GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daha bir nazir oğlunun dəbdəbəli həyatı

Daha bir nazir oğlunun dəbdəbəli həyatı

Tarix: 12-06-2014, 14:23 Bölmə :Manşet Baxış: 0
Daha bir nazir oğlunun dəbdəbəli həyatı
Ölkə prezidenti İlham Əliyevin harınlamış məmurların övladlarına qarşı sərgilədiyi münasibət ortadadır. Prezident səsləndirdiyi fikirlərin bir çoxunda cəmiyyətdə özünü apara bilməyən vəzifəli şəxslərin övladlarına və onların bu həddə çatmasında birbaşa rolu olan valideynlərinə barmaq silkələyərək ciddi xəbərdarlıqlar edib. İlham Əliyev dəfələrlə məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələrini, sıravi vətəndaşlara yuxarıdan aşağı baxmamağı, hamı kimi qanunlara sözsüz əməl etməyi tapşırıb.
O hətta birmənalı şəkildə bildirib ki, harınlamış məmur balaları etdikləri hər bir əmələ görə qanun qarşısında cavab verəcəklər. Maraqlıdır, bir sıra məmurlar və onların övladları ölkə başçısının ən sərt formalı xəbərdarlığından sonra belə şəhərin müxtəlif yerlərində, hətta mərkəzi küçələrində «avtoş»luq edir, qanunlara məhəl qoymadan müxtəlif səsgücləndiricilərdən istifadə edir, hətta günün günorta çağı dava-dalaş, mübahisələr törədirlər. Ancaq hansı məmur və oğlu prezidentin tapşırığına əməl etmirsə, gec-tez layiq olduğu cəzanı alır.

Generalın oğlu iki imtahandan kəsilib

Maraqlı məsələlərdən biri də bəzi məmur övladlarının yaşadıqları bahalı həyat şəraiti ilə bağlıdır. Belə ki, müxtəlif dövlət idarələrinə rəhbərlik edən bir qrup məmurun uşağı bahalı maşınlarda gəzərək, həmçinin dəbdəbəli villalarda yaşayaraq sadə həyat tərzi keçirən vətəndaşlara yuxarıdan aşağı baxırlar. Bu baxımdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun oğlu Murad Rəhimovu xüsusi vurğulamaq lazımdır. Diqqətinizə çatdıraq ki, generalın oğlu Naxçıvan Muxtar Respublikasında anadan olub. 2011-ci ildə 505 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul olan Murad Rəhimov maliyyə fakültəsinin 600-cü qrupunun 3-cü kurs tələbəsidir. Qeyd edək ki, Murad Rəhimov ADİU-ya qəbul olduqdan sonra məmur oğlu olduğunu hiss etdirib. Belə ki, o, universitetə qəbul olanda atası hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyirdi: «Murad elə birinci kursdan özünü göstərməyə başladı. İlk dərs günündən ali məktəbə maşınla gəldi. Atasının vəzifəsinə arxayın olaraq maliyyə fakültəsinin müəllimləri ilə ürəyi necə istəyir o cür də rəftar edir». Xidmət rəisinin oğlu ilə bağlı apardığımız araşdırmaların nəticəsində çox maraqlı faktları üzə çıxarmışıq. ADİU-nun maliyyə dekanlığından aldığımız məlumata görə, yay imtahan sessiyası başlayandan Murad Rəhimovun tələbəsi olduğu 600-cü qrup artıq iki imtahan verib: «Maliyyə ixtisasında təhsil alan Murad Rəhimov bank işi və investisiya maliyyələşməsi və kreditləşməsi fənnindən imtahan verib. O, bank işi fənnindən ümumi 50 bal, investisiya maliyyələşməsi və kreditləşməsi fənnindən isə 40 bal yığaraq kəsilib». Görünən odur ki, xidmət rəisinin övladı yay semestri boyunca dərslərinə istənilən səviyyədə hazırlaşmayıb. Və bunun məntiqi nəticəsi olaraq imtahanda müvəffəqiyyət qazana bilməyib.
Yəqin ki, imtahanlardan kəsilmək məmur övladı üçün elə də problem sayılmaz. Axı nə də olmasa Murad general oğludur, atası onun kəsir imtahanlarını nə yolla olur-olsun düzəltməyə çalışacaq. Amma bu bir qədər çətindir. Çünki Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru yeni təyin olunub. Eşitdiyimizə görə, rektor Ədalət Muradov tapşırığa-filana, «bu filankəsin oğludur, tanışıdır» prinsipinə baxan deyil və tələbənin sırf biliyinə qiymət verir. Odur ki, Muradın kəsir imtahanlarının düzələcəyi barədə qurduğu xəyal suya düşə bilər.

Murad Rəhimov vəhşi heyvan həvəskarı imiş

Böyük ehtimalla Murad Rəhimovun imtahanda zəif nəticə göstərməsinə istirahətinə və əyləncəsinə daha çox vaxt ayırması olub. Əksər məmurların övladları kimi, general-leytenantın oğlu da yaşadığı bahalı həyat tərzini ictimailəşdirib və istirahət etdiyi yerlərdə şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Araşdırmalarımızın nəticəsində bəlli oldu ki, məmurun oğlu dünyanın ən bahalı şəhərlərindən sayılan Mayami və digər şəhərlərdə bir neçə dəfə istirahət edib. «Facebook» sosial şəbəkəsindəki şəkillərdən də aydın görünür ki, Murad Rəhimovun getdiyi yerlər çox bahalıdır. ADİU-nun 3-cü kurs tələbəsi Mayaminin ən elit məkanlarına gedərək atasının «halal» yollarla qazandığı pulları sağa-sola, kef məclislərinə xərcləyib. Sən demə, Murad həm də vəhşi heyvanların həvəskarı imiş. Şəkildə məmur övladının qucağına aldığı heyvan timsah balasıdır. Arxa fondakı isə iri timsahdır. Kasıb insanların balası səngərdə düşmənlə üz-üzə dayandığı, can qoyduğu halda, Arzu Rəhimovun oğlu vəhşi heyvanlarla şəkil çəkdirib sosial şəbəkələrə yerləşdirir. Arzu müəllim, buna nə sözünüz var? Həmişə deyirsiniz ki, «Gündəlik Bakı» mənim haqqımda həqiqəti əks etdirməyən məlumatlar yazır. Bəs bu faktlara sözünüz nədir? Bu sizin üçün əlahəzrət fakt. Şəkillərə diqqətlə baxın və özünüz qiymət verin. Generalın və oğlunun nəzərinə bir məsələni çatdırmaq istəyirik. Bu vaxta qədər hansı məmurun övladı həyat tərzini ictimailəşdiribsə, aqibəti heç də yaxşı olmayıb. Ya atasını tutduğu vəzifədən çıxarıblar, ya da özünə qarşı müvafiq cəza tədbirləri görüblər.
Bu aqibət sizləri də gözləyir, yoldaş Rəhimov!

ADİU-nun 3-cü kurs tələbəsinin bahalı avtomobil kolleksiyası…

Murad Rəhimovun barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, ADİU-nun 3-cü kurs tələbəsi son model «Mercedes E Klass» avtomobili sürür ki, onun qiyməti nə az, nə çox 100 minlərlə ABŞ dollarıdır. «Auto.az» saytında həmin avtomobilin müxtəlif şəkilləri yerləşdirilib.
Universitet tələbəsi qara rəngli maşınına 90 KS 009 nömrəsini vurub. Deyilənə görə, daha çox axşam saatlarında şəhəri seyrə çıxan Arzu Rəhimovun balası yol hərəkəti qaydalarını pozaraq öz bildiklərini edir.
Buna baxmayaraq, yol polisi əməkdaşları ona «gözün üstə qaşın var» demirlər. Çünki Murad yol polisləri onu saxlayanda atasının adını verib yoluna heç bir şey olmamış kimi davam edir.
ADİU tələbəsinin yüksək sürətlə idarə etdiyi avtomobili ilə qəza törətməyəcəyinə heç kim zəmanət verməyib. Bu yaxınlarda «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov bahalı avtomobili ilə ağır yol qəzası törədərək xalq artisti Ağasəlim Abdullayevin ailəsinə hüzn yaşatdı. Muradın da bu cür hadisələrə səbəb olmamasından ötrü yol polisi əməkdaşları onun barəsində lazım olan tədbirləri həyata keçirməlidir.
Oğul Rəhimovun avtomobil kolleksiyasında olan avtomobillərdən biri də 90 DF 550 nömrəli «BMW 530»dur. Bu avtomobilin qiyməti isə 100 min dollara yaxındır. «Auto.az» saytında bu maşının da şəkilləri yer alıb. Verilən məlumata əsasən, Murad 90 KS 009 nömrəli «Mercedes E Klass»ı alandan sonra «BMW»ni az-az sürür.
Maraqlıdır, 3-cü kurs tələbəsi olan və heç yerdə işləməyən Murad Rəhimov dəyəri 100 minlərlə ABŞ dolları olan son model «Mercedes»i, yaxud «BMW»ni necə alıb? Arzu Rəhimov biz bunu bilmirik, siz uşağın atasısınız bu sualın cavabını bilirsinizsə, deyin biz də bilək. Aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirik ki, Arzu Rəhimovun oğlunun sürdüyü maşınların və xarici ölkələrdə keçirdiyi istirahətin maliyyə mənbəyini araşdırıb üzə çıxarsınlar. Növbəti saylarımızda Murad Rəhimovun Bakıda istirahət etdiyi məkanlar, dostları ilə hansı əyləncə növünə üstünlük verməsi və digər maraqlı məqamlarla bağlı şok faktları açıqlayacağıq. Bizi izləyin.
Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq etdi - Video

    İlham Əliyev məmurlara və övladlarına xəbərdarlıq ...

    26-01-2016, 17:10

  • 
  • Qudurğan məmur balaları prezidentə qarşı...

    Qudurğan məmur balaları prezidentə qarşı... ...

    20-02-2014, 23:59

  • 
  • Məmur övladlarının harınlığı prezidenti qəzəbləndirib

    Məmur övladlarının harınlığı prezidenti ...

    28-11-2013, 09:51

  • 
  • Ağstafa RİH başçısı müavininin oğlundan ilginc fotolar

    Ağstafa RİH başçısı müavininin oğlundan ilginc ...

    27-04-2015, 21:22

  • 
  • Polis generalı harınlamış məmurlara qarşı

    Polis generalı harınlamış məmurlara qarşı ...

    25-02-2013, 11:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu