının. İllərdir Nazarbayevlə yürüyən qazaxlar ötən illərdə bir anlıq da olsa qalxdılar, hətta ondan çox adam belə həmin hadisələr zamanı həyatını itirdi. Halbuki Orta Asiya xalqları bu gün dünyanın bəlkə də ən talesiz insanları anlamındadırlar. Amma göründüyü kimi Gürcüstanda baş verən hadisələr hakimiyyət tarixi az qala yarım əsrə bərabər olacaq Nazarbayevin səltənətini də titrətdi. Ukrayna hadisələri də təsirsiz qalmayacaq. Əsasən avtoritarizmə meyilli ölkələr bu təsiri hiss edəcəklər. Məsələn, hələ Saakaşvili dönəmindən məhz demokratik seçimlərlə köhnə “KQB” idarəçiliyindən, demokratiyaya doğru istiqamətləndirilmiş Gürcüstan bu təsiri öz siyasətində olduqca az hiss edəcək. Zatən Ukrayna ən pis halda Gürcüstan olmaq istəyir. Digər ölkələr, o cümlədən də Azərbaycanda siyasi dəyişiklik istəyən xalqda özünəinam hissi artacaq. Siyasi partiyalar xalqla təmasın yollarını özləri üçün müəyyən etmiş olacaqlar. Xalqı ilə zor müstəvisində danışığı prioritet olaraq öz siyasətində müəyyən etmiş iqtidar isə ən azından özünə çəki – düzən vemək məcburiyyətində qalacaq. Bir ölkədəki siyasi hadisələrin başqa bir ölkəyə birbaşa və ya dolayısı ilə təsiri də məhz belə olur. Amma Azərbaycan iqtidarının siyasi taleyi bu gün məhz Türkiyədə həll olunur. Əslində bu Azərbaycanda siyasi hakimiyyətin dəyişilmə modelində yenilik deyil. Bunu tarixin təkrarı kimi də dəyərləndirmək olar. Bu proje mərhum eks – prezident, milli hakimiyyətin qurucusu Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsində də məhz Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəlin dominantlığı ilə icraya yönləndirilmişdir. Və bunu nə Süleyman Dəmirəl, nə mərhum Əbülfəz Elçibəy, nə də ki, mərhum Heydər Əliyev heç zaman inkar etməmişər. Eyni proje, lakin bir az zaman baxımından yeniliklərlə süstlənmiş formada artıq icraya yönəldilib. Türkiyə hökuməti son üç – dörd ildə məhz Qərbin ən ciddi strateji müttəfiqi olaraq özünə qonşu olan avtoritar rejimlərin devrilməsində elə həmin Qərbin planı ilə yeni siyasi dəyişimə imza atmaqdadır. Öncə Suriya ilə bağlı görəvləndirilən Türkiyə bu ölkədəki regional maraqların çoxluğu konteksində hücum mərhələsindən, tənqid mərhələsinə qaytarıldı. Çünki Qərb hərbi müdaxilənin, hələ - hələ bu müdaxilə məhz Türkiyə tərəfindən olacağı təqdirdə sonu bilinməyən geniş masştablı münaqişələrin olacağanı və bu münaqişədə Türkiyənin məruz qalacağı maddi, hərbi, insan və s. itkilərinin kompensasiya edilməsinə hazır deyildi. Bu həmin zaman idi ki, dünyanın supergücü Amerika Birləşmiş Ştatları texniki defolt təhlükəsilə fəaliyyət göstərirdi. Yeni bir kompensasiya təhlükəsi bu ölkənin rəsmən çöküşü demək olardı. Azərbaycanda isə vəziyyət fərqlidir. Düzdür, burada da siyasi stiuasiya, regional maraqların toqquşması baxımından Suriya ilə oxşarlıqlar var. Amma məhz Suriyadakı kimi deyil. Bir az fərqli. Bəs bu fərqliliklər nədən ibarətdir? 1. Suriya Rusiyanın Qərbə qıcanması üçün Şərqdə son istinad nöqtəsidir. Əfqanıstandan, İraqdan, Misirdən, Liviyadan, Yəməndən və s. sıxışdırılaraq çıxarılan Rusiya hələ ki, son istinad nöqtəsində dirəşmək üçün bütün siyasi, eyni zamanda hərbi yardımlarla Əsəd rejimini qoruya bilir. Suriya üç ildir ki, bu regionda marağı olan güclərin bir – birinə əzələ nümayişi etdirdiyi poliqondur. 2. Suriyada da ərəb ölkələrinə xas olan dünyəvi idarəçilklə paralel eyni zamanda əşirət – qəbilə idarəçiliyi də mövcuddur. Bu ölkədə marağı olan ölkələrin xüsusi xidmət orqanları hər hansı bir vasitə ilə - pul, biznes, silah ticarəti, hətta narkotiklərin dövriyyəsində belə yardımçı olmaqla, həmin əşirətlərin rəhbərlərinə birbaşa təsir imkanları əldə edirlər. Qərb Liviya diktatoru Qəddafinin devrilməsi prosesində bir başa əşirətləri münaqişəyə cəlb etməklə münaqişənin zamanını qısaltdı. Həm də digər ərəb xalqlarına öz diktatorlarını devirəndən sonra öldürməyin yollarını göstərdi. 3. Bu münaqişədə ən əsas faktor olan dindir. Suriyada təxminən beş qruplaşma arasında amansız mübarizə gedir. Hər bir qruplaşmanın silah təzhizatçısı olan ölkələr var. Qərb yalançı təbliğatçıları vasitəsilə bu ölkədə dini siyasətdə alətə çevirməyi bacarıb. Çünki qızışdırıcı təbliğatın nəticəsində münaqişənin dini müstəviyə keçməsi yeni şahidlərin yaranmaması deməkdir. Misirdə Hüsnü Mübarək və övladları üzərində qurulan məhkəmələrdə Qərb kifayət qədər zaman itkisi ilə üzləşdi. Suriyadakı real siyasi stiuasiyada isə hər bir mücahid paralel olaraq hakimdir. Eyni zamanda öz çıxardığı hökmün də icraçısıdır. Azərbaycanda isə Suriyadakı vəziyyətin demək olar başqa formaları mövcuddur. Burda məhz siyasi hakimiyyət Rusiyanın ölkəyə təsirini azaltmaq üçün çaba göstərir. Gömrük İttifaqına girmir, Avropanın enerji təhlükəsizliyini təmin etməklə Rusiyaya kafa dikləyir və s. Eyni zamanda yetmiş ildən çox sovetlər dönəmində xüsusi xidmət orqanlarının surpriz həbslərindən özünü qorumaq üçün qardaşın öz qardaşından şübhələnməsi kimi tendensiyalar da mövcuddur. Qarşılıqlı şübhənin, etimadsızlıq mühitinin hakim olduğu bir şəraitdə əşirət – qəbilə idarəçiliyi sadəcə mümkünsüzdür. Suriyaya dünyanın diqqətini yönləndirən, son aylar əksər dünya ölkələrini, o cümlədən də Azərbaycan iqtidarını ciddi narahat edən dinin institutlaşması faktoru bu ölkədə yoxdur. Qərb yaxın Şərqlə münasibətlərini hələ ki, tam aydınlatmadığı üçün Azərbaycandakı rejimlə beynəlxalq təşkilatların bəyanatları fonunda danışır. Amma başqa bir tərəfdən isə Türkiyəni prosesə aktiv müdaxiləyə sövq edir. Əvvəla ona görə ki, Türkiyədə Ərdoğan hökümətinin son on illik siyasətini nəzərə almasaq demokratik ənənə var. İkincisi və siyasətdə ən əsası isə Azərbaycan xalqı və siyasi kəsim Türkiyə dövlətinə etibar edir. Bunu Qərb də, Türkiyə hökuməti də, Azərbaycandakı mövcud rejim də yaxşı bilir. Son prezident seçkilərindən sonra dövlət başçısının Tükiyəyə səfərindən qısa müddət sonra, Ərdoğana bağlılığı şübhə doğurmayan bir neçə qəzet və sayt ölkə rəhbərinin ailə üzvlərinin yaşam tərzi və biznes fəaliyyətləri ilə bağlı ilginc məlumatlar dərc etdilər. Daha sonra yüksək çinli azərbaycanlı məmur bu ölkənin istehsal etdiyi və ideoloqun da məhz Türkiyə hökuməti ehtimal olunduğu filmdə müxtəlif mənfi obrazlarda təqdim edildi. Ardınca Azərbaycan kökənli jurnalistin ölkədən deportasiya edilməsi. Nəhayət bir ölkənin daxili siyasətində ən ciddi problem yaradacaq bir olay. Biri ölkənin xarici siyasətinə, digəri isə məhz xarici güvənliyinə cavabdeh olan iki nazirin hansısa xarici dini qruplaşmalarda yer alması. Bu məsələdə iki amil diqqəti çəkir. Son günlər gündəmi zəbt etmiş casus olayından sonra nədən müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Elmar Məmmədyarovla bağlı ilginc məsələlər gündəmə gəldi? Həm də hər iki nazirin keçmişini incələyəndə ən az ehtimal olunan tərəfdən. Hakimiyət idarə etdikləri tərəfindən hər hansı fors – major stiuasiyada xalqın istiqamət ala biləcəyi tərəflə -müxalifətlə bağlı etimadsızlıq mühiti yaratmağı hədəfləyib. Düzdür, burada personajın varlığı, ona etibarın miqdarı və s. nəzərə alınmayıb. Ancaq məhz bu mərhələdə ictimai diqqəti cəlb etdiyi üçün istəyinə nail olduğu hiss edilməkdədir. O zaman məsələn hər hansı X-ın Fətullah Gülənlə telefon danışıqlarında müdafiə nazirinin adının hallanması auidioyazısı sosial şəbəkələrə yerləşdirildi. Bu birtərəfli qaydada təkzib edildi. Yəni Azərbaycan iqtidarı “yok əfəndim, böylə hal mümkünsüz” dedi. Və projesin gücləndirmək üçün millət vəkilini əlindəki audioyazı ilə dövriyyəyə saldı. Əvəzində daha ciddi təpki gəldi. Bu dəfə xarici işlər naziri nişangaha gətirildi. Baş verən hadisələrin heç biri təsadüfi xarakter daşımır. İlin ən qısa ayı olan fevralda Azərbaycan hakimiyyətinin əsas üç naziri hədəfə alınıbsa, həm də gözünü hədəfə dikləyən Türkiyədirsə, deməli siyasi vəziyyətin istiqaməti də məlumdur. Azərbaycan iqtidarı baş verən hadisələri öncədən görsə də, bu hadisələri önləməyə sadəcə hazır durumda deyil. Əvvəla ona görə ki, bu cür çətin durumlarda yanında yer aldığı qüvvə indi həmin durumun yaradıcısı obrazındadır. İkincisi isə Azərbaycanın Qərbə təzyiq rıçaqı hesab etdiyi əksər beynəlxalq projelər də Türkiyədə yer alıb. Belə olan təqdirdə Azərbaycan iqtidarı immunitetsiz durumda qalır. Digər tərəfdən isə dövlət şirkəti hesab olunan yalnız SOKAR – ın Türkiyə iqtisadiyyatına qoyduğu doqquz milyardlıq investisiya üzərində qərarın bir anda əlindən çıxma təhlükəsi çox böyükdür. Bir müddət öncə “yolsuzluq davası”nda adı hallanan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən telekanallardan birinə müsahibə verərkən bu faktı sətiraltı mənalarla xatırlatması da təsadüfi deyildi. Proses isə davam edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?