GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan böyük dəyişikliklər astanasında

Azərbaycan böyük dəyişikliklər astanasında

Tarix: 7-02-2013, 10:23 Bölmə :Manşet Baxış: 1 041
Azərbaycan böyük dəyişikliklər astanasında

“Qızılgül İnqilabı”, yoxsa “Ərəb Baharı”?

Hər yüzilliyin qlobal mənada öz siyasi şərtləri var. 20-ci əsr dünyada krallıq, şahlıq, imperatorluq rejimlərinin çökməsi, respublika tipli dövlətlərin yaranması ilə müşahidə olundu. 21-ci yüzillik isə totalitar rejimlərdən vətəndaş cəmiyyətinin yaranmasına keçid tipli siyasi və ictimai şərtləri bir iradə olaraq irəli sürür. 2003-cü ildən Orta Şərqdə başlanılan inqilabi proseslər artıq dünyada həmin yeniliyin başlanıldığına açıq şəkildə bir işarədir. Yəni totalitar rejimlərdən vətəndaş cəmiyyətinə keçid mərhələsinin başlanılması, yerli idarəetmə siyasətinin ilk dəfə açıq xarakter daşıması, hərbi-inzibati stukturların siyasətdən kənarlaşdırılması bunun tipik örnəyidir. Hal-hazırda Misir, Tunis, Əlcəzair, Liviya, İraq, Yəmən, Pakistan, Əfqanıstan və digər dövlətlərdə müşahidə olunan proseslər də məhz bu faktora bağlıdır.

İnqilab Baharı nədən Orta Şərqdə başladı?

Demokratiya və demokratik proseslərin ümumbəşəri bir xarakter alması 21-ci əsrin yeni siyasi şərtlərindən biri olaraq görülməkdədir. Belə ki, artıq dünyada siyasi sistemlərin yeni sosiallaşma platformasında da qeyd olunduğu kimi, bəşəri inkişaf prosesləri konkret bir məkanda deyil, bütün dünyada ümumi və ortaq dəyərləri ilə uzlaşmağa başlamışdır. Kommunikasiya və rabitə vasitələrinin sürətlə inkişaf etdiyi bir dönəmdə totalitar rejimlər bu proseslərin sürət tempinə çox ciddi şəkildə maneə olurlar. Çünki, diktatorlar hər hansı bir inkişafı öz siyasi və şəxsi iradəsinə pərçimləməyə və bu vasitə ilə idarə etməyə alışmışlar. Orta Şərqdə baş verən inqilabi proseslər Qərb dövlətləri və beynəlxalq birliklər tərəfindən ona görə müdafiə olundu ki, bəşəri inkişafa qarşı əyləc rolunu oynayan diktator rejimlərinin daha sürətlə çökməsinin şərtlərini düzgün hesablamışdılar. Zəngin təbii sərvətlərə malik olan və bununla yanaşı tədricən yerli sənayeləşmə, stukturlaşma, texniki tərəqqi də Orta Şərq üçün aparıcı faktorlardan biri hesab edilməkdəir. Orta Şərq dövlətlərinin iqtisadi infrastrukturlarının son 30 ildə inkişaf sürəti də bunu bir daha təsdiq edir. Həmin maliyyə gəlirlərinin diktatorların, eləcə də terrora dəstək verən stukturların maraqları üzrə istiqamətləndirilməsi isə artıq bəşəri təhlükə mənbəyi olaraq görülürdü. Başqa bir tərəfdən həmin gəlir mənbələrinin artım sürətinə baxmayaraq, yerli əhali dözülməz və ağır həyat tərzini yaşamağa məcbur edilmişdi. Bu da həmin dövlətlərdən miqrasiya axınlarının sürətlənməsi, xüsusilə Qərbdə etnoloji və mədəni baxımdan mənzərənin dəyişməsinə səbəb olmuşdu. Sosiallaşma və yeni dünya baxışı, məşəqqətli həyat şəraitinin dəyişməsi üçün yeni dalğanın hərəkət keçməsi sayəsində inqilabi şərait yetişdi.
İndi Orta Şərq ölkələrində baş vermiş inqilabi proseslərdən sonra, əhali ilk dəfə olaraq normal qaydada bələdiyyə, parlament və prezident seçkilərində iştirak etmək imkanı qazanmışdır. Təbii olaraq, yeni dövlət quruculuğunda problemlərin olması da mövcuddur. Bunun əsas səbəbi isə, diktator rejimlərinin uzun müddət hakimiyyətdə olması, yerli qanunvericilik, sosiallaşma və vətəndaş cəmiyyətinin inkişafına mane olan psixoloji məqamlarla bağlıdır. Ötən müddət ərzində Orta Şərq ölkələrində artıq milli gəlirlər hansısa sosial zümrənin və ya diktatorun şəxsi maraqlarına deyil, ölkədaxili inkişafa yönəlməyə başlamışdır. Bu prosesin tədricən inkişaf etməsi sayəsində mövcud problemlərin də həllinə böyük ümidlər yaranmaqdadır.

Bu günün Azərbaycanı

Son 11 ildə gerçəkdən Azərbaycanın milli gəlirləri çox böyük sürətlə artmaqda davam edir. Mövcud iqtidar bunu ölkənin “analoqu olmayan inkişaf prosesi” kimi dəyərləndirir. Bu gerçəkdən də belədir. Yollar salınır, körpülər tikilir, parklar inşa olunur, göydələnlər sadə insanları valeh etməkdədir. Zahiri baxımdan abadlıq və quruculuq işləri hər yerdə duyulmaqdadır. Unutmaq olmaz ki, neft və qazla zəngin olan Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və digər Orta Şərq dövlətlərində də hər şey zahirən gözəgəlimlidir. Ancaq, bu ölkələrin milli gəlirlərinin yerli əhalinin sosial həyat tərzi üçün heç bir mənası yoxdur. Milyardlarla illlik gəlirlər yerli diktatorların və onların əşirətlərinin qanuni gəlir mənbəyi kimi tövsib olunmaqdadır. Bu diktatorlar mənsub olduğu topluma xoş görünmək üçün hərdən müəyyən humanitar aksiyalar keçirməklə sanki zülm və işgəncə şəraitində yaşamağa məcbur edilən sosial zümrələrin başına tumar çəkməklə əsas hədəflərdən belə yayınmağı özlərinə şərəf bilirlər.
2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcəyi üçün, ölkədə siyasi və sosial mənada ehtiraslar yenidən qızışmaqdadır. Burada 20 ildir hakimiyyətdə olan YAP rejiminin bu dəfə çökməsinə olan inamın artması, bioloji, siyasi və sosial enerjinin yenidən hərəkətə keçməsi ən mühüm faktorlardan biridir. Çünki, ölkənin hər il milyardlarla əldə olunan gəlirinin sadə insanların sosial həyat tərzinə heç bir təsiri yoxdur, 20 ildir YAP-ın amansızcasına plantator rejimlərində olduğu kimi, əhalinin ictimai və sosial həyat tərzi, maddi gəlirləri üzərində siyasi nəzarəti inzibati amirlik metodu ilə idarəetmə sisteminə çevirdiyi üçün, insanlar həyat şəraitinin dəyişməsini daha çox istəyirlər. Vətəndaşlar səviyyəcə özündən qat-qat aşağı olan məmurların onların başı üzərində ağalıq etməsinə qarşıdır. Ölkənin milli gəlirləri yerli oliqarxlar tərəfindən nəzarətə götürüldüyü, adicə meşə zolaqlarının, dağların, dərələrin, axar çayların, dəniz sahilinin, otlaq sahələrinin, yeraltı və yerüstü sərvətləri bir qrup məmurun mülkiyyətinə çevrildiyi üçün, adi vətəndaşların həyat şəraiti ildən-ilə daha da dözülməz xarakter alıb. İndi hər kəs bu suallara cavab axtarmaq istəyir: 20 ildir hakimiyyətdə olan YAP-ın Azərbaycana nə kimi xeyri dəymişdir? Niyə üç milyondan artıq ölkə vətəndaşı ağır və məşəqqətli sosial həyat şəraitinə görə ölkəni tərk etmək məcburiyyətində qalaraq, başqa dövlətlərə mühacirətə getmişdir? Bir insanın acından ölməməsi üçün ayda 350 manat tələb olunduğu halda, YAP hakimiyyəti nədən bu rəqəmin 85 manat olduğunu elan etmişdir? Ana Yasadakı vətəndaşların mülkiyyət toxunulmazlığı hüquqlarını hakimiyyət qəddarcasına niyə və nədən pozmuşdur?
Bu tipli sualların nə sayı, nə də hüdudu yoxdur. YAP-ın da bütün bu suallara cavab verməyə üzü qalmamışdır. Buna görə də YAP texnoloqları siyasi-ictimai avantüraları gündəmə gətirməklə ictimai fikrin yayındırılmasına çalışır. Əkrəm Əylislinin son əsəri çevrəsində yaranmış avantüra da buna örnəkdir. Halbuki, Əkrəm Əylislinin “Daş yuxular” əsəri və YAP-ın ruhu bir-birinə bənzəyir. Əslində YAP “psevdopatriot” cildinə girərək, bu günün Azərbaycanı anlamının bəlirtisini tamamlamağa çalışır.

Siyasi texnologiyalar düsturunda yaşanılan proseslər

Orta Şərq ölkələrində sosial inqilablar baş verən dönəmdə ilk öncə polis və əhali, daha sonra isə ordu və cəmiyyət arasında tədrici şəkildə qarşıdurmalar gündəmə gətirildi. Bu da öz növbəsində həmin ölkələrdə siyasi və ictimai proseslərin böhranla üzləşməsinə səbəb oldu. Orta Şərqdəki inqilabi proseslərdə gəncliyin xüsusilə fəal olması diqqət çəkən məqamlardan biridir. Belə ki, gənclik qul kimi yaşamamaq, ağır və məşəqqətli həyat şəraitinin dəyişməsini tələb edirdi. Təbii olaraq, bu prosesə orta yaş təbəqəsi də qatıldı. Çünki, illər boyu əzab çəkərək bir tikə çörəyə möhtac qalan, özünə ailə və isti yuva qura bilməyən orta təbəqə daha qəddarcasına rejimə qarşı alov püskürdü. Bu alovlar, nifrinlər və öfkələr sonucda diktator rejimlərinin çökməsinə səbəb oldu. İndi Azərbaycanda da baş verən proseslər eynilə Orta Şərq ölkələrindəki inqilabi olaylar öncəsinə bənzəyir. Lokal şəkildə bölgələrdə baş verən üsyanlar, zəngin məmurlara aid olan mülkiyyətin yandırılması əhalinin etiraz dalğasının güclənməsinə səbəb olmuşdur. Ötən 20 ildə ilk dəfə olaraq insanlar rejimin xüsusi cəza dəstələrindən qorxmayaraq öz iradələrini ortaya qoymağa başlamışlar. Yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş olaylardan YAP necə qorxmuşdusa, hakim partiyanın bütün rəhbərliyi dərhal səfərbər olunaraq bölgəyə getmək zorunda qaldı. Ancaq YAP unudurdu ki, on milyonluq əhalisi olan məmləkətdəki üsyanlar hələ çox sürprizlərlə dolu olacaqdır. Paytaxt Bakıda sayları sürətlə artan, indiki məqamda kiçik mobil qruplar şəklində təzahür edən gəncliyin daha da fəallaşması, etiraz mitinqlərində həmrəylik nümayiş etdirərək geniş mənada sosial şəbəkəyə çevrilməsi, buraya digər təbəqələrin qatılaraq narazı elektoratın miqyasının böyüməsi prosesinin qarşısını isə heç bir qüvvə ala bilmək gücündə deyil.
Siyasi müşahidələrə görə, Azərbaycanda “Suriya” və ya “Liviya” variantlarının gündəmə gəlməsi təhlükəsi də yaşanıla bilər. Belə ki, hər bir oliqarxın nəzarətində orta hesabla 10 min nəfərlik gizli silahlı birliklər vardır. Onların toplam sayı 150 min nəfərə yaxındır. Buraya daxili qoşunları, digər inzibati hərbi stukturları da əlavə etsək, 400 min nəfərə yaxın silahlı güc mövcud rejimi qorumaq üçün hər an qan tökməyə, vətəndaş müharibəsini başlamağa hazırdır. Rejimin siyasi ruporu olan YAP, eləcə də Daxili İşlər Nazirliyi, prokurorluq və onların yedəyində gedən məhkəmələr isə əhalinin etiraz dalğasını cinayət əməli kimi rəsmiləşdirməklə məşğuldurlar. Şəki olayları, Quba hadisələri və İsmayıllıdakı etirazlar zamanı üsyana qalxmış xalq “suçlu” elan edilmişdir. Guya YAP və onun cəza aparatına çevrilmiş hakimiyyətin heç nədə günahı yoxmuş…
Bu arada, regionda marağı olan böyük güclərin yaranmış durumdan mümkün qədər faydalanmaq hədəfləri heç də gizli deyil. Fransa, İngiltərə, ABŞ, Çin, İran, Almaniya kimi dövlətlər öz hədəflərini müəyyən siyasi texnoloji vasitələrlə ifadə etməyi belə gizlətmirlər. Ancaq real görünən odur ki, bölgədə indiki məqamda əsas söz sahibinin Türkiyə və Rusiyada olması artıq qaçılmaz bir prosesə çevrilmişdir. Rusiya “milyaderlər ittifaqı”nın vasitəsilə YAP rejimini öz tərəfinə çəkərək təsir vasitəsini reallaşdırmaq istəyirsə, Türkiyə ölkədaxili hər an gözlənilən silahlı münaqişlərin yaranmasının qarşısını almaq taktikası ilə hərəkət edir. Müşahidələrə görə, belə bir durumun may ayına qədər davam etməsi gözlənilir. Bir sözlə, Azərbaycan “Qızılgül İnqilabı”, yoxsa “Orta Şərq Baharı”nın seçimi qarşısında qalmışdır.
Vüqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadiqovdan Azərbaycan mətbuatına sensasiyali bayram təbriki

    Söyün Sadiqovdan Azərbaycan mətbuatına ...

    21-07-2013, 22:49

  • 
  • Ərəb mətbuatı: “Suriyada azərbaycanlı yaraqlılar yoxdur”

    Ərəb mətbuatı: “Suriyada azərbaycanlı yaraqlılar ...

    3-02-2014, 17:39

  • 
  • Qardaş ölkə müharibə astanasında

    Qardaş ölkə müharibə astanasında ...

    13-12-2012, 12:54

  • 
  • Amerikalı yazıçı “ərəb baharı” və Qafqaz haqqında

    Amerikalı yazıçı “ərəb baharı” və Qafqaz haqqında ...

    5-05-2013, 11:22

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu