GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ŞOK: “Naxçıvanlı trionun” taxtdan salınmasının inanılmaz təfərrüatları

ŞOK: “Naxçıvanlı trionun” taxtdan salınmasının inanılmaz təfərrüatları

Tarix: 4-03-2014, 10:15 Bölmə :Manşet Baxış: 2 608
ŞOK: “Naxçıvanlı trionun” taxtdan salınmasının inanılmaz təfərrüatları
Naxçıvan Dövlət Universitetinin keçmiş rektoru İsa Həbibbəylidən sonra Slavyanın rəhbəri Kamal Abdulla diplom alverçisi Şəlalə Hüseynova ilə tələyə salınıb “vuruldu”; eyni qruplaşmadan olan sabiq rektorlara qarşı “səlib yürüşü”ndə növbə kimindir?

Kamal Abdullanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunmasının şok təfərrüatları məlum olub. Bu barədə “Gündəm-xəbər”ə səhih məlumat verən qaynağımız qeyd edir ki, hər şey bir neçə gün ərzində həll olunub.
Bakı Slavyan Universitetinin müəllimi Şəlalə Hüseynovanın diplom satması rektorun müqəddəratını müəyyənləşdirib. Ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanan müəllimə əslində K.Abdullanın “vurulması” üçün qurulan tələ olub.
Mənbə bildirir ki, Ş.Hüseynova barəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Onun hazırda həbsdə olduğu və səhhətinin də ağırlaşdığı bildirilir.
Mənbə bildirir ki, K.Abdulla naxçıvanlıdır və bu qruplaşmaya qarşı başlanmış “səlib yürüşü” davam edəcək. Qaynağımız qeyd edir ki, Ş.Hüseynova sırf planlaşdırılan əməliyyatdır. Onun ardınca faktdan istifadə edib, rektoru vəzifədən atmaq istəyiblər.
“Gündəm-xəbər”ə danışan özəl qaynağımız deyir ki, əslində isə K.Abdulla universitet kimi yemli obyektdən məhrum edilərək, quru və formal bir vəzifəyə təyin olunub. Halbuki, BSU-də dövr edən pullar və buradakı imkanlar müşavirlikdən qat-qat üstün idi. Ona görə də K.Abdulla əslində “vurularaq” vəzifəyə təyin olunub.
Hazırda 3 prorektor arasında seçim edilir. Rektor vəzifəsinə gətirilməsi gözlənilənlərdən biri Elmi işlər üzrə prorektor Seyfəl Həsənov, digər namizəd isə Tədris işləri üzrə prorektor Asif Hacıyevdir. Ancaq daha çox rektor təyin edilməsi gözlənilən namizəd deputat Sahibə Qafarovadır. Beynəlxalq əlaqələr üzrə prorektor olan Sahibə xanım millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olduğu üçün onun rektor təyin edilməsi daha real görünür.
Mənbəmiz bildirir ki, K.Abdullaya “tikilən torba” Ş.Hüseynovanın diplom alverçisi olması ilə şərtləndirilirsə, onun vəzifədən çıxarmaqda məqsəd naxçıvanlı trionun hakimiyyətdə zəiflədilməsidir. Bundan əvvəl trio olan Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin istefası, indi K.Abdullanın yola salınması belə deməyə əsas verir ki, növbə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova çatıb. Sadəcə, BDU-dakı aksiyadan dərhal sonra onun istefaya göndərilməsi böyük rezonans doğura bilərdi. BDU rektorunu hədəfdən yayındırmaq, şimşəkləri üzərindən çəkmək və diqqəti başqa istiqamətə yönləndirmək üçün K.Abdulla nişan seçildi.
Mənbə qeyd edir ki, A.Məhərrəmov mətbuatın gündəmindən çıxandan sonra prezident sərəncamı ilə yola salınacaq. Çünki hökumət artıq yeni strategiya seçib. Ona problem yaradan, adı tez-tez qalmaqalda çəkilən, ümumiyyətlə cəmiyyətin bilmərrə şəkildə qəbul etmədiyi məmurları yola salmaq xəttini tutub. Çünki əvəzolunmaz məmur yoxdur və istənilən perspektivli şəxsi təyin etmək olar.
Bunu da təhsil naziri, əmək naziri, metropoliten sahələrində müşahidə etmişik. Eyni zamanda naxçıvanlı üçlüyün taxtdan salınması planları işə düşüb. Artıq iki rektor - İ.Həbibəyli və K.Abdulla işdən çıxarılıb, sonuncu plan da yerinə yetirilsə, arsenalda yeni proseslər cərəyan edə bilər. Əldə etdiyimiz xəbər görə, İ.Həbibbəyli, K.Abdulla və A.Məhərrəmov hakimiyyətdə eyni qruplaşmaya daxildir. Onların arasında dostluq münasibətlərinin də olduğu qeyd edilir.
Güman olunur ki, hər üç naxçıvanlı kadrın hədəfə alınması sırf iqtidardakı ikinci güc tərəfindən planlaşdırılıb. Belə ki, onların istefasına nail olmaqla köhnə qvardiyanın zəifləmiş, öləzimiş göstərilməsi ictimai rəydə böyük fikir yaradacaq.
Mənbə bildirir ki, yaxın vaxtlarda daha səs-küylü istefalar gözlənilir: “Misir Mərdanov, Füzuli Ələkbərov, Aydın Bəşirov, bir neçə icra başçısı, metro rəisi və s. dəyişdirilib. Hökumət birdəfəlik islahatlara gedə bilmir. Çünki köhnə qvardiya təzyiq edir və qocaman məmurlar kreslonu buraxmırlar. Prezident də tədricən hissə-hissə fürsət düşən kimi onları yola salır. Onlar qalması hökumətə sərf etmir. Prezident komandasında onları görmək istəmir.
Bu mənada Abel Məhərrəmovun da istefası istisna deyil. Həmçinin, onun postuna göz dikənlər var. İsa Həbibəyli də vəzifəsiz qalmadı, akademiyada müavin qoydular. Misir Mərdanovu da boş buraxmadılar, fizika institutuna rektor təyin etdilər, Kamal Abdulla da işsiz qalmadı. Amma ümumilikdə bu proses naxçıvanlı qruplaşmanı hakimiyyətin orbitindən çıxarmaq məqsədi güdür”.
Mənbənin sözlərinə görə, Paşayevlərin iqtidarda güclənməsi istiqamətindən gedən işlərin miqyası böyüyəcək. Bunu islahatlar paketi adı altında həyata keçirib, çoxlu sayda məmuru işdən uzaqlaşdıracaq, ya da rütbəsini endirəcəklər.
Daha aşağı ranqlı vəzifələrə təyin etməklə onları zəif duruma salmağa çalışacaqlar. Əslində Paşayevlərin iqtidarı birdəfəlik götürmək planı var idi. Amma bu, baş tutmadı. 2013 seçkilərindən sonra bu klanın hakimiyyətə bütövlükdə yiyələnməsi üçün təkamül yolu seçildi. Tədricən, köhnə qvardiyanı komandadan uzaqlaşdırmaq və ölkəyə sahiblənmək strategiyası qüvvədə qalır”.
Son olaraq qeyd edək ki, bu proseslərin daha qızğın və amansız şəklini mətbuat səhifələrində görəcəyik. Həmçinin, istefalar dalğasının Novruz bayramı ərəfəsində və sonrası davam etdiriləcəyi proqnoz olunur.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom müdafiəsindən azad olunublar

    BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom ...

    27-05-2013, 13:34

  • 
  • Kamal Abdullaya qarşı ittihamlar

    Kamal Abdullaya qarşı ittihamlar ...

    21-05-2013, 13:55

  • 
  • Səfir müavini Azərbaycanda saxta diplom almaq istədi

    Səfir müavini Azərbaycanda saxta diplom almaq ...

    26-02-2016, 15:01

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu