GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elman Rüstəmovun hədəfində olan 7 bank

Elman Rüstəmovun hədəfində olan 7 bank

Tarix: 10-03-2014, 13:41 Bölmə :Manşet Baxış: 1 009
Elman Rüstəmovun hədəfində olan 7 bank
Əhalinin kreditborcu, gəlirindən 5 dəfə çoxdur

Azərbaycanda kredit böhranı artıq özünü açıq şəkildə biruzə verməkdədir. Banklarda istehlak kreditləri ilə bağlı olaraq yaranan problem demək olar ki, özünü böhranlı həddə göstərməkdədir. Vətəndaşların banklara olan borcunun qəzalı maliyyə şəraiti yaratdığından Mərkəzi Bank ötən aydan etibarən önləyci tədbirlər həyata keçirməyə başlayıb. Bu tədbirlər əsasən avtomobil kreditlərinin verilməsinə məhdudiyyətlər qoyulması ilə bağlı idi.
Məhdudiyyətlər daha sonra kreditlərin arayışsız verilməməsi qadağası formasında özünü biruzə verməyə başladı. Ortada olan ən mühim məqam ondan ibarətdir ki, Azərbaycanda yaşanan istənilən gərginlik demək olar ki, kreditləşmə və əhalinin gəlirləri arasında tərs mütənasiblik yaradır. Rəsmi məlumatlara əsasən, ölkə banklarında olan istehlak kreditlərinin yarıdan çoxu «problemli kreditlər» portfelinə daxil edilib. Problemli kreditlərlə bağlı olaraq bankların çətin vəziyyətə düşməsi səbəbindən demək olar ki, banklar hətta, bəzən iflas səviyyəsinə belə düşürlər. Lakin Mərkəzi Bankın bu tədbirləri, qadağalar tətbiq etməsi vəziyyəti heç də yaxşılaşdırmayıb. İndi banklar vətəndaşlara kredit təkliflərini azaltmayıblar. Müxtəlif yollardan istifadə etməklə avtomobil kreditlərini təklif edirlər. Bura lizinq formasını daxil edə bilərik. Məhz bu baxımdan banklar yeganə gəlir mənbəyi kimi və yüksək faiz təklif etdiklərindən əsas gəliri olan istehlak kreditlərindən imtina etmək niyyətində deyillər. Hər halda apardığımız araşdırmalar nəticəsində bu qənaətə gəlmişik.
Qəzetimizin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, əslində avtomobil kreditlərinin verilməsi prossesi demək olar ki, davam edir. Məsələ burasındadır ki, istənilən bir halda ortada olan faktlar var. «Gündəm xəbər»in əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində avtomobil satışı ilə məşğul olan, hətta fərdi vətəndaşlar belə kredit yolu ilə satış da təklif edirlər. Deməli, banklar Mərkəzi Bankın bu zorla tətbiqetməsindən yan keçməkdə israrlıdırlar. Bununla belə, əhalinin gəlirləri ilə banklardakı istehlak kreditləri arasında çox ciddi bir tərs mütənasiblik var.
Fitch Ratings agentliyi Azərbaycanın bank sistemində pərakəndə kreditlərin artdığını qeyd edir.
Agentliyin məlumatına görə, pərakəndə kreditlərin artım tempi (44%) ev təsərrüfatlarının gəlirlərindən çoxdur (8%, 2013-cü il).Agentlik hesab edir ki, bu kreditlərin keyfiyyəti məqbuldur (ÜDM-ə nisbəti 11%.). Korporativ kreditləşmə bazarında artım isə 15% olub. 2012-ci ildə bu göstərici 25% idi. Korporativ kredit portfelinin keyfiyyəti zəifdir və bu şəffaflığın az olması və biznes mühitlə bağlıdır. Situasiyaya ödəilmənin uzun müddəti, güzəşt müddətləri təsir edir. İnfrastruktur və tikinti sektoru kreditlərində banklar üçün rsik böyükdür.
Fitch Ratings agentliyi bildirir ki, ölkənin bank sektoru hələ sabitdir Amma, struktur məsələləri aktivlərin keyfiyyəti, mənfəətlilik və sektorun kapitallaşmasına təsir edir. Fitch-ə görə, 90 gün vaxtı uzadılan kreditlər 9,6%-ə düşüb. 2012-ci ildə o, 13,1% idi. Fitch hesab edir ki, aktivlərin keyfiyyəti bir qədər zəifdir. Kapitallaşma göstəriciləri yaxşılaşıb, bank sisteminin kapital yetərliliyi 18%-ə çatıb. Fitch sektorun kapitallaşmasını zəif hesab edir.
Fondlanma sabit qalır və davamlı dövlət maliyyələşməsi ilə (bank sisteminin öhdəliklərinin 24%-i) və artan depozit bazası ilə möhkəmləndirilir. Xarici fondlanma öhdəliklərin 19%-dir. Banklar balanslarında məqbul likvidlik ehtiyatı saxlayır. Amma, stress təqdirində likvidlik kredit portfellərinin yavaş amortizasiyası səbəbindən zəif ola bilər.
Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın statistik məlumatları reallığı tam əks etdirmir. Reallıqda belə kreditlər dəfələrlə çoxdur. Konkret tədbirlər görülməzsə, kredit bazarı çökə bilər. Araşdırma göstərir ki, belə kreditlərin payı getdikcə artır. Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi 448,5 milyon manat təşkil edir və cəmi kreditlərdə payı 5 faizə bərabərdir. Ancaq həmin tarixə təkcə yeganə dövlət bankı olan Beynəlxalq Bank üzrə belə kreditlərin həcmi 540 milyon manatdan çoxdur. Yerdə qalan 46 bank üzrə problemli kreditlərin həcmini toplasaq, bu, rəsmi məlumatdan ən azı 2-3 dəfə çox olar. İlkin araşdırmalar göstərir ki, ölkə üzrə verilmiş kreditlərin ən azı 15 faizi problemlidir. Bu isə ölkədə problemli kreditlərin həcminin təhlükəli həddə çatmasının göstəricisidir".
Problemli kreditlərin artımı kredit qoyuluşuna da öz mənfi təsirini göstərir. Son bir ildə problemli kreditlərin həcmi kəskin artıb və konkret addım atılmasa, bu tendensiya davam edəcək. Bütün MDB ölkələrinin bank sistemi problemli kreditlərdən əziyyət çəkir. Beynəlxalq təşkilatlar bununla bağlı həyəcan təbili çalırlar. Onlar Azərbaycanda problemli kreditlərin artımından narahatçılıqlarını bildiriblər və artımın ən azı bu ilin sonuna kimi davam edəcəyini proqnozlaşdırıblar. Hələ ki, artım davam edir. Banklarımız isə bu problemin həllini kredit qoyuluşunu azaltmaqda və kreditin verilməsi şərtlərinin ağırlaşdırılmasında görür. Ancaq bu, heç bir effekt vermir. Bu addım kreditə çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı, ölkədə iqtisadi aktivliyin azalmasını şərtləndirir. Ölkə iqtisadiyyatına ümumilikdə 2009-ci ilin 9 ayında 1,9 milyard manatlıq, 2010-cu ilin müvafiq dövründə 1,2 milyard manatlıq kredit qoyulduğu halda 2012 və 13-cü illərdə bu göstərici 0,5 milyard manat təşkil edib. Cari ilin sentyabrında kredit qoyuluşu cəmi 148 milyon manat olub. Onun 65,1 milyon manatı Beynəxalq Bankın payına düşür. Yerdə 83 milyon manat qalır. Göründüyü kimi, özəl bankların kredit qoyuluşu orta hesabla 1,8 milyon manat olub. Bir bank üçün bu həcmdə kredit verilməsi, yumşaq desək, çox azdır.
Ekspert bunun səbəbini kredit faizlərinin yüksək olmasında və bankların kredit risklərini düzgün idarə etməməsində görür. Təkcə 2013-cu ildə problemli kreditlərin həcmi 50 faizdən çox artıb. Bunun əsas səbəbi Azərbaycan banklarında təklif edilən kreditlərin faiz dərəcələrinin çox yüksək olmasıdır. Digər ölkələrlə müqayisədə bizdə kredit faizləri bir neçə dəfə çoxdur. Vəsaitə ehtiyacı olan sahibkarlar və ya əhali yüksək faizə baxmayaraq, kredit götürməli olur. Sonra isə həmin vəsaitlərin qaytarılması zamanı çatanda problemlər yaranır. Əgər qlobal böhrandan əvvəl müştərilər yüksək faizi ödəyə bilirdilərsə, indi bu, mümkünsüzdür.
S.Əliyev hesab edir ki, Mərkəzi Bank həm iqtisadi, həm də inzibati rıçaqlardan istifadə edərək bank kreditlərinin faiz dərəcələrinin aşağı salınmasına nail olmalıdır. Əks halda problemli kreditlərin artımı son nəticədə Azərbaycan bank sistemini iflic edə bilər.
Əslində Mərkəzi Bankın kreditlərlə bağlı qadağası həm də bankların MB qarşısında Nizamnamə Kapitalını arıtrmaq öhdəliyini də icra etməyə mane olacaq. Kredit qadağaları faktiki olaraq gəlirlərə təsir edəcək. Bununla da bankların vəziyyəti bir qədər də ağırlaşacaq. Bankların nizamnamə kapitallarının artırılması ilə bağlı qərar ötən il verilib. Ötən il bu qərarın verilməsinə baxmayaraq, Mərkəzi Bank kommersiya banklarına təxminən il yarım zaman verib ki , kommersiya bankları öz nizamnamə kapitallarını mərkəzi bankın yeni qaydalarına uyğunlaşdırsın. Artıq kommersiya banklarının əhəmiyyətli hissəsi öz nizamnamə kapitalının 50milyon manatadək artırılması ilə bağlı öhdəliyini yerinə yetirib. Bugün 43 bankdan təxminən 35-i öhdəliyə əməl edib.Mərkəzi bank da praktiki olaraq nizamnamə kapitalını artıra bilməyən banklara ya birləşməyi, ya da bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməyi təklif edir. Mərkəzi bank çalışır ki, nizamnamə kapitalının artırılması ilə bağlı qərardan sonra bank sektorunda kommersiya banklarının müflisləşməsi prosesi həyata keçirilməsin. Bizim apardığımız tədqiqatlar göstərir ki, təxminən 7 bankda mərkəzi bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq.Arzuolunan ssenari ondan ibarətdir ki, həmin 7 bank digər kommersiya bankı ilə birləşsin, bu zaman artıq kommersiya banklarının sayı azalsa da belə hansısa bank müflis olmayacaq. Və əgər banklar birləşmə ssenarisinə üstünlük verməsə, o zaman mərkəzi bank həmin kommersiya banklarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edəcək və həmin bank artıq bank kimi deyil, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərəcək ki, bu da nəticə etibarilə kommersiya banklarının müflisləşməsinə gətirib çıxara bilər.
Məsələ burasındadır ki, bankların nizmanamə kapitalını artırmaqla bağlı olan öhdəlikləri demək olar ki, kreditlərlə bağlı sıxıntıdan sonra çox böyük problemlə icra edilə bilməyəcək. Məsələ burasındadır ki, bu bankların vəziyyətini də ağırlaşdıracaq. İstənilən halda ortada olan əsas məqamlardan biri də odur ki, bankların kreditləşmə ilə bağlı olaraq yanaşmaları da kifayət qədər fərqlidir. Burada korparativ maraqlardan daha çox fərdi gəlirlərin əldə edilməsi məqamı dayanır. Məhz fərdi maraqlar prizmasından yanaşdıqda, əslində kreditləşmə ilə bağlı olaraq ortaya mühim problemlərin çıxa biləcəyi istisna deyil.
Ekspertlər hesab edirlər ki, kreditləşmə ilə bağlı məhdudiyyətlər həm də əmanət yığımlarında da özünü göstərəcək.
Banklar tərəfindən cəlb edilən əmanətlərin məbləği 6 milyard manatdan çoxdur və əmanətlərin bankların kredit qoyuluşundakı payı təxminən 45%-ə yaxındır. Hal hazırda bankların aktivləri 18,6 milyard manatdır və praktiki olaraq son illər bankların aktivlərindəki artım tempi ikirəqəmlidir, eyni zamanda aktivlərlə müqayisədə banklar tərəfindən 13,8 milyard manatlıq kredit qoyuluşu həyata keçirilib. Eyni zamanda banklar tərəfindən cəlb edilən əmanətlərin məbləği 6 milyard manatdan çoxdur və əmanətlərin bankların kredit qoyuluşundakı payı təxminən 45%-ə yaxındır. Faktiki olaraq banklar həyata keçirdikləri kredit ortamından əhəmiyyətli hissəsini və ya yarıdan çoxunu cəlb edilən əmanətlərdən kənar mənbələr hesabına toplayır ki, o mənbələrin bir qismi bankların Mərkəzi Bankdan cəlb etdiyi mərkəzləşdirilmiş kredit resurslarıdır,yaxud kommersiya banklarının xarici mənbələrdən cəlb etdiyi resurslardır. Eyni zamanda bankların verdikləri kreditlər, yerləşdirdikləri kredit resursları üzrə faizlər, eləcə də kreditlərin geri qaytarılması bankların kredit portfelinin formalaşmasına imkan verir. O baxımdan 2013-cü ildə bank sektoru bütövlükdə nizamnamə kapitalının artırılması, bank sektorunda rəqabətliliyin müdafiə olunması baxımından artıq yeni bir mərhələdədir. Təbii ki, növbəti ildən etibarən nizamnamə kapitalının artırılması banklar üçün yeni bir eranın yaranmasına səbəb olacaq.
Eldar QASIMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bank sektoru üçün böyük təhlükə - “kredit böhranı” bankları çökdürə bilər

    Bank sektoru üçün böyük təhlükə - “kredit ...

    13-04-2015, 21:38

  • 
  • Problemli kreditlərlə bağlı şok açıqlama

    Problemli kreditlərlə bağlı şok açıqlama ...

    14-05-2015, 13:58

  • 
  • Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

    Avtomobillərə kreditlərin verilməməsinin ...

    25-01-2014, 12:15

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15

  • 
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu