GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yeni nazirlər necə işləyir?

Yeni nazirlər necə işləyir?

Tarix: 24-02-2014, 13:56 Bölmə :Manşet Baxış: 909
Yeni nazirlər necə işləyir?

Deputatlar qiymət verdi

Prezidentin nazir dəyişikliyindən artıq xeyli müddət keçib. Bir neçə aydan çoxdur ki, eks-müdafiə naziri Səfər Əbiyevin kreslosunda Zakir Həsənov, sabiq təhsil naziri Misir Mərdanovun postunda Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun səltənətində isə Səlim Müslümov əyləşib. Bildiyimiz kimi, ölkə başçısının sərəncamı ilə hazırda baş nazirin müavini olan İsmət Abbasovu kənd təsərrüfatı naziri vəzifəsində Hesablama Palatasının keçmiş rəhbəri Heydər Əsədov əvəz edib.

Yeni nazirlər vəzifə tutduqları ilk günlərdən başlayaraq, təmsil etdikləri qurumlarda bir sıra kadr dəyişiklikləri həyata keçiriblər. Bu dəyişiklikləri cəmiyyətdə qəbul edənlər olsa da, bu addımı birmənalı qarşılanmayanlar da olub. Yeni nazirlərin gördüyü işlər mətbuatla yanaşı ictimaiyyətin də diqqət mərkəzindədir.

Ümumilikdə yeni nazirlərimiz necə işləyir?

Parlamentarilər yeni nazirlərin fəaliyyətinə qiymət veriblər.

“Onun fəaliyyəti erməniləri narahat edir”

Millət vəkili Zahid Oruc müdafiə naziri Zakir Həsənovun işinə qiymət verib. Deputat mətbuata açıqlamasında bildirib ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra fəal şəkildə Ali Baş komandan tərəfindən üzərinə qoyulan vəzifələri həyata keçirməyə başlayıb.

“Düşünürəm ki, bütün bunlar millətimizin gözləntiləri səviyyəsindədir. İlk növbədə, kadrların düzgün yerləşdirilməsi, onların fəaliyyətinin koordinasiya olunması, şəffaflıq və bütövlükdə silahlı qüvvələr sistemində hüquqi münasibətlərin bərqərar edilməsi ən önəmli məsələlərdən biri idi. Düşünürəm ki, o, bunu həyata keçirməkdədir və bu, sadəcə ayrı-ayrı insanların yerlərinin dəyişdirilməsi və yaxud hər hansı bir səbəbdən bu idarəetmə sistemindən kənarda qalanların təkrar işə bərpa olunmasını nəzərdə tutmur. Eyni zamanda, onların qarşısına qoyulan tapşırıqlar, yerinə yetirilməsi olan, yəni çatılması istənilən hədəflər tamamilə fərqlidir. Və onlar yaxın bir zamanda mühim nəticələrini göstərəcəklər”.

Deputatın fikrincə, yeni nazirin fəaliyyətindən Ermənistan tərəfi və Azərbaycanda maraqlı olan digər dairələr narahatdır: “Onlar hiss etməkdədirlər ki, silahlı qüvvələr sistemindəki baş verən dəyişişikliklər həqiqi mənada Azərbaycan maraqlarına xidmət edir. Ölkənin müdafiə qabiliyyətini gücləndirir. Məsələnin başqa bir tərəfi burada xarici əlaqələrin yaxşı qurulması, mühim standartların, hərbi islahatların həyata keçirilməsi məsələləridir. Bu müəyyən bir zaman tələb edir. Zənn edirəm ki, Zakir Həsənov qərb hərbi sistemlərini kifayət qədər yaxşı bilir. Zakir Həsənov sübut etdi ki, o kabinetden sadəcə ölkənin hərbi dislokasiyalarını, hissələrini xəritə üzərində görmür. Əminəm ki, ilk növbədə orduda qeyri-döyüş itkilərinin aradan qaldırılması, əsgərlərə maddi nöqtə kimi baxılmamaması, onların idarəçiliyinin daha yaxşı qurulması bundan sonrakı dövrdə sürətlə gedəcək.

Zakir Həsənov onu qəbul edir ki, o, işğal olunmuş bir ölkənin naziridir. Birinci növbədə, bizim hərbi strukturlarımızın üzərinə düşən məsuliyyətdir ki, torpaqlarımızın bütövlüyünə nail olsunlar. Bu cəhətdən onun işini hazırkı dönəmdə daha böyük miqyasda öhdəlikləri öz üzərinə götürən, fiziki cəhdən intellektual hərbi karyera baxımından qane olacaqlarına inanaraq söyləyirəm. Və onlara bu yolda uğurlar arzu edirəm, çünki onların işindən millətin gələcəyi asılıdır”.

Z.Oruc açıqlamasında Zakir Həsənovu eks-nazir Səfər Əbiyevlə müqayisə etmək niyyətində olmadığını deyib: “Səfər Əbiyevlə onu heç bir formada müqayisə etmək istəməzdim. Çünki Zakir Həsənov tamam başqa parametrləri daşıyan şəxsdir. Hesab edirəm ki, ölkə rəhbərinin belə bir mühim vəziyyətdə ona etibar etməsi, çox mühim bir dövrdə bu vəzifəyə təyin olunması ona əsas verir ki, bütün qoşun növlərinə xüsusilə, hərbi hava qüvvələri sistemlərinə eyni zamanda, bölgələrdə müasir mənbələrin formalaşmasına, həmçinin NATO elementlərinin Azərbaycan ordusunda oturuşdurulmasına qadir olan bir insandır. Düşünürəm ki, onun mütəmadi bir proqramla bütün sahələrə baş çəkməsi əksinə, daha real şəkildə ölkəni bütün ərazilərini əhatə edərək, ölkənin birinci şəxsi qarşısında bütün hərbi kəşfiyyat və digər məlumatları mötəbərliklə təqdim etməsi sübut edir ki, o, bu işin peşəkarıdır”.

“Mikayıl Cabbarovdan gözləntilərimiz çoxdur”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini qiymətləndirərkən ondan böyük yeniliklər gözlədiyini bildirib: “Mikayıl müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm və ondan gözləntilərim çoxdur”

YAP-çı millət vəkili Aydın Mirzəzadə təhsil naziri Mikayıl Cabbarovla bağlı fikirlərində həmkarı ilə eyni mövqedədir:

“Mikayıl Cabbarov nazir təyininə qədər Azərbaycan cəmiyyətində tanınırdı. Və onun təhsil naziri təyin edilməsi bu sahəyə gənc, müasir fikirli və menecerlik qabiliyyəti olan bir şəxsin gəlməsi təəssüratı oyatdı. Çox şadam ki, ona yönəlik fikirlər özünü doğrultdu. Bu müddət ərzində Mikayıl müəllim təhsildə bir sıra yeniliklərin və islahatların əsasını qoydu. Bu islahatlar Azərbaycanda təhsilin keyfiyyətini yüksəltməyə , orada Avropa təhsil modelinin tətbiqinə, ən əsası da tələbələrin öz ixtisasını daha dərindən öyrənməsi üçün şərait yaradılmasına xidmət edir. Hesab edirəm ki, Mikayıl Cabbarov müasir düşüncəli,qarşısına qoyulan vəzifənin məsuliyyətini və perspektivini görən və bu istiqamətdə öz komandası ilə fəaliyyət göstərən uğurlu bir kadrdır. Onun cəmiyyətlə münasibətləri də kifayət qədər açıqdır. Onun təhsillə bağlı istənilən məsələyə operativ reaksiyası diqqəti cəlb edir.

Bu səbəbdən də bu gün ilk növbədə, təhsilin keyfiyyətinin qaldırılması ilə bağlı addımların atılması vacibdir”.

Deputat hesab edir ki, nazir Mikayıl Cabbarov vəzifəsinin öhdəsindən gələ bilər.

“O, təhsilin yeni proqramlarının işlənməsi ilə bağlı dəfələrlə cəmiyyətə mesajlar verib və bunlar müsbət qarşılanıb. Hesab edirəm ki, yeni təhsil naziri Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasına, təhsilə olan inamın möhkəmlənməsində Azərbaycan təhsilinin Avropa təhsili standartlarına cavab vermək istiqamətində yüksək nəticələrə nail olacaq. Hər halda dediyim məsələlər üzrə Mikayıl müəllimin ciddi işləməsi hiss olunur və o, Azərbaycan universitetlərinin Avropa universitetlərinə yaxınlaşmasına, Azərbaycan təhsilinin dünya üçün maraqlı olmasında sabah üçün hazırlıqlı kadrların yetişməsində nazirlik qarşısında qoyulan vəzifələrə nail ola biləcək”.

“Səlim Müslümov istəyir ki, təmiz işləsin”

Eks nazir Füzuli Ələkbərovun xələfi Səlim Müslümovun işinə millət vəkili Elmira Axundova qiymət verib: “Onun işini çox yüksək qiymətləndirirəm. Təmiz və professional bir insandır. Çox böyük təmizlik işləri gedir orda. Heç kim deyə bilməz ki, bundan sonra onun idarəsində yeyinti, korrupsiya halları olacaq. O bunların hamısını yoluna qoyacaq. Mən buna inanıram. Səlim müəllimi DSMF fondunun rəhbəri kimi uzun illərdir ki, tanıyıram. 8 il əməkdaşlıq etmişik. Görürəm ki, o necə professional bir şəxsdir. Profesionallıqdan başqa bu insan dogurdan istəyir ki, təmiz işləsin. Təmiz işləmək və korrupsiya ilə mübarizə onun canındadır. O, mənim dostumdur və cox layiqli insandır”.

“24 ildir ki, Heydər Əsədovu tanıyıram”

Millət vəkili Vahid Əhmədov yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun fəaliyyətinə yüksək qiymət verib. Deputat Heydər Əsədovu uzun müddətdir tanıdığını bildirib.

“Uzun müddətdir ki, Heydər Əsədovu tanıyıram. Azərbaycan hökumətində baş nazirin birinci müavini işləyən zaman o, maliyyə nazirliyində işləyirdi. Əlaqələrimiz də o vaxtdan yaranıb. Millət vəkili olan zaman 10 il Hesablama Palatasının sədri olub. Çox yaxşı maliyyəçidir, təsərrüfatı yaxşı bilir. Mənə elə gəlir ki, Kənd Təsərrüfatı Nazirliyində də onun addımları uğurlu olacaq. Heydər müəllimin səfərlərini izləyirəm. İsrailə gedib, ondan əvvəl də Avropa Birliyi ilə görüşüb. Müəyyən qərarlar qəbul ediblər. Ondan irəliləyişlər gözləyirəm. 24 ildir ki, onu tanıyıram”.

V.Əhmədov açıqlamasında yeni nazirdən gözləntilərini də bildirib: “Çox istəyirəm ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramının yerinə yetirilməsinə nail olsun. Xüsusilə taxıl istehsalını Azərbaycanda artırsın, iri fermer təsərrüfatlarının yaradılmasına nail olsun. Avropa dövlətləri ilə sıx əlaqədə olsun ki, problem yaranmasın. Azərbaycanda geni dəyişdirilmiş məhsulların istehsalına imkan verilməsin. Daha çox təbii ərzaq məhsullarının istehsalına nail olsun. Həm də çox istərdim ki, rayonlarda, yerlərdə, kənd təsərüffatı ilə məşğul olan müəyyən şöbələr yaradılsın. İcra başçılarının müavinləri kənd təsəürfati ilə məşğul olsun. Struktur dəyişikliklərinə də baxmaq lazımdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ - HEYDƏR ƏSƏDOV

    YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ - HEYDƏR ƏSƏDOV ...

    22-10-2013, 20:17

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib?

    Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib? ...

    26-11-2013, 15:43

  • 
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Azərbaycanda nazirlər neçə dil bilir-SİYAHI

    Azərbaycanda nazirlər neçə dil bilir-SİYAHI ...

    1-11-2013, 09:42


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu