Həsən Sarıyevlə Nizami Sadıqov arasındakı 100 illik çəkişmə şiddətlənir; Ağdamın sabiq başçıları qırğına çıxıb, ikincinin biznesinin çökdürülməsi xəbərləri tirajlanır
Ağdamın sabiq icra başçısı Nizami Sadıqov əleyhinə kompaniya aparılır. Bu kompaniyanın başında Həsən Sarıyevin dayanması ehtimalı səslənir. Güman olunur ki, sabiq başçının əmlakının siyahıya alınması, biznesinin çökdürülməsi, bütün varidatının yağmalanması xəbərlərini məhz Sarıyevə yaxın qruplaşma mediaya sızdırır. Bu barədə “Gündəm-xəbər”ə verilən informasiyada söylənir ki, tərəflər arasındakı bu çəkişmənin 100 illik tarixi var. Bir-birinə qarşı amansız mübarizə aparan Sarıyevlə Sadıqov heç cürə barışmırlar. Sarıyevin yerinə başçı təyin olunmuş Sadıqovu bu taxtdan də elə sələfi salıb. Odur ki, qarışıqlı müharibədə hələlik Sarıyev bir addım önə keçib. İndi mətbuat səhifələrində Sadıqovun biznesinin çökdürülməsini piar kompaniyaya çevirən yazılar dərc olunur. Məqsəd sabiq meri gözdən salmağa hesablanıb. Eyni zamanda bu xəbərlərin həqiqəti əks etdirdiyi də iddia edilir. Yəni, heç də yalan məlumatlar çap olunmur. Həsən Sarıyevlə Nizami Sadıqov arasındakı 100 illik çəkişmə şiddətlənir. Ağdamın sabiq başçıları qırğına çıxıb, ikincinin biznesinin çökdürülməsi xəbərləri bilərəkdən tirajlanır. Bütün bunların yekununda Sarıyevin Sadıqovdan qisas alması niyyəti hiss olunur. Bir-birinə qənim kəsilən iki sabiq məmur “vurulmuş” şəxslər siyahısında yer alıb. Belə ki, Nizami Sadıqovun əmlakı satışa çıxarılıb. Xəbərdə deyilir ki, keçmiş başçının Bakıda yeni tikililərin birinci mərtəbəsində, hər biri 300-400 kv m olan obyektlərinin hamısını satmağa başlayıb. Bildirilir ki, keçmiş başçı bu obyektləri yaxın qohumlarına həvalə edib. Lakin vəzifəsindən alınan başçının azart oyunlarda borclanması səbəbindən obyektlərini satışa çıxarmağa məcbur olduğu deyilir. Obyektlər 10 milyon manat civarında qiymətləndirilir. Həmçinin N.Sadıqovun Quzanlı qəsəbəsinin girişində yerləşən “Yaşıl market”, “Kapitalbank”ın yanındakı silsilə obyektləri, Soltanbud meşə zolağı ərazisində bacısı oğlanlarının çalışdırdığı restoranlar, kəhriz quyularının suyunun qarşısında tikilən balıq vətəgələri əlindən alınıb. Eyni zamanda Səfərbərlik və Çağırış üzrə Dövlət qurumu yaxınlığında yerləşən yeməkxana, Təcili Tibbi Yardım xəstəxanasına bitişik evi, Topdansatış Tikinti mağazası ilə üzbəüz tikilməkdə olan iki obyekt, Quzanlı-Xındırıstan yolunun üstündə fəaliyyət göstərən maşın yuma sexi və s. mülkləri də satışa qoyulub. Xatırladaq ki, N.Sadıqov ötən ay tutduğu vəzifədən azad edilib. [b]Rafiq Qara[/b]
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?