Salyanın icra başçısının qohumu Hümbət Məmmədov şərikini necə və niyə öldürdü? İş adamının qətlində günahlandırılan əmisi nəvəsini zorlayıb?
Ölkə gündəmində partlayış edən bir qətlin şok təfərrüatlarını təqdim edir
(əvvəli ötən sayımızda)
Hümbət Məmmədov
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi, “Avesta” konserinin vitse-prezidenti Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı. Hadisədə təqsirli bilinən şəxslər - Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir. “Gündəm Xəbər” qəzetinə olayla maraqlı məlumat daxil olub. Daha dəqiqi istintaq materaillarına diqqət etdikdə qətldə təqsirləndirilən Hümbət Məmmədovun başqa bir cinayəti üzə çıxır. Belə ki, o əmisi nəvəsi ilə cinsi münasibətdə olub. Hələ bir müddət əvvəl məhkəmə prosesində mərhumun qardaşı Ərəstun Piriyev çıxış edərək bildirmişdi ki, qardaşı öldürülməzdən üç-dörd ay əvvələ qədər ofisdə başqa bir katibə olub: “Bu katibə ofisə gələnləri qeydiyyata alırdı. Əflatun müalicə üçün ölkəni tərk edəndə Hümbət Məmmədov bir bahənəylə onu işdən çıxartdı və öz adamını – Gülüş adlı bir xanımı katibə gətirdi. Gülüş isə Hümbət Məmmədovun tapşırığıyla hər kəsi qeydiyyata almırdı”. Bundan başqa Gülüş məhkəmədə ifadəsində bildirmişdi ki, A.G. Hümbət Məmmədovun yanına gəlib: “Onu bir neçə dəfə onun yanında görmüşəm. Ancaq nə məqsədlə gəldiyindən xəbərsizəm. Bir-iki dəfə hümbət müəllimin yanına gəlib. Otağında olublar və niyə gəldiyini bilmirəm”. Ərəstun Piriyev məhkəmə çıxışında deyir: “Qardaşım mənə demişdi ki, bir dəfə dostu Əflatunun yanına gəlib. Onu otaqda görməyib. Gedib Hümbətin yanına. Otağın qapısını açanda görüb ki, Hümbət əmisinin azyaşlı nəvəsi A.G.-yla pis işlə məşğuldur. Ofisi tərk edəndən sonra gördüklərini Əflatuna danışıb”.
Mərhum Əflatun Piriyev
İstintaq ifadəsi
A.G. istintaqa ifadəsində yazır ki, Hümbət Məmmədov ona pul verirmiş ki, evə lazım olan əşyaları alsın: “Mənə vəd verirdi ki, arvadını boşamışdır, mənimlə evlənib birdəfəlik yaşamaq üçün xarici dövlətə gedəcəkdir. Hümbət Məmmədov mənə tez-tez hədiyyələr, bahalı paltar alırdı, xərcləməyə pullar verirdi. Ancaq nə atama, nə anama, nə də qardaşıma pul vermirdi. Atamı işlədiyi tikintidə işə götürmüşdür. Mən onun sözünə, psixi, mənəvi təsirinə aldanıb onunla görüşüb cinsi əlaqədə olurdum. Artıq onunla bu işi tutduğuma görə geriyə yolum olmadığı üçün,valideyinlərimdən qorxduğuma görə onun dedikləri ilə oturub-dururdum. Sonradan mən həyatı başa düşdükcə anladım ki, Hümbət mənim ona olan inamımdan, qohum kimi dayılıq münasibətimdən istifadə edərək məni aldadır, məndən öz çirkin məqsədləri üçün istifadə edir. Belə olan halda mən ona smslər yazıb bildirirdim ki, niyə məndən soyuyursan, dediklərin yalandır, aldatmısan. Hümbət Məmmədovla münasibətdə olduğumuz təxminən iyul ayınadək ayda üç-dörd dəfə biz görüşüb cinsi əlaqədə oluruq. Lakin, mən ondan hamilə qalmamışam, abort etməklə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişəm. 2010-cu ilin təxminən iyul ayından Hümbət Məmmədovla münasibətimiz soyumuşdur, onunla görüşsəkdə cinsi əlaqəyə girməyimiz olmamışdır. Onunla mənim cinsi əlaqədə olmağımı kiminsə bilməsini deyə bilmərəm. Hər dəfə də mənə bildirirdi ki, heç kəs bu barədə heç nə bilməsin. 14.07.2011-ci il tarixdə Hümbət Məmmədov işlədiyi ofisdə şəriki olan Əflatun Piriyevin öldürülməsi cinayəti ilə əlaqədar sifarişçi kimi həbs edildikdən sonra mənim onunla heç bir əlaqəm olmamışdır”.
“Hümbət Məmmədovdan başqa mən heç bir kişi ilə cinsi əlaqədə olmamışam”
A.G. ifadəsində bildiri ki, 2010-cu ilin təxminən sentyabr-oktyabr aylarında oxuduğu məktəbdən dərsdən çıxıb evə gedərkən parkda təsadüfən Bakı şəhər sakini X.B.-yla (adı istintaq ifadəsində yazılıb) tanış olub: “Bir neçə dəfə onunla təsadüfən rastlaşdıqdan sonra bir-birimizin telefon nömrələrini götürdük. Onunla dost kimi telefonla danışmağa başladıq, söhbət zamanı mənə məlum olmuşdur ki, orta məktəbi qurtarmışdır, hələlik heç bir yerdə işləmir. X.B.-yla əsasən onun xxxxxx (nömrə istintaqa ifadə qeyd edilib) mobil telefon nömrəsi ilə danışırıq, bir-birimizə mesaj yazırdıq. Sonradan bizim münasibətlərimiz sevgiyə çevrildi, onunla görüşdüyümüz müddətdə aramızda heç bir cinsi əlaqə olmamış, bir neçə dəfə parkda öpüşmüşük. Sonradan mənimlə görüşə X.B. sıravi polis əməkdaşı kimi gəlib gedirdi. Mən onun vəsiqəsinə baxıb Polis şöbəsində işlədiyini görmüşdüm, ancaq harada işlədiyini xatırlamıram. 2011-ci ilin sentyabr ayında qərara aldıq ki, evlənək. 24.09.2011-ci il tarixdə, saat 11:00-da mən onların “Dostluq” kinoteatırın yanında yerləşən evlərində görüşüb qərara aldıq ki, gün ərzində biz gedək. Həmin gün işdən icazə ala bilmədiyim üçün məcbur olub axşam saat 21:00 radələrində tanımadığım yol maşını ilə Gəncə şəhərinə onun valideyinlərinin yanına getdik. Gəncə şəhərinə getməkdə səbəb o idi ki, mən istəyirdim yoxlayım görüm X.B. məni aldadır, yoxsa həqiqətən də mənimlə evlənəcəkdir. Daha doğrusu Gəncə şəhərinə gedib onun valideyinləri ilə tanış olmaq istəyirdim. Mən görəndə ki, X.B doğrudanda məni Gəncə şəhərinə aparır, mən inandım. X.B.-nin deməsinə görə məni aparması barədə əvvəlcədən atasına demişdir. Gəncə şəhərinə evlərinə daxil olduq və atası bizi xoş qarşıladı. Ancaq atasının sonrakı hərəkəti belə oldu ki, bizə irad tutaraq bunun səhv addım olduğunu, uşaqlıq etdiyimizi X.B.-nin hepatit C virusunun xəstəsi olduğunu, gələcək ailəmiz üçün bunun problemlər yaradacağını bizə bildirdi. Mən orada belə başa düşdüm ki, məni geri valideyinlərimin yanına qaytarsınlar. Oradan da anamla telefonla danışdım, narahat olmamasını, geriyə qayıtdığımızı ona dedim. Elə həmin gün X.B.-yla İ.B.-nin idarə etdiyi avtomobillə 25.09.2011-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhərinə qayıtdıq. İstər əvvəllər, istərsədə həmin gün X.B. mənimlə heç vaxt cinsi əlaqədə olmamış, aramızda hər hansı bir intim münasibət baş verməmişdir. Üç gündən sonra yəni 28.09.2011-ci il tarixdə X.B.-nin atası, anası və böyük qardaşı bizə evə elçiliyə gəldilər. Söhbət virusunun daşıyıcısıdır, ağır xəstədir qısa müddətdə ömrü qalıb sonra da bizə özləri ilə gətirdikləri Azərbaycan Respublikasının, Türkiyə Respublikasının müxtəlif tibb müəssisələri tərəfindən X.B-nin bu xəstəliyini təsdiq edən tibbi sənədləri, laborotoriya, USM-nin cavablarını göstərdilər. Valideyinlərim sonradan yaranan xoşagəlməz nəticələri nəzərə alıb bizim evlənməyimizə razılıq vermədilər. Valideyinlərim narahat oldular ki, birdən X.B. ilə mənim aramda nə isə cinsi əlaqə ola bilər və xəstəlik mənə də keçər. Bu söhbət valideyinlərimi narahat etdiyinə görə bir gün sonra, yəni 30.09.2011-ci il tarixdə mən valideyinlərimlə birlikdə Respublika Diaqnostika Mərkəzinə hepatit C virusuna yoluxub-yoluxmamasını yoxlamaq məqsədi ilə həkimə getdik. Orada mənim analizmin cavabı müsbət olsa da özümü pis hiss etməyə başladım, halım pisləşdi. Mənəvi cəhətdən özümü pis hiss etdiyimə görə qərara aldım ki, Hümbət Məmmədovun mənim başıma gətirdiyi alçaq hərəkətləri valideyinlərimə açıb deyim. Onu da bildirirəm ki, mən bu barədə X.B.-ya Bakı şəhərində telefonla danışarkən demişdim. O, əvvəlləcə telefonda tutulub pis oldu, sonra mənə dedi belə vəziyyətdə də qəbulumsan və mənə söz vermişdi ki, bu barədə heç kimə demə, ikimizin arasında qalsın. Həkimdən gələrkən anama Hümbət Məmmədovun mənim qızlıq bəkarətimi pozduğunu demişəm. Anam da atama demişdir. Hümbət Məmmədovdan başqa mən heç bir kişi ilə cinsi əlaqədə olmamışam”.
Sual və tükürpədən cavablar...
A.G.-nin istintaqa verdiyi ifadə bitdikdən sonra sual-cavab hissəsi başalayır. Onları da olduğu kimi siz oxucuların diqqətinə çatdırırıq. - Siz Hümbət Məmmədovla cinsi əlaqədə olmaq üçün ona məxsus Bakı şəhəri “Dostluq” kinoteatrının yaxınlığında yerləşən evdə “Clear” hotelində olduğunuz vaxtlar da bunu görüb bilən şəxslərdən kimləri göstərə bilərsiniz? - Hümbət Məmmədov hər dəfə mənə bu yerlərdə gedərkən deyirdi ki, üzünü heç kimə göstərmə, şəklini çəkərlər, kənarda görəndə söz atarlar. Ona görə də mən həmin yerlərə gedərkən demək olar ki, kənara baxmırdım və kiminsə bizi gördüyünü bilmirdim. - Hümbət Məmmədov sizinlə cinsi əlaqədə olmağı təklif edərkən nəyə görə onunla razılaşırdınız? - O, məni yavaş-yavaş hədiyyələr ala-ala, pul verə-verə özünə qohum kimi bağlatdı, özümdə etdiyim hərəkəti başa düşmədən bu iş baş vermişdir. - Hümbət Məmmədovla cinsi əlaqədə olmamışdan əvvəl sizə spirtli içki, bihuş edici maddə içirtmişdirmi? - Xeyr, belə hal olmamışdır. - Hümbət Məmmədov ilk dəfə sizinlə cinsi əlaqədə olarkən neçə yaşınız olmuşdur? - Hümbət Məmmədov ilk dəfə mənimlə cinsi əlaqədə olarkən 16 yaşım 14.09.2008-ci ildə tamam olmuş 17 yaşına keçmişdim. - Hümbət Məmmədovla mütəmadi görüşüb cinsi əlaqədə olduğunuz Bakı şəhəri “Dostluq” kinoteatırının yaxınlığında yerləşən evin şəraitini təsvir edə bilərsinizmi? - Həmin ev iki otaqlı, bir mətbəx, hamam və tualeti bir yerdə olmaqla, giriş dəhlizdən olub düz mətbəxə keçir. Sol tərəfdə qonaq otağı, qarşısında isə yataq otağı olmuşdur. Ev təzə təmirli olmuş, yataq dəsti, yumuşaq mebel, güzgülü qorka, böyük masa və onun kürsüləri olmuşdur. Qonaq və yataq otaqlarından biri yaşıl rəngli, iki hissəli, ortadan xətt çəkilən divar üzlüyü ilə örtülmüşdür. - Hümbət Məmmədov sizə qarşı seksual xarakterli əxlaqsız hərəkətlərə yol vermişdirmi və yaxud belə hərəkətlər etməyə məcbur etmişdirmi? - Xeyr, onunla mənim aramda belə seksual xarakterli əxlaqsız hərəkətlər olmamışdır. Ərəstun Piriyev məhkəmə çıxışında deyir: “Qardaşım mənə demişdi ki, bir dəfə dostu Əflatunun yanına gəlib. Onu otaqda görməyib. Gedib Hümbətin yanına. Otağın qapısını açanda görüb ki, Hümbət əmisinin azyaşlı nəvəsi A.G.-yla pis işlə məşğuldur. Ofisi tərk edəndən sonra gördüklərini Əflatuna danışıb”.
“Mənim qızlıq bəkarətimi Hümbət Məmmədov pozub”
A.G.-ya müstəntqin suallarına cavab verir: - Ola bilərmi ki, Siz başqa şəxslə cinsi əlaqədə olub, yalandan bu işi Hümbət Məmmədovun etdiyini bildirirsiniz? - Mənim Hümbət Məmmədovla heç bir ədavətim, düşmənçiliyim yoxdur. Tam məsuliyyətimlə bildirirəm ki, mənim qızlıq bəkarətimi Hümbət Məmmədov pozmuşdur. Başqa heç kimə qarşı mənim şikayətim, tələbim yoxdur. - Siz Hümbət Məmmədovla bir yerdə olduğunuz müddətdə onda hər hansı bir odlu silah, döyüş sursatı, partlayıcı maddə olduğunu görmüşdünüzmü, yaxud özü bu haqda bir söz demişdirmi? - Xeyr, mən onda hər-hansı bir silah-sursat olduğunu görməmişəm və özü də bu barədə mənə heç bir söz deməmişdir. - Hümbət Məmmədovun şəriki kimi iş münasibətində olduğu Əflatun Piriyevlə olan münasibətləri, onu öldürtmək istəməsi barədə sizə hər-hansı bir söz demişdirmi? - Xeyr, nə onun özü mənə bu barədə hər-hansı bir söz deməmiş, nə də mənim hər-hansı bir məlumatım olmamışdır. - Hümbət Məmmədovun başqa qanuna zidd əməlləri, cinayətləri, digər qadınlara qarşı da oxşar əxlaqsız hərəkətlərə yol verməsi barədə nə deyə bilərsiniz? - Mənim onun belə hərəkətlərə yol verməsi barədə heç bir məlumatım yoxdur. - İfadənizə başqa əlavəniz və düzəlişiniz vardırmı? - İfadəmə heç bir başqa əlavəm, düzəlişim yoxdur.
Hümbət Məmmədovla Tahir Kərimovun iş birliyi...
Məlumat üçün bildirək ki, Hümbət Məmmədov hazırda Salyanın icra başçısı olan Tahir Kərimovun qudasıdır. Onların çox ciddi iş birlikləri olub. Belə ki, Tahir Kərimov hələ Daşkəsənin icra başçısı olan zaman Hümbət Məmmədov qudasının əliylə dövlət büdcəsi hesabına 10 köhnə binanın təmir olunmasını və Daşkəsən rayon Polis İdarəsinin tikilməsini tenderdə udur. Tahir Kərimov Salyana getdikdən sonra Hümbət Məmmədov “Azər-Ross”dan saxtakarlıqla əldə etdiyi 400 min manatı ona “hədiyyə” edir. Bu sədaqətin qarşılığında qarşılığında Salyanda quruculuq işlərində ona pay ayrılmasını dolayı yolla tələb edir. Hümbət Məmmədov metronun “Nizami” stansiyasını yaxınlığında bina tikilən zaman şəriklərindən birinin qohumu olan Sərdarla isti münasibətlər qurduğu üçün onu Salyana da göndərməyə nail olur. Hazırda Sərdar Tahir Kərimovun rayonda tikinti işlərini həyata keçirən şəxslərdən biridir. Hümbət Məmmədovun qətldə adı hallanandan sonra məhkəmə onun 8 mülkünə həbs qoyur. Yalnız Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 7 mərtəbəli bina və Zərifə Əliyeva adına parkın yaxınlığında tikintisi gedən şadlıq evi bu həbsdən “canı”nı quratara bilir. Şadlıq evinin olay olan gündən tikintisi dayandırılmışdı. Ancaq son zamanlar tiknti işləri sürətlə davam etdirilir. Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev bizimlə söhbətində bildirdi ki, Tahir Kərimov Daşkəsənə başçı gedən zaman “Lexus” markalı avtobilini ona satıb: “Pulunu verəcəyini desə də, indiyə kimi bir qəpik də verməyib”.
Hadisə necə və niyə baş verib?
Əflatun Piriyev 1962-ci ildə Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində anadan olub. 1979-cu ildə 7 saylı Dəmir-Beton Zavodunda fəhlə kimi işə başlayıb və sözügedən zavodda müdir vəzifəsinə qədər yüksəlməyi bacarıb. Sonradan Kənd Tikinti Nazirliyində (KTN) şöbə müdiri olub. Nazirlik indiki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin binasında yerləşirdi. SSRİ dağılma ərəfəsində olduğundan işçilərin maaşını verməkdə də çətinlik yaranmışdı. Çıxış yolu kimi Əflatun Piriyev KTN-in balansında olan binanın bir neçə ofisini kirayəyə verməli olur. Ofisi kirayələyənlərin sırasında Hümbət Məmmədov da olur. Elə buna görə onlar tez-tez görüşməli olurlar. Hümbət Məmmədov gürcüstanlı yerliləri ilə iş qurduğu üçün Əflatun Piriyev kirayə verdiyi ofisdən istifadə edib. Bir müddət sonra isə H.Məmmədovun şərikləri ilə qurduğu biznesi iflasa uğrayır. Sonda Rusiyaya getməyə məcbur olur. Rusiyada bir müddət Sankt-Peterburqda işləyir maliyyə maxinasiylarına görə, onu işdən qovurlar. Onu qovan şəxs yaxın qohumu Vaqif Məmişov olur. Sankt-Peterburqdan Volqaqrada gedən Hümbət Məmmədov orada da biznes qurmağa nail olur. Ancaq sankt-Peterburqda olduğu kimi burada da maxinasiyalara yol verdiyi üçün Bakıya qayıtmalı olur. Üstündən, az keçməmiş Əflatun Piriyevi tapır. Əvvəlcə qohum – kirvə olurlar. Bu, o zaman idi ki, artıq Əflatun Piriyev “Avesta” konserninin vitse-prezidenti idi və tikinti biznesini dərindən biilirdi. Bundan istifadə edən Hümbət Məmmədov Əflatun Piriyev və Hacı İbrahim İbrahimli ilə şərikli tikinti biznesi başlayır. Beləliklə, Əflatunla Hümbət bir neçə yerdə tikinti işləri qururlar. Hümbət Məmmədov şərik olmasından istifadə edib tikilən mənzilləri bir neçə adama sataraq küllü miqdarda pul əldə edir, bütün bunları Əflatun və başqa şəriklərdən gizlətməyə çalışır. Məsələnin üstü açılandan sonra isə bütün məsuliyyəti Əflatunun boynunda qalması üçün onu qətlə yetirməyi sifariş verir. Əflatun öldürüləndən bir neçə dəqiqə sonra onun otağından “Papanin”dəki tikilən binanın haqq-hesabı qeyd edilən kitabça yoxa çıxır. Ərəstun Piriyev iddia edir ki, Hümbət Məmmədov qardaşını pul üstündə qətlə yetirib. Onun sözlərinə görə, Əflatun Piriyevə olan borcunu verməmək üçün Hümbət Məmmədov belə bir addım atıb. Hikmət Hüseynoğlu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?