Paralelliyi olmayan Azərbaycan və dünya təhsil sistemi
Qloballaşan dünyada ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu isə elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Mikayıl Cabbarovun Təhsil naziri təyinatı bu sistemdə uzun illər formalaşmış “qaydaların” kardinal dəyişiləcəyi etimalını yaradırdı. Onun təyinatı zamanı orta umumtəhsil, orta ixtisas və aIi təhsil müəsissələrindəki həyacanı sezməmək mümkün deyildi. Hər kəs – sıravi müəllimdən, ali məktəb rektoruna qədər hamı gözləyirdi. İşarənin onunla sonuclanacağı xofu hakim kəsilmişdi bu sistemə. Br zamanlar olduqca populiyar olan “Mozalan” satirik kinojurnalında nümayiş etdrilimiş kiçikmetrajlı bir filmi xatırladım. Hər kəs xəstəxanaya yeni təyin olunmuş baş həkimin gəlişini gözləyirdi. Həkimlərdən biri baş həkimin gəldiyini görüb qaçaraq kolleqalarına xəbər verir – kişi gəlir, çox zəhimlidir, hamımızı qıracaq. Onun cibsiz xalat geyməsi isə bundan sonra rüşvətin olmayacağı mesajının verilməsi kimi başa düşən həkimlər pərişan görkəmdə baş həkimi dinləyirlər. Sonradan məlum olur ki baş həkim xalatı sadəcə tərs üzündən geyinmişmiş. Əslində isə onun xalatının daha böyük cibləri varmış. Kimsə cənab Cabbarovun ciblərinin böyük olmasını iddia etmir. Lakin adamın gəlişi öncəsi verdiyi vədlər yalnız söz olaraq qalıb. Azərbaycan təhsil sistemi indi nəinki əvvəlki vəziyyətindədir, hətta ondan daha da bərbaddır. Mikayıl Cabbarovun Təhsil naziri təyinatından öncə orta təhsil müəssisələrindəki rüşvət cədvəlinin şkalası indi iki mislə vurulub. Əvvəlki nazirin zamanında hər hansı bir rektor onun idaəçilik metoduna irad tutan tələbəyə “səni it kimi qovaram” kimi hədələyəci bəyanatlar vermirdilər. Əgər əvvəllər orta təhsil müəssisələrində hər hansı bayramlar zamanı onları “təbrik etməyin vacib olmasını” məhz sinif rəhbəri şagirdlərinin nəzərinə çatdırırdsa, aldığımz məlumata görə cənab Cabbarovun nazir təyinatından sonra bu mesajlar məktədin direktorları tərəfindən verilir. İndi təhsil müəssisələrində pedoqoji kollektivin leksikonunda sovet dövrünün terminlərindən biri yenidən öz əksini tapıb – get hara istəyirsən de. Deməli cənab Cabbarov artıq “kişi bizi qıracaq” streotiplərini yəqin ki, hərəkətləri, daha doğrusu hərəkətsizliyi ilə dağıdıb. Yəqin xalatının tərs üzünü geydiyinin fərqinə ya varıb, ya da ona xatırladıblar. Bəs dünya təhsil sistemində vəziyyət necədir. Həmin sistemləri Azərbaycan təhsil sisteminə tətbiq etmək olarmı? Birləşmiş Krallıq dünyaya liderlik edən bir təhsil sisteminə sahibdir. Burada qazanılacaq təhsil karyeranı, bütövlükdə həyatı dəyişdirə bilər. BMT-nin 2010-cu il üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı İndeksinə görə Birləşmiş Krallıq dünyanın yüksək reytinqə malik 30 ölkəsi siyahısında 0,849 balla qiymətləndirilib. Ölkədə təhsilin inkişaf prioritetləri tədrisin səviyyəsini yüksəltmək, əmək bazarında rəqabətliliyi artırmaq, uşaqların və gənclərin təhsildən yayınmasının qarşısını almaq, yaşlıların təlim imkanlarını genişləndirməkdən ibarətdir. Böyük Britaniyanın 34000-dən çox dövlət və özəl ümumtəhsil məktəbində 9 milyondan artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 500 mindən çox müəllim məşğul olur. Dövlət məktəblərində təhsil pulsuzdur. Şagirdlər kitab və məktəb ləvazimatları ilə təmin edilir. 1880-ci ildən 5-10 yaş arasında olan uşaqlar üçün təhsil icbaridir. 1918-ci ildən isə 14 yaşına qədər məktəblilər icbari təhsilə cəlb olunurlar. 1944-cü ildə qəbul olunmuş yeni Təhsil Qanununa əsasən, tədris ocaqları ibtidai və orta məktəblərə bölünüb. İcbari təhsil yaşı 15-ə, 1972-1973-cü tədris ilindən isə 16-ya qaldırılıb. Əvvəllər ibtidai məktəbi başa vuran uşaqlar müvafiq test yoxlamasından keçdikdən sonra müxtəlif orta məktəblərdə oxumaq hüququ əldə edirdilər. Lakin 1960-1970-ci illərdə bu qayda tədricən aradan qaldırıldı və bütün şagirdlərə ümumtəhsil məktəblərində təhsil almaq imkanı verildi. İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali İrlandiyada isə 4-16 yaş arasında icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə, Uels və Şimali İrlandiyadan fərqli olaraq Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra şagirdlərdən Təhsil Şəhadətnaməsi almaq üçün imtahan götürülür. Bu şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır və Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul imkanı verir. Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa bölünür: 1. yerli təhsil orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri. 2. əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər. 3. özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən məktəblər. Hər bir ərazi və könüllü məktəbin özünüidarəetmə orqanı var. Bu qurum yerli təhsil orqanları tərəfindən seçilmiş sədr, müəllim, valideyn və yerli icma nümayəndələrindən ibarət olur. Könüllü məktəblərin özünüidarəetmə orqanında kilsə nümayəndəsi də iştirak edir. Şimali İrlandiya və İngiltərədə ümumtəhsil məktəblərində dini təhsil bütün mərhələlərdə icbaridir. Belə məktəblərə ictimai fondlardan da pul vəsaiti ayrılır və onun xərclənməsinə nəzarət olunur. Müstəqil şəkildə özünü idarə etməyən dövlət məktəblərini isə yerli təhsil idarələri maliyyələşdirir. Birləşmiş Krallıqda müəyyən peşəyə, ixtisasa yiyələnmək istəyənlər peşə liseylərində, altıillik kolleclərdə və ya müvafiq kurslarda təhsil ala bilərlər. Hazırda Birləşmiş Krallığın ali məktəblərində 2 milyona yaxın tələbə təhsil alır. Gənclərin təxminən üçdə biri 18 yaşında ali təhsil müəssisələrinə (Şotlandiyada 50 faizi) üz tutur. Hollandiyada birinci universitet 1575-ci ildə yaradılıb. Ölkə universitetlərinin diplomları bütün dünyada tanınır. Bu ölkədə ibtidai təhsil 4 yaşdan 12 yaşa qədər nəzərdə tutulub. Təhsilin sonuncu mərhələsində şagirdlər milli testdən keçir və nəticədən asılı olaraq öz təhsillərini orta məktəbdə davam etdirirlər. Hollandiyada üç tip universitet mövcuddur: peşə məktəbləri, klassik və beynəlxalq tədris universitetləri. Birinci tip universitetlər 4 illik tədris proqramı təklif edir. Universiteti bitirən tələbəyə bakalavr diplomu verilir. Təhsilini davam etdirmək istəyən tələbələr tədrisin daha yüksək pilləsinə keçərək magistr diplomu ala bilərlər. Klassik universitetlər əsasən tələbələri elmi karyeraya hazırlayır. Tədris proqramı iki mərhələlidir: birinci mərhələ üç il davam edir və sonda bakalavr dərəcəsi verir, ikinci mərhələ isə 1-2 il davam edir və magistr dərəcəsi almaqla nəticələnir. Hollandiya təhsilinin əlçatan olması üçün hökumət tələbələrə kömək edə biləcək maddi fondların yaradılmasını dəstəkləyir. Bunun nəticəsidir ki, Hollandiya universitetlərində təhsil İngiltərə və ABŞ universitetləri ilə müqayisədə daha ucuz başa gəlir. Ölkədə 14 Universitet fəaliyyət göstərir. Hollandiya ali təhsilinin keyfiyyəti bütün dünyaya tanışdır. Bu keyfiyyət Hollandiyada fəaliyyət göstərən xüsusi nəzarət və keyfiyyət sisteminin köməyi ilə müəyyənləşir. Beləliklə də abituriyentlər universiteti seçərkən, tədrisin keyfiyyətini düşünməməlidirlər, onlar yalnız maraq göstərdikləri sahəni seçməlidirlər. Birinci tədris ilində tələbələrə ümumi fənlər üzrə dərs keçirilmir. Çünki orta təhsilin son iki siniflərində abituriyentləri universitetlərə hazırlamaq üçün tədris olunur. Bakalavr üçün nəzərdə tutulan keçid bal 530, magistratura üçün 600 baldan az olmamalıdır. Hollandlar üç alanları sevmirlər. Belə hal aşkarlanarsa, bu, Hollandiya təhsilinin aşağı səviyyədə olmasını və beynəlxalq standartlara cavab vermədiyini göstərər. ABŞ dünyanın ən yaxşı təhsil sistemlərindən birinə və bütün fənlər üzrə əla proqramlara malikdir. Bu ölkənin təhsil sistemi hər bir tələbəyə bir çox şeylər təklif edə bilir. Proqramın strukturu həm güclü nəzəri bazanın yaradılmasına, həm də vacib praktiki və işlə bağlı bacarıqların qazandırılmasına eyni dərəcədə əhəmiyyət verilir. ABŞ-da məzun səviyyəsindəki tələbələr bir çox assistentlik proqramları vasitəsilə tədqiqat və tədris sahəsində dəyərli təcrübə qazanırlar. Bu proqramlar həmçinin tələbələrə ABŞ-da öz ali təhsillərini maliyyələşdirməyə kömək edir. Qazanılmış praktiki təcrübə tədris və tədqiqat sahəsində gələcək karyera üçün xüsusilə faydalıdır. ABŞ ali təhsil sistemi bir proqram daxilində bir çox kurs seçimləri və ixtisası dəyişmək və ya bir neçə ixtisas seçmək imkanı təklif edir. Bakalavr proqramının yuxarı səviyyələrində tələbə, proqramı öz spesifik karyera arzularına uyğunlaşdıra bilər! Tələbə ofisinin xidmətləri tələbələrə yeni mühitə öyrəşmək üçün kömək edir. Dəstək il boyu təklif olunur və oriyentasiya proqramlarının təşkil olunmasından akademik yazı ilə və tələbə məzun olmağa hazırlaşdığı zaman rezyumenin hazırlanması ilə bağlı köməyə qədər müxtəlif formalar alır. Universitetlər akademik, mədəni fəaliyyətlər üzrə geniş seçimlər təklif edir. Bu ölkədə alınan akademik təhsil və təcrübə beynəlxalq əmək bazarında çox müsbət reputasiyaya malikdir. ABŞ təhsili tələbənin uzunmüddətli karyera məqsədlərini əhəmiyyətli dərəcədə yüksəldir. Bu təcrübə tələbəyə tənqidi düşüncə bacarıqları qazandırır, özünə inam və müxtəlif mədəniyyətlərə mənsub insanlarla ünsiyyət bacarıqları yaradır və bütün bu xüsusiyyətlər bütün dünyada işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir. Göründüyü kimi dünya təhsil sisteminin hədəfi cəmiyyətə peşəkar, işinin uzmanı olacaq mütəxəssis qazandırmaqdır. Çox təəssüf ki, Azərbaycan təhsil sistemində şagirddən və ya tələbədən oxumadıqları üçün pul tələb edilir. Həm də oxutmağa borclu olan müəllim tərəfindən. Təhsil naziri Mikayıl Cabbarov isə bu ədalətsizliyə hələ də göz yumur. Nazim Qafarov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?