GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mehdiyev komandasının gizli planı

Mehdiyev komandasının gizli planı

Tarix: 17-01-2013, 11:14 Bölmə :Manşet Baxış: 861
Mehdiyev komandasının gizli planı

Əsgər ölümünə qarşı etiraz aksiyasının
Prezident Administrasiyasından idarə edildiyi bildirilir


Azərbaycanın siyasi müstəvisində vəziyyətin qarışdığını desək, səhv etmərik. Bu, hakimiyyət daxilində özünü daha qabarıq göstərir. Heç bir şişirtmə olmadan demək olar ki, hakimiyyətin içindəki Rusiyameylli qruplaşma vahimədən çaşıb, aqoniya halındadır. O qədər ki, hətta ənənəvi müxalifətin missiyasını üzərlərinə götürüblər. Əsgər ölümündən istifadə edərək ajiotaj yaradır, “Gülərqeyt” olayının yaratdığı sosial-siyasi diskomfortdan qurtulmaq üçün gündəmi dəyişməyə cəhd edir, hadisəni siyasiləşdirməklə rəqibləri olan müdafiə nazirini bu dalğada götürmək istəyirlər. Çünki indiki məqamda hakimiyyətdəki məlum şəbəkənin, bir qədər də konkretləşdirsək Mehdiyev komandasının nəzarətində olmayan iki gücdən biri ordudursa, digərinin Milli Təhlükəsizlik Nazirliyinin olduğu bəllidir. Bir müddət əvvəl ayrı-ayrı mətbu orqanlarda MTN əleyhinə informasiyalar gündəmi tuturdusa, indi də növbənin Orduya çatdığı hiss olunur.
Mətbuatdan da görünür ki, artıq bu yöndə düyməyə basılıb, bütün yandaş media hərəkətə keçirilib. Bu işdə kisələrin ağzının açıldığı, dövriyyəyə böyük pulların buraxıldığı haqda da informasiyalar dolaşır. Bu pullardan bəzi müxalifətçi gənclərə, hərbi ekspertlərə və ehtiyatda olan zabitlərə də çatdığı deyilir. Ordu rəhbərliyinə qarşı keçirilən etiraz aksiyasının əmrinin də məhz Prezident Aparatından gəldiyi haqda informasiyalar dolaşır. Aqoniyada olan məmurların hətta gənclərə küçə divarlarına “müdafiə nazirinə istefa” şüarları yazdırdıqları da üzə çıxıb. Ən maraqlısı isə odur ki, parlamentdəki bəzi xanım deputatları da ordu rəhbərliyi əleyhində danışmağa vadar ediblər. Hətta bunların arasında elə deputat var ki, iki oğlunun heç biri yaşları ötsə belə indiyədək hərbi xidmətdə olmayıb. İndi sual olunur, öz övladlarını vətənə qıymayan ana başqasının övlad yanğısını necə hiss edə bilər? Məhz bu faktlar da göstərir ki, deyilənlər boğazdan yuxarı və xüsusi sifarişlə həyata keçirilir.

İndi də etiraz aksiyası haqda

Etiraz aksiyası “yox” demək imkanıdır və bu, hər bir insanın zülmə qarşı təbii haqqıdır. Bu haqq bütün demokratik dünyada tanınır və insanların həyat normasına çevrilib. Ancaq Azərbaycanda belə deyil. Sözdə demokratik dünyanın bir parçası olduğumuzu bəyan etsək də, real olaraq bunun aşağı-yuxarı həqiqətlə heç bir əlaqəsinin olmadığını həm biz, həm də sivil dünya bilir. O baxımdan srağagünki etiraz aksiyasını da normal qəbul etmək olardı, təbii ki, bəzi əmmalar olmasaydı. Əsas diqqətçəkən məqam polislərin etirazçılara qarşı sakin davranışı idi. Bu cür davranış o qədər gözlənilməz və insani idi ki, ənənəvi etirazçılar bir növ çaşqınlıq içində idilər və daim döyülüb, təhqir olunmağa alışmış potensial mitinqçiləri anlamaq olardı.
Polis bütün sivil dünyada olduğu kimi, meqafonla etirazçılara sakit tərzdə müraciət edərək onların icazəsiz, qanunsuz olaraq toplaşdıqlarını bəyan edir və dağılışmalarını tövsiyə edirdi. Paralel olaraq polis tərəfindən heç bir aqressiv davranış olmadan bu proses davam edirdi. İndiyədək o sayda insanların kütləvi olaraq bir yerə toplaşmasına imkan verməyən polis, bu dəfə prosesdə hələlik yalnız seyrçi kimi çıxış edirdi. Azərbaycan şəraitində polisin bu cür davranışı ənənəvi olmadığı üçün bir xeyli suallar yaradırdı. Necə oldu ki, polisin davranışı bir gündə dəyişdi? Xüsusilə də icazəsiz aksiyaçılara qarşı.

Niyə məhz müxalifətçi gənclər həbs olundu?

Nəzərə alsaq ki, bu il prezident seçkiləri və hakimiyyət üçün ölüm-dirim ilidir, onda etirazçılara qarşı bu cür yumşaq davranışın arxasında hansısa gizli və siyasi niyyətlərin olduğu şübhəsi yaranır. Digər bir məqam isə bu sayda insanın bir yerə toplaşmasına polisin imkan verməsi idi. Çünki başqa vaxtda təsadüfi iki nəfərin bir araya gəlməsini belə imkansız edən polis, bu dəfə fərqli davranırdı. Ən nəhayət, etirazçıların tərkibi də başqa zamandakılardan fərqli idi. Hakimiyyətin qondarma müxalifət adına parlamentdə oturtduqları partiyaların üzvlərinin böyük canfəşanlıqla aksiyada iştirakı diqqət çəkən məqamlardan biri idi. Hiss olunurdu ki, ipləri Prezident Aparatı rəhbərliyinin əlində olan bu partiyaların iştirak niyyəti heç də hansısa əsgər ölümü deyil, prosesdə iştiraka sadəcə bir “quş” qoymaq və yuxarıdan gələn sifarişi yerinə yetirmək xarakterli idi. Dediyimiz bu nüans prosesin sonrakı inkişafında da özünü açıqca biruzə verdi. Yəni, “əsgər ölümünə son” kimi dinc xarakterli şüarlar səsləndirildiyi saatlarda hər şey sivil, qarşıdurma olmadan davam edirdi. Ancaq bəzi müxalifətçi gənclər tərəfindən proses siyasiləşdirilməyə doğru götürülüncə hər şey bir anda dəyişdi. Dərhal polis hərəkətə keçdi, qarşıdurma və həbslər başladı. Özü də sadəcə müxalifətçiləri həbs etdilər. Bu arada isə yalançı etirazçılar dərhal əsas kütlədən aralandılar və yox oldular. Maraqlıdır ki, onlardan bir nəfər belə həbs olunmadı.

Ordu rəhbərliyinə etiraza “hə”, aksiyanı siyasiləşdirməyə “yox”

Başqa bir məqamsa, Azadlıq meydanının daxili qoşunların əsgərləri və texnikası ilə mühasirəyə alınması faktı idi. Bu, nəyin göstəricisi idi? Hakimiyətdəki bu prosesə rəvac verənlərin qırmızı xətti deyildi ki? Proses boyu bütün olub-keçənlər onu deməyə əsas verir ki, bu ssenariləşdirilmiş aksiyanın bir adı, bir məramı vardı: Ordu rəhbərliyinə etiraza “hə”, aksiyanı siyasiləşdirməyə “yox”. Bu niyyətlər aksiyada cızılmış dairədən kənara çıxmaq istəyən müxalif gənclərə tətbiq olunan polis davranışlarında da özünü göstərdi. Müxalif və səmimi olaraq bu prosesdə iştirak etmiş digər insanlar özləri də bilmədən Prezident Aparatı tərəfindən ssenariləşdirilmiş bir səhnədə iştirakda yer almışdılar. Və Azərbaycan tarixində ilk dəfə idi ki, PA rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə müxalifətin də iştirak etdiyi etiraz aksiyası baş tuturdu. Sadəcə, burada niyyətlər fərqli idi. Səmimi etirazçılar əsgər ölümünə son qoyulmasını və bütövlükdə hakimiyət sisteminin dəyişməsini istəyirdilərsə, prosesi təşkil və idarə edənlərinsə yuxarı-aşağı əsgər ölümü ilə heç bir bağlılıqları, narahatlıqları yox idi. Onların bir dərdi vardı. İctimai narazılığı manipulyasiya etməklə öz namizədlərini müdafiə naziri postuna gətirmək. Bu qədər bəsit. Amma prosesi ciddi müşahidə edənlər bu xüsusda ölkə prezidentinə də veriləcək bir mesajın olduğunu anlamamış deyillər. Sanki süni olaraq bu cür vəziyyət yaratmaqla ölkə başçısına “əlimizi çəksək, düşərsən” xarakterli mesaj da vermək istədikləri hiss olunur. Hər bir halda çox yaxın zamanlarda bütün daşların öz yerinə oturacağı düşüncəsindəyik və bu aksiyadan kimin nə qazandığını isə yaxın gələcək göstərəcək.

Aksiyanın təşkilində maraqlı olan qüvvələr

Aksiyanın hakimiyyətin yuxarı dairələrindəki Mehdiyevçi qüvvələr tərəfindən məqsədli şəkildə təşkil edilmə ehtimalı haqda fikirlər səslənir. Bu da təsadüfi deyil aksiyanı izləyənlər, müşahidə edənlər Azərbaycan hakimiyyəti üçün spesifik olmayan bir çox davranışlarla qarşı-qarşıya qaldılar. Bu, ondan ibarətdir ki, adətən bu cür icazəsiz aksiyalarda etiraz edənlərə qarşı çox aqressiv davranış ortaya qoyulurdu. İnsanlar yerdə süründürülür, həbs olunur, təhqir edilirdilər. Ancaq biz aksiyanın birinci hissəsində bu cür aqressivlik görmədik. Əksinə, bir çox yeni elementlər gördük. Polis bir çox sivil, demokratik dünyada olduğu kimi meqafonla vətəndaşlara aksiyanın icazəsiz və qanunsuz olduğunu bəyan etdi. Vətəndaşlara dağılışmaqla bağlı mesajlar verildi. Bu, doğrusu yenilik və sevindirici idi. Lakin bu davranış çox çəkmədi. Aksiyanın ikinci hissəsində, təxminən 30-40 dəqiqədən sonra aksiyanı siyasiləşdirməyə çalışan bəzi gənclər müəyyən şüarlar ortaya atdı ki, bu şüarlar siyasi xarakter daşıyırdı və birbaşa hakimiyyətin özünü hədəfə alırdı. Məhz bu cür şüarlardan sonra polisin reaksiyası adekvat oldu. Baş verənlər müəyyən şübhə və ehtimalları ortaya çıxartdı. İnsanlar istər-istəməz düşünməyə başladılar ki, əcəba, hakimiyyətin yuxarı eşalonunda ictimai narazılıqdan istifadə edib bu narazılığı manipulyasiya etmək istəyənlərmi var? Bu, bir çox ziyalı və siyasiləri də düşündürən bir məsələdir. Görünür, hakimiyyətin yuxarılarında bu aksiyanın təşkil edilməsində maraqlı qüvvə və şəxslər mövcuddur. Bu aksiyanın gedişində açıqca sezilirdi. Polislərin davranışında da bu, özünü açıq şəkildə büruzə verdi.
Eyyub Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgər ölümlərinin arxasında kardinal izi

    Əsgər ölümlərinin arxasında kardinal izi ...

    13-01-2013, 13:02

  • 
  • Prezident seçkisi öncəsi iqtidar parçalana bilər

    Prezident seçkisi öncəsi iqtidar parçalana bilər ...

    13-12-2012, 11:34

  • 
  • Mehdiyev komandasının 2020 bəyanatlarının sirri açıldı

    Mehdiyev komandasının 2020 bəyanatlarının sirri ...

    30-12-2012, 11:33

  • 
  • Mehdiyev komandasının 2020 bəyanatlarının sirri açıldı

    Mehdiyev komandasının 2020 bəyanatlarının sirri ...

    30-12-2012, 10:40

  • 
  • Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır

    Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır ...

    3-10-2013, 11:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu