GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gözlənilən bir istefanın şok tarixçəsi “Gündəm xəbər”də...

Gözlənilən bir istefanın şok tarixçəsi “Gündəm xəbər”də...

Tarix: 6-05-2014, 09:30 Bölmə :Manşet Baxış: 931
Gözlənilən bir istefanın şok tarixçəsi “Gündəm xəbər”də...
Elşad İsgəndərovun daxili intriqalarda uduzması məxfi əməliyyatlarını de-şifrə edib, sabiq komitə sədri
heç də nurçu qalmaqalının qurbanı olmayıb; şiə təriqətli məmurun istefasının müdhiş təfərrüatları...


Son bir ayda “Gündəm xəbər”in adı nurçuluqda hallanan məmurlar barədə proqnozları doğrulmaqdadır. Qəzetin analitik şöbəsinin hakimiyyətdəki nurçu məmurların niyə vəzifədən azad olunmalarını araşdırmasından çıxan nəticələr belə deməyə əsas verir ki, proses davam edəcək.
Kompaniyanın “günah keçi”si
Belə ki, Fətullah Gülən hərəkatına yaxın məmurların işdən qovulması kütləvi xarakter alacağı şübhə doğurmur. Ehtimallar və gedişat göstərir ki, hakimiyyət saraya daxilindəki nurçu təriqətinə mənsub üzvlərini təmizləməyi qəti şəkildə seçim edib.
Əvvəl gündən “Gündəm xəbər” Elşad İsgəndərovun da yola salınacağını yazırdı və son məqalədə qeyd olunurdu ki, komitə rəhbəri əslində bu qruplaşmaya daxil olmayıb. Sadəcə, yazdıqlarımız kimi köhnə qvardiya gənc məmurları komandadan uzaqlaşdırmaq xəttini tutub.
Bəli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun vəzifəsindən azad olunması cəmiyyətdə böyük şok effekti, ajiotaj yaratmadı. Hamı sanki, bu belə də olmalı imiş kimi prezidentin sərəncamını normal qarşıladı.
Hətta bu qərardan lap qabaqdan xəbərdar olanlar da var idi ki, onlar mətbuata bu səhih informasiyanı sızdırmışdı. E.İsgəndərov nur təriqətinə aid məmur olmasa da, onu bu kompaniyada “günah keçi”si kimi qurban verdilər.
Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədovdan sonra Elşad İsgəndərov qara siyahıya salındı. Komitə rəhbərinin kitabı çoxdan bağlanmışdı və hətta iqtidarın daxilindəki ikinci ən qüdrətli klanın üzvü olması da onu xilas edə bilmədi.
Elnur Aslanovun yaxın dostu olan Elşad İsgəndərov xeyli qabaqdan Ərdoğanın “vurulması”nı istədiyi məmurlardan biri kimi xarakterizə edilirdi. Lakin prezident İlham Əliyevin E.İsgəndərovu tutduğu vəzifədən azad etməsində başqa faktorların da olduğu iddia edilir.
Şiə məmurun ilginc planı
Əvvəla qeyd etmək lazımdır ki, E.İsgəndərov nurçu olmayıb. Bu, səhih xəbəri hələ lap qabaqdan yazmışıq. Əksinə, sabiq komitə rəhbəri ənənəvi şiə təriqətinə yaxın adam olub. Onun təyinatı zamanı da bu məsələ nəzərə alınıb.
Onun bioqrafiyası araşdırılıb, kimliyi, hansı qruplara bağlılığı öyrənilib, sonra təyinat alıb. Bu halda belə bir şəxsin nurçu olduğu üzə çıxması nonsens görünür. Mənbə qeyd edir ki, köhnə qvardiyanın hədəfində olması bu kompaniyada onun “vurulması” ilə nəticələndi.
Mənbədən verilən xəbərə görə, Elşad İsgəndərov Azərbaycan üçün çox riskli planlar üzərində işləyib. İran və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının başçıları ilə apardığı dialoqlarla sabiq komitə sədri bir tərəfdən ərəb şiəliyini Azərbaycana gətirmək, digər tərəfdən də buna qarşı çıxacaq farsları razı salmaq üçün vəhhabi kompaniyası yaratmaq niyyətində olub.
Özünün şiə təriqətinə yaxınlığı bu projenin icrasını asanlaşdırıb. Hakimiyyətin təbii ki, razılığını almadan bu layihədə yer almaq təhlükəli olardı. Lakin əks qruplar plandan agah olublar və İsgəndərov barəsində kompromatlar toplayıb, dosye şəklində prezidentin masasına ötürüblər.
Mənbənin iddialarına görə, Elşad İsgəndərovun başqa bir fiaskosu şiə liderləri ələ almaq məramı olub. Belə ki, nüfuzlu din adamlarını öz ətrafına çəkmək istəyən sabiq sədr bunun üçün dövlətin “kisəsinin ağzını açıb”.
O, bu proyekti təsdiq etdirmək istəyərkən, guya birilərinə ev, maşın verməklə onları dövlətin yanına çəkəcəyini bildirib. Lakin dövlətin pulu havaya sovrulsa da, nəzərdə tutulan din adamlarından heç birindən istənilən nəticəni ala bilməyiblər. Əksinə, həmin güclənən din adamları daha da təhlükəli xarakter almağa başlayıblar.
Şeyxə qarşı piar?
Son olaraq o da vurğulanır ki, bir müddət öncə QMİ sədri Allahşükür Paşazadə əleyhinə yayılan xəbərlərin də qaynağının sabiq sədr olduğu üzə çıxıb. Belə ki, həmin məlumatların Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri Bəndər ibn Abdulaziz tərəfindən İsgəndərova verildiyi və onun mediaya ötürdüyü ehtimal olunur.
Amma bütün bu versiyalar bir məsələyə diqqət çəkir. İsgəndərov heç də nurçu qalmaqalına görə işdən azad olunmayıb. Məhz daxildə gedən proseslərdə verdiyi xətalar onun müqəddəratını həll edib. Bu çəkişmələrin və intriqaların bazisində komitə rəhbərinin planları de-şifrə olunub, nurçu qalmaqalı ilə eyni vaxta təsadüf edib, onun məxfi planlarının ictimailəşdirilməsi tövsiyə olunmayıb, qərara alınıb ki, elə nurçu söhbəti gündəmdə ikən onu da bu kompaniyada yola salaq. Üfüqün görünən tərəfi budur ki, Şeyxlə qarşıdurmada gənc məmur səriştəsiz davranıb, təcrübəsinə yenilib.
Belə olmasaydı, onu himayə edən qüvvələr tezliklə, və asanlıqla arxasından çəkilməzdilər. Hər halda prezidentə ən operativ çatan və ünsiyyət quran qüvvələr döyüş səhnəsindən qalib ayrılıb.
Artıq Elşad İsgəndərovun vəzifədən azad edilməsi ilə bağlı sərəncamı Türkiyə mətbuatının gündəmini zəbt edib. Türkiyə mediası E.İsgəndərovun işdən azad edilməsinin adının nurçuluqda hallanması ilə əlaqələndirib. Qeyd olunur ki, İsgəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrliyinə 31 may 2012-ci ildə gətirilmişdi.
Hacı Qamətin müavinini niyə tutdular?
İndi ən çox müzakirə olunan və maraqla gözlənilən onun yerinə kimin gətiriləcəyi xəbəridir. Onun əleyhinə nə qədər yazılar yazılsa da, işdən bu qədər tezliklə çıxarılacağını da çoxları gözləmirdi. Sadəcə QMİ ilə birgə çap etdirdikləri vəhhabilik cərəyanı kitabı qaranlıq mətləblərdən xəbər verir.
Niyə ilin-günün bu vaxtında vəhhabilik kitabını çap etsinlər ki? Dini Məsələlərlə İş üzrə Dövlət Komitəsi müəyyən məzhəblərlə yaxınlığını hiss etdirməli deyildi. Əksinə, bütün camaatı qucaqlayan, bir qurum və rəhbər olmalı idi.
Belə bir vaxtda isə “Əbu - Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb. A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb. Əməliyyat nəticəsində A.Rəcəbov saxlanılıb.
Zaqatala rayon Polis Şöbəsindən A. Rəcəbovun saxlanılması təsdiqlənib. Vəhhabilərlə projenin ifşa olunması və ardınca istefaya göndərilməsi kontekstində, E.İsgəndərov olayında Hacı Qamətin adamının tutulması maraq doğurur.
Hər halda çox qəribə hadisələr cərəyan edir. Hakimiyyət iki qeyri-ənənəvi dini təriqətlərə qarşı müharibə elan edib. Hər iki səngərdə döyüşən hüquq-mühafizə orqanları və siyasi hakimiyyət qısa müddətdə vəhhabi, nurçu olan kim varsa təmizləmək istəyirlər. Amma bu çox ağır fəsadlar verə bilər. Gərgin və mürəkkəb vəziyyətdə odla oynayan iqtidar çox çətin bir prosesin içərisinə girib.
Bəzi məlumatlara görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrliyinə Səyyad Aran gətirilir. Adıçəkilən şəxs özü isə bu məlumatı nə təsdiq, nə də təkzib edib. Elşad İsgəndərov 21 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 2002-2004-cü illərdə ABŞ-ın Kolumbiya Universitetində “Beynəlxalq Münasibətlər” ixtisası üzrə magistratura təhsili alıb.
2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı - Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var. Bir nüansı demək yerinə düşər ki, övladlarının adları belə onun nurçu yox, şiə olduğuna bir işarədir.
Hər halda bu bir simvolik yanaşmadır. Sabiq komitə sədri bildirib ki, cənab prezidentin qərarları müzakirə olunmur, icra olunur: “Sadəcə onu qeyd edə bilərəm ki, hansı vəzifədə olmuşamsa həmişə Prezident İlham Əliyevin siyasi kursunun əsgəri olmuşam və olacağam da. Və bu kursa əlimdə olan bütün imkanlarla xidmət edəcəyəm”.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad İsgəndərova qarşı “köhnə qvardiya” birləşib

    Elşad İsgəndərova qarşı “köhnə qvardiya” birləşib ...

    1-05-2014, 10:21

  • 
  • Nurçu trio haqqında müdhiş iddialar

    Nurçu trio haqqında müdhiş iddialar ...

    1-04-2014, 10:27

  • 
  • Nazir nurçu məktəblərinə qarşı hücuma keçdi

    Nazir nurçu məktəblərinə qarşı hücuma keçdi ...

    1-05-2014, 10:24

  • 
  • Şeyxdən Elşad İsgəndərova ağır zərbə

    Şeyxdən Elşad İsgəndərova ağır zərbə ...

    15-05-2014, 10:27

  • 
  • Fərhad Məmmədovun “qara sərəncamı” hazırlanır

    Fərhad Məmmədovun “qara sərəncamı” hazırlanır ...

    10-05-2014, 13:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu