GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyədə seçkilərdə qalib Fətullah Gülən yox, ən son gülən oldu

Türkiyədə seçkilərdə qalib Fətullah Gülən yox, ən son gülən oldu

Tarix: 2-04-2014, 11:17 Bölmə :Manşet Baxış: 671
Türkiyədə seçkilərdə qalib Fətullah Gülən yox, ən son gülən oldu
Ərdoğanın prezident seçkilərinə gedən “zəfər yürüşü” başlandı

Türkiyə tarixinin ən qalmaqallı, səs-küylü seçkilərindən biri başa çatdı. Müxalifətin bütün cəhdlərinə baxmayaraq, hakimiyyət partiyası olan AKP gərgin mübarizədən sonra seçkinin qalibi oldu. Daha çox Ərdoğan və Fətullah Gülən tərəfdarları arasında kompromat savaşı, nüfuz davası kimi tarixə keçən 30 mart seçkiləri Türkiyədə qüvvələr nisbətini bir daha müəyyən etdi. Seçki prosesinin gedişində çox böyük güc və iradə sərf edən Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində zəfər çalmağı başardı. Hakim partiyaya qarşı başladılan rüşvət və korrupsiya əməliyyatlarına, gizli səs yazılarının yayılmasına, əldə olan bütün kompromatların cəmiyyətə ötürülməsinə baxmayaraq AKP seçkinin qalibi olaraq Ərdoğanın prezident seçkiləri öncəsi üstünlüyünü saxlamağa nail oldu. Seçkilərdə son məlumatlara əsasən, 45,56 faiz səs toplayan AKP rəqibləri qarşısında böyük uğur qazandı. Ərdoğanın partiyasına rəqib olan CHP 27,91 faizlə ikinci mövqedə qərarlaşıb. Nəticələrə görə MHP 15,16 faizlə üçüncü, 4,01 faiz səs toplayan BDP dördüncü yerdədir. AKP 30 böyük şəhərin 21 də qalib gələrək önəmli nəticələrə sahib olub.
Ötən ilin iyununda yaşıl qətliam bəhanəsi ilə başladılan Gəzi Parkı olaylarından, 17 və 25 dekabrda həyata keçirilən rüşvət əməliyyatlarından sonra bir çoxları Ərdoğanın böyük güc itkilərinə məruz qaldığını düşünsə də AKP və Ərdoğan rəqiblərinə son qəti zərbəni 30 martda vura bildi. Təbliğat prosesində üzləşdiyi bütün maneələri dəf edə bilən Ərdoğan hökuməti Fətullah Gülən tərəfdarlarının onu siyasət meydanından çıxartmaq çabalarını heçə endirdi. Seçkilərdə danışmaqdan səsini itirən Ərdoğan xalqın səsini almaqla hələ ki, Türkiyənin şəriksiz lideri olduğunu hamıya sübut etdi. Seçkidən dərhal sonra partiyadaşları qarşısında çıxış edən Ərdoğan onlara təşəkkür edib: “81 vilayəti məhəbbətlə qucaqlayıram. Siyasətə, başbakanınıza sahib çıxdınız. Bu millətin, dövlətin, ölkənin təhlükəsizliyinə müdaxilə edəcək qədər , Xarici İşlər Nazirliyini dinləyəcək qədər alçalan vətən xainlərini bu ölkə tanıma fürsəti aldı. Onların xaos planı pozuldu. Biz bu ölkəni Pensilvaniyaya və onun xain əlaltılarına buraxmayacağıq. Əxlaqsız siyasət uduzdu.”
Türkiyə mediyasında seçkilərin nəticələrini şərh edən analitiklər seçkilərdə əslində CHP-nin deyil Gülənin məğlub olduğunu qeyd edirlər. Hakimiyyətdə olduğu on iki illik dönəmdə bütün seçkilərdən qalib durumda çıxan Ərdoğanın son zəfəri Türkiyə tarixində yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Bələdiyyə seçkiləri Türkiyədə qüvvələr nisbətini müəyyən etmək üçün bir növ referendum rolunu oynadı. Çox sərt faktlarla ittiham olunsa da, Türk xalqı bir daha Ərdoğana olan etimadının tükənmədiyini ortaya qoydu. Bütün siyasi partiyalardan daha çox AKP-yə opponentlik edən Fətullah Gülən istədiyinə nail ola bilmədi. Prosesdə daha çox Gülən icmasının müttəfiqi kimi çıxış edən CHP məğlub olduqdan sonra gərgin duruma düşüb. Ümumiyyətlə CHP bu seçkilərin ən çox danışılan partiyalarından biridir. Məğlubiyyətdən sonra partiya daxilində parçalanmaların olacağını söyləyən ekspertlər bələdiyyə seçkilərinin CHP-yə böyük güc itkiləri ilə başa gələcəyini proqnozlaşdırırlar. Hətta seçkilərin ilk nəticələri elan olunan kimi social şəbəkələrdə Kılıçdaroğlunun istefa verəcəyi ilə bağlı xəbərlər yayılmağa da başladı. Lakin, hələ ki, bu deyilənlər öz təsdiqini tapmayıb. 30 mart seçkilərinin Türkiyə üçün əsas yekunları nə oldu?
Ərdoğan zəfər qazanaraq Türkiyənin şəriksiz lideri olduğu faktını bir daha təsdiq etdi. CHP-Fətullah Gülən ittifaqı gözlədiyi nəticələri əldə edə bilməyərək məğlub duruma düşdü. Seçkilərin bir növ referenduma dönüşməsi Ərdoğana böyük üstünlük qazandırdı. Gülən-Ərdoğan savaşında tərəfsiz mövqe tutan MHP və BDP CHP-dən daha çox qazanan tərəf oldu. Nəticələr göstərdi ki, Gülən əfsanəsi Türkiyədə deyildiyi kimi güclü qüvvəyə çevrilə bilmədi. Rəqiblərinin sərt ittihamlarına rəğmən AKP öz elektoratını qoruyub saxlamağı bacardı.
Türkiyəli analitiklər 30 mart seçkilərinin nəticələrini şərh edərkən çox maraqlı fakt göstərirlər. Əgər bu seçkilər parlament seçkisi olsaydı, AKP 284, CHP 137, MHP 84, BDP isə 45 millət vəkili ilə təmsil olunardı. Bu isə 12 iyun 2011-ci il parlament seçkilərində 49,5 faiz üstünlüklə qalib gələrək qanunverici orqanda 330 yerə sahib olan AKP-nin bir xeyli güc itirdiyini göstərir.
Son rəqəmlərə əsaslansaq, hakim partiyanın konstitusiya dəyişikliyi üçün parlamentdə lazım olan 330 səsə sahib olmaq şansını itirdiyi düşünülə bilər. Yerli seçkilərin nəticələrini parlament seçkiləri ilə müqayisə edən şərhçilər daha çox MHP və BDP-nin qazandığını söyləyirlər. Hazırda parlamentdə 52 millət vəkili ilə təmsil olunan MHP indiki nəticələrlə 84, 30 millət vəkili olan BDP-nin isə 45 yer qazanmaq şansı var.
Seçkilərdə uğur qazanan Ərdoğanın sonrakı dönəmdə əsas hədəfi şübhəsiz ki, Gülən tərəfdarları olacaq. Onun rəqiblərinə qarşı böyük savaş başlayacağı gözlənilir. Təsadüfi deyil ki, Ərdoğan seçkidən həmən sonra etdiyi çıxışında bunun anonslarını verib. “Qaçanlar qaçdı. Bəziləri sabah da qaça bilər. Bundan sonra önlərinə keçəcəyik. Hər şeyin hesabını, bədəlini ödəyəcəklər” deyən Baş nazir Gülən camaatı ilə mübarizəsinin bitmədiyinə işarə edib. Rəqibləri qarşısında böyük üstünlük qazanan Ərdoğan təbii ki, əlinə düşmüş tarixi fürsətdən yetərincə yararlanmağa çalışaraq siyasi düşmənlərini bitirməyə cəhd edəcək. Avqustda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə favorit olaraq qatılan AKP lideri seçkilərə qədər Gülən camaatının dayaqlarını sarsıtmağa çalışacaq.
Türkiyə seçkiləri dünya mətbuatında da diqqətlə izlənilib. Bir çox nüfuzlu nəşrlər nəticələr elan olunduqdan sonra manşetlərini həvəslə Ərdoğana həsr ediblər. İngiltərənin nüfuzlu “Financial Times” qəzeti “Ərdoğan seçkilərdə zəfərini elan etdi” başlıqlı yazısında Türkiyə Baş nazirinin siyasi düşmənlərinə qarşı amansız olacağını, Gülən camaatına qarşı hərəkətə keçəcəyini bildirib. Qəzet Ərdoğanı prezident seçkilərinin əsas namizədi olduğunu bildirməklə bələdiyyə seçkilərinin ona əlavə dividentlər qazandırdığını vurğulayıb. Qəzet Ərdoğanın zəfər çıxışında dediyi fikirləri onun president seçkilərinə hazırlaşması siqnalı kimi dəyərləndirib: “Bundan sonra da bu can bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənərsə, Allahın izniylə ona seçkidə sahib çıxmağa çalışacağıq.”
Times qəzeti də “Böhranların sarsıtdığı Ərdoğan zəfərini elan etdi” adlı yazıda Ərdoğanın qalibiyyətinin Türkiyə tarixində yeni bir dönəm başlatdığını vurğulayıb.
Seçkilərdə nəticələrin daha böyük maraqla gözlənildiyi vilayətlərdən biri Ərzurum idi. Fətullah Gülənin doğulduğu şəhərdə kimin qalib gələcəyi çox müzakirələrə meydan açmışdı. Amma, 30 mart gecəsi bu gözləntilərə də damğasını vurdu. Ərzurum Böyük şəhər Bələdiyyə Başkanlığını AKP qazanaraq Gülənə doğma məmləkətində də zərbə vurmağı bacardı. Ərdoğan isə doğma məmləkətində ən yüksək səs faizlərini əldə edib. CHP lideri Kamal Kılıçdaroğlu da doğma məmləkətində qalib gələ bilməyib. Partiya sədrinin doğulduğu Tuncelidə BDP namizədinin qalib gəldiyi bildirilir. Seçkidə maraqlı sayıla biləcək nəticələrdən biri Yalovada qeydə alınıb. Burada AKP-nin namizədi CHP-li rəqibini bir səslə üstələyərək qalib olub. Seçkilərdə ən gərgin mübarizə paytaxt Ankarada CHP və AKP arasında müşahidə olunub. Hər iki partya şəhərdə qalib gəldiyini iddia edir. CHP-nin “alınmaz qalası” hesab olunan İzmirdə AKP-nin bütün çabalarına rəğmən sürpriz yaşanmayıb. Burada yenə də böyük üstünlüklə CHP-lilər qalib gəliblər.
Seçkilərin gedişi insidentsiz ötüşməyib. Türkiyə mətbuatının məlumatlarına əsasən, Şanlıurfa, Hatay, Qazientep bölgələrində seçkilər zamanı qan tökülüb, ölənlər və yaralananlar olub. İlkin məlumatlara əsasənŞ münaqişələr zamanı 8 nəfər ölüb, otuzdan artıq şəxs isə yaralanıb. Bitlisin Əhlət ilçəsində BDP-lilər seçkilər bittikdən sonra namizədlərinin qalib gəldiyini elan edərək gec saatlara qədər şənliklər təşkil ediblər. Lakin səhərisi burada AKP namizədinin üstün olduğunu öyrənincə qarışıqlıq salaraq dövlət binalarını daşa basıblar.
8 milyon üzvü olan AKP bir daha Türkiyənin ən böyük siyasi gücü olduğunu göstərərək gündəmə öz damğasını vurdu. Ərdoğan çox böyük siyasi iradə nümayiş etdirərək haqqında səsləndirilən sərt ittihamlara baxmayaraq tərəfdar ordusunu qoruyub saxlamağı bacardı. O, artıq Türkiyənin ilk seçkili prezidenti olmağa gedən yolun astanasındadır. Bu yolda ən böyük maneəni aşan Baş nazir avqust seçkilərinin şəriksiz favoritidir. Arada qalan müddət qısa olsa da, bələdiyyə seçkilərində qazandığı avantaj ona əsas rəqibləri olan Gülən tərəfdarlarına qarşı qəti hücuma keçmək üçün kifayət edəcək.
Türkiyədə Gülən camaatını məğlub etməyi bacaran Ərdoğan onların ölkə hüdudlarından kənardakı dayaqlarını da sıradan çıxardacağı gözlənilir. Hələ seçki prosesində Azərbaycandakı Gülən tərəfdarlarını hədəfə alan Türkiyə baş nazirinin artıq onlarla da qəti hesablaşacağı bildirilir. Gülən camaatına xidmət etdiyi iddia edilən və Azərbaycanda yüksək vəzifələrə sahib olan məmurların Ərdoğanın “qara siyahı”sından qurtulmaq şansları yoxdur. Ölkəmizin ən mühüm strateji müttəfiqi ilə münasibətləri korlamamaq üçün hakimiyyətin daha bir neçə iri məmuru qurban verəcəyini söyləmək olar. Hər halda qarşıdakı müddətdə bütün bunlara aydınlıq gələcək.
Rəqibləri seçki kompaniyasında Ərdoğana qarşı sandıqlarında saxladıqları bütün kompramatları açaraq ortaya qoysalar da sonda “sandıqdan çıxmağı” bacarmadılar. On iki illik iqtidarı dönəmində bütün seçkiləri udan Ərdoğan Gülən camaatının üzünü güldürtmədi. Doğrudan da, əsl qalib son gülən oldu, Fətullah Gülən yox!
SƏRDAR MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

    Əməliyyatların arxasında Gülən durur - Dünya ...

    19-12-2013, 21:21

  • 
  • Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri kimlər olacaq?

    Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri ...

    15-04-2014, 10:40

  • 
  • Gülən camaatına həlledici zərbə vurulacaq

    Gülən camaatına həlledici zərbə vurulacaq ...

    14-01-2015, 17:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu