GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?

Tarix: 8-11-2014, 01:35 Bölmə :Manşet Baxış: 0
Türkiyənin cənubundakı bir evin darısqal yemək otağında 13 yaşlı oğlan İslam Dövlətinə qoşulmaq üçün məşq edir.

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?
Bizi salamlayır. Zahiri görünüşündən adi, qayğısız uşaqdır: qıvrım saçları var, üzündən təbəssüm yağır, boz, başlıqlı sviter geyinib.

Lakin biz söhbət etməyə başlayan kimi, o, başqa otağa keçib əynini dəyişir. Qara rəngli balaklavada və hərbisayaq kamuflyajlı gödəkçədə qayıdıb gəlir.

Onu "Əbu Xəttab" adlandırmağımızı istəyir.

Suriyada doğulub, ilk dəfə ötən il radikallaşaraq "Şam əl-İslam" cihadçı qruplaşmasına qoşulub.

"Onların başlarını üzün"

O şəriət dərsləri keçib və silahlardan istifadə etməyi öyrənib. Pulemyotla nişan alarkən çəkilmiş şəkillərini bizə qürurla göstərir.

Sonra isə günlərini internetdə cihadçı videolara baxmaqla, Facebook-da başqa İD döyüşçüləri ilə söhbətləşməklə necə keçirdiyindən danışır.

Deyir ki, bir neçə həftəyə İD-in Suriyanın Raqqa şəhərindəki istehkamına gedib gənc cihadçı əsgər olacaq.

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?


"Mən İslam Dövlətini xoşlayıram, çünki onlar şəriətə xidmət edir və kafirləri, qeyri-sünniləri və İslamdan üz çevirənləri öldürürlər" – deyir.

"İslam Dövlətinin öldürdüyü adamlar Amerika casusudurlar. Biz Quranda Allahın dediyi kimi onların başlarını kəsməliyik".

Mən maraqlanıram ki, o, internetlə danışdığı şəxslərə yaşını bildirirmi?

"Əvvəl-əvvəl bildirmirdim – deyir, - Amma bu yaxınlarda dedim və bundan sonra onlar mənimlə daha çox əlaqəyə can atdılar. Mənə foto və xəbərlər göndərməyə başladılar".

Niyə sadəcə olaraq uşaqlığını yaşamaq istəmədiyini soruşuram.

"Mən dostlarımla gəzməyə gedib, əylənmək istəmirəm - deyir, - Allah bizə o biri dünyada cənnət üçün çalışmaq və vuruşmağı əmr edib… Əvvəllər dəniz kənarındakı parka gedərdim… Sonra başa düşdüm ki, səhv edirəm və haqq yolunu tutdum".

"Şər qüvvələr"

İndi onların ailəsi Türkiyədə yaşayır. O hücuma burada, yaxud, məsələn Britaniyada keçərdimi?

"Britaniyaya hücum etmək lazımdır, çünki o, NATO üzvüdür və İslam Dövlətinin əleyhinədir – deyir, - Amma biz yalnız buna layiq olanları öldürəcəyik. Əgər onlar mənə Türkiyəyə hücum etməyi əmr etsələr və ya fətva versələr, mən bunu edəcəyəm. Tezliklə Qərbin axırı çatacaq".

Bizim onu Fatma adlandırmağımızı istəyən anası evdə imanlı bir həyat sürür.

O, vaxtının çoxunu Quranı öyrənməklə keçirir və etiraf edir ki, yaraqlılara güclü rəğbəti var.

Ötən il oğlunu Şam əl-İslamın sıralarında təlim almaq üçün göndərib, lakin orada onun beynini doldurduqlarını inkar edir.

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?

"Mən onu İslam Dövlətinə qoşulmağa heç vaxt həvəsləndirməmişəm", deyə israr edir. "Mən onların bəzi inanclarını bölüşürəm, bəzilərini yox. Lakin düşünürəm ki, bütün dünyadakı şər qüvvələrdən fərqli olaraq onlar Suriya xalqının köməyinə gəliblər".

"Gələcək lider"

Əgər oğlunu həvəsləndirmirsə, onun öz uşaqlığını ifrat zorakılığa qurban verməsini dayandırmaq üçün nə edir?

"Əgər o vuruşmaq istəyirsə, mən onu dayandıra bilmərəç", deyir. "Müharibə uşaqları tez böyüdür. Mən istəyirəm ki, o, gələcəyin lideri olsun".

Tədricən onun səsi gərginləşir, üzünü örtən yaylığın arxasından qəzədən daralmış gözləri görünür.

"Əgər o qərbliləri öldürsə, kədərlənmərəm. Mən xəcalət çəkirəm ki, başqa oğullarım dinc şəkildə vətəndaş qrupları üçün çalışırlar. Onlar silaha sarılmalıdırlar".

Mən soruşuram ki, oğlu İslam Dövləti üçün döyüşərkən həlak olsa, özünü necə hiss edəcək?

Bir az susur.

"Xoşbəxt olaram" – deyir və başını aşağı dikib ağlayır.

Aya 100 dollar

BMT-nin ötən ay açıqlanmış hesabatına görə İslam Dövləti səfərbərliyi əsasən və çox vaxt da zor tətbiq etməklə, uşaqların arasında aparır.

İnternetə yüklənmiş "İslam Dövlətinin küçükləri" adlanan videoda tam hərbi geyimdə, əllərində silah İD-in qara bayrağı qarşısında durmuş uşaqların batalyonu görünür.

Başqa cihadçı qruplar da əsgər uşaqlardan istifadə edirlər. Human Rights Watch bu yaxınlarda bildirib ki, onlardan intiharçı bomba partlayışlarının törədilməsində və snayper kimi istifadə edilir.

Cənubi Türkiyənin Qaziantep şəhərində biz bir Suriya vətəndaş fəalı ilə görüşdük. Onun 13 və 15 yaşlarında olan kiçik qardaşları Suriyada əl-Qaidədən qopmuş Cəbhət ən-Nüsranın səfərbərlik toruna keçib.

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?

21 yaşlı Məhəmməd mənə bir qrup döyüşçü ilə ağır artilleriya qurğusundan atəş açan sonbeşik qardaşınının videosunu göstərir.

Başqa şəkillərində o, pulemyotu qucaqlayaraq kamera qarşısında dayanıb.

"Mən qardaşlarımın ən-Nüsraya qoşulmasının qarşısını almağa çalışdım, - deyir, - lakin onlar məni heç saya almadılar".

"Onlar indi məktəbə getməlidirlər. Lakin ən-Nüsra onlara vuruşmaqları üçün ayda 100 dollar verir. Onlara düşərgədə silah təlimi keçirlər. Onların uşaqlığı əllərindən alınıb".

Türkiyədə yaşayan 13 yaşlı suriyalı İŞİD-ə qoşulmağa niyə can atır?


Hər iki qardaşı bu yaxınlarda İslam Dövləti ələ keçirib. Məhəmməd qorxur ki, onlar tezliklə ən-Nüsradan ayrılıb İD-ə qoşulacaqlar.

"Əvvəllər kiçik qardaşımla evdə oynayardıq. Sonra o dəyişdi. Ona deyəndə ki, ən-Nüsra bizim ölkəmizi dağıdacaq, mənə belə dedi: Səsini kəs, yoxsa səni öldürərəm!"

"Onlar ən-Nüsraya qoşulmağa gedəndə hər ikisinə "xudahafiz" dedim və düşündüm ki, onları bir daha görməyəcəyəm. Mən əminəm ki, onların ölüm xəbəri gələcək".

Suriya müharibəsi bir nəslin püxtələşmə illərinə qara pərdə endirir.

Yaraqlılar uşaqları bir hərbi qənimət kimi ovlayırlar. Onların uşaqlığı əllərindən erkən alınır.

Mən "Əbu Xəttabgildən" çıxanda anasından soruşuram ki, oğlu balaca olanda nə olmaq istəyirdi?

Anası gülür: "Təyyarəçi".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kürdlər "cənnətə tələsən" azərbaycanlı İŞİD-çini edam etdi

    Kürdlər "cənnətə tələsən" azərbaycanlı ...

    17-10-2014, 14:12

  • 
  • İŞİD Azərbaycanı hədələdi

    İŞİD Azərbaycanı hədələdi ...

    21-08-2014, 15:35

  • 
  • İŞİD-in cəbhəsi genişlənir

    İŞİD-in cəbhəsi genişlənir ...

    16-09-2014, 14:56

  • 
  • Tanınmış ilahiyyatçı radikalların hədəfində - Cihadçı Əlixan Musayev yenidən “dirilir”

    Tanınmış ilahiyyatçı radikalların hədəfində - ...

    13-12-2019, 20:47

  • 
  • Zəlzələdən sonra suriyalı cihadçılar həbsxanadan qaçıblar - AFP xəbər agentliyi yazıb

    Zəlzələdən sonra suriyalı cihadçılar həbsxanadan ...

    10-02-2023, 19:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu