İş adamının qətlində günahlandırılan əmisi nəvəsini zorlayıb?
“Gündəm Xəbər” ölkə gündəmində partlayış edən bir qətlin şok təfərrüatlarını təqdim edir
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi, “Avesta” konserinin vitse-prezidenti Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı. Hadisədə təqsirli bilinən şəxslər - Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir...
“Hümbət Məmmədov katibəni işdən çıxardı”
“Gündəm Xəbər” qəzetinə olayla maraqlı məlumat daxil olub. Daha dəqiqi istintaq materaillarına diqqət etdikdə qətldə təqsirləndirilən Hümbət Məmmədovun başqa bir cinayəti üzə çıxır. Belə ki, o əmisi nəvəsi ilə cinsi münasibətdə olub. Hələ bir müddət əvvəl məhkəmə prosesində mərhumun qardaşı Ərəstun Piriyev çıxış edərək bildirmişdi ki, qardaşı öldürülməzdən üç-dörd ay əvvələ qədər ofisdə başqa bir katibə olub: “Bu katibə ofisə gələnləri qeydiyyata alırdı. Əflatun müalicə üçün ölkəni tərk edəndə Hümbət Məmmədov bir bahənəylə onu işdən çıxartdı və öz adamını – Gülüş adlı bir xanımı katibə gətirdi. Gülüş isə Hümbət Məmmədovun tapşırığıyla hər kəsi qeydiyyata almırdı”. Ərəstun Piriyev məhkəmə çıxışında deyir: “Qardaşım mənə demişdi ki, bir dəfə dostu Əflatunun yanına gəlib. Onu otaqda görməyib. Gedib Hümbətin yanına. Otağın qapısını açanda görüb ki, Hümbət əmisinin azyaşlı nəvəsi ilə pis işlə məşğuldur. Ofisi tərk edəndən sonra gördüklərini Əflatuna danışıb”. Qeyd edək ki, “Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimli Əflatun Piriyevin qətli ilə bağlı ibtidai istintaqa ifadəsində maraqlı məqamlara toxunub: “Əflatun Piriyev Gürcüstandan olmaqla Bakı şəhərində yaşayırdı. Xarakter etibarı ilə kobud, çılğın bir şəxs olsa da, işində məsuliyyətli, təmiz, tapşırılan işi vaxtlı-vaxtında yerinə yetirən və ən çox inandığım, hörmət etdiyim işçi olub. Onunla ancaq işgüzar münasibətimiz olub. 2005-ci ildə Əflatun Piriyev məni həmyerlisi Məmmədov Hümbət Asan oğlu ilə tanış etdi. Söhbət əsnasında məlum oldu ki, Hümbət Məmmədov Rusiyada kommersiya fəaliyyəti ilə məşğul olur və indi öz biznesini Azərbaycanda, BƏƏ-nin Dubay şəhərində genişləndirmək istəyir. Əflatun Piriyev həmin ərəfədə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olduğu üçün onu da öz fəaliyyətinə şərik qoşmuşdu. Bu məqsədlə ”Azər-Ross" MTK firmasını təsis etmişdilər. Onlar Bakı şəhəri, Teymur Əliyev küçəsi, 67/71 saylı ünvanda yerləşən ofisin 12-ci mərtəbəsini icarəyə götürmüşdürlər və hər ay kirayə pulu ödəyirdilər. İş prosesində onların hər hansı bir işinə müdaxilə etməmişəm. Onların hər ikisi bu və ya digər məsələlərlə bağlı iş prosesində çətinlikləri olarkən köməklik göstərilməsi üçün mənə xahişlə müraciət edirdilər. İmkan daxilində təmənnasız onlara köməklik göstərmişəm. Lakin son bir ildə Hümbət Məmmədovun bəzi hərəkətləri, davranışı xoşuma gəlmirdi. Bunun üçün onu yaxına buraxmırdım. Ancaq mobil telefonuma tez-tez zəng edib müxtəlif xahişlər edirdi. Bu xahişlərin biri də 2011-ci ilin təxminən aprel ayında olmuşdu. Məndən 135 min dollar dəyərində nisyə armatur götürdü və bir neçə gün sonra 50 min dolları qaytardı. 85 min dolları müxtəlif bəhanələr gətirərək qaytarmırdı. Bu günədək də borclu qalıb".
Hümbət Məmmədov A.G.-yla necə tanış oldu?
Nəsə. Keçək istintaq materaialında Hümbət Məmmədovun cinsi münasibətdə olduğu əmisinin nəvəsi A.G.-nin ifadəsinə. A.G. istintaqa ifadəsində deyir ki, anamın əmisi oğlu Hümbət Məmmədovu ilk dəfə 2008-ci ilin avqust ayında Bakı şəhərində onun qızı Əfsanə Məmmədovanın toy mərasimində olarkən görüb: “O, orada məni qohum kimi görüb görüşdü və aramızda başqa heç bir söhbət olmamışdır. Həmin toydan bir müddət sonra bizə evə zəng edib anamla danışıb bizə kömək etməyini, mənim oxumağıma yardımçı olacağını təklif etmiş, lakin anam onunla razılaşmamışdır. Bu ərəfədə atam Rusiya Federasiyasının Moskva şəhərinə işləmək üçün getmişdir. Atam Moskva şəhərindən qayıtdıqdan sonra anamla yola getmirdi, tez-tez dalaşırdı və bu da bizim evdə ailəmizə hamıya pis təsir edirdi. Hümbət Məmmədov isə birdən-birə tez-tez bizə gəlməyə başladı. 2008-ci ilin təxminən noyabr-dekabr aylarında Hümbət Məmmədov əvvəlcə ev telefonumuza, sonra isə mənim istifadəmdə olan hal-hazırda xatırlamadığım nömrəmə zəng edib mənə xoş sözlər deyirdi. Mən isə həmin vaxtı onun dediyi sözlərin mənasını, məni sevməsini başa düşmürdüm. Çünki o mənə öz qızı kimi baxırdı. Sonradan mənim mobil telefon nömrəmə sms göndərərək məni sevdiyini yazmışdır. Mən onun bu sözünə inanmadım, elə bildim ki, qızı kimi istəməsi mənada yazmışdı. Həmin ərəfədə mən orta məktəbin 10-cu sinifində orta təhsil ala-ala dərsdən sonra Bakı şəhəri, Dəmir Yol Xəstəxanasının yaxınlığında yerləşən evə rus dili hazırlığına gedib-gəlirdim. Hümbət Məmmədov bir neçə dəfə mənimlə əlaqə saxladıqdan sonra gəlib hazırlıqdan götürüb idarə etdiyi “Leksus” markalı avtomobillə gəzməyə aparırdı, sonra evə gətirib qoyurdu. Maşında olarkən də mənim dərslərim, evdəki vəziyyət, nə köməklik lazımdırsa edə biləcəyi barədə soruşub maraqlanırdı. Hətta mənim istifadəmdə olan “Samsunq” markalı mobil telefon xarab olduğundan tez-tez yanıb söndüyünə görə o mənimlə Bakı şəhəri, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Azercell” mobil telefon dükanına gedib mənə «Nokia» markalı mobil telefon və üstündə də öz adına xxxxxx nömrəsini (nömrə istintaq ifadəsində qeyd edilib) də almışdır ki, mənimlə əlaqə saxlasın. Bundan sonra Hümbət Məmmədov mənimlə həmin nömrəyə zəng edərək və yaxud sms yazaraq əlaqə saxlamış, bir neçə dəfə məni Dənizkənarı milli parkda yerləşən kafelərin birinə aparıb orada yemək yemişik”.
“Qorxma hər şeyi təzədən həll edərəm”
A.G. istintaqa deyir ki, bundan sonra onların isti münasibəti yaranıb: “Bizim isti münasibətimiz yarandı, mən başa düşdüm ki, o məni sevir, mənim də ona qarşı hisslərim oyandı. Biz bir-birimizə sevgi mesayları yazmağa başladıq, bir iki dəfə onun maşınında olarkən öpüşmüşük. 2009-cu ilin yanvar ayında mən məktəbdə olanda zəng etdi ki, dərsdən sonra çıxanda gözlə gəlib səni götürəcəyəm. Sonra həmin gün saat 14:00 radələrində təhsil aldığım Bakı şəhəri, 151 saylı orta məktəbdən çıxarkən gördüm ki, o məni gözləyir. Onun avtomobilinə mindim, orada söhbət əsnasında mənə dedi ki, qızlarıma təzə ev almışam, gedək baxaq, sənə də ev almaq istəyirəm. Mən də onunla birlikdə Bakı şəhəri, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən beşmərtəbəli binaya tərəf getdik, orada maşından düşüb səhv etmirəmsə dördüncü mərtəbəyə qalxdıq. Hümbət Məmmədov mənzilin qapısını açarı ilə açıb biz içəriyə daxil olduq. Mənzildə bizdən başqa heç kim olmamışdır. Həmin vaxt aramızda şirin söhbət yarandı və mənə dedi ki, səninlə olmaq istəyirəm, səni sevirəm, mən də ona dedim ki, mən də səni sevirəm. Sonra biz intim əlaqəyə girib sekslə məşğul olmağa başladıq. İntim əlaqə ilə məşğul olarkən o mənim qızlıq bəkarətimin tamlığını pozarkən qan gəlməyə başladı. Mən bundan qorxub ona dedim ki, sən nə etdin, o da məni sakitləşdirərək dedi ki, qorxma hər şeyi təzədən həll edərəm, hər şey düzələcək, heç nədən qorxma və heç kimə bu haqda demə, desən özünü də batırarsan, məni də üstəlik, özüm sənə ev alacam, ərə verəcəm, bu məsələnin üstü açılsa evlənərik səni xaricə apararam. Qeyd etmək istəyirəm ki, Hümbət Məmmədov həmin günü mənimlə ancaq bir dəfə qabaq hissədən, yəni qızlıq bəkarətini pozmaqla olmuşdur. Bu hadisədən sonra bir müddət görüşməsək də ancaq telefonla danışırdıq və bir-birimizə mesaj yazırdıq. Hümbət Məmmədovun mənə aldığı yeni nömrəyə sinif yoldaşlarımdan, tanımadığım şəxslərdən zənglər, sevgi mesajları gəldiyinə görə mən 2009-cu ilin fevral ayında özüm tək gedib xxxxx nömrəsini (nömrə istintaq ifadəsində qeyd edilib) alıb istifadə etməyə başladım”.
“Hümbət Məmmədov mənə tez-tez hədiyyələr, bahalı paltar alırdı”
A.G.-nin sözlərinə görə, sonradan bu nömrəni də Hümbət Məmmədova verib: “Onunla bu nömrə vasitəsi ilə əlaqə saxlayırdıq. Ondan sonra mən Hümbət Məmmədovun işlədiyi ofisə də gedirdim, orada biz öpüşsək də, mən yaxın durmadığım üçün aramızda heç bir cinsi əlaqə olmamışdır. Hümbət Məmmədovla mən bir neçə dəfə gündüz vaxtı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Clear” hotelində və ona məxsus Bakı şəhəri, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən iki otaqlı evdə cinsi əlaqədə olmuşuq. Həmin vaxtı o da mənimlə ancaq təbii yolla cinsi əlaqədə olmuş, mənə qarşı heç bir fiziki zor işlətməmiş, döyməmiş, xəsarət yetirməmişdir. Mənə vəd verirdi ki, arvadını boşamışdır, mənimlə evlənib birdəfəlik yaşamaq üçün xarici dövlətə gedəcəkdir. Hümbət Məmmədov mənə tez-tez hədiyyələr, bahalı paltar alırdı, xərcləməyə pullar verirdi”. (Davamı növbəti sayımızda)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?