GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyədə hakimiyyəti dəyişən dünyanın qərarı nədir?

Türkiyədə hakimiyyəti dəyişən dünyanın qərarı nədir?

Tarix: 29-03-2014, 16:06 Bölmə :Manşet Baxış: 628
Türkiyədə hakimiyyəti dəyişən dünyanın qərarı nədir?
Ərdoğanı devirmək üçün qərar verildimi?

Türkiyədə bələdiyyə seçkilərinə artıq sayılı günlər qalıb. Martın 30-da Türkiyə vətəndaşları öz bələdiyyələrini seçəcəklər. Amma seçki marafonuna baxanda bu seçkinin sadəcə bələdiyyə ilə məhdudlaşmadığı görünür. Çox aktiv bir seçki dönəmi müşahidə etdik Türkiyədə. Sanki ölkədə bələdiyyə deyil, parlament seçkiləri keçirilir. Səbəb isə sadədir: ölkədə 2002-ci ildən hakimiyyətdə olan bir partiya - AKP var gücü ilə seçkiyə qoşulub.
Amma bu partiya əvvəlki seçkilərdən fərqli olaraq arxasındakı bəlli gücü itirib, qarşısında isə ölkənin iki ən böyük partiyası - CHP və MHP var.

AK Partiya hakimiyyətə necə gəldi?

İlk öncə, AK Partiyanın hakimiyyətə gəliş tarixçəsinə baxaq. 16 yanvar 1998-ci ildə Rifah Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanılmasıyla Milli Görüş ənənəsindən gələn siyasətçilər Fəzilət Partiyası altında təkrar birləşdilər. Ancaq dəyişməyən siyasətlər və dəyişməyən yaşlı lider heyətinə görə partiyanın xalq tərəfindən dəstəklənməsinə qarşılıq tapa bilmədiyini düşünən Abdullah Gülün rəhbərliyi altında olan “islahatçılar” və “klassiklər” Fəzilət Partiyası konqresində rəhbərlik yarışına girdilər. 14 may 2000-ci il tarixində təşkil edilən konqresi bir səs faizi ilə uduzan islahatçılar artıq partiyada siyasət yürüdə bilməyəcəklərini düşünməyə başladılar. Bu müddət ərzində də Fəzilət Partiyası da Rifah Partiyası ilə eyni aqibətə uğrayaraq 22 iyun 2001-ci ildə bağlandı. Həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın da sıralarına qoşulması ilə islahatçılar dərhal yeni bir partiya qurmaq işlərinə başladılar.
14 avqust 2001-ci il tarixində qurulan partiyanın banislərindən olan Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Əbdüllətif Şənər, İdris Naim Şahin, Binalı Yıldırım və Bülent Arınç partiyanın əsas simaları idilər. Tərkibində Milli Selamet, Rifah, Fəzilət (Milli Görüş), Ana Vətən (Turqut Özala yaxın şəxslər), Ədalət və Doğru Yol Partiyası (mərkəzi sağçılar) daxildir.
15 aylıq bir partiya olaraq 3 noyabr 2002-ci il tarixində keçirilən seçkilərdə ən yüksək səs faizi qazanaraq (etibarlı seçicilərin 34,63 faizi) Abdullah Gülün başçılığı altında 58-ci Respublika Hökumətini qurdu. Həbs edilərkən üzərində olan siyasət embarqosuna görə kabinet və Türkiyə Böyük Millət Məclisində yer qazana bilməyən partiya rəhbəri Ərdoğanın bu qadağanı CHP-nin (Cümhuriyyət Halk Partiyası) da dəstəklədiyi konstitusiya dəyişikliyi ilə qaldırıldı. Ərdoğan 8 mart 2003 tarixində Sirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilərək məclisə girdi. Bundan sonra isə Gülün rəhbərlik etdiyi 58-ci Hökumət 11 mart 2003-cü il tarixində istefa verdi. Prezident Əhməd Necdət Sezərdən hökuməti yenidən qurmaq vəzifəsini alan Ərdoğan 15 mart 2003-cü ildə 59-cu Respublika Hökumətini qurdu.
2004-cü ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə 41.67 faizlik səslə birinci olan partiya 1.950 bələdiyyəni qazandı.
2007-ci ildə keçirilən parlament seçkilərində 46.58 faizlə Türkiyə tarixinə hökumət başında olan və səslərini artıran partiya kimi daxil oldu. Türkiyənin 81 vilayətinin 80-dən namizədlərinə səs aldılar.
2009-cu il bələdiyyə seçkilərində isə 38.8 faiz səslə yenə birinci oldu.
2011-ci ilin parlament seçkilərində isə 50 faizlə, təxminən 21 yarım milyon səslə 326 millət vəkili kürsüsü qazandı.
Bütün bu seçkilərdə ikinci yeri CHP tutub.
Amma AK Partiyanın əleyhdarları partiyanın hakimiyyətə gəldiyi ilk gündən başlayaraq onların “milli görüş” ideyalarının daşıyıcıları olması barədə fikirlər səsləndirdilər. Bu barədə açıqlamalara isə Ərdoğan sərt şəkildə cavab verdi: “Biz “milli görüş” köynəyini əynimizdən çoxdan çıxarmışıq.”
Bəli, Ərdoğan və ətrafı “milli görüş” köynəyini əyinlərindən çoxdan çıxarmışdılar. Onlar yeni partiya quraraq, artıq Fətullah Gülənin toxuduğu “nurçu köynəyi”ni geyinmişdilər. Məhz bu köynəklə yuxarıda qeyd etdiyimiz seçkilərdən artan üstün səs faizi ilə çıxdılar.

CHP hakimiyyəti hicabı necə qadağan etdi?

İndi isə mövzu ilə əlaqədar başqa bir statistikaya nəzər yetirək.
1978-ci ilin ortalarında CHP Hökumətinin İş Nazirliyi ilk dəfə rəsmi olaraq qadın məmurların hicabını qadağan etdi. 1978-ci ilin 8 dekabr tarixli 52 nömrəli fərmanla isə CHP Hökuməti ilk dəfə ictimai xidmət sahələrində işləyən bütün qadınların hicabını qadağan etdi. Bu fərmanla həmçinin kişilərin saqqal, uzun saç və qalstuksuz işə gəlmələri də qadağan olundu.
1979-cu ildə qanun bir qədər də sərtləşdirildi. Türkiyə tarixində ilk dəfə olaraq hicablı və saqqallı fotoşəkillərlə universitetə imtahan vermək üçün qeydiyyat işləri də ləğv edildi. Ardınca Qaradəniz Texniki Universitetində və Hacettəpə Universitetində hicablı tələbələrin yataqxana ərazisində görünmələri qadağan edildi. Elə həmin ildə Atatürk Universiteti hicablı və ya saqqallı fotoşəkil ilə məzun olmaq istəyən tələbələrə diplom verilməyəcəyini açıqladı.
Hicab qadağası TBMM-ə qədər gəlib çatdı. 1980-ci ildə məclisin tamaşaçı lojasında bəzi hicablı ziyarətçilərin gəlməsinə hirslənən bəzi millət vəkilləri məclis başçısına bu qadınların lojadan atılmasını tələb etdilər.
1982-ci ildə Yüksek Öörətim Kurulu yayımladığı geyim qaydaları ilə hicabı tamamilə qadağan etdi. Bu qadağa 1984-ci ildə ləğv edilsə də, 1987-ci ildə yenidən qüvvəyə mindi. Turqut Özalın qurduğu 45-ci Hökumət hicab azadlığı barədə YÖK qanununda dəyişiklik təklifinə veto qoyuldu. 1988-ci ildə Özalın qurduğu 46-cı Hökumət hicabla bağlı ikinci qanun dəyişikliyini qəbul etdi. 1989-cu ildə prezident Kənan Evren bu dəyişiklik Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi.
1990-cı ildə hicaba icazə verən üçüncü qanun qəbul edildi. CHP-nin qollarından biri olan SHP (Sosial-Demokrat Halk Partiyası) qanunu Konstitusiya Məhkəməsinə apardı və qanun rədd edilərək qüvvədən salındı.
15 sentyabr 1997-ci ildə YÖK başçılığının bir qanunu ilə hicablı şagirdlərin məktəblərə buraxılması qadağan edildi.
Universitetə buraxılmayanlardan biri isə hazırki prezident Abdullah Gülün xanımı Xeyrinisə Gül idi. O, 1998-ci ildə Ankara Universitetinin Dil Tarix Coğrafiya Fakültəsi Ərəb Dili və Ədəbiyyatı Fakültəsinə daxil olur, amma onu hicablı olduğu üçün qeydiyyata almırlar. Xanım Gülün 28 illik ümidi puç oldu.
28 fevral 1998-ci il tarixindən bütün təhsil müəssisələrində hicab qadağası tətbiq edildi, qanuna riayət etməyən məktəb rəhbərliyi barəsində cinayət işi açıldı.
6 və 9 fevral 2008-ci il tarixlərində universitetlərdə hicaba azadlıq verən Konstitusiya dəyişikliyi TBMM-də 518 millət vəkilinin qatıldığı səsvermədə 411 lehinə, 103 əleyhinə olmaqla qəbul edildi.
Bu, CHP-nin hakimiyyəti dövründən məhz onların gərgin fəaliyyəti ilə başladılmış hicab qadağasının tarixçəsi idi.

Fətullah Gülən İslam əleyhdarı partiyaya niyə dəstək verir?

Hər iki statistikaya diqqət etdikdə, Ərdoğan hökumətinin CHP ilə mübarizə apardığı görünür. Bu seçkidə də Ərdoğan hökumətinin qarşısında ən böyük gücün məhz CHP olduğu ortadadır. Amma dəyişən bir məsələ var - Hoca. Bir zamanlar Ərdoğanın “Hocam” dediyi Fətullah Gülən mövqeyini dəyişdirib, keçdi qarşı tərəfə. Ərdoğanın hansı səbəblərdənsə dərshanələrin bağlanacağı ilə bağlı verdiyi qərar tərəflər arasında iplərin qopması ilə nəticələndi. Öncə ağac kəsilməsinə görə Türkiyənin qarışdırılmasına göstərilən “Geci Parkı” hadisələri, daha sonra isə F.Gülən camaatına bağlı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən və ehtimal olunduğuna görə, Qərb ölkələrindən dəstəklənən 17 dekabr həbs dalğası Türkiyə hökumətinə, konkret olaraq baş nazir Ərdoğanın imicinə böyük zərbə oldu. AKP-dən bir neçə nazir, deputat istefa verdi, hakim komandada dəyişikliklər oldu.
Və ardınca Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatındakı qərargahından Ərdoğana bəd-dualar yağdırmağa başladı. Ərdoğanın ailə üzvləri ilə şəxsi danışıqları Gülənə məxsus media orqanlarında yayıldı. Baş verənlər artıq Ərdoğan-Gülən bağlantılarının tamamilə qopduğunun göstəricisi idi. Ərdoğan mitinqlərdəki çıxışlarının birində hətta, “sənin vətənin Pensilvaniyamı, Türkiyəmi?” deyə, Fətullah Gülənə səsləndi, onun ABŞ-dan ekstradisiya məsələsi barədə danışdı. Bu çıxışdan sonra isə Gülən sığınacaq üçün Kanada və Avstraliyaya müraciət etdi, amma müraciəti rədd edildi. Məhz bu rədd cavabı Hocanın bütün gücünü CHP-nin təbliğinə, Ərdoğan əleyhinə olan şəxslərin dəstəklənməsinə yönəltdi. Diqqət etsək görərik ki, nurçu təriqətinin əlində olan bütün televiziyalar, onlayn və yazılı medialar AK Partiya hökumətinin Türkiyəni uçuruma apardığını, Ərdoğan hökumətinin rüşvətxor olduğunu söyləyirlər. Amma burada unudulan bir məqam da var – İslam. Özünü İslam alimi hesab edən, daim İslami dəyərlərdən danışan, sözünə “bismillah”la başlayıb, “ələhəmdulillah”la bitirən, çıxışlarında tez-tez Quran ayələrindən iqtibaslar gətirən Fətullah Gülən CHP-yə necə dəstək verə bilər ki, bu partiyanın təməl prinsiplərindən biri laiklikdir. O laiklik ki, onda İslamın vacib hökmlərindən biri olan hicaba tamamilə rədd edilir, bütün dövlət idarə və müəssisələrində, təhsil ocaqlarında, ictimai xidmət sahələrində, hətta TBMM-də belə, hicabla görünmək qadağandır. Bunu az öncə hicaba qarşı CHP-nin necə mübarizə apardığı barədə təqdim etdiyimiz statistika sübut edir. Görünür, Fətullah Gülənin İslamı, hansı ki ona “Amerika İslamı” deyirlər, bu gün belə istəyir. O İslamın istəyi hicaba qarşı olan birisinin dəstəklənməsini layiq bilir. Qısası, CHP-nin yenidən Türkiyə hakimiyyəti bu ölkəni ötən əsrin 80-ci illərinə sürükləyəcək, yüz minlərlə hicablı təhsil və iş hüququnu, seçkili orqanlara seçilmək hüququnu itirəcək və bu hicab qadağası məhz Fətullah Gülənin dəstəyi ilə baş verə bilər.
Son olaraq onu qeyd edək ki, seçkilərdə AK Partiyanın qələbə çalması gözləniləndir, amma bu da Türkiyəni qarışdıracaq. Ərdoğan hökumətinin devrilməsi üçün düyməni basan güclər seçkinin saxtalaşdırıldığı bəhanəsi ilə bütün mümkün vasitələrdən istifadə edəcəklər, hətta terrordan, polis və ordu qüvvələri ilə silahlı qarşıdurmadan belə. Bu təhlükə daha realdır. Çünki qonşu Suriyada Əsəd hökumətinə qarşı döyüşən vəhhabi terrorçuları bir işarə ilə sərhədi keçə və seçkidən sonra qarışdırılacaq Türkiyədə hakimiyyətə qarşı mübarizə apara bilər. Necə ki, “Gezi Parkı” olaylarında bu cür hücumlar sınaqdan keçirildi və mümkün olma variantı barədə dərkənar qoyuldu.
Eldar HƏSƏNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Türkiyədə bələdiyyə seçkilərində silahlı qarşıdurma yaranıb, 9 nəfər yaralandı

    Türkiyədə bələdiyyə seçkilərində silahlı ...

    30-03-2014, 14:48

  • 
  • Azərbaycanlı namizəd Türkiyədə bələdiyyə sədri seçildi

    Azərbaycanlı namizəd Türkiyədə bələdiyyə sədri ...

    1-04-2014, 11:32

  • 
  • Türkiyə bundan sonra nəyi gözləyəcək?

    Türkiyə bundan sonra nəyi gözləyəcək? ...

    2-04-2014, 11:26

  • 
  • Türkiyədə növbədənkənar seçki olmayacaq

    Türkiyədə növbədənkənar seçki olmayacaq ...

    9-06-2013, 11:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu