GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?

Tarix: 26-07-2014, 18:37 Bölmə :Manşet Baxış: 0
AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Kərəm Həsənov və ətrafının vəzifə yüksəlişləri, özəlləşdirmədəkı rüşvət “mexanizmləri”, varidatları ilə bağlı sensasiyalı məlumatlar

“Fərhad Əliyev ilk olaraq Kərəm Həsənova nimdaş pal-paltarını dəyişməyi, məmura uyğun paltar geyinməyi tapşırdı”

Azərbaycanda 1996-ci ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, bu istiqamətdə saytımızda artıq 2 geniş araşdırma dərc olunub (bax: “Azərbaycandaki əmlak talanının astar üzü” adlı BİRİNCİ və İKİNCİ yazıya). Bu məqalələrdə Azərbaycanda əmlak talanının hansı mexanizmlərlə, necə və kimlərin vasitəsilə reallaşdırıldığı ümumi çəkildə açıqlanıb. Ancaq ötən illərdə Əmlak Məsələləri Dövlət Komitəsində söz sahibi olan şəxslərin, o cümlədən indiki rəhbərliyin bu prosesə necə qatılmaları, aşkar və gizli olaraq nələri ələ keçirmələri, hansı qanunsuzluqlarda, hətta cinayətlərdə iştirak etmələri detallı olaraq açıqlanmayıb.
Həmkarımız bunlarla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar əldə edib. Bizə təqdim olunan materillarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materiaları saytımızın bugünkü buraxılışından başlayaraq hissə-hiss dərc edəcəyik. Ümid edirik ki, aidiyyatı qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.

10 milyonlarla manat rüşvət yığılan qurumda 6 ayda 2 korrupsiya faktı aşkarlanıb…

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Mətləbə keçməzdən öncə qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən verilən məlumata görə, 2014-cü ilin birinci yarımilliyində ƏMDK-nın strukturlarındakı korrupsiya və rüşvətxorluq faktına görə cəmi 2 cinayət işi açılıb. Ancaq yerlərdən gələn məlumatlar göstərir ki, ƏMDK-nın strukturlarında, xüsusən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və onun ərazi idarələriində baş verən korrupsiya, rüşvətxorluq hallarının sayı-hesabı yoxdur. Mətbuatda, televiziyada bununla bağlı demək olar ki, hər gün vətəndaşların şikayətlərinə rast gəlinir. Hətta son illər Əmlak Komitəsindəki korrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belə düşməyə başlayıb. Bu çür geniş miqyaslı qanunsuzluqların baş verməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr Kərəm Həsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun da fəaliyyətini diqqət mərkəzinə gətirir. Onların ƏMDK-nın strukturlarında, o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil…
Hər halda son illər Kərəm Həsənovun ölkənin ən güclü oliqarxlarından birinə çevrilməsinin, adının baş nazirliyə iddialılar sırasında çəkilməsinin arxasında məhz onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrdə hər ay müxtəlif qanunsuz yollarla yığılan 10 milyonlarla manat “çirkli pulların” böyük rolu olduğuna dair iddialar mövcuddur. Ancaq Kərəm Həsənovun, necə deyərlər, gününü ancaq Əmlakdan gələn pulları saymaq, “yerləşdirməklə” keçirdiyini iddia etmək də mümkün deyil. Belə ki, bu gün Kərəm Həsənovun çoxsaylı zavodlara, şirkətlərə, obyektlərə, tikinti firmalarına, 1000 hektarlarla kənd təsərrüfatı məhsulları istehsal edən ərazilərə və sair malik olduğu bildirilir. Onun adı həmçinin ölkədə, xüsusən paytaxtda aparılan söküntü-tikinti işlərində xərclənən 100 milyonlara nəzarət edən şəxslərdən biri kimi çəkilir. Bəs hazirda 46 yaşı olan, 32 yaşından özəlləşdirmə prosesinə nəzarət edən Kərəm Həsənov bu imkanları necə əldə edib?

Qardaşı Rafiq Fərhad Əliyevdən Kərəm Həsənova vəzifə verməyi xahiş edir

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Beləliklə, Kərəm Həsənovun şəxsi dosyesindən başlayırıq… (Qeyd edək ki, bu material Kərəm Həsənovu çox yaxından tanıyan birinin dilindən nəql olunub…)
Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, “Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.
K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi. Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir.
Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: “Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”

Kərəm Həsənov “barmaq gətirmək” üçün göndərilən yerdən “qol gətirir”

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaq müddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə “barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun “qol gətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bu gəncdə qeyri–adi “istedad” olduğunu görür. Kərəm Həsənovla bağlı qardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımı atmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu “keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərə almır…

Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir.Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtda belə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olan inamından, etimadından istifadə edib digər həmyerliləri – Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə “Cəlilabad triosu” yaranır…

Kərəm Həsənov özəlləşdirmədə “haqq” yığılması mexanizmini işə salır

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


K.Həsənov özəlləşdirməyə açıq elan olunmuş, lakin hələ özəlləşdirilməmiş Bakı, Sumqayıt, Gəncə şəhərində yerləşən müəssisələrdən aylıq, əvvəlki baş idarəsi ləğv olunmuş Komitənin tabeliyində olan müəssisələrdən, müştərək müəssisələrdən, səhmlərinin 30 % -i və ya daha çox hissəsi özəlləşdirilməmiş ASC-lərdən, həmçinin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş, lakin səhm sahibi naməlum olan ASC-lərdən rüblük “haqq” yığılması mexanizmini işə salır.

Nəzərə alsaq ki, həmin vaxt respublikada 1000-dən çox ASC, bundan xeyli çox özəlləşdirilməmiş, ancaq Komitənin tabeliyinə verilən dövlət idarə və müəssisəsi fəaliyyət göstərirdi, toplanan pulun miqdarını təsəvvür etmək çətin olmaz.

I Dövlət Pproqramı çərçivəsində səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş ASC idarə heyəti sədrlərindən, səhmdarların birinci ümumi yığıncağına qədər sədr təyin olunmuş əvvəlki müəssisə rəhbərlərindən istənilən təsərrüfat fəaliyyəti ilə bağlı komitə ilə razılaşmaları tələb olundu. K.Həsənov hər şeydən, qarşılaşdığı bütün imkanlardan yararlanmaq istəyirdi. Tutduğu vəzifəyə görə buna nail də olurdu. Heç nəyi geri qaytarmırdı. Hətta bir müəssisə rəhbərinin taksidən onun xidməti maşınına ev şəraitində hazırlanmış meyvə mürəbbələri qoyduğunu da əməkdaşlar görmüşdü…

İxtisaslaşdırılmış çek hərraclarından qazanc götürməyin də yolunu tapır

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Yalnız bir sahədə – ixtisaslaşdırılmış çek hərraclarından əvvəllər təcrübəsiz olduğundan pay götürə bilmirdi. Lakin sonradan burdan da qazanmağın çarəsini tapdı. Dostu Rüstəm Şahbazovla birləşib, Fərhad Əliyevdən xəlvəti bəzi ASC-lərə tələbə yoldaşlarının, dostlarının, qohumlarının, yaxınlarının adına müəyyən qədər çek qoyaraq həmin müəssisələrin 3-5 % səhmlərini ələ keçirirdilər. Sonradan isə həmin səhmləri böyük məbləğə özlərinin saxta yolla qalib elan etdikləri nəzarət səhm sahibinə sataraq külli miqdarda qazanc götürürdülər. Təbii ki, bu qazancdan Fərhad Əliyevin xəbəri olmadığından cəmi 2 yerə bölürdülər.
K.Həsənovun özündən vəzifəcə böyüklərlə müti, vəzifəcə aşağılarla əzazil, qaba, etikasız tərzdə danışığı, davranış və hərəkətləri tabeliyindəki əməkdaşları onunla təmasdan çəkindirirdi. Bir dəfə səfərdən qayıdarkən onun xidməti nəqliyyat vasitəsini sürət məhdudiyyətini keçdiyi üçün Qaradağ postunda saxladığına görə, YPX-nin əməkdaşını təhqir etməsi əhvalatını eşitməyən yox idi.
Hətta nazirliyin Ağdaş rayon şöbəsinin rəisi Sadiq Yunusovla kabinetdə əlbəyaxa olduğu xəbəri də bütün nazirliyə yayılmışdı. Lakin şöbə rəisi respublikanın məşhur xalq şairinin yaxın qohumu olduğu üçün onu vəzifədən azad etməyə gücü çatmadı…
Əməkdaşlar ilk gündən bu cavan oğlanın istər gənclərə, istərsə də yaşlılara yuxarıdan aşağı baxdığını, sanki özünü DƏN-də birinci şəxs hesab etdiyini müşahidə edirdilər. O, özü də müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyimiz, Qərb bölgəsi rayon şöbələrindən birinin rəisi ilə söhbət zamanı yaxın zamanlarda bu binaya özünün rəhbərlik edəcəyini bildirmişdi. Və həqiqətən istəyinə nail oldu…

Fərhad Əliyev Kərən Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


K.Həsənovun canfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi. Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov Dövlət Əmlakı Nazirinin müavini vəzifəsinə təyin olundu.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.
F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyi K.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK-i Sədrinin hazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İri Müəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isə Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi təyin olundular.
Onu da qeyd edək ki, Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi…
İqtisadi İnkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyin Əsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikada inhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən Kəmaləddin Heydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlı məmurların mübarizəsi tam kəskinləşmişdi.
F.Əliyev bir tərəfdən də müxtəlif dövlət və hökumət tədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləri ilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki, nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçuruma apardı…

Kərəm Həsənov və Rafiq Cəlilovun “kotyol”dan 25 500 dollar gizlətdikləri aşkarlanır

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Belə ki, 02 sentyabr 2003-cü ildə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Mingəçevir avtomobillərə qazdoldurma stansiyasının yarımçıq tikilisinin, 0.64 ha torpaq sahəsinin və avadanlığının sənədlərdə 57 milyon 330 min manata (11466 AZN və ya 14500 ABŞ dolları) satılması ortaya çıxdı. 3 vaqona yüklənmiş qazdoldurma stansiyasının avadanlığının Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülər tərəfindən qiymətinin real olmamasına görə saxlanılması Fərhad Əliyevi çıxılmaz vəziyyətdə qoydu. O vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov bu faktla bağlı “yuxarıya” məlumat verdi. Fərhad Əliyevdən bununla bağlı izahat tələb olundu.

Sabiq nazirin araşdırmasından sonra avadanlığın faktiki 50 000 ABŞ dollarına satıldığı, 14500 ABŞ dollarının manat kursu ilə departamentin Beynəlxalq Bankdakı hesabına ödənildiyi müəyyənləşdi. Bu alış-verişdən “ümumi kotyol”a 10 000 ABŞ dollarının daxil olduğu, qalan 25 500 ABŞ dollarının isə Kərəm Həsənovla dostu Rafiq Cəlilov arasında “itdiyi” müəyyən olundu.

Fərhad Əliyevin Kərəm Həsənova etimadı itir, onu yoxlamağa komissiya göndərir

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Fərhad Əliyev Kərəm Həsənovu kabinetinə çağırıb izahat tələb etdi. Onlardan başqa kabinetdə olan şəxsin sonralar ətrafına dediyinə görə, Fərhad Əliyev K.Həsənova hər ay 20 min ABŞ dolları “paket” verdiyini, bunun məgər ona bəs etmədiyini, nə üçün ona kələk gəldiyini soruşub.
Kərəm Həsənov isə bu faktı qətiyyətlə boynundan ataraq, alqı-satqı müqaviləsindən, özü imzaladığı şəhadətnamədən xəbərsiz olduğunu bildirib.

Kərəm Həsənovu həmin vaxt F.Əliyev deyil, hazırda müavini olan Rafiq Cəlilov qurtarır. Belə ki, həmin vaxt Rafiq Cəlilov “jest” edərək bu işi tək gördüyünü, K.Həsənovun bundan xəbərsiz olduğunu bildirir. Sonra da qalıq məbləği “kotyol”a ödəyərək, ərizə yazıb öz xahişi ilə işdən azad olunur.

Ancaq təbii ki, bu hadisədən sonra Fərhad Əliyevin Kərəm Həsənova etimadı azalır. F.Əliyev şəxsi araşdırmadan sonra K.Həsənovun müştərək müəssisələrdən topladığı rüblük vəsaitlə “kotyol”a daxil olma arasında da ciddi fərq olduğunu müəyyən edir. O, K.Həsənovun rəhbərlik etdiyi Departamentin fəaliyyətini, aylıq dövriyyənin məbləğini, vətəndaşların özəlləşdirmədən narazılığının səbəblərini araşdırmaq üçün İİN-nin kadrlar şöbəsinin müdiri Arif Abdullayevin rəhbərliyi ilə komissiya göndərir.

Faiq Məlikov sonradan “şapka”sız özəlləşdirilən obyektlərdən “haqq” yığır

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Yoxlama gedən vaxt K.Həsənova Departamentə gəlmək qadağan olunur. Onun tünd şüşəli, qara rəngli Qaz-31 markalı xidməti avtomobili arxa qapıdan həyətə boş gəlib, boş gedirdi. Artıq əməkdaşlar da onun fəaliyyətinin dayandırıldığını güman edirdilər. Komissiya işlədiyi müddətdə vətəndaşların haqlı şikayət və tələbləri diqqətlə araşdırıldı, özəlləşdirilən obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələrindən “şapka” alınmadı.
Lakin elə burdaca bir haşiyə çıxaraq qeyd edək ki, sonradan K.Həsənov bu “şapka”sız özəlləşdirilən obyektlərdən də “haqqını” yığdı. Belə ki, onun tapşırığı ilə həmin dövrdə Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş Faiq Məlikovmülkiyyət sahiblərindən komissiyanın fəaliyyəti dövründə özəlləşdirdiyi əmlakın “şirinliyini” və ya “şapka”sını tələb edərək alırdı. Təbii ki, gətirib K.Həsənova çatdırdı. Sonralar onun bu “fədakarlığı” və “riskli” əməyi K.Həsənov tərəfindən qiymətləndirildi. Faiq Məlikov İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə direktor təyin olundu.
Nə isə, qayıdaq yoxlamaya.

Yoxlamadan sonra Kərəm Həsənovun səlahiyyət çərçivəsi məhdudlaşdırılır

AZƏRBAYCANIN “ƏMLAK KRALI” İLƏ BAĞLI ŞOK DOSYE – “Cəlilabad triosu” necə yarandı?


Yoxlama başa çatdıqdan – təxminən bir aydan sonra K.Həsənov yenidən departamentdə göründü. Lakin onun səlahiyyət çərçivəsi məhdudlaşdırılmışdı. Yeni müavin Maarif Qurbanov kiçik özəlləşdirmə, torpaq və icarəyə aid sənədləri, Rüstəm Şahbazov ASC-lərə aid və maliyyə sənədlərini, Mehman Rzayev isə investisiya müsabiqəsinə aid sənədləri imzalayırdılar. K.Həsənov əvvəllər özü imzaladığı mülkiyyət haqqında şəhadətnamələrin təkrar alqı-satqıdan sonra M.Qurbanov tərəfindən imzalanmasına qısqanclıqla mane olurdu. Əməkdaşlar və mülk almaq arzusunda olmaq istəyən şəxslər dəfələrlə onlar arasındakı mübahisənin şahidi olmuşdular.
Bu mübahisələrin nəticəsi cəmi 6-7 ay müavin işləmiş M.Qurbanov üçün ağır nəticələndi. K.Həsənovun sifarişi və israrlı tələbi ilə M.Qurbanov Fərhad Əliyevlə birlikdə həbsə alındı və uzun müddət həbsxanada cəza çəkməyə məhkum edildi.

Qəribə də olsa, K.Həsənovun əvvəllər imzaladığı özəlləşdirmə sənədlərini eyni təlimata əsasən M.Qurbanov da imzalamağına baxmayaraq, biri komitə sədri vəzifəsində işləyir, digəri cəza çəkir!…
Digər müavin, həmin dövrdə bir neçə ayı çıxmaq şərti ilə hər ay 10 min dollar “paket” maaşı alan Rüstəm Şahbazov isə F.Əliyev tərəfindən verilən tapşırıqların icrasını bacardığı qədər vaxt uzatmaqla həll etməyə çalışırdı. Rüstəm Şahbazovun o dövr Həsənovun yanında yer alması sonradan onun I müavin təyin olunmasına gətirib çıxardı.

Fərhad Əliyev toplantıda “Kərəm Həsənov, özünü yığışdır!” deyə xəbərdarlıq edir

Yoxlamadan sonra F.Əliyevin K.Həsənova olan bütün etimadı itmişdi. O da bunu başa düşərək, F.Əliyevə düşmən münasibət bəsləyən hakimiyyətdaxili qruplaşmalarla əməkdaşlığa başlamışdı.
K.Həsənovun başqa qruplaşmaya yaxınlaşdığını eşidən F.Əliyev İİN-nin rəhbər işçiləri ilə olan toplantıda K.Həsənovu ayağa qaldıraraq, ona “özünü yığışdır” deyə yenidən xəbərdarlıq etdi. Hətta növbəti kollegiya iclaslarının birində xüsusi ironiya ilə “dur sən danış görək nə deyəcəksən” deyib onun çıxışına qulaq asmayaraq, müavini M.Cabbarovla ucadan söhbət etdi.

Kərəm Həsənov rəqib qrupla birləşərək Fərhad Əliyevin “quyusunu” qazır

1ker kamArtıq əməkdaşlar K.Həsənov erasının bitdiyini güman edirdilər. Ancaq K.Həsənov gizlində görüşdüyü yaxınlarına hər şeyin yaxşı olacağını, səbrli olmalarını, bir qədər gözləmələrini tapşırdı. F.Əliyev isə onun yerini bərkitdiyini, kimə güvəndiyini başa düşmüşdü. K.Həsənov boş dayanmamışdı, F.Əliyevin “quyusunu” qazmaqla məşğuldu. Onunla bağl hazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütün təlimatlarını yerinə yetirirdi.

Bunun üçün F.Əliyevlə bağlı bütün bildiklərini bir qədər də şişirdərək və siyasiləşdirərək “yuxarılara” çatdırırdı. Məsələn, həmin vaxtlar F.Əliyev sahibkar Əli Evsenlə birlikdə “Elit” ticarət mərkəzinin yaxınlığında, iri torpaq sahəsində yerləşən “Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin, həmçinin 1,2,3 №-li Evtikmə kombinatlarının, “Bakı Dəmir Beton-8” ASC-nin və həmin ətrafda digər özəlləşdirilmiş müəssisələrin yerində yeni ailə qurmaq istəyən gənclərə simvolik kredit faizi ilə, uzun müddətə satılmaq üçün 10-cu mikrorayon salmaq niyyətində idi. Onun bu ideyasının K.Həsənov tərəfindən başqa formada “yuxarıya” ötürüldüyü məlum olmuşdu. Belə təqdim olunmuşdu ki, bununla F.Əliyev özü üçün siyasi kapital toplamağı düşünür…

Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olan planları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər, torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həm rəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuata ötürüldü. Hətta F.Əliyevin əmlakının siyahısını belə hazırlayaraq mətbutda dərc etdirdi…
K. Həsənovun əsas rol aldığı bu kampaniyanın nəticəsi olaraq F.Əliyev həbs olundu. K.Həsənov üçün isə çoxdan arzuladığı, həsrətində olduğu yeni bir yüksəliş yolu açıldı… (AzPolitika. info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun yalanları

    Kərəm Həsənovun yalanları ...

    26-12-2012, 13:07

  • 
  • Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - Komitədə dəyişiklik gözlənilir

    Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - ...

    24-01-2014, 15:31

  • 
  • İki məmurumuz pulları ölkədən belə çıxarır... - İDDİA

    İki məmurumuz pulları ölkədən belə çıxarır... - ...

    12-06-2018, 16:16

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu