GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şərurlu İsfəndiyarın şərikinin əmlakı müsadirə olunur

Şərurlu İsfəndiyarın şərikinin əmlakı müsadirə olunur

Tarix: 1-05-2013, 01:50 Bölmə :Ölkə Baxış: 900
Şərurlu İsfəndiyarın şərikinin əmlakı müsadirə olunur
Cinayət işi üzrə adı keçən Ramil Hacıyev hadisədən sonra ölkəni tərk edib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri – Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri və dövlət ittihamçısı prosesdə iştirak etmirlər. O da qeyd edilib ki, cinayət işi üzrə çıxan dövlət ittihamçısı başqa məhkəmə iclasında iştirak edib və buna görə də bu məhkəmə iclasında iştirak edə bilmir. Amma təqsirləndirilən şəxslərin vəkillərinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri məlum olmayıb.
Hakim bildirib ki, tərəflərə məhkəmənin yeri və vaxtı barədə əvvəlcədən məlumat verilib, amma tərəflərin bir çoxu məhkəmə iclasında iştirak etmir. Hakim prosesin başqa vaxta keçirilməsi barədə qərar qəbul etməsi cinayət işi üzrə adı keçən zərərçəkmişlərin etirazına səbəb olub. Tikinti dələduzluğu üzrə zərərçəkənlər prosesin başqa vaxta keçirilməsinə etiraz ediblər. Onlar prosesə gəlməyən vəkillərin barəsində tədbir görülməsini tələb ediblər. Bundan başqa, cinayət işi üzrə qətlə yetirilən Əflatun Piriyevin ailəsinin vəkili Aslan İsmayılov da etiraz edib. O, deyib ki, prosesin bir neçə dəfə təxirə salınması qanuna ziddir. Buna baxmayaraq hakimlər məhkəmə iclasının davamını mayın 7-dək təxirə salıblar.
Priyevlərin vəkili Aslan İsmayılov açıqlamasında bildirib ki, cinayət işi üzrə məhkəmə iclası bir ildən artıqdır davam edir. Onun sözlərinə görə, cinayət işi üzrə məhkəmə istintaqı aprelin 16-da başa çatıb: “Aprelin 16-da çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Həmin prosesdə dövlət ittihamçısı çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər dövlət ittihamçısına çıxışa hazırlaşmaq üçün aprelin 23-dək vaxt verdilər. Həmin gündə dövlət ittihamçısı çıxışa hazır olmadığını əsas gətirildiyindən məhkəmə iclası aprelin 30-dək təxirə salınıb. Növbəti prosesdə də dövlət ittihamçısı iştirak etmədi. Belə olan halda cinayət işi üzrə başqa ciddi işlər görülür. Hümbət Məmmədovun ətrafındakılar onun əmlakının satılması üçün ciddi işlər həyata keçirirlər. Bu cinayət işi hər kəsin diqqət mərkəzində olmalıdır. Çünki tikinti şirkətində rəhbər şəxsin sifarişi ilə şərikini sifarişlə qətlə yetirilib. Bir ildir məhkəmə iclası gedir, amma hökm çıxarılmır. Belə olan halda da Hümbət Məmmədova qəsdən şərait yaradılır”.
Qeyd edək ki, cinayət işi üzrə adı keçən Ramil Hacıyev hadisədən sonra ölkəni tərk edib. Rusiyada olan Ramil Hacıyev adam oğurluğuna görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda keçirilən cinayət işi üzrə məhkəmə hökm elan ediləndən sonra Ramil Hacıyev Rusiyadan Azərbaycana ekstradisiya ediləcək.

HÜSEYN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səs-küylü qətlin yenidən araşdırılması tələb olundu

    Səs-küylü qətlin yenidən araşdırılması tələb ...

    8-01-2014, 23:42

  • 
  • Bakı Ağır Cinayətlər Məhkəməsində dava oldu

    Bakı Ağır Cinayətlər Məhkəməsində dava oldu ...

    28-06-2013, 19:36

  • 
  • Arzu Kazımovun vəkilinə dələduzluq ittihamı

    Arzu Kazımovun vəkilinə dələduzluq ittihamı ...

    25-03-2013, 10:33

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında

    “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında ...

    17-09-2015, 19:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu