GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Arif Alışanovun qardaşına qarşı şok ittihamlar

Arif Alışanovun qardaşına qarşı şok ittihamlar

Tarix: 8-04-2014, 10:34 Bölmə :Manşet Baxış: 9 457
Arif Alışanovun qardaşına qarşı şok ittihamlar
“Məndən pulu idarənin kadrlar şöbəsinin işçisi Araz Cavadov oğlum Səxavət və
Əhmədəli Əhmədovun yanında alaraq bildirdi ki, rəis Akif Alışanovla danışıb işi həll edəcək”


Sumqayıt mühafizə polisinin rəisi daha nələrdə ittiham olunur?

İsmayıllı rayonunun Kürdüvan kənd sakini, Rəfail Cəlalov yazdığı şikayət məktubunda oğlunun işi ilə bağlı iki ildə başına açılan oyunlardan bezdiyini qeyd etməklə yanaşı ölkədəki mövcud duruma etiraz etdiyini bildirir: “Axı nə qədər şikayət etmək, məktub yazıb teleqram vurmaq olar? Məgər bu ölkədə qanunlar işləmir? Konkret olaraq demək istəyirəm ki, Azərbaycanda hər şey reklamdı, qanunları məmurlar tapdalayırlar. Bu ölkədə heç kimin şikayətinə baxılmır, heç kimin məktubu oxunmur”. Şikayət edən Rəfail Cəlalov yazır: “2011 ci- ilin iyul ayında Sumqayıt şəhər mühafizə idarəsinin rəhbərliyi məndən 2000 manat rüşvət alıb, oğlum Səxavət Cəlalovu gözətçi qismində işə götürüb. Məndən pulu idarənin kadrlar şöbəsinin işçisi Araz Cavadov oğlum Səxavət və Əhmədəli Əhmədovun yanında alaraq bildirdi ki, rəis Akif Alışanovla danışıb işi həll edəcək. Bu pulu mən həyətimdəki üç sağmal inəyimi sataraq onlara verdim ki, oğlum cüzi də olsa, iki körpə balasını işləyib dolandıra bilsin. Guya ki, oğlum işdə iki dəfə rejim qaydasını pozub. Həmin bəhanə ilə oğlumdan iki dəfə, hər dəfə də 50 manat pul alıblar. Bu iyrənc hərəkətlərini onlar 3- cü dəfə də həyata keçirməyə nail olublar. Belə ki, oğlumu idarədə posta təyin ediblər”.

“Guya hərbi salam vermədiyinə görə işdən kənarlaşdırılıb”

Rəfail Cəlalov qeyd edir ki, oğlu idarənin həyətindəki postda olanda, rəis Akif Alışanov idarənin həyətinə daxil olub. İddialara görə, guya həmin vaxt oğlum Səxavət onlara hərbi salam verməyib, gecikib və buna görə də işdən kənarlaşdırılıb. Mən rəis Akif Alışanovun qəbuluna getdim və xahiş etdim ki, oğlumu işə qaytarsın. Rəisin diqqətinə çatdırdım ki, oğlumun himayəsində iki azyaşlı körpəsi var və bunu nəzərə alsın. Rəis qəti şəkildə, bir az da kobudcasına mənə dedi ki, bu mümkün deyil, oğlunuz qanunu pozub. Ancaq hansı qanunu necə pozub, bu haqda heç nə deyə bilmədi. İşin düzəlməyəcəyini görüb mən ondan vaxtı ilə rüşvət kimi verdiyim 2 min manatı geri qaytarmasını tələb etdim.

“Oğlunuz işləyib o, pulu maaşla çıxardıb”

Rəfail Cəlalov: Mən rəisdən pulu geri tələb edəndə o, mənə cavab verdi ki, oğlunuz işləyib dediyiniz pulu maaşla çıxardıb. Mən ona sizin əməllərinizdən şikayət edəcəyimi bildirdim. Akif Alışanov üstümə qışqıraraq bildirdi ki, hara gedirsən get, kimə istəyirsən şikayət et, onsuz da prezidentdən yuxarı heç kim yoxdur. İndi də eşitdiyimə inana bilmirəm. Yəni bu xırda məmurlar belə qudurublar ki, hətta prezidenti də əla salırlar. Dediyim adamlar həm mənim pulumu alıblar, həm oğlumu şər-böhtanla işdən çıxarıblar, hələ bir utanmadan üstümə də qışqırırlar. Mən mətbuat vasitəsilə müraciət edirəm və xahiş edirəm ki, əlaqədar qurumlar Sumqayıt mühafizə idarəsinin rəisi, Akif Alışanov, onun işçiləri Araz Cavadov və Əliyar Əhmədov barəsində tədbir görsünlər, məndən aldığı pulu geri qaytarsın. Mən ölkə rəhbərliyindən vaxtaşırı belə azğınlaşmış məmurlar barəsində ciddi tədbirlər görməsini xahiş edirəm ki, mənim kimi digər məzlum insanların başına belə oyunlar açmasınlar. Belə məmurlar etdikləri hərəkətləri ilə bizləri bu dövlətdən iyrəndirirlər.
“Hazırda mən işsizəm, necə bilərəm ki, orda nə baş verib”
Yazıda adı hallanan əslən İsmayıllı rayonunun Xankəndindən olan Əhliyar Əhmədov bildirir: “Əvvəldən bəli, mən həmin idarədə serjant kimi işləyirəm. Sonradan mən nəçiyəm ki, belə şeyləri biləm, axı mənim vəzifəm yox ki, nə isə həll edim. Mən bilmirəm onu işə kim götürüb nə qədər pul alıb, pulu kim alıb. Mən işsiz adamam, hazırda evimdə oturmuşam. Mən o məsələni haradan bilə bilərəm. Kim nə verib, kim nə edib mənim heç nədən xəbərim yoxdur. Gərək bir təşkilatda işləyəsən biləsən ki, kim nə edir. Mən oturmuşam evimdə, nə bilim kim nə edir. Hazırda işsizəm, heç harda işləmirəm”.

“Bura daxili işlər nazirliyinin orqanıdı. Burda rüşvət alınmır”

Yazıda adı hallanan Sumqayıt mühafizə idarəsinin kadrlar şöbəsinin rəisi, Araz Cavadov isə haqqında deyilənləri yalanlamağa çalışıb; “Bəli, Əhliyar Əhmədov hazırda bizim idarədə işləyir. Səxavət Cəlalov adında vətəndaş bizdə işləyib, ancaq ciddi qanun pozuntularına görə, təxminən 6 ay bundan qabaq işdən kənarlaşdırılıb.Vətəndaş çox söz deyə bilər, indi mən də deyim ki, filankəs məndən rüşvət istəyib, sübut olmalıdır kim istəyib, harda verilib? Bura daxili işlər nazirliyinin orqanıdır, bizdə rüşvət alınmır. Nazirlikdə təhqiqat idarəsi var. Səxavət Cəlalovun bütün sənədləri burdadı. Marağı olan şəxs buyurub gəlib yoxlaya bilər. Səxavətin atası mənim yanımda olmayıb, ola da bilməz. O, heç rəisin yanında da olmayıb, yalan danışır. Mən sizə sual verirəm, postu özbaşına tərk edib gedən adam bu işdə qala bilərmi? Onu dövlət bankına posta təyin ediblər, bir neçə dəfə növbəsində postu özbaşına tərk edib gedib. Bəs bu boyda qanunsuzluğu atası niyə demir? Təsəvvür edin, dövlətin bankına səni posta təyin edirlər, yoxlama zamanı məlum olur ki,sən yerində deyilsən, nə bilim öz işinin dalınca getmisən. Birdən bankda hər hansı hadisə oldu,basqın oldu. Deməzlər ki, hanı sizin mühafizəçiniz. Ona görə də qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılıb, işdən xaric olunub.Əvvəlki dəfələrdə xəbərdarlıq olunub, bağışlanıb. Daha neçə dəfə olar, axı bu oyun oyucaq deyil. Bu adam həmişə bu və digər halda daxili qaydaları pozub, nizam- intizama əməl etməyib”.
Yeri gəlmişkən, apardığımız araşdırmalar zamanı məlum oldu ki, Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Alışanov Akif Nizam oğlu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Alışanov Arif Nizam oğlunun qardaşıdır. Alışanov Akifin rəhbərlik etdiyi Sumqayıt şəhər Mühafizə İdarəsində baş verən özbaşınalıqlar, qanuna zidd hərəkətlər, eləcə də mühafizə idarəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birləşib şəhərdə olan bir çox müəssisələrdən, ticarət obyektlərindən əlavə haqq almasına dair redaksiyamıza ilginc məlumatlar daxil olub. Eyni zamanda həmin məlumatlarda qeyd olunur ki, əslən Qubadlıdan olan Akif Alışanov həmyerlilərindən ibarət “idarəetmə ansamblı” yaradaraq digər vəzifəli şəxslərin də səlahiyyətlərini onlara verib. İdarə rəisi AzTV sədri, deputat qardaşı Arif Alışanova arxalanaraq qanunları pozur, özünü “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə aparır, mühafizə polisində diktatura rejimi yaradıb. Akif Alışanovun rəhbərlik etdiyi mühafizə polisində bütün işlərin onun və yerlilərinin əlində cəmləşdiyini bildirən mənbədə 200 nəfərdən artıq işçisi olan idarədə rəisin “ölü canlar” saxladığına, hətta öz işçilərindən də rüşvət almasına dair iddialar yer alıb.
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26

  • 
  • NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT TƏLƏB EDİR

    NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT ...

    24-12-2014, 12:14

  • 
  • Sumqayıtda direktorlar seçki adı ilə pul yığır

    Sumqayıtda direktorlar seçki adı ilə pul yığır ...

    24-09-2013, 15:11

  • 
  • Oktay Əsədov millət vəkilinə" get, şikayət et məndən".

    Oktay Əsədov millət vəkilinə" get, şikayət ...

    21-06-2013, 13:52

  • 
  • "XALƏDDİN İSGƏNDƏROV MƏNDƏN RÜŞVƏT İSTƏYİR" - ŞİKAYƏT

    "XALƏDDİN İSGƏNDƏROV MƏNDƏN RÜŞVƏT ...

    11-04-2016, 16:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu