GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Hafka”nın şirkəti iflasa uğradı

“Hafka”nın şirkəti iflasa uğradı

Tarix: 10-04-2014, 10:18 Bölmə :Manşet Baxış: 1 431
“Hafka”nın şirkəti iflasa uğradı
"Standard & Poor's" (S&P) kredit reytinqi xidməti Azərbaycanın "Baghlan Group FZCO" (Baghlan) diversifikasiya edilmiş şirkətinin uzunmüddətli kredit reytinqini "V-"dən "SD"-dək ("seçilən defolt") aşağı salıb ki, bundan sonra reytinq şirkət haqqında kifayət qədər məlumatın olmaması ilə əlaqədar geri çağırılıb. Bu barədə "S&P" şirkətinin aprelin 8-də yaydığı məlumatda deyilir. Şirkətin məlumatında qeyd olunur ki, geri çağırılma zamanı şirkətin "SD" reytinqi "Baghlan" tərəfindən müddəti 27 dekabr, 2013-cü ildə bitən 19 milyon dollar həcmində kupon üzrə ödənişin həyata keçirilmədiyi faktını əks etdirir: "Bu kupon "Standard & Poor's" reytinqinə malik olmayan 150 milyon dollar məbləğində borcda iştirakın sertifikatlarına aiddir. Bu informasiya "Standard & Poor's" şirkətinə yalnız bu yaxınlarda məlum olub. Bundan başqa, şirkətin əldə etdiyi məlumata görə, sonradan "Baghlan" səkkiz milyon dollar məbləğində kuponu qismən ödəyib, lakin bizim meyarlarımıza görə, bu, reytinqin seçilən defolta qədər azaldılmasından yayınmaqdan ötrü kifayət deyil". Xidmət şirkətin həmçinin likvidlik haqqında vaxtında və adekvat informasiya təqdim etməməsindən sonra reytinqi geri çağırıb. Məlumatda deyilir: "Lazımi informasiyanın olmaması ilə əlaqədar biz Baghlan-ın reytinqlərini dəstəkləyə bilmərik". Xatırladaq ki, bir müddət əvvəl "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Baghlan Group FZCO-nun uzunmüddətli defolt emitentini ("RDE") "B-"dən "RD"-dək (məhdudlaşdırılmış defolt) azaldıb və daha sonra onu geri çağırıb. Qeyd edək ki, aprelin 3-də də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, Fransanın “Lans” futbol klubunu alandan sonra bu ölkə mediasında az qala Napoleon qədər məşhurlaşan Hafiz Məmmədovun şirkətlər qrupunun defolt həddində olduğunu açıqlamışdı.
Nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş “London taksiləri”nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Bu barədə yayılmış xəbərdə deyilir.
“Fitch Ratings” həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Müvafiq olaraq “Fitch Ratings” daha mövcud emitentə - “Baghlan Group”a reytinq vermir və onunla bağlı təhlil aparmır. Məlumatda deyilir ki, “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: “Reytinq ona görə geri çağırılıb ki, “Fitch Ratings”in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur”.
İnformasiyaya əsasən, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il, martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib. Qeyd edək ki, Hafiz Məmmədov ötən ilin noyabrında Fransanın “Canal+” kanalına müsahibə verəndə biznesinin nə dərəcədə şəffaf olduğu barədə suala cabab verərkən “Baghlan Group”un nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings”lə uğurlu əməkdaşlığını xatırlatmışdı.
Lakin bu müsahibədən sonra çox keçmədi ki, “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, indi isə ümumiyyətlə şirkətə verdiyi reytinqi geri çağırır və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirir. Buna səbəb “Baghlan Group”un yerli banklara olan kredit borclarını və kreditlər üzrə faizlərini ödəyə bilməməsidir.
Bundan əvvəl “Fitch Ratings” bildirirdi ki, “Baghlan Group” Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına başlayıb, lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara olan faiz borcunu ödəməyə ancaq bəs edəcək.
Əldə etdiyimiz məlumata görə, “Baghlan Group” Bakının mərkəzində “Park Azure” adlı elit yaşayış kompleksi inşa edir. Həmçinin şirkət Dubayda da tikinti biznesi ilə məşğuldur.
“Fitch Ratings” agentliyinin “Baghlan Group”un reytinqini geri çağırması onun xarici banklardan kredit almasını da qeyri-mümkün edəcək. Şirkətin hansı banka borclu olduğu məlum deyil, lakin Ziya Məmmədovun biznesində maliyyə əməliyyatları nazirin ailə biznes imperiyasına daxil olan “Bank of Azerbaijan” üzərindən aparılır.
H.Məmmədovun şirkəti banklara olan borcunu ödəyə bilməsə də oliqarxın özü puldan qəti korluq çəkmir. Fransa mətbuatı yazmışdı ki, onun Avropa banklarının birindəki qarantiyalı bank hesabında 1 milyard avro pulu var. Həmçinin “Hafka” bu günlərdə “Lans”-Monako” oyununa baxmaq üçün Fransaya səfər etmişdi və Fransa mediasına məlum olmuşdu ki, o, stadiona pulla 600-ə yaxın adam yığdırıb. Hərəsi 70-100 avro “qonorar” alan bu saxta “azarkeşlər” H.Məmmədov stadiona daxil olanda onu ayaq üstə alqışlayıblar və oyun ərzində “Lans”ı dəstəkləmək üçün çəpik çalaraq mahnı oxuyublar. Baxmayaraq ki, “Hafka”nın klubu böyük hesabla (0:6) uduzurdu...
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq reytinq agentliyindən Ziya Məmmədovun biznesinə şok zərbə

    Beynəlxalq reytinq agentliyindən Ziya Məmmədovun ...

    5-12-2013, 14:10

  • 
  • “Hafka”nın şirkəti beynəlxalq reytinqdən çıxarıldı

    “Hafka”nın şirkəti beynəlxalq reytinqdən çıxarıldı ...

    6-04-2014, 13:50

  • 
  • Ziya Məmmədovla “Hafka”nın ortaq şirkəti batır

    Ziya Məmmədovla “Hafka”nın ortaq şirkəti batır ...

    5-04-2014, 13:38

  • 
  • Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür

    Ziya Məmmədovun xaricdəki biznesi necə çökdürülür ...

    13-04-2014, 13:00

  • 
  • Azərbaycan milyarderi müflis oldu - fakt

    Azərbaycan milyarderi müflis oldu - fakt ...

    1-07-2015, 19:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu