GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan inqilab astanasında

Azərbaycan inqilab astanasında

Tarix: 24-01-2013, 10:49 Bölmə :Manşet Baxış: 972
Azərbaycan inqilab astanasında

Beynəlxalq təzyiqlər və daxili qarşıdurmalar
hakimiyyəti çıxılmaz duruma salıb


2013-cü il Azərbaycanda prezident seçkiləri ili olduğu üçün siyasi atmosfer yenidən qaynamağa başlamışdır. Bu yöndə bir tərəfdən müxalifət partiyalarının aktivləşməsi, digər yandan regionda marağı olan xarici qüvvələr durumu daha da ağırlaşdırmaq üçün hərəkətə keçmişlər. Qərb dövlətləri demokratiya pərdəsi adı altında Azərbaycan və Trans-Xəzər layihələrindən daha çox pay əldə etməklə seçkilərin şəffaf keçməsi üçün hakimiyyəti sıxışıdırmağa başlamışdır. Rusiya isə bölgədə siyasi proseslərin ardında duran iqtisadi maraqlarının geniş spektrdə təmin olunması taktikasına uyğun olaraq təzyiqlərini daha da artırmışdır. Öz növbəsində İran da müxalifətin çevrəsində özünün gizli şəkildə qurmuş olduğu sosial şəbəkənin səfərbər olunmasına çalışır. İlk dəfə olaraq seçki prosesinin bunca ağır bir durumda keçəcəyi nüfuzlu ekspertlər tərəfindən də etiraf olunmaqdadır.

Müxalifətin gücü və hakimiyyətin qorxusu

Ölkədə korrupsiya və rüşvət siyasətinin ötən illərə nisbətən son 10 ayda miqyasının bir neçə dəfə artması, digər yandan dövlət büdcəsindən maaş alanların və təqaüdçülərin aylıq gəlirlərinin mövcud bazar zənbili standartlarına uyğun olmaması səbəbindən bu elektorat da faktiki olaraq müxalifətin yanında yer almaqdadır. Mütəxəssislərin də etiraf etdiyi kimi müxalifət partiyalarının elektrotatına qoşulmuş işsizlər ordusu, aztəminatlı ailələr, tələbə və gənclər təşkilatlarının sıraları artmadqa davam edir. Belə ki, son aksiyalar zamanı mitinq və yürüşlərdə keyfiyyətcə yeni simaların daha çox olması da diqqət çəkən məqamlardan biridir. Hakimiyyət bütün bunları araşdıraraq yaranmış durumdan çıxış nöqtəsi kimi sərt tədbirlərə əl atmağa başlamışdır. Bunun klassik örnəyi kimi, Bakı Dövlət Universitetində müəllim və professor heyətini qorxu altında saxlamaq üçün onları əmək müqaviləsini altı alylıq müddətinə imzalamağa məcbur etmişdir. BDU və digər dövlət universitetlərində öncələr əməkdaşlarla illik müqavilələr bağlanardı. Digər yandan isə, müəllim və professor heyətinin dərslərini yoxlamaq, onları şifahi və test imtahanlarında sınaqdan keçirmək tipli inzibati tədbirlər həyata keçirilməkdədir. 20-30 ilin müəllimləri və alimləri “test”dən keçmədi deyə BDU-dan qovulmaq təhlükəsini yaşamağa məcbur edilmişlər. Belə bir durum digər dövlət stukturlarında da mövcuddur.
Müxalifət partiyaları və onlara yaxınlığı ilə seçilən QHT-lər və KİV-lər xeyli dərəcədə aktivləşmişlər. Sanki, bir-birinin ardınca sərt bəyanatlar və tədbirlər müxalifətin əsas siyasi fəaliyyət dairəsinə daxil edilmişdir. Hakimiyyətin dözümsüzlük göstərərək illərdir həll etmək istəmədiyi problemləri dilinə gətirən ziyalıları, şəxsiyyətləri təqib etməsi və onlara qarşı müxtəlif cəza tədbirlərini həyata keçirməklə susdurmaq taktikasına üz tutması da sıradan adi proses deyil. Ziyalılar Forumunun çevrəsinin böyüməsi, xüsusilə də Moskvada yaradılmış və şərti adı “Milyaderlər İttifaqı” adlanan qurumun dolayı yolla hakimiyyətə təzyiq vasitəsi kimi hərəkətə keçməsi də iqtidarı çıxılmaz duruma salmışdır. Hakimiyyət davamlı olaraq ölkənin sosial-iqtisadi durumunun yaxşılaşdığını və milli gəlirlərin artmasını qabartsa da, heç kim həyat tərzinin elan olunan standartlara uyğun olmasının fərqində deyil. Çünki, ortada ötən yüzildə Brejnev erasının formalizm siyasətinin yenidən qayıtması siyasəti mövcuddur. Bu faktı danmaq isə indi qeyri-mümkündür. İnsanlar artıq öncələr olduğu kimi yaşamaq və hakimiyyətin bunca şəxsiyyətin ləyaqətini alçaldan siyasətlə barışmaq fikrində deyillər.

Sosial partlayış təhlükəsi siyasi proseslərdən öndə gedir

İndi Azərbaycanda əksər ərzaq mağazalarında “borc dəftər”lərində əhalinin nə qədər borclu olduqları bir həqiqətdir. İqtisadçı mütəxəssislərin də etiraf etdiyi kimi, toplam ərzaq məhsullarına görə əhalinin hər ay mağazalara olan borcları 2 milyard manata yaxındır. Çünki, bazardakı qiymətlərə görə əhalinin real gəlirləri heç də uyğun gəlmir. Digər yandan xırda və orta ticarətdə çalışan yüzminlərlə vətəndaş faktiki olaraq hakimiyyətdən narazıdır. Paytaxt Bakıdan kənarda həyat şəraiti daha dözülməz hal almışdır. İş yerlərinin yoxluğu, düzgün aparılmayan sosial-iqtisadi siyasət, vətəndaşların hər addımda hüquq və azadlıqlarının pozulması hallarının artması narazı elektoratın sayının durmadan artmasına səbəb olmuşdur. Hakimiyyətin elan etdiyi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin sadəcə deklorativ bir addım olması da əhalinin ən çox narazı qaldığı amilərdən biridir. Monopolizm siyasətindən nəinki sıravi vətəndaşlar, hətta hakimiyətin daxilində olan insanların özləri belə çox narazıdırlar. Orta təbəqənin fikrincə, ölkədə əgər gerçəkdən vətəndaş itaətsizliyi dalğası güclənərsə, onlar dərhal müxalifətin tərəfinə keçəcəklər. Çünki, aparılan sosial-iqtidsadi siyasətdən ən çox narazı qalan məhz onlardır. Demək olar ki, bütün restoran, kafe, yeməkxana, digər ticarət şəbəkələrini işlədənlərin narazı qaldığı vergi siyasəti, aidiyyatı dövlət orqanlarının daim onları müxtəlif dərəcəli rüşvəti verməyə məcbur etməsidir.

İnsan haqlarının vəziyyəti…

Əhalini ən çox narazı salan hüquqların pozulması faktoru ön öndə gedən hadisələrdən biridir. Xüsusilə əmlak hüququnun, söz azadlığı hüququnun, məhkəmələrdə şikayətlərə qanunla baxılmaması, polisin və prokurorluğun cinayət törətmiş adamları himayə etməsi və digər hadisələr bir daha təsdiq edir ki, ölkədə insan hüquqlarının durumu nə yerdədir. Ölkədə insan alverinə qarşı mübarizə isə faktiki olaraq yox dərəcəsindədir. Demək olar ki, bütün gecə barları insan alveri ilə məşğul olurlar. Hüquq mühafizə orqanları isə açıq şəkildə elə həmin barların qoruyucusu rolunda çıxış edirlər. Guya həmin barlarda insan alveri yoxdur.
Bakı şəhərində inşaat baronlarının soyuqda, şaxtada, yayın qaynar isti çağında əhalini zorla öz evlərindən qoluzorluların vasitəsilə birbaşa çölə atması faktını KİV-lər geniş şəkildə işıqlandırsalar da, belə qanunsuz əməllərin qarşısı alınmamışdır. Əksinə hər gün polisin birbaşa müdaxiləsi ilə əhalinin isti ocağından bayıra atılması hadisələri daha da artmışdır. Nə qədər sahibkarın fabrik və zavodları zorla onların əllərindən alınmış və yüzminlərlə vətəndaş işsiz qalmışdır. Bu barədə məhkəmələrə müraciətlər olunsa da, heç kim həmin məhkəmələrdə qanuni yolla öz hüquqlarına sahib çıxa bilməmişdir. Neçə-neçə insanların qətl olunması hadisəsi isə hələ də açılmamış qalmışdır.

Maqnatlar və baronların mübarizəsi

On il bundan öncə ölkədəki oliqarxların arasında əsas mübarizə hədəfi kimin neçə milyon manat və dolları olmasından ibarət idi. İndi həmin oliqarxların davası – kimin neçə milyard dolları və ya manatı vardır – prinsiplərinə söykənmişdir. Daha doğrusu, oliqarxlar indi də maqnat olmağı hədəf seçmişlər. Onlardan nisbətən aşağı təbəqəyə mənsub olanlar isə baron statusunu qazanmaq üçün daha da fəallaşıblar. Çox maraqlı haldır ki, ölkə ikiqat talan edilmə prosesini yaşamaqdadır. Bir tərəfdən təbii sərvətlər qismində neft, qaz və digər mineral vasitələrdən əldə olunan gəlirlər talan edilirsə, başqa bir tərəfdən isə ölkənin milli gəlirləri, daha doğrusu büdcəsi çapılıb talan olunmaqdadır. Maqnatlara və baronlara çevrilmiş zümrə heç nə olmamış kimi, hakimiyyətin olimpində möhkəmlənmək üçün daha da güclənmək taktikasına əl atıb. Bu sırada illərlə nazir, komitə sədri və dövlət şirkətləri prezidentləri artıq maqnat və ya baron statusunu rəsmi şəkildə qazanmışlar. Onlar bir yandan dövlət büdcəsini talan etməklə, digər yandan isə iqtisadiyyatın hansısa sahəsini monopoliyaya almaqla bu siyasəti həyata keçirirlər.

Xarici faktorlar

Ölkədə heç bir islahatın aparılmaması, iqtisadi və siyasi azadlıqların yasaq edilməsi kimi ağır problemlərdən maksimum dərəcədə yararlanmaq istəyən xarici güclər prezident seçkiləri ərəfəsində yenidən fəallaşmışlar. İndi hakimiyyətin yarıtmaz siyasətinin tərkib hissəsi qismində hətta Avropanın ən cırtdan dövləti belə Avropa Şurasının və Avropa Birliyinin adından çıxış edərək Azərbaycana qarşı istədiyi kimi təzyiq göstərir. Bunun qarşısını almaq isə iqtidar tərəfindən artıq qeyri-mümkün həddə çatmışdır. Hətta adları indi-indi üzə çıxan bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı anti-demokratik proseslər ciddi şəkildə tənqid olunur. Onlar elektron KİV-lərdə siyasi qüvvələrə olan münasibətdə balansının olmamasını ən adi həqiqət şəklində ortaya qoyurlar. Müxalifətin rəsmi qaydada piket və ya mitinq keçirmək müraciətlərinə illərdir cavab verilməməsi, qanunla qeydiyyatdan keçmiş siyasi partiyaların paytaxtda, həm də bölgələrdə müvafiq qərargahla təmin edilməməsi, seçki məntəqlərində ölkədəki aparıcı müxalifət partiyalarının iştirakının qarşısının alınması, Milli Məclisdə müxalitəin təmsil olunmasının ənəgəllənməsi, digər demokratik institutların fəaliyyətinə bürokratik əngəllərin yaradılması faktorlarına istinad edərək Azərbaycana qarşı siyasi təzyiqlərini artırmaqda davam edirlər.

Putinizmin qorxu taktikası

Hakimiyyət hər dəfə seçki ili ərəfəsində Rusiyada 1998-ci ildən dəbdə olan siyasi taktika yolu ilə hərəkət etməyi daha üstün hesab edir. Belə ki, siyasi cəhətdən aktiv olan insanları qapalı şəkildə təhdid etməklə onların fəaliyyətinin minimuma endirilməsi kimi proseslər yaışanılmaqdadır. Hətta ölkədə məşhur olan insanların kriminal obrazının yaradılması yönündə bir sıra addımlar belə atılmaqdadır. Kinomatoqrafçılar İttifaqına qarşı irəli sürülən son iddalar elə bunun tipik örnəyidir. Beləliklə iqtidar cəmiyyətə göstərmək istəyir ki, kim yerindən tərpənsə dərhal xalq artisti Rasim Balayevin gününə düşə bilər. Qorxu və kütləvi xof siyasəti sayəsində rejim özünümüdafiə taktikasını seçmişdir. İndiki məqamda başlanılan kütləvi xof taktikasına qarşı cəmiyyətin sosial sifarişi olaraq yaz-payız mövsümündə hansı adekvat addımların atılması hələ ki, heç kim tərəfindən dəqiq proqnozlaşdırılmamışdır. İndiki şəraitdə görünən odur ki, iqtidar ictimai və siyasi proseslərdə alternativ gücün böyüməsindən çox qorxur.
Vüqar Muğanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq

    Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq ...

    30-07-2013, 12:31

  • 
  • Azərbaycan böyük dəyişikliklər astanasında

    Azərbaycan böyük dəyişikliklər astanasında ...

    7-02-2013, 10:23

  • 
  • Beynəlxalq müşahidəçilərin seçki açıqlaması

    Beynəlxalq müşahidəçilərin seçki açıqlaması ...

    10-10-2013, 11:02

  • 
  • Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

    Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, ...

    8-04-2013, 10:04

  • 
  • Səfirliklər Azərbaycandakı prezident seçkiləri ilə bağlı birgə bəyanat yaydılar

    Səfirliklər Azərbaycandakı prezident seçkiləri ...

    28-08-2013, 14:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu