GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovla Məhərrəm Əliyevin qardaşlarının davası

Ziya Məmmədovla Məhərrəm Əliyevin qardaşlarının davası

Tarix: 3-03-2014, 17:47 Bölmə :Manşet Baxış: 2 134
Ziya Məmmədovla Məhərrəm Əliyevin qardaşlarının davası
Elton Məmmədov və Adil Əliyev savaşının pərdəarxası

Fevralın 23-də Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş K-1 döyüşləri üzrə “World Max Final Four” yarışı ilə bağlı qalmaqal baş verib.
Xəbər verdiyimiz kimi, belə bir yarışın təşkilindən Azərbaycan Kikboksinq Federasiyası (AKF) kəskin narazılığını bildirib. Səbəb kimi K-1-in kikboksinqin bir növü olması göstərilib. AKF rəhbərliyi bu turnirin nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğun olduğunu iddia edir. Hətta federasiya prezidenti Adil Əliyev öz “facebook” səhifəsində K-1 “World Max Final Four”u qondarma yarış adlandırıb: “Bir daha rəsmən bəyan edirəm: belə bir guppultulu ad verilən qondarma turnirin AKF-lə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak edəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Azərbaycan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, bu federasiyanın həmin qondarma turnirə münasibəti necə olar?”
Turnirdən təqribən 1 ay öncə isə “Sərhədçi”nin direktoru Rövşən Kərimovun vəzifəsindən kənarlaşdırıldığına dair xəbər yayılıb. Qeyri-rəsmi məlumatlara əsasən, Kərimov AKF-in rəsmi razılıq sənədi olmadan təşkilatçılara yarış üçün icazə verməyəcəyini bildirib. Onun israrlı davranışı sonda işini itirməsi ilə nəticələnib.

K-1 nə deməkdir?
Wikipedia məlumatlarında göstərilir ki, K-1 1993-cü ildə karate-kyokuşinkayın davamçısı Kadzuyosi İsiyi tərəfindən əsası qoyulmuş Yaponiya şirkətidir. Bu şirkət kikboksçular arasında ağır (1993-cü ildən), orta ağır (1993 – 1995), ikinci orta (1995), birinci orta (2002-ci ildən), birinci orta yüngül (2010-2011), orta yüngül (1997) çəkilərdə, gənclər arasında, turnirdənkənar döyüşlərin təşkili ilə məşğul olub, 100 kq-dək və 100 kq-dan yuxarı çəkilərdə çempionluq titulları uğrunda döyüşlər təsis edib. K-1 Yaponiya kikboksinqində aparıcı təşkilata çevrilib və 2000-ci illərdə K-1 termini tez-tez kikboksinqin bir bölməsinin adı kimi işlənib. Buna Ümumdünya Həvəskar Kikboksinq Təşkilatında da rast gəlinib.
K-1 yarışlarında müxtəlif kontakt döyüş növlərinin nümayəndələri birləşdirilmiş qaydalarla yarışa bilərdilər. K hərfi isə kikboksinq, karate və kunq-funu simvolizə edirdi. Qaydalar 1960-cı ildə Yaponiyada inkişaf edən və tayboksun modifikasiya olunmuş variantı sayılan “Yaponiya kikboksu”ndan götürülmüşdü. Zaman keçdikcə qaydalarda dəyişiklik edilib, raundların sayı 5-dən 3-ə endirilib, klinç vəziyyətində hərəkətlərə ciddi məhdudiyyətlər qoyulub.
Lakin 2011-ci ildə mülkiyyətində K-1-in yer aldığı FEG (Fighting and Entertainment Group) konserni bankrot olub. K-1 həmin il cəmi 2 turnir keçirib ki, bunların da hər ikisi Yaponiyada baş tutub və beynəlxalq yarış olmayıb. Əsas “Qran-pri” (ağır və birinci orta çəkidə) döyüşləri isə keçirilməyib. 2012-ci ildə isə yeni investorların dəstəyi ilə şirkətin dirçəlişi başlanılıb.
K-1-in rəsmi internet səhifəsində isə bu növün dünyada ən maraqlı, nüfuzlu və əyləncəli brendlərdən sayıldığı vurğulanır: “K-1 brendi peşəkar kikboksinq idmanının sinonimidir. Bu yarış dünyanın ən yaxşı idmançıları arasında keçirilir və hazırda 38 ölkədə geniş yayılıb”.

“Qısqanclıq və şəxsi prinsiplərdən irəli gələn yanaşma”
Göründüyü kimi, K-1 peşəkar kikboksinq yarışı sayılır. Bakıda keçirilmiş turnirdə Elnur Məmmədov K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, “Best of the Best” promouşnının rezidenti, Avropa çempionu kimi təqdim olunub. Tədbirə fəxri qonaq qismində K-1 brendinin sahibi Mayk Kim və “K-1 Global Holding”inin direktoru Ned Kuruç qatılıb. Onlar yarışın yüksək səviyyədə təşkil edildiyini bildirib, idmançılara uğurlar arzulayıblar.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilib. Bu döyüşlərin əksəriyyətində azərbaycanlı idmançılar müxtəlif ölkələrdən olan rəqibləri ilə üz-üzə gəliblər. Gecənin əsas döyüşlərində Buakav Bançamek (Tailand) Sunq Hyunq Lini (Cənubi Koreya), Enriko Keh (Almaniya) isə Şeyn Kempbelli (Kanada) yenib. Rinqdə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu nümayiş etdirilib. Yarış təkcə “İdman Azərbaycan” telekanalı ilə deyil, dünyanın 80-dək telekanalı vasitəsilə 150-dən çox ölkəyə canlı yayımlanıb.
Bütün bunlar onu göstərir ki, “World Max Final Four”un final mərhələsinin Bakıda keçirilməsi üçün təkcə “K-1 Global Holding”dən deyil, Gənclər və İdman Nazirliyindən də razılıq alınıb. Elə isə niyə AKF belə bir yarışın təşkilindən narazıdır?
Elnur Məmmədov mətbuata açıqlamasında bildirib ki, bu, qısqanclıq və şəxsi prinsiplərdən irəli gələn yanaşmadır: “K-1 “World Max Final Four” Azərbaycanda idmanın bu növünün inkişafına töhfə oldu. Yüksək səviyyədə keçirilən mötəbər yarışda K-1 brendinin sahibi Mayk Kim, məşhur Badr Hari, tailandlı ulduz idmançı Buakav Bencamek iştirak etdi. Kim mətbuat konfransında K-1 brendinin Azərbaycanda rəsmisi kimi bizi tanıdığını dedi. Mötəbər yarış dünya mediasının diqqət mərkəzində oldu. Məşhur televiziyalar, saytlar Azərbaycandan və bu turniri işıqlandırdılar. Biz Azərbaycan idmanının inkişafı üçün çalışırıq. Bəziləri K-1 World Max kimi mötəbər yarışın Bakıda yüksək səviyyədə təşkilinə qısqanclıqla yanaşır. Şəxsi prinsipdən irəli gələrək, K-1 kimi yarışın yüksək təşkilatçılığını etiraf etmək istəmirlər. Hər kəsi həqiqəti qəbul etməyə və ədalətli olmağa dəvət edir, Azərbaycanda peşəkar idmanın inkişafına dəstək olmağa çağırıram”.

Azər Həsənsoy: “O boyda hay-küy saldılar, amma adi turnir keçirdilər”
Lakin K-1 yarışları ölkəmizdə ilk dəfədir keçirilmir. Hələ 2008-ci il martın 1-də Bakıda “Avropa Qran-prisi” təşkil olunub. Yarış K-1 Max versiyası üzrə 70 kq-dək çəkiyə malik 8 idmançı arasında baş tutub. Amma həmin vaxt K-1-in Azərbaycandakı nümayəndəsi Azər Həsənsoy olub. Vaxtilə AKF-ə rəhbərlik etmiş Həsənsoy deyib ki, indiyədək ölkəmizdə 3 dəfə bu növ üzrə beynəlxalq yarış keçirib. O, fevralın 23-də baş tutan yarışın ilk dəfə təşkil edilməsinə dair fikirlərə qarşı çıxıb. Həsənsoyun sözlərinə görə, AKF-in yeni nizamnaməsində göstərilib ki, bu qurum peşəkar kikboksinq yarışlarını da keçirə bilər: “Əslində kikboksinqin bir növü də K-1-dir. Lakin bu növ üzrə yarış həvəskarlar arasında təşkil olunur. Düzdür, Bakıda K-1 üzrə peşəkar döyüşlər keçirildi. Amma Ədliyyə Nazirliyində qeydiyyatdan keçən nizamnaməsində AKF-in peşəkarlar arasında döyüşlər təşkil etməyə icazəsinin olduğu göstərilib. Bu barədə federasiyanın yeni rəhbərliyi nizamnaməyə əlavə edib. Ümumiyyətlə, Azərbaycanda hər şey dövlət və ictimai rəhbər orqanlar tərəfindən tənzimlənir. Döyüş növlərindən kikboksinq, kontakt və muay-taya rəhbərliyi isə AKF edir. Bunlara uyğun olan digər peşəkar yarışlar təşkil edərkən, müəyyən razılaşma olmalıdır. Çünki idmançılar, yarış vaxtı çalışan digər şəxslər həm də federasiya əməkdaşlarıdır. İdmanda xaotiklik yaratmaq olmaz. Mənə elə gəlir ki, bu yarışı keçirənlər doğru eləməyiblər, onlar federasiyaların hər hansı biri ilə işləsəydilər, daha yaxşı olardı”.
Son yarışın təşkilatçılığı barədə də danışan Həsənsoy bildirib ki, bu, heç də öncədən vəd edildiyi qədər yüksək səviyyədə keçirilməyib: “O boyda hay-küy saldılar. Amma yarış adi turnir səviyyəsində oldu. Mənim keçirdiyim K-1 yarışı isə rəsmi “8-lik” formasında Avropa çempionatının seçmə turniri idi. Ümumiyyətlə, hazırda K-1 demək olar ki, ölüb, yoxdur, tam iflasa uğrayıb. Əvəzində dünyanın məşhur kikboksçularının iştirakı ilə “Glory” adlı liqa yarışları yüksək səviyyədə keçirilir. İndi o cavan oğlan (Elnur Məmmədovu nəzərdə tutur – red.) K-1-i diriltmək istəyir. Amma bunu sistemli, AKF, Gənclər və İdman Nazirliyi ilə birgə etsəydi, daha yaxşı olardı. Mən hakim rolunu oynamaq istəməzdim. Lakin hərə bir istiqamətə getsə, Azərbaycan idmanında parçalanma baş verə bilər. Bu da kiçik ölkə üçün yaxşı hal deyil”.

Gənclər və İdman Nazirliyi rəsmisi “Şərhsiz” dedi
Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib ki, K-1 peşəkar kikboksinq yarışıdır. Bu halda, K-1 World Max Final Four”u AKF-in yox, federasiya ilə heç bir bağlılığı olmayan şəxsin keçirməsini nazirlik rəsmisi belə izah edib: “Məgər pis yarış idi? Ölkəmizdə idmanın inkişafına dəstək məqsədilə təşkil olunmuşdu. Yüksək səviyyədə də keçdi. “Sərhədçi”nin direktoru heç də belə bir yarışa razılıq verməməsi səbəbindən işini itirməyib. Rövşən Kərimov sərəncama göndərilib və yəqin ki, yeni işlə təmin olunacaq”.
“Hər kəs istədiyi növ üzrə yarış keçirmək istəsə, nazirlik razılıq verəcəkmi?” sualına isə Rəhimov “Xeyr” cavabı verib. Əvəzində o, “Elə isə Elnur Məmmədova niyə icazə verildi?” sorğusunu şərhsiz buraxıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Federasiya ilə nazirlik arasında qalmaqal

    Federasiya ilə nazirlik arasında qalmaqal ...

    14-12-2013, 18:59

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu