Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, sabiq baş prokuror Eldar Həsənov, sabiq Milli Təhlükəsizlik Naziri Namiq Abbasov, Daxili İşlər Naziri Ramil Usubov və digərləri nəinki omonçuların günahsız olduqlarından xəbərdar idilər, hətta 16 il ərzində əsil qatilləri gizlədirdilər.
(əvvəli ötən sayımızda)
Azərbaycanın keçmiş MTN müstəntiqi, hal-hazırda Fransada yaşayan Ramin Nağıyevin sensasion açıqlamasının ardını diqqətinizə çatdırırıq. Məlum qətllərlə bağlı vəkilin iştirakı ilə Əliyev Elçin istintaqda belə ifadə verdi ki, səsboğan qurğusu olan tapançadan Ş. Rəhimova 4-5 metrlik məsafədən bir neçə dəfə atəş açmış və cəsədə yaxınlaşmadan cinayət yerindən uzaqlaşmışdı”. Mən istintaqın sonunda yenidən E. Əliyevdən xahiş etdim ki, cinayət anını dəqiqləşdirsin. Elçin yuxarıda deyilənləri yenidən sözbəsöz təkrarladı. Verilmiş ifadəni o aparılan istintaq ekperimenti zamanı da təsdiqlədi ki, 4-5 metrlik məsafədən atəş açmış, sonra isə cəsədə yaxınlaşmadan hadisə yerini tərk etmişdir. Mən niyə qətlin əsas günahkarının ifadəsinin təfsilatına varıram? Çünki əslində bu ifadələr fərqlənirlər və qətlin törədilməsinin real səhnəsinə uyğun gəlmir. Bu “səmimi ifadələr” əslində istintaq sərəncamındakı dəlillərdən fərqlənir. Tibbi-məhkəmə və ballistik ekpertizanın rəyinə görə müəyyən olunub ki, qatil dörd dəfə atəş açıb, sonuncu iki atəş yaxın məsafədən edilib, bununla belə iki atəşdən biri isə təxminən əlin bədəndən uzadılmış məsafəsindən açılıb. Bundan əlavə, E. Əliyevin ifadəsi hadisə yerinə baxış protokoluna da uyğun gəlmir. Belə ki, baxış zamanı müəyyən olunub ki, atəş açılan iki giliz birinci mərtəbənin pilləkənlərinin meydançasında (təxminən 4-5 metr məsafədə), digər iki giliz isə ikinci mərtəbəyə yaxın pilləkənlərində (cəsəd birinci və ikinci mərtəbənin pilləkənləri arasında idi) tapılmışdı. Bu bir daha təsdiqləyir ki, qatil soyuqqanlılıqla yaxın məsafədən Ş.Rəhimovu öldürmüşdü. Bütün bu yanlışlıqlar hamını təəccübləndirə bilər. İzah edirəm. İstintaqın əvvəlində bütün prossedur sənədləri (hadisə yerinə baxış, ekspertiza rəyi) MTN-nin istintaq əməkdaşları tərəfindən rus dilində tərtib olunmuşdur. Cinayət işi prokurorluğa təqdim olunanda onun, “səmimi” ifadələrə müvəffəq olmağa çalışan müstəntiqləri və DİN-in operativ işçiləri ya rus dilini bilmirdilər və oxuya bilməmişdilər, ya da oxumağa tənbəllik edib işin bu incəliklərindən agah ola bilməmişdilər. İstintaq zamanı omonçulardan biri qətldən sonra “Jiquli” ilə üstündən keçdikləri çuxurdan hansını göstərəcəyini bilməyərək yerində dayanmağa məcbur oldu. Elə bundan sonra cinayət axtarış şöbəsi operatorlarından biri dözməyərək qışqırdı, - “Bax da, orda, sağ tərəfdədir, göstər” və bütün bunlar lentə alınırdı. Bu hadisədən sonra istintaq qrupu bu lentlə nə edəcəklərini bilmirdilər. Yazını silməyə çalışırdılar, amma alınmırdı. Nəticədə qərar qəbul olundu ki, texniki səbəblərdən lenti təqdim etməyin mümkün olmadığı barədə akt tərtib olunsun. Mənə inanmaya bilərsiz, amma hər şey bu cür də olmuşdu. Prokurorluğun bu işlə məşğul olan müstəntiqləri və operativ işçiləri istintaqın əvvəlində əldə olunan prosessual sənədləri demək olar ki, tədqiq etmirdilər. Bu yolla DİN-in operativ işçiləri fərqlənməyə çalışaraq F.Muxtarovun A.Cəlilovun da qətlini öz üzərinə götürmək barədə “səmimi” ifadələrinə müvəffəq oldular. O da bunu müvafiq “düzəlişlərdən” sonra etiraf etməyə məcbur oldu. Bununla yanaşı Daxili İşlər Naziri Ramil Usubovun adına olan bəyanatda açıq-aydın deyilirdi: “F.Muxtarov etiraf etdi ki, A.Cəlilovu və onun sürücüsünü tapança ilə öldürüb.” Bu ifadədən sonra operativ işçilər öz nailiyyətlərini DİN-in rəhbərliyinə bildirməyə tələsirdilər və Cəlilovun qətlinin üstünün açılması barədə ölkə prezidentinə məlumat verdilər. Baş prokurorun birinci müavini İsa Nəcəfovun bu bəyanatı oxuyan zaman üz ifadəsini təsvir etmək çətindir. Hələ onun DİN-in operativ işçilərinin ünvanına necə kəskin ifadələr işlətdiyini yazmaq sadəcə ədəbsizlik olardı. Məsələ bundadır ki, A.Cəlilov və sürücüsü tapançadan yox, avtomatdan açılan atəşlə qətlə yetirilmişdilər. Cavadovlar və OMONçuların sifarişi də bu yolla yerinə yetirilmişdir. Nəzərə alsaq ki, E.Əliyev, F.Hüseynov, F.Muxtarov, T.Qasımov və E.Behbutovun “səmimi” ifadələri məhkəmədə başlıca və yeganə ifadələrdir və qətldə istifadə olunan silah hələ də tapılmayıb, o zaman bu hal nəinki istintaqın nəticələrini, hətta məhkəmənin qərarını belə şübhə altına alır. Heydər Əliyevin məhkum edilmiş omonçuların günahsız olduqlarından xəbərdar olub-olmaması, yəqin ki, oxucuların çoxuna maraqlıdır. Bəli, Heydər Əliyev bilirdi ki, bu insanlar Ş.Rəhimov və A.Cəlilovu qətlə yetirməyiblər. Lakin o, omonçuların azad olunması üçün heç nə etmədi. Əksinə, ona sadiq olan yaxın silahdaşları Ş.Rəhimov və A.Cəlilovun ölümündən bütün düşmənlərini məhv etmək üçün öz məqsədlərinə istifadə edirdi. Ən dəhşətlisi isə budur ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov , sabiq baş prokuror Eldar Həsənov, sabiq Milli Təhlükəsizlik Naziri Namiq Abbasov, Daxili İşlər Naziri Ramil Usubov və digərləri nəinki omonçuların günahsız olduqlarından xəbərdar idilər, hətta 16 il ərzində əsil qatilləri gizlədirdilər. Demək olar ki, qatillər “dövlət qulluğunda” idilər. Cəlilovun saxlanılan sənədi barədə xatırlatmaq istərdim ki, onun ölümündən bir saat sonra iş otağındakı seyfdən Cəlilovun oğlu tərəfindən digər əşyalarla bir yerdə bu "qara qovluq" da götürülmüşdü. Onun bu sənədlərlə nə etdiyi mənə məlum deyil. Bu barədə yalnız təxmin edə bilərəm. Onu normal surətdə sorğu-sual etməyə müvəffəq ola bilmədik. Heydər Əliyevdən gələn göstərişə görə ona əlavə suallar vermək qadağan olunmuşdu. İndi isə A.Cəlilovun oğluna səmimi bir məsləhət vermək istərdim, əsil məqalənin dərc edildiyi vaxtdan sonra yolu keçərkən çox diqqətli olsun....... Surət Hüseynovdan sonra Prezident Əliyevin göstərişi ilə Müdafiə Naziri vəzifəsinə Səfər Əbiyev təyin olundu. Buna baxmayaraq hal-hazırda nazirliyin özündə heç bir dəyişiklik yoxdur.Bəzi oğruların yerinə digərləri, daha çox oğurluq edənlər gəldi. Həmin ildə Heydər Əliyev maliyyə naziri F.Yusifova Müdafiə Nazirliyinin bütün maliyyə fəaliyyətində tam təftiş aparmağı tapşırdı. Lakin bu yoxlamanın nəticəsi hələ də elan olunmayıb. Bu komissiyanın 5-6 il ərzində nə ilə məşğul olduğu heç kimə məlum deyil. Mən bunu da istisna etmirəm ki, əksinə, bu komissiya nazir S. Əbiyevla bir yerdə MN-də olan və hələ də davam edən bu oğurluğun bütün izlərini məhv edirdi. 1996-cı ilin iyun ayında Milli Məclisin qapalı iclasında Ziya Bünyadov çıxış etdi və Azərbaycanda ilk dəfə açıq şəkildə bəyan etdi ki, MN-də korrupsiya vüsət alıb və buna S. Əbiyev başçılıq edir. Lakin bundan sonra heç nə dəyişmədi. Bunu görən Z.Bünyadov KİV-də bu barədə açıqlama verməyə başladı. Bu məsələyə görə ona dəfələrlə xəbərdarlıq edilmişdi. Təhdidlər gəlməyə başladı. Lakin Bünyadov heç nədən qorxmayaraq KİV-də çıxış etməyə davam edirdi. O, son çıxışlarında az qala höküməti təhdid edirdi ki, əgər onlar MN sistemində korrupsiya ilə əlaqədar ölçü götürməsələr, o, oğurluq faktlarını sübut edən sənədləri (Ş.Rəhimovun qara qovluğundan) geniş ictimaiyyətə yayacaq. Bundan sonra 1997-ci ildə Ziya Bünyadov vəhşicəsinə qətlə yetirildi. Cinayəti isə islamçıların boynuna yıxdılar (ABŞ-a göstərmək lazım idi ki, Azərbaycan da islamçıların hücumuna məruz qalır). Baxmayaraq ki, Hacı Məmmədovun həbsindən sonra onun üzərindən Ziya Bünyadovun qətlə yetirildiyi silah (ballistik ekspertiza rəyinə görə) tapılmışdı, lakin cinayət işinə baxılmamışdı. (İlk dəfə silah haqqında “Realnıy Azərbaycan” qəzetində dərc olunmuşdu) “Exo” qəzeti 2002-cı il 14 dekabr buraxılışında yazır: “....Kriminalistlər Rövşən Əliyev və Ziya Bünyadovun cinəyət işində oxşarlığın olduğunu qeyd edirlər...” Mənsə bu siyahıya Ş.Rəhimov, Afiyəddin Cəlilov və onun “Çinar” firmasının direktoru olan sürücüsü, Şəmsi Rəhimovun oğlu Nizamiyə təşkil olunmuş sui-qəsdi də əlavə etmək istərdim. Bütün bu cinayət işlərinin sujet xətti eynidir, çünki qatillərin hamısı eyni şəxslər idi. Cinayətlər bilavasitə bir vaxtlar MN-in tərkibində Surət Hüseynova tabe olan çeçen qrupu adlanan muzdlu qatillər tərəfindən icra olunmuşdu. Şəmsi Rəhimovun seyfinə baxış zamanı mərhum tərəfindən yazılmış maraqlı bir qeydə rast gəldim. Sözbəsöz tərcümə edirəm:- “1993-cü ildə çeçen mafiyasının nümayəndələri ilə Surət Hüseynov Qırmızı Körpüdə görüşdülər. Mövzu - çeçenlərin satış üçün un daşıyan Azərbaycan alverçilərinə basqın idi. Çeçenlər öz faizlərini tələb edirdilər. Onlar biləndəki unun sahibi Surətdir, onda bu məsələ aradan qaldırıldı. Barış üçün onlar Surətə ağ “Mersedes” hədiyyə etdilər və öz xidmətlərini təklif etdilər.” Ardınca Ş.Rəhimov yazır: “Onlar Surətin nəyinə gərəkdir? ” Mən Ş.Rəhimovun sözləri ilə tamamilə razıyam. Azərbaycana və ya Bakıya gələn çeçenlərin çoxu cinayətlə məşğul idi. Əvvəl kişilər gəlirdilər, pul qazanır və sonra öz ailələrini də gətirirdilər. Lakin cinayət biznesi ilə məşğul olmaq üçün gərək ki, başının üstündə “damın” olsun və bu “damı” onlar Azərbaycanın hüquq mühafizə orqanlarında tapırdılar. Misal üçün Andini götürək. O Surət Hüseynovun tabeliyində idi, eyni zamanda isə Azərbaycan DİN-in cinayət axtarışları şöbəsinin “xəbərçisi” idi. Öz sözlərimin sübutu üçün istərdim ki, kiçik bir misal gətirim. 1993-cü ildə Andi DİN-in dörd əməkdaşı ilə Şıxov çimərliyində bir restorandan qayıdırdılar. Andi sükan arxasında idi. Hər biri bərk sərxoş idi. Şəhərə girəcəkdə Azneft meydanında onların maşını taksi ilə toqquşdu. Toqquşma nəticəsində taksi yandı. Meydandan keçənlər taksidən sürücünü və huşunu itirmiş qadını çıxartdılar. Yanğınsöndürmə xidməti gələndə taksidən diri-diri yanan 10 yaşlı uşağın cəsədini çıxardılar. Bu vaxt kimi isə qarışılıqda uşağı heç kim görməmişdi. Ciddi travmalar alan Andi xəstəxanaya çatdırıldı. Növbəti gün Andi xəstəxanadan yoxa çıxdı. Andinin yerləşdiyi palatanın yanında növbə çəkən polisin, həmçinin xəstəxananın həkimlərinin ifadəsinə görə məlum oldu ki, onu AR DİN-in cinayət axtarışları şöbəsinin əməkdaşları aparmışdılar. Daha sonra müəyyən olundu ki, Andi maşın ilə Bakıdan Dərbənd şəhərinə çatdırılmışdı. Andi müalicə kursunu Dərbənddəki xəstəxanada keçmişdi. Sonra o yenidən Bakıya qayıtdı. Qəza faktına və körpənin ölümünə görə cinayət işini isə hələ də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin arxiv rəflərində toz basır. İnanmayanlar yoxlaya bilər. 1994-1995 ci illərdə Şəmsi Rəhimovun cinayət işinin istintaqı zamanı mənə bircə şey lazım idi -əsil qatillər. Mənə imkan vermədilər sübut edim ki, Azərbaycanda muzdlu çeçen-qatilləri mövcuddur. Yalnız 2005-ci ildə MTN-in əməkdaşları özləri də bilmədən mənə lazım olanı müəyyən etməyə kömək oldular. "Qara Kəmər" əməliyyatı sayəsində Hacı Məmmədovun bandası adlanan bu cinayətkarların çoxu müttəhimlər kürsüsü arxasındadırlar. H. Məmmədovun bandasına daxil olan bu çeçenlər elə mənim 1994-cü ildə axtardığım çeçenlər idi, buna mənim heç bir şübhəm yoxdur. Belə ki, 2001-ci ilin noyabrında Bakıda gizli şəkildə şəkillər üzrə təsbit keçirilmişdi. 1994-cü ildə Şəmsi Rəhimovun qətli üzrə aparılan cinayət işi zamanı şahidə hal-hazırda Hacı Məmmədovun işi üzrə adı keçən 6 çeçenin şəkli təqdim olundu.Bu şəkillərdən birində şahid 1994-cü ildə gördüyü bir çeçeni tanıdı... Bu tanıma qorxu və risklərinə görə Rövşən Əliyev və Fətulla Hüseynovu aldatdı. (Buna kimi mən Rövşənlə Moskvada görüşmüşdüm. Rövşən ora mənimlə görüşmək və qatillər barəsində dəlillər əldə etmək üçün gəlmişdi.) Bir neçə ay sonra mənə Moskvaya Fətulla Hüseynov zəng etdi və dedi ki: (kəlmə-kəlməsinə) "Bizim məsələ barəsində Rövşən prokurora müraciət edib, indi o məndən qaçır.Bundan sonra necə olacaq bilmirəm. Ümid edək ki, yaxşı olar". Bundan sonra Fətulla mənə bir daha zəng vurmadı. Bir neçə gün sonra Rusiya televiziyasında xəbər verdilər ki, Rövşən Əliyev Bakıda qətlə yetirilib. 2004-ün iyun ayında isə Fətulla Hüseynov da qətlə yetirildi. Bu qətllər barəsində şərh vermək istəməzdim, amma buna məcburam. Belə ki, mən Rövşənə etibar etməkdə yanılmışam. Hər şeyin prosessual olaraq qanuni şəklə salınması və təsbit olunmuş çeçenin saxlanılması əvəzinə o, qəfildən Hacı Məmmədovla danışıqlar aparmağa başladı. Sonra isə Zakir Nəsirovla. Nəticədə də o qətlə yetirildi. Yeganə olaraq bunu əlavə edə bilərəm ki, hər zaman Fətulla Hüseynovun qarşısında baş əymişəm. Bu insan üçün zabit şərəfi və ləyaqəti məfhumları sadəcə sözdə deyildi. Bu onun həyat tərzi idi. O mənə lazımlı olan bir çox məlumatlar çatdırmışdı. Onun sayəsində mənə məlum oldu ki, Bakıda “paqonlu qulyabanilər” bandası dolanır. Şəmsi Rəhimovun qətlindən üç gün əvvəl cinayət axtarış şöbəsinin əməkdaşlarının istəyi ilə mərhumun yaşadığı evin küçəsində bütün işıqlar söndürülmüşdü. ("Baqes"in Yasamal rayon şöbəsinin əməkdaşları təsdiq etdilər ki, DİN-in cinayət axtarışları şöbəsi əməkdaşlarının göstərişi ilə işıqları söndürmüşdülər.) və sairə. Rövşənin qətlindən sonra Fətulla Hüseynov öz pulu ilə yuxarı yerlərdən göstərilmiş şahidə ailəsi ilə Azərbaycandan çıxamağa kömək etdi. Hal-hazırda bu ailə siyasi mühacir statusunu alıb və indi onlar Qərbi Avropa ölkələrindən birində yaşayırlar. Azərbaycanın hüquq və mühafizə orqanlarının rəhbərləri hələ də qorxurlar ki, onların cinayət məsuliyyətinə cəlb olunma və günahsız insanların hökmü ilə əlaqədar qaranlıq işləri ictimaiyyətə məlum olacaq. Onlar əllərindən gələni edirlər ki, buna yol verməsinlər. Onlar başa düşürlər ki, ən yaxşı halda onların general mundirini əllərindən alacaqlar. Ən pis halda isə onları sürgünə göndərəcəklər. Bununla da qazandıqları hər şeyi itirə bilərlər. Elə bu məqsədlə Hacı Məmmədov mümkün olan bütün şahidləri aradan qaldırmağa başlamışdı. Buna Rövşən Əliyev, Fətulla Hüseynov da daxil idi. Mənim Rövşənlə görüşümü bildiklərindən hökumət həm də mənlə hesablaşmaq üçün gizli şəkildə və zor gücü ilə məni Moskvadan Bakıya gətirməyə çalışırdı. Redaksiyadan: Ramin Nağıyevin açıqlamasında adı çəkilən şəxslərin fikirlərini də dərc etməyə hazırdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?