GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İqtisad Universitetində sabiq rektora qarşı qisas əməliyyatı

İqtisad Universitetində sabiq rektora qarşı qisas əməliyyatı

Tarix: 22-05-2014, 10:26 Bölmə :Manşet Baxış: 0
İqtisad Universitetində sabiq rektora qarşı qisas əməliyyatı
Şəmsəddin Hacıyevin “söyüşlü-davalı toplantı”ları haqda şok məlumatlar

Professor: “Şəmsəddin Hacıyev insanları elə bir vəziyyətə salıb ki, onlar bu gün dediklərinin ömürlərinin sonunadək utanc və başqaxıncları olacaqlarını belə, düşünməyə fürsət tapa bilməyiblər...”. Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad edilsə də, sözügedən universitetdə yaşanan qalmaqallar bitmək bilmir. Yayılan məlumatlara görə, yeni rektor Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafını “vurmaqla” bərabər, onların fəaliyyətini də təftiş etməkdədir.

Yeni rektor sələfinin yaxın ətrafını niyə “vurdu”?

Məlumata görə, yeni rektor sələfi Şəmsəddin Hacıyevin universitetdə dekan işləyən qardaşının qudası Müzəffər Məmmədovdan tutmuş, onun ən fəal tərəfdarlarından olan YAP universitet təşkilatının sədri Zəfər Bayramova qədər vəzifələrindən qovub. Bu isə Şəmsəddin Hacıyevin 10 il ərzində bəhs etdiyi mütərəqqi inkişaf, real islahat və düzgün kadr seçimləri ilə bağlı dediklərini alt-üst etməklə yanaşı, həm də onun haqqında indiyədək yazılan və deyilən şikayətlərin həqiqət yükünü ciddi şəkildə təsdiqləyib.
Redaksiyamıza daxil olan məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini də ləğv edib: "Yeni rektor "İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor” vəzifəsinin səlahiyyətlərindən "ictimaiyyətlə” sözünü ixtisara saldı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi.
Qeyd edək ki, yeni prorektorun keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə söyüşlü-davalı iclasabənzər qrup toplantılarında yadda qalan fəallığı haqda video-kasetlərin olması haqda xəbərlər var”.

Yeni rəhbərlik YAP sədrinə niyə etimad göstərmədi?

Verilən məlumata görə, Zəfər Bayramov keçmiş rektor Şəmsəddin Hacıyevin ən etibarlı adamlarından olub: "Şəmsəddin Hacıyev tarix elmləri namizədi Zəfər Bayramovu həm prorektor, həm də YAP-ın universitetdəki özək təşkilatına sədr gətirmişdi. Zəfər Bayramov, həm də keçmiş rektorun müdiri olduğu Beynəlxalq münasibətlər kafedrasının dosenti olmaqla, onun ən sadiq tərəfdarlarından olub. O, keçmiş rektorun dövründə hakim partiyanın dayaqlarını gücləndirmək əvəzinə, rektorun korrupsiya və rüşvətxorluq siyasətinə qarşı mübarizə aparan həqiqi elm adamlarına qarşı kompaniyada fəal iştirak edirdi. Təsadüfi deyil ki, Şəmsəddin Hacıyevin öz müşaviri, professor, iqtisad elmləri doktoru Bədirxan Musayevə qarşı təhdid və basqılarında da Zəfər Bayramov önəmli rollar oynayıb. Necə deyərlər, haqq gec də olsa, yerini tapır. Yeni rektor onu “vurmaq”la öz qanuni işini buraxıb, qrup, dəstə maraqlarından çıxış edənlərə yerini göstərir. Amma təəssüf edici hal odur ki, onun yerinə elə bir adam təyin edildi ki, bu, yeni rektora yaxın gələcəkdə problemlər yarada bilər”.
Yayılan məlumatlarda o da bildirilir ki, Ədalət Muradov Şəmsəddin Hacıyevin 10 il müddətində universitetin Dərbənd filialına qanunsuz qəbul etdirdiyi 100-lə tələbənin işləri də araşdırılmaq mərhələsinə qədəm qoyub. Bəzi iddialara görə, keçmiş rektorun bu filial vasitəsi ilə qazancı 400 milyon manatı aşıb. Hər halda bu haqda dövrü mətbuatda da çox xəbərlər gedib…

Professor qəzetimizə danışdı: “Mənə qarşı çox şərəfsiz hərəkətlər olub, bağışlamayacağam!”

Bu və ya digər məlumatlarla bağlı əməkdaşımız İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, 3 ilə yaxındır Şəmsəddin Hacıyevin korrupsiya və digər qanunsuzluqlarına qarşı dayanmadan mübarizə aparan Bədirxan Musayevlə də danışıb.
Bizimlə söhbətində professor yeni rektor Ədalət Muradovun ilk təyinatları və islahatlarını müsbət qiymətləndirdiyini deyib: “Professor Ədalət Muradovun korrupsiya və rüşvətxorluq üzrə “professor” olan Şəmsəddin Hacıyevin yaxın ətrafını, xüsusi ilə mənim dəfələrlə saxtakarlıq, dələduzluq, rüşvət, korrupsiya şəbəkəsində yer tutan dəstə adlandırdığım şəxsləri vəzifələrindən azad etməsi, əlbəttə, təqdirəlayiq qarşılanmaqla yanaşı, həm də mənim haqlı olduğumu təsdiqlədi. Bəli, Əsəd Mirzəyev, Zəfər Bayramov və digərləri Şəmsəddin Hacıyevin cinayətlərində əsas rolları oynayıblar. Düşünürəm ki, Ədalət müəllim əmək fəaliyyəti dövründə sabit iş rejimində işləyə bilməyən, tutduğu vəzifələrdən dəfələrlə qısa müddətdə qovulmuş prorektor Damət Bağırovu da gec-tez postundan uzaqlaşdıracaq. Mən və universitetin kollektivi buna inanır”.
Bədirxan Musayev universitetə bərpa olunub-olunmamasına da aydınlıq gətirib: “Mən, hələ ki universitetə bərpa edilməmişəm. Əslində, mən əvvəlki işimə, yəni müşavirlik və ya kafedra müdiri vəzifələrinə qayıtmaq da istəmirəm. Sadəcə, 60 il ömrümü qoyduğum, 60-dan çox namizəd və elmlər doktoru yetişdirdiyim, 40 ilə yaxın kafedra müdiri olduğum universitetdən Şəmsəddin Hacıyev tərəfindən əxlaqa uyğun olmayan şəkildə uzaqlaşdırılmağımla barışa bilmirəm və inandırım ki, barışmayacağam da. Çünki məni oradan çox şərəfsiz şəkildə (Əsassız əmrlərlə yanaşı, Ş.Hacıyevin öyrədilmiş adamları tərəfindən otağıma sidik butulkası, pamperslər atılıb – B.Musayev), elmə, universitetə, ziyalıya yaraşmayan “tələlər” qurmaqla, əmək kitabçamı və tərcümeyi-halımı korlamaqla uzaqlaşdırıblar. Mən, bunu Şəmsəddinə bağışlamaq niyyətində deyiləm. Sadəcə universitetə bərpa olunduqdan 1-2 sonra ərizəmi yazıb, özüm gedəcəyəm. Və məhz bundan sonra Şəmsəddinlə məsələni və mübarizəni dayandıracam. Əgər universitetə qayıdıb sonra təmiz şəkildə getməyimə problem yaradılacaqsa, o zaman ömrümün sonuna qədər mübarizə aparmaq olsa da, eyni halı Şəmsəddinə və onun yaxın ətrafına yaşadacağıma söz verirəm”.

Keçmiş rektorla məhkəmə sədrini işbirliyi narazılığı alovlandırıb

Universitetə qayıdışı ilə bağlı yeni rektora müraciət edib-etməməsinə gəlincə isə, müsahibimiz belə bir halın olduğunu təsdiqləyib: “Bəli, yeni rektorumuzla bir neçə dəfə görüşüb, üzləşdiyim vəziyyəti, təhdid və təqibləri sənədlərlə məlumatlandırmışam. O, bərpamla bağlı məhkəmə qərarına hörmətlə yanaşacağını deyib. Yəni məhkəmə barəmdə müsbət qərar verəcəyi halda, Ədalət müəllim məni işə bərpa edəcəyini söyləyib. Lakin təəssüf ki, rüşvətxorlar sərkərdəsi Şəmsəddin Hacıyev Bakı Apellyasiya Məhkəməsinin imansız sədri İman Nağıyevlə əlbir olduğundan buna da imkan vermirlər. Bununla bağlı prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova açıq məktub və teleqramlar vurub, İman Nağıyevin Şəmsəddin Hacıyevin rüşvət və korrupsiya şəbəkəsinin təsiri altına necə düşməsinin detallarını açıqlamışam. İndi neyləyim ki, mən ömrümü təhsilə, elmə sərf edəndə, belə dələduzlar rüşvət hesabına milyonçu olub, indi məhkəmələri də satın alırlar. Şəmsəddin Hacıyevlə İman Nağıyev məhkəmələri bazara çevirmələrinə də cavab verməlidirlər! Söz yox ki, hər iki şəxsin imansız hərəkətləri ilə bağlı Ali Məhkəməyə şikayət verilib. Bununla bərabər, təxminən 10 gün əvvəl rektorumuz Ədalət Muradova rəsmi müraciət də göndərmişəm. Həmin məktubda Şəmsəddin Hacıyev tərəfindən 2011-ci ilin noyabr ayının 4-də rektorun müşaviri, 11-də isə kafedra müdiri vəzifələrindən tam əsassız və uydurma bəhanələrlə işdən azad edildiyimi bir daha xatırladaraq, onun rektorluqdan azad olunmasına rəğmən, deputat mandatının verdiyi güc və milyonları hesabına Azərbaycan Respublikasının məhkəmələrinə açıq şəkildə təzyiq və təsir göstərməkdə davam etdiyini nəzərə çatdırmışam. Eyni zamanda, professor kimi universitetə dönüşümlə bağlı Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesim ərəfəsində iclasa sədrlik edən hakimin açıq şəkildə mənə və vəkilimə “Deputat Ş.Hacıyev məhkəmənin sədri İman Nağıyevlə dostdur. O, bizi iş üzrə qətnaməni qüvvədə saxlamağa (yəni mənim əleyhimə) məcbur edir. Yaxşı olar ki, siz indiki rektor Ədalət Muradova müraciət eləyin, o, universitetin məhkəməyə gələn nümayəndələrinə tapşırıq versin. Ya nümayəndələr geri çəkilsin, ya da barışıq sazişi imzalayın ki, mən təzyiqlərdən rahat yayına bilim. Xahiş edirəm, məni düz baş düşün. Əgər bu mümkün olmasa, Ali Məhkəməyə müraciət edin”, - deyə, utana-utana söylədiklərini də yeni rektorumuzun diqqətinə çatdırıb, məsələyə müdaxilə edilməsi və şərəfimlə xidmət etdiyim universitetə geri dönüşümə şərait yaratmağı və çox qısa müddət sonra isə məni öz ərizəmlə işdən azad etməyini xahiş etmişəm. İnanıram ki, yeni rektor bu müraciətimi müsbət dəyərləndirəcək”.

Yeni prorektor əxlaqlı və dürüst adamdır!

Bədirxan Musayev yeni rektorun təyinatlarından, xüsusilə tələbələrlə iş üzrə prorektor Səadət Qəndilovanın Şəmsəddin Hacıyevin yaxın tərəfdarlarının elm adamlarına yaraşmayan iclaslarının birində dava-dalaşlı, söyüşlü iştirak etməsi haqda video-kasetin mövcudluğu haqda isə ətraflı danışmaq istəməyib: «Ədalət Muradovun Şəmsəddin Hacıyevin rüşvətxor, şər-böhtan kompaniyasında fəal iştirak edən və küçə səviyyəsində olan yaxın ətrafının vəzifələrindən çıxarmasını, sözsüz ki, təqdir edir və universitetin rektoruna qəzetiniz vasitəsiylə təşəkkürümü çatdırıram. Bundan əlavə, universitetə kənardan gətirilən digər bir prorektorun - Mikayıl Zeynalovun da əxlaqlı və dürüst bir insan olduğu haqda bir neçə mənbədən məlumat almışam. Bu səbəbdən universitetin kollektivinin sevincinə şərikəm.
Hacıyevin yaxın adamı söyüşlü iclasın kasetini gizli satıb?
O ki qaldı Səadət Qəndilovanın təyinatına, o, qadındır. Mənim səhv etsələr də, qadınlarla heç vaxt işim olmaz və baxmayaraq ki, məhz Şəmsəddin Hacıyevin göstərişi ilə sonradan ona göstərmək məqsədi ilə özlərinə karyera qurmaq kimi məkrli niyyət güdən şərəfsiz adamlar həmin iclaslardan birini videoya çəkiblər. Bunu təsdiqləyir və deyirəm ki, həmin video-kaseti elə Şəmsəddin Hacıyevin ən yaxın adamı vasitəsi ilə əldə etmişəm. Amma bu barədə nəsə danışmaq mənə yaraşmaz. Bir onu demək istəyirəm ki, rəhmətlik qardaşı Seyfəddin Qəndilov da mənimlə çox yaxın olub. Sadəcə, Şəmsəddin Hacıyevin birbaşa göstərişi ilə o zaman mənim əleyhimə keçirilən küçə səviyyəli iclas və kompaniyalarda Səadət Qəndilovanın iştirak etməsi və əleyhimə danışması qadına yaraşan hal deyildi. Əslində, Səadət Qəndilovadan fərqli olaraq, Şəmsəddin Hacıyevin Həcc ziyarətində olan, amma şeytana qulluq edən 3-5 yaxın ətrafı qadının iştirak etdiyi o iclasda heç bir dinə və eyni zamanda, kişiyə hörmət gətirməyən əxlaqsız ifadə və şər-böhtanlarından daha çox utanıb, yerə girməlidirlər. Bəli, Şəmsəddin Hacıyev və onun xisləti budur, onlar üçün bütün mənəvi dəyərlər itib. Görün, o, insanları elə bir vəziyyətə salıb ki, onlar bu gün dediklərinin ömürlərinin sonunadək utanc və baş qaxıncları olacaqlarını belə, düşünməyə fürsət tapa bilməyiblər...”.

2000 imza və qəbul cəhdi….

Sonda professor bildirib ki, işinə bərpa edilib, tərcümeyi-halını təmizləmək məqsədi ilə yenidən imza toplama kompaniyasına başlanılıb: “Prezidentə məni qəbul etməsi üçün artıq 2000-ə yaxın imza toplanılıb. Bu iş çox sürətlə davam edir. İnanıram ki, gec-tez möhtərəm İlham Əliyevin də qəbuluna düşüb, ədaləti bərpa edəcəyəm. Eyni zamanda, ümid edirəm ki, universitetin yeni rəhbərliyi haqqı nahaqqa qurban verənlərə yerlərini göstərməklə bərabər, mənim son xahişimi müsbət dəyərləndirəcəkdir”.
İqtisad Universitetində yaşanan olaylarla bağlı araşdırmalarımız olacaq. Yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.
TOĞRUL
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Keçmiş rektor Şəmsəddin Hacıyevin başı dərddə

    Keçmiş rektor Şəmsəddin Hacıyevin başı dərddə ...

    22-05-2017, 13:37

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu