“Baghlan Group FZCO” şirkətlər qrupu planlaşdırılan, amma ötən ilin dekabrında keçirilməyən istiqraz emissiyasının “B-(EXP)” reytinqindən məhrum olub. Agentlik qeyd edir ki, “Baghlan” 2013-cü il dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Bu barədə çərşənbə günü agentlikdən əldə etdiyimiz xəbərdə deyilir. Agentlik qrupun likvidliyinə və borc öhdəliyini yerinə yetirməsinə qiymət verə bilməz. Analitiklərin fikrincə, orta müddətli bank maliyyələşməsinə çıxışa Azərbaycanın bank sektorunun yetərincə inkişaf etməməsi mane olur. “Baghlan” 2012-ci ildə reytinqi olmayan istiqarazlar buraxıb. Nəticədə “Baghlan”ın aktivlərinin çox hissəsi girov təminatı kimi verilib. Agentlik qeyd edir ki, son 3 ildə mənfəət pul axınına tam konvertasiya olunmayıb. Bir sıra aktivlər ya satılıb, ya da satışa çıxarılıb, əqdlər bağlanmalı və pul vəsaitləri əldə edilməlidir. Hər hansı mədaxil, ehtimal ki, yerli banklara olan borclara yönəldiləcək. Yeganə müsbət amil fəaliyyətin şaxələnməsidir. Hərçənd iri müqavilələr üzrə konsentrasiya narahatlıq doğurur. Tikintidə fəaliyyət bir iri mülki müqaviləyə fokuslanıb. Bir neçə müqavilə isə 2014-2015-ci illərin sifariş portfelindədir. Bu biznes sahəsində risklər çoxdur. Neft-qaz layihələri ilkin mərhələdədir və qrup tərəfindən maliyyə dəstəyindən asılıdır, deyə agentlik bildirir. “Baglan Group FZCO” Bahar Energy limited-də 66,67% paya malikdir. Qrup yük, sərnişin daşımaları, tikinti, avadanlıq ticarəti və neft-qaz sektorunda fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?