GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədova “iqtisadi müharibə” elan olunub

Ziya Məmmədova “iqtisadi müharibə” elan olunub

Tarix: 5-12-2012, 09:30 Bölmə :Manşet Baxış: 1 312
Ziya Məmmədova “iqtisadi müharibə” elan olunub

Nəqliyyat nazirinin nəzarətindəki bir sıra strukturlar ləğv olunur, onun iqtisadi cəhətdən çökdürülməsinə başlanılıb

“Gündəm-Xəbər”ə daxil olan məlumatlara görə nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni hücum kampaniyasına start verilib və bu dəfə hədəfdə onun biznes strukturlarıdır. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, belə bir planın işə salınması heç də o anlama gəlməməlidir ki, hakimiyyət Ziya Məmədovla yollarını ayırmaq niyyətindədir. Mənbəmizin sözlərinə görə, nəqliyyat nazirinə qarşı aparılan kampaniyanın yeganə məqsədi Ziya Məmmədovu iqtisadi cəhətdən bir qədər zəiflətmək və bununla da onun hakimiyyət daxilindəki gücünə zərbə vurmaqdır.
Bunu digər informasiyalar da təsdiqləyir. Belə ki, bir neçə ay bundan öncə müstəqil mətbuatda belə bir məlumatlar dolaşırdı ki, Ziya Məmmədov onu gözləyən təhlükəni önləmək məqsədilə yaxınlarının adına olan bznes subyektlərini başqa adlara keçirir. Eyni zamanda xatırladaq ki, bu ilin yayında Vergilər Nazirlyindəki mənbəmiz müxtəlif dövlət strukturlarına qeyri-rəsmi olaraq Ziya Məmmədova aid şirkətlərin, firmaların, müəssisələrin siyahısını, onların kapital dəyərini, illik real gəlirlərini, eləcə də nazirin nəzarətindəki sahələrdən əldə olunan gəlirin həcmini hazırlamaq tapşırıldığına dair məlumat vermişdi.
Bu istiqamətdə araşdırmaların aparılmasının səbəbi və yekunları barədə hələlik yeni bir məlumat əldə edə bilməmişik. Ancaq maraqlıdır ki, həmin yoxlamalar başladıqdan sonra Ziya Məmmədova aid bəzi şirkətləri başqa adlara keçirdiyi, əmlakını kapitala çevirmək istiqamətində çalışmalara başladığına dair məlumatlar yayıldı.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, Ziya Məmmədov yaxınlarına aid ən gəlirli şirkət və müəssisələri başqasına deyil, uzun illərdir biznes şəriki və dostu kimi tanınan “Hafka” ləqəbli Hafiz Məmmədovun adına keçirir. Bu fakt isə Ziya Məmmədovun nədən belə bir addım atmasının səbəbi ilə bağlı fikir yürütməyi bir qədər də çətinləşdirir. Ancaq ehtimallar var.
Birincisi, ola bilsin 2013-cü il seçkisindən əvvəl və ya sonra «vurulacağını» bilərək, postunu itirdikdən sonra biznes strukturlarını əlində saxlamaq üçün onları etibar etdiyi iş adamı Hafiz Məmmədovun adına keçirir. Ancaq Azərbaycan reallığında «vurulan» nazirlə yanaşı qohumlarına və yaxın iş adamlarına da «toy tutulduğu» Fərhad Əliyevin və digələrinin aqibətindən məlumdur. Belədə ikinci ehtimal ortaya çıxır ki, Hafiz Məmmədov Ziya Məmmədovun biznes şəriki və dostu olsa da, «yuxarılara» daha yaxındır, ona etibar edirlər. Ona görə də biznes strukturlarının və nəzarət etdiyi sahələrin Ziya Məmmədovun əlindən alındığını nümayişkaranə şəkildə göstərməmək üçün onları bir başqasının deyil, məhz biznes şəriki və dostu Hafiz Məmmədovun adına keçirmək tələbi qoyulub.
Bununla bağlı qəzetimizi məlumatlandıran mənbə Ziya Məmmədovun indiyədək hansı biznes subyektlərini Hafiz Məmmədovun adına keçirdiyi haqda məlumat verib. Bunlardan ən böyüyü dəmir yolunda əsas gəlir mənbəyi olan yükdaşımalarla bağlı maliyyə əməliyyatlarını həyata keçirən, daha dəqiqi bu sahədən pulları yığan «Transoil» MMC-dir. Qeyd edək ki, 2007-ci ilən sonra dəmir yolu nəqliyyatı ilə yükdaşımalardan (daxili və beynəlxalq) gələn vəsaitəri toplayan «Transoil» MMC son vaxtlara qədər cənab Məmmədovun qohumunun adında olub. 100 faiz gəlirlə işləyən bu şirkətin illik gəliri 100 milyonlarla manatla ölçülür.
Təxminən 4 ay öncə belə bir gəlirli şirkəti Ziya Məmmədov Hafiz Məmmədovun «Baglan Group» şirkətinin tərkibinə qatıb.
Bundan az sonra isə Ziya Məmmədov ona məxsus olduğu şübhə doğurmayan «Bank of Azərbaycan»dakı payını da «Hafka»nın adına keçirib. Bundan əlavə Ziya Məmmədov yaxınlarının adına olan nəqliyyat və tikinti sektorunda fəaliyyət göstərən bəzi müəssələri, firmaları, MMC-ləri də Hafiz Məmmədovun «Baglan Group FZCO» Holdinqinə birləşdirib. Prosesin isə bundan sonra da davam edəcəyi gözlənilir. Belə ki, Nəqliyyat Nazirliyindəki etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, yaxın bir-neçə gündə «Bakı Sərnişin Nəqliyyatı» MMC ləğv edilərək, onun bir sıra funksiyaları Hafiz Məmmədovun «Baglan Group FZCO» Holdinqinə veriləcək. Bununla bağlı «Baglan Group FZCO» Holdinqin tərkibində hansısa şirkətin yaradılacağı bildirilir. Artıq bununla bağlı qərar verilib.
Mənbənin sözlərinə görə, «Bakı Sərnişin Nəqliyyatı» MMC ilə yanaşı iri şəhər və rayonlarda ictimai nəqliyyatın (avtobus nəqliyyatının) idarə edilməsi üçün yaradılan MMC-lər (7-8 belə MMC olduğu bildirilir) də ləğv olunur. Əvəzində nəqliyyat sektorunun idarə edilməsi prezident İlham Əliyevin hələ 20 iyul 2011-ci il tarixli fərmanı ilə yaradılan Nəqliyyat Nazirliyinin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sərəncamına veriləcək. Xidmət bundan ictimai nəqliyyata nəzarət, xətlərə nişan vermək, vergiləri yığmaq, bir sözlə tənzimləyici funksiyanı həyata keçirəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin iri şəhər və rayonlarda da şöbələri fəaliyyət göstərəcək.
«Baglan Group FZCO» Holdinq isə ictimai nəqliyyatda, daha dəqiqi marşrut biznesində əsas «gəlir mənbəyi» hesab olunan fəaliyyətləri kurasiya edəcək. Belə ki, marşrutlara lisenziya vermək, onların xəttlərini müəyyənləşdirmək, eləcə də aylıq rəsmi və «qeyri-rəsmi» haqları yığmaq «Baglan Group FZCO» Holdinqin ixtiyarına veriləcək. Qeyd edək ki, bu sahələrdən yığılan aylıq vəsaitin miqdarı milyonlarla manatla ölçülür.
Nəqliyyat sektorunun isə tamamilə bir əldə cəmləşməsi prosesinə start veriləcək. Belə ki, mənbənin sözlərinə görə, şəhər nəqliyyatının idarə olunasında Nəqliyyat Nzirliyinə köməklik göstərən Koreya şirkəti yola salınıb. Onların əvəzində bu iş Türkiyəli mütəxəsislərə tapşırılıb. Mənbənin sözlərinə görə, məhz onların tövsiyyəsi əsasında marşrut sahiblərinin gündəlik gəlirlərini müəyyənləşdirmək məqsədilə avtobusların qapılarına metrodakı kimi kartla işləyən xüsusi aparatlar quraşdırılacaq. Hansı ki, aparat avtobusdan düşmək istəyən sərnişinlərin kart göstərməsini tələb edəcək. İlkin dövrlərdə kartı olmayan sərnişinlər avtobus sürücüərinə veriləcək kartlardan istifadə edəcəklər. Bunun müqabilində yığılacaq vəsait də «Baglan Group FZCO» Holdinq tərkibində şəhər nəqiyyatını idarə edəcək şirkətə ödəniləcək.
Mənbənin sözlərinə görə, kart sisteminin tətbiq olunması şəhər nəqliyyatından əldə olunan gəlirin bir mərkəzdə yığılmasına və ordan bölüşdürülməsinə imkan verəcək. Belə ki, vəsait bir qədər əvvəl «Baglan Group FZCO» Holdinqin sahibi Hafiz Məmmədovun nəzarətinə keçən «Bank of Azərbaycan»a toplanacaq. Burda vergilər və digər «ödəmələr» çıxıldıqdan sonra yerdə qalan vəsaitdən sahibkarlar istifadə edə biləcək.
Mənbənin daha bir maraqlı məlumatı hazırda şəhər nəqliyyatının idarə olunmasında əsas söz sahibi olan Ziya Məmmədovun qohumlarının bu sahədən uzaqlaşdırılacağı haqdadır. Qeyd edək ki, hazırda «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin sədri Rövşən Məmmədov Ziya Məmmədovun qardaşı oğludur. Onun müavini isə Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadədir. Onların şəhər nəqliyatının fəaliyyətini iflic vəziyyətə gətirdiyi üçün bu sahədən uzaqlaşdırılacağı gözlənilir.
Bütün bunlar isə onu düşünməyə əsas verir ki, artıq nəqliyyat naziri Ziya Məmmədova qarşı iqtisadi müharibə başlayıb. Bu iqtisadi savaşın nəylə nəticələnəcəyini bilmək üçün isə uzun zamana ehtiyac duyulmayacaq.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu

    Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu ...

    27-08-2013, 01:37

  • 
  • Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI

    Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI ...

    19-10-2015, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu