GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ukraynanın parçalanması prosesi davam etdirilir

Ukraynanın parçalanması prosesi davam etdirilir

Tarix: 14-05-2014, 10:26 Bölmə :Manşet Baxış: 0
Ukraynanın parçalanması prosesi davam etdirilir
Ölkənin şərq əyalətlərində separatçılar qanunsuz referendum keçirməyə nail oldular

Putin Ukraynanı parçalamaqda davam edir. Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynada separatizmə geniş meydan açan Kreml administrasiyasının fəal qatqıları ilə ölkənin şərq əyalətlərində də anoloji ssenari təkrar olunmaqdadır. Krım variantı ilə Ukraynanı parçalamağı hədəfləyən Rusiya indi də Donetsk və Luqanskda eyni oyunu oynayır. Bu bölgələrdə rus meylli separatçılar tərəfindən referendum keçirilib. Referendumda qeyd olunan regionların Ukraynanın tərkibindən ayrılaraq “müstəqil” dövlət olmaları ilə bağlı müddəa səsə qoyulub. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin referendumun təxirə salınmasıyla bağlı “müraciət” etsə də Donetsk və Luqansk regionunun liderləri bu çağırışı “nəzərə almayıblar”. Qanunsuz referendumdan dərhal sonra müstəqilliyini elan etmiş Donetsk Xalq Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyagin bəyan edib ki, “referendum iştirakçılarının 89 faizindən çoxu Ukraynanın Donetsk regionunun “dövlət müstəqilliyinin” lehinə səs verib. MSK sədri bildirib ki, səslərin sayılması prosesində heç bir çətinlik müşahidə olunmayıb, çünki, əleyhinə səs verən insanların sayı çox az olub. Onun sözlərinə görə siyahıda adı olan seçicilərdən 74,87 faizi səsvermədə iştirak edib.
Lyagin referendum sonrası mətbuat kjonfransında bir çox maraqlı fikirlər səsləndirib. O, bildirib ki, referendumdan sonra da Donetsk regionu Ukraynanın tərkibində qalmaqda davam edəcək:
”Biz sadəcə öz müqəddəratımızı müəyyən etmək hüququmuzun olduğunu bəyan etmək istəyirik. Yəni Donetskin statusunda tamamilə heç nə dəyişməyəcək: biz Ukraynanın hissəsi olmağı dayandırmayacağıq, biz Rusiyanın parçası olmayacağıq, sadəcə dünyaya dəyişikliklər istədiyimizi bəyan edəcəyik. Biz eşidilmək istəyirik, öz regionumuzun taleyini özümüz həll etmək istəyirik".
Referendumun keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid olunub. Avropa İttifaqı belə bir referendumun nəticələrini tanımayacağını bəyan edib. Bu haqda Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisinin mətbuat katibi Maja Kocijancic məlumat verib. "Donetsk və Luqanskda keçirilən referendum deyilən tədbir qanuni deyil və biz onun nəticələrini tanımırıq. Bu referendumu təşkil edənlərin demokratik legitimliyi yoxdur" deyən Kocijancic seperatçıları ittiham edib. Həmçinin bir çox digər ölkələr də referendumun nəticələrini tanımayacaqlarına dair bəyanatlar səsləndiriblər.
Ukrayna hakimiyyət orqanları Donetsk və Luqanskda referendumda iştirak edənlərin, eləcə də onun təşkilində aktiv iştirak edənlərin Ölkə qanunlarına əsasən məsuliyyət daşıdıqlarını bildiriblər. Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin şərqində keçirilən qondarma referendumun heç bir hüquqi əsası olmadığı və onun nəticələrinin ölkənin ərazi bütövlüyünün pozulması üçün təhlükə törətmədiyinə dair bəyanat yayıb.
Referendumdan sonra Rusiya tərəfinin mövqeyi maraqla gözlənilirdi. Təbii ki, Kremlin bu dəfəki mövqeyi də əvvəlkilərdən fərqli olmayıb. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ölkəsinin mövqeyini ifadə edən bəyanatında bildirib ki, Kiyev Ukraynanın şərqindəki referendumdan sonra buradakı qüvvələrlə danışıqlara başlamalıdır. Referendumu xalqın iradəsinin təntənəsi adlandıran Lavrov Rusiyanın buna hörmətlə yanaşdığını qeyd edib. Lavrov Ukrayna hakimiyyətinə seperatçılarla danışıqlara başlamağı da tövsiyyə edib. “Birbaşa danışıqlara Kiyevin opponentləri daxil edilməzsə heç bir nəticə əldə olunmayacaqdır”, - deyə Lavrov bildirib.
Referendumdan sonra separatçıların liderləri bəyan ediblər ki, mayın 25-də Ukraynada keçirilməsi planlaşdırılan prezident seçkiləri Donetsk vilayətində keçirilməyəcək.
N. Çarhanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ukrayna parçalanır...

    Ukrayna parçalanır... ...

    11-05-2014, 12:38

  • 
  • Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə pasport təklif edir

    Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə ...

    19-07-2019, 11:10

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Separatçılar atəşi dayandırmağa hazırdır

    Separatçılar atəşi dayandırmağa hazırdır ...

    4-09-2014, 19:57

  • 
  • “Rusiyaya getməyin!”

    “Rusiyaya getməyin!” ...

    7-05-2014, 10:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu