GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Bakıelektrikşəbəkə” ASC-də Baba Rzayevin xüsusi qanunları

“Bakıelektrikşəbəkə” ASC-də Baba Rzayevin xüsusi qanunları

Tarix: 24-03-2014, 14:42 Bölmə :Manşet Baxış: 1 868
“Bakıelektrikşəbəkə” ASC-də Baba Rzayevin xüsusi qanunları
Bu qanunlardan dövlət yetkililərinin xəbəri yoxdurmu?

Son günlər Azərbaycan siyasi aləmində geniş söz-söhbətə meydan açan “Nur” problemi artıq ilk qurbanlarını verib. Bir çox məmurların qaranlıq əməllərinin üzərinə həqiqət nuru düşən kimi çox mətləblər aydınlığa çıxdı. Məlum oldu ki, illərdir tutduğu vəzifə kürsüsünün səlahiyyətindən məst olan əksər məmurlar nəinki dövlət siyasətini yerinə yetirmir, əksər hallarda ona zidd addımlar belə atmaqdan çəkinmirlər.
Bir çoxları üçün rəhbərlik etdiyi sahə sanki şəxsi mülkiyyəti, özəl müəssisəsiymiş kimi fəaliyyət göstərərək gəlirli biznes sahəsinə çevrilib. Dövlətin milyonlarla pulunu mənimsəməklə iqtisadiyyatın mühüm sahələrində inhisarçıya çevrilən məmur oliqarxlar artıq dövlətin özü üçün əməlli-başlı problem yaradırlar. Üzdə sonsuz sədaqətdən danışan belələri əslində prezidentə, onun siyasi xəttinə ən böyük zərbə vuran qüvvələrdir. Şəxsi mənafeyi, biznesi üçün bütün qanunları tapdalayan, bunun üçün minlərlə sadə vətəndaşın hüquqlarını ayaqlar altına atan vəzifə sahibləri vətəndaş-dövlət qarşıdurmasına səbəb olur, siyasi sabitliyi pozurlar. Cəzasızlığın yaratdığı arxayınlıq, toxunulmazlıq ab-havası əksər məmurların gözünü elə pərdələyib ki, onlar üçün qanun, dövlət mənafeyi anlayışları tamamilə əhəmiyyətini itirib.
Sahib olduğu vəzifə kürsüsündə dövlətə belə “sədaqətlə” xidmət edən məmurlardan biri də “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevdir. Bakının sayrışan işıqlarının kölgəsində xüsusi idarəetmə sistemi formalaşdıran, paytaxtın enerji təchizatını illərdir bərbad vəziyyətə salmasına baxmayaraq, şəxsi biznesində böyük uğurlar qazanan B.Rzayevin müdhiş əməllərinin nəticələrini hər bir bakılı öz gündəlik həyatında hiss edir. Türkiyəli iş adamı Hüseyn Arabulun işığını söndürəndən sonra Bakının bütün işıqları əslində onun gəlir mənbəyinə çevrilərək “Bakıelektrikşəbəkə” şefinin adını ölkənin əsas biznesmen məmur oliqarxlarının siyahısına əlavə edib. Bir zamanlar çoxlarının diqqətini çəkməyən Dərnəgül yolunda yerləşən elektrik avadanlıqları satan mağazanın sahibi olan B.Rzayev keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin vasitəçiliyi ilə siyasi elitaya yaxınlaşmağa müvəffəq olur. Heydər Babayevlə birlikdə qısa müddətdə “Barmek”in sahibi Hüseyn Arabulu ölkədən didərgin salan “Bakıelektro” kiçik müəssisəsinin direktoru Baba Rzayev nəhayət ki, özünün ən böyük arzusuna çatır. 2006-cı ildə o, bütün Bakının enerji təchizatına rəhbərliyi ələ keçirməklə özünün “işıqlı planlarını” reallaşdırmağa başlayır. Artıq paytaxt çılçıraqlarını işıqlandıran enerjinin hər kilovatından yararlanan Rzayevin kiçik mağazası ölkənin ən böyük elekitrik avadanlıqları satan “Santral Elektrik” LTD şirkətinə çevrilərək “Bakıelektrikşəbəkə”nin bütün layihələrinin əvəzsiz icraçısına dönür. İnşasına böyük vəsaitlər sərf olunan dövlət əhəmiyyətli binaların böyük qismi məhz Baba Rzayevin “Santral Elektrik” LTD şirkətinin elektrik avadanlıqları ilə işıqlandırılır. Çünki, Bakıda bu şirkətdən alınmayan heç bir elektrik məhsulu “işləmir” . Təbii ki, “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərinin həyata keçirdiyi “işıqlı biznes” layihələri üçün tək “Santral Elektrik” LTD şirkəti kifayət etməzdi. Odur ki, Baba Rzayev bu şəbəkəni kifayət qədər genişləndirərək “Göknur Bakı” LTD, “GBS MMC” şirkətlərini də yaradaraq paytaxtın enerji bazarının şəriksiz liderlərinə çevirir. Evlərimizə işıq daşıyan elektrik kabellərini də bizə Baba müəllimin Zirə kəndində yerləşən Kabel zavodunun məhsulları “bəxş edir”. Energetika sahəsinə olan sonsuz sevgisi B.Rzayevə bu sahədə rəqib tanımağa imkan vermir. Bu səbəbdən də dəyəri milyonlarla ölçülən enerji layihələrinin hamısının “uğurlu” icrası məhz bu və adlarını çəkmədiyimiz digər şirkətlər tərəfindən həyata keçirilir.
Lakin, Baba Rzayevin müxtəlif tədbirlərdə “böyük uğurlar” kimi təqdim etdiyi fəaliyyətinin nəticələrinin ən canlı şahidləri elə paytaxtın sakinləridir. Bakının enerji təminatında illərdir davam edən problemlərin həlli sanki düyünə düşüb. “Bakıelektrikşəbəkə”yə hər il büdcədən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, paytaxtın enerji təminatının böyük qismi hələ də sovetlər dönəmindən və “Barmek”dən qalma sistemin vasitəsilə təmin olunur. Əhaliyə verilən elektrik enerjisinin təminatında yaranan əsassız fasilələr isə paytaxt sakinlərinin gündəlik həyat tərzinə çevrilib. El arasında deyildiyi kimi işıq idarələrində hökm sürən rüşvətxorluq, süründürməçilik halları vətəndaşları cana yığıb. Adi bir məsələnin həlli üçün bu idarələrə müraciət edən sakinlər lazım olan məbləği, yəni idarə əməkdaşlarının təbirincə desək “hörməti” ödəməsələr aylarla süründürülür, get-gələ salınırlar. Lakin, şikayət etməli nə bir qurum var, nə də şikayətə baxan bir insaflı məmur. Hara getsən Baba Rzayevin kadrları vətəndaşların səsini yerindəcə boğur, işığını söndürürlər.
“Bakıelektrikşəbəkə”-nin belə qanunsuzluqlarından əziyyət çəkən Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsinin ( Ayna Sultanova heykəlinin yaxınlığı ) sakinləri də dərdlərini deməyə yer tapmırlar. Sakinlər bildirirlər ki, bir para əli kəlbətinli adamlar tərəfindən əsir-yesir vəziyyətinə düşüblər. Bu ərazidə enerji təminatında fasilələr adi haldır. Sutkanın istənilən vaxtında işığın sönməsinə öyrənən sakinlər illərdir ki, “Bakıelektrikşəbəkə”-nin borcundan qurtara bilmirlər. Sakinlər bildirirlər ki, heç bir xəbərdarlıq edilmədən borca görə işığımızı kəsirlər. Özü də bu “işıqkəsmə” əməliyyatını qəsdən ya səhər erkən, ya da axşam vaxtlarında edirlər ki, ikiqat əziyyət çəkək. Başqa bir vətəndaş isə bildirir ki, Binəqədi rayon İşıq idarəsinin əməkdaşları əksər vaxtlarda işığı kəsəndən sonra borc barəsində xəbərdarlıq edirlər. Onlar haradan bilir ki, mən borcumu ödəyəcəm ya yox? Bu küçədə yaşayanların əksəriyyətinin maddi durumu çətindir. Lakin, bütün bunları nəzərə almayan “Bakıelektrikşəbəkə” əməkdaşları sanki insanların işığını kəsməkdən zövq alırlar. Qayda-qanuna məhəl qoymadan, xəbərdarlıqsız işıqların kəsilməsi özbaşnalıqdan başqa nə ola bilər?
Maraqlıdır, məgər Baba Rzayev və Binəqədi rayon İşıq idarəsinin rəhbəri Azad Mustafayev mövcud qanunvericilikdən xəbərsizdirmi? Axı onlar da çox gözəl bilir ki, abonentin borcu yarandığı halda ilk öncə xəbərdarlıq olunmalı, minimum 15 gün keçdikdən sonra isə müvafiq akt tərtib etməklə tədbir görmək mümkündür. Amma, nədənsə Baba müəllimin və Azad Mustafayevin kadrları daha çox insanları qaranlıqda qoymağı üstün tuturlar. Vətəndaşları incitmək, onların hüquqlarını tapdalamaq bu şəxslər üçün gündəlik həyat tərzidir. “Bakıelektrikşəbəkə” üçün insan amili, vətəndaş faktoru mövcud deyil, sadəcə daha çox qazanc əldə etmək əsasdır. Prezident dəfələrlə məmurlara xəbərdarlıq edib ki, vətəndaşları incitmək, onların problemlərinin həllinə biganəlik göstərmək olmaz. Ancaq, özünü prezidentə sədaqətli məmurlar kimi qələmə verən Baba Rzayev və tabeliyində olanlar daha çox insanlara əlavə problemlər yaratmaqdan, onları incik salmaqdan, işıqlarını kəsməkdən sanki həzz alırlar. Budurmu dövlət başçısına sədaqət, onun əmr və sərəncamlarına göstərilən münasibət? Bəlkə, B.Rzayev öz əməkdaşları vasitəsilə insanları qəsdən dövlətdən narazı salır, etirazlara sövq edir. Hər halda lazımi dairələr “Bakıelektrikşəbəkə”-nin fəaliyyətini dərindən araşdırsalar yəqin ki, bu suallara ətraflı cavab tapa bilərlər.
Amma, elə bilməyin ki, “Bakıelektrikşəbəkə”-nin əməkdaşları təkcə işıq kəsmək sahəsində ixtisaslaşıblar. Əsla. Onların həm də özünəməxsus işıqvermə metodları var ki, bu barədə danışmamaq günah olardı. Hansısa bir vətəndaş baş verən qanunsuzluqlardan təngə gəlib etiraz səsini ucaltsa, ona xüsusi təklif edilir. Belə ki, Azad Mustafayevə və yaxud istismar sahəsinin rəisi Ramiz müəllimə şikayət edən qanunlardan xəbərdar olan, öz haqqını qorumağı bacaran vətəndaşlara idarə tərəfindən alernativ variant göstərilir. “Gəl sənə ayrıca işıq xətti çəkək, sənin işıq problemin olmasın. Ancaq bir şərtlə ki, ətrafda yaşayan qaçqınların bundan xəbəri olmamalıdır.” Bax, bu Baba Rzayevin yaratdığı idarəetmə metodunun “parlaq” nəticələrindən biridir. Vətəndaşlar arasında ayrı-seçkilik salmaq, müxtəlif vasitələrlə onları susdurmaqla öz əməllərini davam etdirmək bu idarəetmə üsulunun əsas prinsipidir. Təbiidir ki, vicdanlı, vətənpərvər sakinlər bu ayrıseçkiliklə razılaşmayaraq belə çirkin təklifdən imtina edirlər. Bu əməkdaşlara insanları qaçqınlara, köçkünlərə, ağlara, qaralara bölmək ixtiyarını kim verib, cənab Baba Rzayev?
Bəlkə bu da sizin yeni metodunuzdur, kimsənin xəbəri yoxdur? İşıq kəsmək, adamları soyuq ocağa möhtac etmək günahdır. Bəs hər ay min manatlarla işıq yandırıb pulunu ödəməyən vəzifə sahiblərinin işıqlarını nə əcəb kəsmirsiniz? Bəlkə onların xüsusi elektrik stansiyaları , yaxud toxunulmazlıq statusları var? Görəsən xüsusi şirkətləriniz sərf etdikləri elektrik enerjisinin pulunu son qəpiyinə qədər ödəyir, bircə pul verməyən elə sadə vətəndaşlardır? Suallar sadədir, ancaq cavab vermək bir az çətin olacaq. Əslində bu cavabları hamı bilir, fəqət illərdir ki, müxtəlif vasitələrlə siz bu suallardan məharətlə yayınırsınız.
Ölkədə baş verən son proseslər sübut edir ki, nəinki məmurlar, onların yaxın ətrafları belə qanunlara məhəl qoymur, hər şeyi şəxsi mənafeləri naminə istifadə edirlər. Bir çoxlarının qaranlıq əməllərinə “nur” düşəndən sonra çox mətləblər üzə çıxmağa başlayıb. Bakımıza, evlərimizə nur paylayan bir şirkətin də öz fəaliyyətinə işıq salınması vaxtı çoxdan çatıb. İşığımızı kəsənlərə işıq yandıranlar bu barədə düşünsələr yaxşı olardı.
NİCAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahmud Nəbiyevin məhkəmə monopoliyası

    Mahmud Nəbiyevin məhkəmə monopoliyası ...

    27-02-2013, 10:05

  • 
  • “Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə biznesi?

    “Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə ...

    24-02-2014, 13:53

  • 
  • “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

    “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri ...

    22-04-2016, 21:51

  • 
  • Baba Rzayevin taladığı milyonlar

    Baba Rzayevin taladığı milyonlar ...

    8-01-2014, 23:23

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu