Komanda Ramiz Mehdiyevə kitabı bağlanmış bir fiqur kimi baxdığından növbəti lider üzərində düşünür
Hakimiyyət daxalində gedən oyunlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlı qaynağın bildirdiklərindən belə aydın olur ki, bu gün ölkədə baş verən əsas hadisələrdə maraqlı olan tərəflərdən biri də hakimiyyətiçi naxçıvanlılar qruplaşmasıdır. Bu barədə mənbənin danışdıqları: «Həmin qruplaşmaya, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, YAP-çı deputat Siyavuş Novruzov, vitse-spiker Ziyafət Əsgərov, Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Əli Həsənovun qudası Səttar Mehbalıyev, Sumqayıtın keçmiş icra başçısı Vaqif Əliyev və başqaları daxildirlər. Onlar özlərini əsl naxçıvanlı hesab edərək, PA-nın şöbə müdiri Əli Əsədovu, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovu bir neçə səbəbdən öz qruplarında görmürlər. Həm adları çəkilənlər və daha bir neçə məmur Paşayevlərə yaxın hesab olunurlar, həm də adları çəkilənləri naxçıvanlılar qruplaşmasının üzvləri bakılılaşmış naxçıvanlılar adlandırırlar». Mənbəmiz bildirir ki, bu gün sözügedən qruplaşmanın əsas qayğısı Prezident Administrasiyasının Ramiz Mehdiyevdən sonrakı rəhbərinin kimliyi məsələsidir: «Təbii ki, onlar Əli Həsənovu bu mövqedə görmək istəyirlər və hətta bu məqsədlə Kəmaləddin Heydərov və Vasif Talıbovla da danışıqlar apararaq, onların da dəstəyinə ümid etdiklərini bildiriblər». Mənbəmiz bir maraqlı məqamı da açıqladı ki, bu gün əslində Ramiz Mehdiyevə qarşı aparılan kampaniyada elə naxçıvanlılar qruplaşmsı da maraqlıdır: «Artıq onlar da Ramiz Mehdiyevə kitabı bağlanmış bir fiqur kimi baxdıqlarından batan gəmidə təmsil olunmaqdan daha çox, gəminin növbəti kapitanlılığına iddianı seçirlər». Azər
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?