GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Abbasovun da istefaya göndərilməsi reallaşır

Əli Abbasovun da istefaya göndərilməsi reallaşır

Tarix: 10-03-2014, 13:39 Bölmə :Manşet Baxış: 3 357
Əli Abbasovun da istefaya göndərilməsi reallaşır
Artıq nazirlikdəki anti-nazir qruplaşmaları aktivləşir

«Aztelekom»un özəlləşdirilməsi prossesi nazirin sonunun başlanğıcına çevrilir

Artıq hakimiyyət daxilində parçalanma tendensiyaları özünü açıq şəkildə biruzə verməyə başlayıb. Son bir ay ərzində xeyli sayda nazir və məşhur məmur simaları yola salınıb. Bu qədər sürətli şəkildə məmurların yola salınması tendensiyası davam edəcək. Bu barədə «Gündəm xəbər»ə məlumat verən mənbə iddia edir ki, əslində hakimiyyətin içində yeniləşmə prossesi sürətlə getməkdədir. Məlumatlara əsasən, bu dəyişmələr özünü açıq şəkildə biruzə verəcək. Ehtimal edilən odur ki, xüsusilə Türkiyədə baş verən prosseslər bir qədər də sürətlənəcək. Və Azərbaycanda hakimiyyətin siyasi elitasında maddi asılılıqdan dolayı dəyişmələr gözləniləndir.
Məlumatlara əsasən, bununla bağlı olaraq artıq bir sıra məqamlar da ortaya çıxmağa başlayıb. Bakı Metrosunun rəisi Tağı Əhmədovun yola salınması, ardından İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin işindən uzaqlaşdırılıması və s. bukimi faktlar artıq çox əhəmiyyətli şəkildə dəyişmələrə işarədir. Hakimiyyət daxilindəki mənbələrin verdiyi bilgilərə əsasən artıq nazirlər arasında da təşviş yaşanmağa başlayıb.
İnformasiyalara əsasən artıq Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyində ciddi şəkildə qarşıdurma yaşanmağa başlayıb. Nazir müavini İltimas Məmmədovun, hətta özünə yaxın adamlarla mütəmadi olaraq müzakirələr apardığı da söylənilir. Bundan başqa, hətta rayonlardakı idarələrdən belə daxil olan informasiyalarla bağlı olaraqda narahatlıqların yaşandığı söylənilir. Bildirilir ki, nazirlik daxilindəki etirazlar idarə rəisləri ilə bağlı olaraq ortaya çıxır. İstənilən halda ortada olan əsas məqamlardan biri də budur ki, əslində nazirlikdə yaşana biləcək istənilən narazılığın təşkilatçıları belə var.
Bu günlərdə redaksiyamıza daxil olan bir neçə şikayət ərizəsi ilə bağlı da ortaya kifayət qədər ilginc informasiyalar çıxıb. Belə ki, Nizami Telekommunikasiya Qovşağının rəhbərliyinin nazirlikdən gələn təlimat və tapşırıqlara konkret olaraq əhəmiyyətsiz yanaşdığı söylənilir. Bildirilir ki, bu informasiyalarla bağlı olaraq ortada olan əsas məqamlar da var. Əsasən, ortada olan kifayət qədər mühim informasiyalar var. Bu günlərdə Nizami rayonunda ciddi internet böhranı yaşanması barədə məlumat vermişdik. Rayon sakinlərinin verdiyi məlumatda qeyd olunurdu ki, yaranmış problemin dərhal həll olunmaması, Nizami rayon Telekommunikasiya Qovşağında çalışanların qeyri-peşəkar olması və ən nəhayət qovşağın sədri Mirbaba Babayevin uğursuz fəaliyyəti rayonda vəziyyəti daha da ciddiləşdirib. Aylar uzunu yaranan eyniadlı problem artıq nəzarətdən çıxıb. Son bir aydır ki, internet ya saatlarla – gün ərzində 4-5 saat verilir, ya da ümumiyyətlə verilmir. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri rəislərindən aldıqları tapşırıq əsasında vətəndaşalara problem həll olunacağı vədini verirlər. Amma, bu vədlər yalnız vaxt udmağa hesablanır. Nəticə hələ də yoxdur, böhran davam edir. Ən qəribəsi odur ki, nə qovşağın sədri Mirbaba Babayev, nə də digər aidiyyatı şəxslər bu barədə heç bir açıqlama vermək istəmir. Mirbaba Babayev günlərlə işdə olmur, onun köməkçisi Aydın müəllim isə boş-boş göstərişlər verir.
Dünən isə daha bir maraqlı məlumat əldə etmişik. Bu barədə məlumatlı olan şəxsin qəzetimizəverdiyi məlumatda bildirilir ki, yazılanlardan dərhal sonra vəziyyət barədə məlumatlanan nazir Əli Abbasov qovşağın sədri Mirbaba Babayevdən yaranmış vəziyyətin səbəblərinin araşdırılmasını tələb edib. Müxtəlif bəhanələr gətirən Mirbaba Babayevin dediklərinin cəfəngiyyat olduğunu deyən nazir Abbasov, problemin aradan qaldırılması üçün qovşaq sədrinə 1 həftə vaxt verib. Üstəlik, Mirbaba Babayevə işində yol verdiyi səhlənkarlığa görə, ciddi töhmət də verilib. Mənbə bildirir ki, Qovşaq rəhbəri yaranmış problemin dərhal həll olunacağını nazir qarşısında söz verib. Amma, deyir sən saydığını say, gör, Mirbaba Babayev nə sayır. Baş verənlərdən qəzəblənən Babayev öz müavinlərinə tapşırıq verib ki, onun barəsində yayılan məlumatın mənbəyini tapsınlar. Rayonda yaranmış internet böhranını aradan qaldırmaq əvəzinə qovşaqda «satqın» axtarmaq kimə lazımdır? Hansı ki, hələ də bir nəticə verməyib. Çünki, orada«satqın» yox, ciddi internet problemləri mövcuddur. Mənbə deyir ki, artıq Mirbaba Babayev üçün ayrılmış 1 həftə bitib və nəticə isə yenə eynidir- rayonda hələ də ciddi internet problemi var.
Mənbə bildirir ki, yaxın günlərdə nazir Əli Abbasovun əmri ilə Mirbaba Babayev vəzifədən uzaqlaşdırılacaq. Bir sözlə, qovşağın sədri Mirbaba Babayevin yarıtmaz fəaliyyəti nazir Əli Abbasovun ölkə telekomunikasiyası üçün gördüyü işləri sadəcə kölgə altına alır. Vətəndaşların narazılığı da öz yerində… Qeyd edək ki, əldə etdiyimiz məlumata qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz uğursuz alındı. Qovşaqdan isə bildirdilər ki, Mirbaba Babayevlə danışmaq mümkün deyil, çünkio, işdə olmur.
Məsələ burasındadır ki, Əli Abbasova qarşı itaətsizliyin göstərilməsi də kifayət qədər mühim səbəblərlə bağlıdır. Belə ki, rabitə naziri bir qədər əvvəl ağır bir bəyanata müəlliflik etdi. Əli Abbasov «Aztelekom» İstehsalat Birliyinin özəlləşdirilməsi istiqamətində işlərin həyata keçirildiyini bildirdi. 2007-ci ildən başlamış prosses bu günə qədər də yekunlaşa bilmir. Əslində bununla bağlı olaraq redakiyamıza bilgi verən mənbə deyir ki, Əli Abbasov elə bu qərarının qurbanı ola bilər. Çünki «Aztelekom»un özəlləşdirilməsi prossesində kifayət qədər güclü və maraqlı tərəflər var. Məhz həmin adamların da ortaya konkret olaraq maraqlar qoyması nazirlikdə itaətsizlik mühitinin formalaşmasına səbəb olub. İnformasiyalara əsasən, nazirlik daxilində yaşana biləcək istənilən bir prosses demək olar ki, hədəfə çatmaq üçün anti-nazir qruplaşmasını aktivləşdirib. İlkin olaraq «Aztelekom» İstehsalat Birliyinin özəlləşdirilməsi ilə bağlı olaraq ortada olan informasiyalara görə, bununla bağlı olaraq maraqlı tərəflər də oldu. Lakin adıçəkilən böyük bir rabitə sisteminin özəlləşdirilməyə hazırlanması prossesi rabitə bazarında çox mühim şəkildə təsirlərini göstərə bilər. Hələlik nazirlikdən verilən rəsmi məlumatlar belədir ki, “Aztelekom“ İstehsalat Birliyinin (İB) özəlləşdirilməyə çıxarılması yubana bilər. Çünki bu məsələ texniki baxımdan mümkünləşməyəcək. Bu etirafı nazir özü də dəfələrlə dilinə gətirib. Bundan başqa nazirin etiraflarından biri də bu olub ki, müəyyən problemlərlə əlaqədar hazırlıq işləri xeyli vaxt aparır. Lakin, nazir hansı problemlərin texniki hazırlıqlara vaxt aldığını demir və ya açıq deyə bilmir.
Nazir deyir ki, Azərbaycanın telekommunikasiya şəbəkəsinin modernləşməsinə ehtiyac var. Amma, yenidənqurmadan sonra şəbəkənin qiyməti daha da artacaq. Təbii ki, xidmət səviyyəsinin yaxşılaşdırılması qiymətlərə birbaşa təsir göstərəcək. Yəni sözügedən sistem üzrə əhaliyə təklif olunan xidmətlər də bahalaşacaq. Hazırda müvafiq instansiyalarla birgə bu istiqamətdə müzakirələr aparılır və daha münasib variantlar təhlil edilir.
Xatırladaq ki, “Aztelekom“ İB və “Bakı Telefon Rabitəsi“ İB-nin özəlləşdirilməyə çıxarılması ilə bağlı sənədləşmə işlərini “Ernst and Yanq“ şirkəti aparır. Rəsmi məlumatlara əsasən, “Aztelekom“ İB şəbəkəsinin 70 faizi rəqəmsallaşdırılıb, 30 faizi isə köhnədənqalma analoq telefonlardır. Ən son məlumatlara görə«Aztelekom»un özəlləşdirilməsi prossesi məhz rəqəmsallaşdırmaya keçidin yubanması ilə bağlıdır. İndi bu quruma sahib çıxmaq istəyən oliqarx-məmurlar prossesi də məhz o səbəbdən uzadırlar ki, dövlət vəsaitləri hesabına modernləşdirmə prossesi başa çatsın. Bu barədə qəzetimizə bilgi verən mənbə iddia edir ki, Əli Abbasovun bundan xəbəri var. Özəlləşdirilməyə hazırlanmaqda olan quruma hər il modernləşdirmə üçün milyonlarla manat vəsait «sərf» edilir. Yəni nəzərdə tutulmuş vəsaitlər əslində kağızlar vasitəsilə silinir. Çünki yuxarıda qeyd etdiyimiz kimi «Aztelekom»un xidmət dairəsinə aid olan sistemlərlə bağlı olaraq şikayətlərin ardı-arası kəsilmir. Xüsusilə də Bakıda telekommunikasiya sistemlərinin genişzolaqlı internet şəbkəsi üçün hazırlanması prossesinə mühim xərclər tələb edir. Bu xərcləri isə «Aztelekom»a sahiblənmək istəyindən olan heç bir investor və oliqarx-məmur maraq göstərmir. Bu müəmmalı özəlləşdirilmə prossesi ilə bağlı danışan mənbə deyir ki, artıq adıçəkilən qurumun rentabelliyi də aşağı düşüb. Qurumun təklif etdiyi xidmətlər də kifayət qədər az diqqəti çəkən və gəlirsizdir.
Məsələ burasındadır ki, bu qurumun formalaşdırılması üçün istənilən halda ortada olan əsas məqamlar ondan ibarətdir ki, Əli Abbasov faktiki olaraq özünü qorumağa çalışır. O, ən yüksək dairələrə məhz bu qurumun investorlar üçün cəlbedici görünməsi üçün əlavə büdcə pullarınınayrılması arqumentini ötürür. Nazir çalışır ki, fürsət varkən yeniləşdirmə adı altında «Aztelekom»da özəlləşdirməyə qədər pul qazana bilsin. Lakin qeyd etdiyimiz kimi, «Aztelekom»a sahiblənmək istəyən oliqarx-məmurların da maraqları kifayət qədər yüksəkdir. Məhz bu maraqlı adamlar da istənilən halda ayrılan büdcə vəsaitlərinin həqiqətən də «Aztelekom»a sərf edildiyinə nəzarət edirlər. Bu tendensiya da nazirin karyerasında sonun başlanğıcı ola bilər. Mənbə iddia edir ki, yaranmış vəziyyəti doğru qiymətləndirə bilən əks qruplaşma da «Aztelekom»da gözü olan oliqarxlara mütəmadi olaraq informasiyalar ötürürlər. Bu ötürülən informasiyalar da əsasən nazirin kreslosundakı yerini laxladır. Və məlumatlara əsasən, Əli Abbasov hazırda hakimiyyətdə «nurçular»ın çevrəsində yer alır.
Rüfət ƏLİCANLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət

    Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət ...

    9-05-2013, 16:17

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • İsmət Abbasovun bitməkdə olan erasının şok təfərrüatları ...

    İsmət Abbasovun bitməkdə olan erasının şok ...

    10-06-2014, 11:36

  • 
  • Azərbaycanda nurçuların son günləri

    Azərbaycanda nurçuların son günləri ...

    3-04-2014, 19:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu